Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə28/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

Sosial fəlsəfə 
 
 
- 85 -
                                                
məhz bu cəhətini önə çəkirdi: “Bütün insanlar təbiətən biliyə can atırlar”.
1
 
Hələ uzun müddət filosofları insanın məhz idraki fəaliyyəti maraqlandırmış-
dır. İnsan dedikdə, məhz “Homo sapiens” nəzərdə tutulmuşdur. “Homo fa-
ber”, “vita aktivia” “homo ludens” və s. ancaq Yeni dövrdə filosofların 
diqqətini cəlb etmişdir. Daha doğrusu, bunun üçün ənənəvi fəlsəfədən kəna-
ra çıxmaq lazım gəlmişdir. Bunun üçün hətta fəlsəfənin özünü, metafizikanı 
inkar etmək mövqeyi seçilmişdir. Pozitivistlər, praqmatiklər və s. fəlsəfəni 
göylərdən yerə endirmək və bununla da əslində fəlsəfəsizləşdirmək mövqe-
yini seçmişlər. Sosiologiya, politologiya və digər praktik-fəlsəfi təlimlər 
ənənəvi fəlsəfədən ayrılmış və insan həyatına daha yaxın problemlərin təd-
qiqi aktuallaşmışdır. Antropologiya, kulturologiya və s. fənlər də insana da-
ha yaxın gəlməyə, mücərrəd insanı qismən də olsa konkretləşdirməyə doğru 
addımlar hesab oluna bilər.  
Əsas məsələ insanı ancaq düşünən varlıq kimi təsəvvür etməkdən ayrı-
laraq onun digər varlıq atributlarını da nəzərə almaqdadır. Qərb rasionaliz-
minin təməlində duran “düşünürəmsə, deməli, varam” (Dekart) prinsipi əs-
lində insan varlığının yarımçıq izahıdır. İnsanı həm də duyan, sevən bir var-
lıq kimi, digər tərəfdən də quran, yaradan, əməli fəaliyyət göstərən bir varlıq 
kimi təsəvvür etmədən onun çoxtərəfli varlığını təsbit etmək mümkün deyil.  
Düşünmədən fəaliyyət göstərən insan varmıdır, yoxmudur, – bu, başqa 
bir sualdır, amma fəaliyyət göstərəndə insan daha artıq düşünmür, yəni 
düşüncə məqamı ilə fəaliyyət məqamı arasında bir zaman sürüşməsi vardır. 
Digər tərəfdən, insanın düşüncəsi mövcud olanları  dərk etməyə, anlamağa 
yönəlirsə, bu, bir cür düşüncədir, nəyi isə dəyişdirməyə, yenidən qurmağa, 
yaratmağa yönəlirsə, – bu, başqa cür düşüncədir. Yaxud nəyi isə dəyərləndi-
rirsə, sevir və ya nifrət edirsə, insanın belə bir münasibəti onun sonrakı fəa-
liyyəti üçün motiv və ya şərt ola bilər. Dərk edərkən insan passiv olur. Dərk 
edən, anlayan insan fəaliyyətsiz insandır (əlbəttə, idrakı bir fəaliyyət forması 
kimi qəbul etməsək), həyəcan keçirən, duyğulanan, sevən insan da həmin 
mənada fəaliyyətsizdir, yəni onun dinamikası ancaq daxili aləmindədir, 
əməli fəaliyyətinə keçmir. Əməli fəaliyyətə keçid üçün biliyin və ya duyğu-
 
1
 Аристотель. Метафизика. Том 1. с.65. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 86 -
nun istəklə, iradə ilə birləşməsi və sonrakı addımda müəyyən bir fəaliyyət 
proqramının düşünülüb tapılması, plan-layihə  cızılması lazımdır. Fəlsəfədə 
bu iki düşüncə forması arasında fərq yetərincə nəzərə alınmamışdır. 
Maləsəf, ənənəvi fəlsəfə insanı ancaq idrak rakursunda öyrəndiyindən 
yaradıcı insan kölgədə qalmış  və bu münasibət dünyanın modelində  də öz 
əksini tapmışdır. Yəni dünya deyərkən  əsasən insanın dərk etdiyi dünya 
nəzərdə tutulmuş, insanın özünün yaratdığı  və ya yaratmağa planlaşdırdığı 
bir dünya həmişə arxa planda qalmış və ya tamamilə yaddan çıxmışdır.  
 Mədəniyyətin kosmoqonik sistemdə yerini təsəvvür edə bilmək üçün 
Əbu Turxanın dörd dünya modelindən istifadə etmək olar.  
Birinci dünya “Mən” və “qeyri-Mən”dən ibarət olan, yəni mərkəzində 
“mən” dayanan dünyadır. “Qeyri-mən” aysberqin görünən hissəsidir. Əslin-
də birinci dünya hər bir insan üçün birdir. Və deməli, insanların sayı qədər-
dir. Lakin onlar həmişə fərdi və unikal olduğundan, toplana bilmədiyindən 
hər bir insan ancaq öz dünyasından çıxış edir. Nəticədə hər bir insan üçün 
birinci dünya elə bir dənədir. Burada hələ mədəniyyət üçün yer yoxdur. Hər 
bir insan öz dünyasında təbiidir. İnsanın öz yaratdıqları özü üçün yad və ya 
süni sayıla bilməz və deməli, təbiiliyə alternativ bir şey kimi də təfsir oluna 
bilməz.  
Lakin ikinci dünya da var, hansı ki birinci dünyaların toplana bilən 
hissəsindən yaranmış və beləliklə hamı üçün ümumi olan bir dünyadır. Bu 
dünya koqnitiv inam üzərində qurulur. Fərdi hissi təcrübələrin və təcrübələr-
də əldə olunmuş fərdi biliklərin xüsusi qayda ilə toplanması əslində yalnız 
hər bir insanın başqalarına, başqalarının təcrübəsinə inanması sayəsində 
mümkün olur. Koqnitiv duyğuların, məntiqin və düşüncə mexanizminin ha-
mı üçün eyni olması, hər halda insanların bu eyniyyətə inanması son nəticə-
də biliklərin toplanmasına və rasional müstəvidə fərdi dünyaların bir böyük 
dünya halında təmərküzləşməsinə gətirir. Mən heç vaxt Londonu görməsəm 
də, oxuduqlarımdan, eşitdiklərimdən və başqalarının təsvirindən (filmlərdən 
və s.) London haqqında müəyyən təsəvvürüm var və mən fərqinə də varma-
dan onun mövcudluğuna inanıram. Həm də gördüyüm bir şəhərdən heç də 
az inanmıram. Deməli, bu böyük dünya haqqında təsəvvür başqalarının təc-
rübəsi əsasında formalaşır. Birləşdirici amillər isə logos və inamdır.  


Sosial fəlsəfə 
 
 
- 87 -
Beləliklə, ikinci dünya sanki birinci dünyadan daha böyükdür. Amma 
nəzərə alınmalıdır ki, ikinci birincinin ancaq rasionallaşdırılan və başqaları-
na ötürülə bilən məqamlarını ehtiva edir. Birincin dünyanın fərdi-intim mə-
qamları, təəssüratlar, xatirələr, bütün qeyri-şüuri həyat habelə dəyərlər siste-
mi ikinciyə transfer olunmur.  
Üçüncü dünya imkanlar dünyasıdır. Buraya insanın özünün və başqa-
larının hissi təcrübəsi və bilikləri və bu biliklər  əsasında çəkilmiş böyük 
dünya mənzərəsi ilə yanaşı xəyal gücü ilə yaradılmış olanlar, daha doğrusu 
ancaq təxəyyüllə təsəvvür oluna bilən sonsuz bir müxtəliflik, bütün alterna-
tiv dünyalar sistemi daxildir. Belə düşünmək olardı ki, üçüncü dünya əslində 
gerçəklikdən, reallıqdan uzaq olub ancaq virtual xarakterə malikdir. Lakin 
nə isə imkan şəklində varsa, deməli nə vaxtsa gerçəklikdə də ola bilər. (və 
ya olmuşdur). Hegelin “ağlabatan hər şey gerçəklikdir” ideyası da bunu nə-
zərdə tutur. Burada sual doğura bilən ancaq odur ki, imkanlarla təxəyyül 
arasında nə dərəcədə adekvatlıq vardır. Məsələ burasındadır ki hissi təcrübə 
ancaq reallaşan bir hadisəni təsbit edə bilər. Amma hər dəfə yüz (əslində 
sonsuz) imkandan ancaq biri reallaşa bilir. Halbuki, situasiya fərqli olsa, 
yəni başqa bir zamanda və məkanda o biri imkanlar da reallaşa bilər. Deməli 
onlar da bu böyük dünyanın potensial reallıqlarıdır. Necə ki fizikada fəaliy-
yətdə olan enerjini (kinetik enerjini) nəzərə almaqla yanaşı potensial enerji 
də mütləq nəzərə alınmalıdır, eləcə də böyük dünya modeli bütün imkanları 
və əslində bütün alternativ dünyaları ehtiva etməlidir.  
İmkanlar dünyası sonsuzdur. Lakin bununla belə, o da fərdi dünyaları 
tam ehtiva edə bilmir, çünki fərdi dünya ancaq rasionallıqdan ibarət olmayıb 
rasionallaşa bilməyən, yəni aşkarlanmayan alatoranları da ehtiva edir.  
Dördüncü dünya bütün birinci dünyaları habelə ikinci və üçüncü dün-
yanı ehtiva edən və onların toplusuna sığmayan, insan idrakı üçün əlçatmaz 
olan bir sonsuzluqdur ki, burada işıqlar və alatoranlarla yanaşı qaranlıqlar da 
ehtiva olunur. İnsanın heç vaxt görə bilməyəcəyi mütləq işıq və mütləq 
qaranlıq da bu dünyaya daxildir. Bu dünyanın mərkəzində insan yox, Allah 
dayanır. Həmin sonsuz və nəhayətsiz dünyanın ancaq ayrı-ayrı lokal hissələ-
ri insan ruhu ilə işıqlanır və fərdi dünyalar yaranır. İkinci və üçüncü dünya 
isə yenə də insan ruhunun əqli potensialı sayəsində mümkün olur. Lakin bü-


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə