Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə29/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 88 -
tün bunlar dördüncü dünyanın altsistemləridir. Təbii ki, dördüncü dünyada 
mədəniyyətdən danışmaq mümkün deyil, çünki insanın yaratdıqları lokal, 
sonlu və məhdud olmaqla yanaşı əslində dördüncü dünyanın incə quruluşun-
da hansı isə  nəzərə çarpacaq bir dəyişiklik yaratdığını  zənn etmirik. Daha 
doğrusu, bu məsələ insan idrakı xaricində olduğundan biz onu nəzərdən ke-
çirməyə lüzum görmürük.  
Bəs onda mədəniyyət adlandırdığımız hadisə hansı dünyanın struktu-
runda yer tutur?  
Bizcə, mədəniyyət birinci dünyalarla ikinci dünya arasında münasibət-
də ortaya çıxır.  
Birinci dünya insanın şəxsi həyatı, xatirələri və arzuları ilə yanaşı özü-
nün ifadə üsulunu ən çox bədii yaradıcılıqda tapır. Yəni musiqi, poeziya, 
təsviri sənət və s. birinci dünyanı birbaşa ifadə cəhdlərindən ibarətdir. İnsan 
öz hissi yaşantılarını hansı isə simvolik formalarda ifadə edir. Lakin başqa 
məsələ ki, incəsənət insanın özünüifadəsindən kənara çıxaraq öz müstəqil 
həyatını yaşamağa başlayır və artıq başqaları üçün də  tərəf müqabili olur. 
“Mən”dən – birinci dünyadan kənara çıxa bilən, başqalarına təqdim olunan 
və başqaları ilə dialoqa girən, onların “Mən”inə təsir edən varlıq formaları – 
bədii əsərlər, sənət nümunələri birinci dünyanın müxtəliflikləri arasında, yə-
ni fərdi “Mən”lər dünyasının səmasında qərar tuturlar. Lakin onlar fərdi 
“Mən”dən kənardadırlar, özgələşmiş  və “Mən”in xaricində müstəqil həyat 
kəsb etmiş varlıqlardır. Əslində onlar varlıq yox, varlığın surətləri, kölgələ-
ridir, çünki daha canlı deyil və dəyişmək, inkişaf etmək, cücərib boy atmaq 
xislətindən məhrumdurlar. Bədii əsər ancaq yaradıcılıq prosesində olarkən, 
yəni hələ “Mən”dünyasından kənara çıxmamış, insan nəfəsi ilə  qızdırılar-
kən, “Mən”dünyasının sonsuzluğu ilə rabitədə ikən (sanki ana bətnində ol-
duğu vaxtda) canlı sayıla bilər. Amma elə ki, kənara transfer olundu, o, sabit 
və dəyişilməz bir şeyə çevrilir, kopiyalanaraq çoxalır və fərdi dünyalar ara-
sındakı fəzada qərar tutur. Ancaq bir başqası (oxucu, tamaşaçı və s.) tərəfin-
dən mənimsənilərkən o sanki yenidən (ikinci) ana bətninə düşür, yenidən 
canlanır və ikinci “Mən” dünyası ilə  əks-əlaqəyə girir. Bu mənada sənət 
əsərləri “Mən”lər arasında rabitənin bir formasıdır.  
İkinci “Mən” üçün sənət  əsərinin mənimsənilməsi, “Mən”lərarası  sə-


Sosial fəlsəfə 
 
 
- 89 -
madakı  sərvətdən istifadə edilməsi artıq bir mədəniyyət hadisəsidir. Yəni 
ikinci “Mən” daha ancaq öz şəxsi təcrübəsi hesabına deyil, həm də birinci 
“Mən”in yaradıcılığının məhsulları hesabına əlavə qida alır, zənginləşir.  
Görünür, “Mən”lərarası  səma haqqında, birinci dünyanın kosmik 
fəzası haqqında ayrıca bəhs edilməsinə ehtiyac vardır.  
Mərkəzində insan duran dünya həmin insanın daxili enerjisi ilə isinir 
və işıqlanır. İdeyalar canlanır və müxtəlif formalarda ətrafa transfer olunur. 
Təbiət özü insan üçün mühit rolunu oynayır və insanın təbiətlə passiv tərəf 
kimi qarşılıqlı təsirdən əldə etdiyi əməli biliklər sonradan insanın aktiv tərəf 
kimi qarşılıqlı təsirə girməsi üçün vasitə olur. Əməli fəaliyyət zamanı insan 
öz biliklərini sözlərlə ifadə etməkdən daha çox tətbiqi formada maddi 
quruculuq fəaliyyəti kimi transfer edir. Yəni bir tərəfdən insanın öz dünyası 
maddi mühitin təsirinə  məruz qalırsa, digər tərəfdən də  ətraf mühit, təbiət 
insanın təsirinə  məruz qalır. Aysberqin üst tərəfi ilə alt tərəfi arasında bir 
uyğunluq yaranana qədər bu proses davam edir. Nəticədə insanın içi ilə çölü 
bir-birini tamamlamış olur. Bir insanın  əməli təcrübəsinin nəticələri hansı 
isə formalarda “Mən”lərarası  səmaya köçürülür, orada cansız, statik möv-
cudluq forması kəsb edir və nə vaxtsa başqa birisi bu səmadakı vasitələrdən 
öz  əməli fəaliyyətində istifadə edirsə, o artıq ikinci adamın birinci adam 
sayəsində yeni keyfiyyətlər, qabiliyyətlər əldə etməsinə gətirir.  
“N” sayda (adamların sayı  qədər) birinci dünyaların ortaq fəzasının 
formalaşması prosesi üç istiqamətdə  həyata keçir. İnsan fəaliyyətinin üç 
əsas formasına: duymaq, düşünmək və  əməli iş formalarına uyğun olaraq 
ortaq dünya da üç fərqli rakursda yaranır. Bədii yaradıcılığın ortaq dünyası 
olan incəsənət haqqında biz yuxarıda bəhs etdik. İkinci olaraq biz əməli 
biliklər və əməli fəaliyyət prosesində yaranan dünyanın spesifikasını nəzərə 
almağa çalışdıq. Üçüncü aspekt isə insanın idraki qabiliyyəti ilə bağlı olub 
onun dərk etdiklərini dillə ifadə etmək imkanından yaranır. Əslində məhz bu 
aspekt fəlsəfədə  ən çox nəzərə alınan və  hətta insanın öz mahiyyətini də 
guya ifadə edən önəmli bir aspektdir. Bəli, insan dünyanı qismən də olsa 
dərk edir və dərk etdiklərinin sayəsində öz dünyasını qurur. Bir insan öz dü-
şüncələrini başqalarına ötürmək üçün “mən”lərarası dünyaya sözlər vasitəsi-
lə transfer edir. Məhz sözlər sonrakı nitq və yazılı mətnlərin əsasında daya-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 90 -
nır. Loqosdan ibarət bir kosmos yaranır. Bu, artıq ortaq dünyanın üçüncü ra-
kursudur. Lakin çox özünəməxsus bir sahədir. Belə ki, insanların bilikləri 
müəyyən bir toplanma qaydası ilə  cəmlənərək gələcək nəsillərə ötürülür. 
Yəni biliklər üçün kumulyativlik prinsipi həyata keçir. Nəticədə fərdi dün-
yalardan fərqli olan çox böyük miqyaslı bir bilik dünyası yaranır. Və onun 
sayəsində fərdlər öz dünyalarının miqyasını genişləndirə bilirlər. Bu dünya-
nı biz yuxarıda şərti olaraq “ikinci dünya” kimi qeyd etmişdik. Onun spesi-
fikası bundan ibarətdir ki, burada toplanma horizontalda yox, vertikalda 
gedir.  
İkinci dünya insanın gerçək yaşantılarından kənarda, özgələşmiş, yad-
laşmış, cansızlaşmış, rasionallaşmış, verballaşmış, simvollaşmış və məhz in-
sanların qarşılıqlı razılaşması ilə qurulmuş, yəni hamı tərəfindən qəbul olun-
muş, ortaq məxrəcə gətirilmiş bir dünyadır. Bu dünya haqqında biz yuxarıda 
bəhs etmişik. O, birinci dünyaların hər biri ilə müqayisədə solğun və yeknə-
səq olsa da, onların hamısına məxsus olan və nəsildən-nəslə davam etdirilən 
hissi təcrübənin rasionallaşması və toplanması proseslərindən hasil olduğu-
na görə, miqyasca çox böyük bir dünyadır. Əslində bu, adi şüur səviyyəsin-
də insanların dünya adlandırdığı bir dünyadır. Daha doğrusu bu, bizim xari-
ci dünya adlandırdığımız dünyadır. Birinci dünya isə hər bir adamın daxili 
dünyasına uyğun gəlir. Lakin Əbu Turxanın kosmoqoniyasında birinci dün-
yalar sadəcə daxili dünya olmayıb fərdi-hissi təcrübədən yaranan xarici dün-
ya ilə də eyniyyət təşkil edir (aysberqin üst və alt qatlarının nisbəti kimi). 
İkinci dünyanın formalaşması təkcə birinci dünyaların rasional rakurs-
da toplanması ilə əldə olunmur. Yəni söhbət bir insandan, insanlar qrupun-
dan insana, icmaya keçidlə məhdudlaşmır. Burada həm də keçmiş insanla-
rın,  əvvəlki nəsillərin hissi təcrübələrinin rasional nəticələri ehtiva olunur. 
İkinci dünya həm də onunla səciyyələnir ki, o təkcə indi yaşayanların yox, 
həm də əvvəl yaşamışların, yəni təkcə aktual bəşəriyyətin yox, həm də bütün 
bəşər tarixinin rasional potensialının gücü ilə yaranmışdır.  
Sadəcə olaraq adi şüur səviyyəsində insanlar öz bildiyi dünyanın ger-
çəkliyinə inanırlar. Yəni dünya inam üzərində qərar tutur. İnsanlar oxuduq-
larına, başqalarından eşitdiklərinə inanmasalar, onların dünyası o dərəcədə 
məhdud olar ki, ikinci dünya birincinin hüdudunu keçə bilməz.  


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə