Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   81   82   83   84   85   86   87   88   ...   102

182 
 
Maraği,  Nisəburda  məskunlaĢan  Əbu  Muhəmməd  Cəfər  ibn  Muhəmməd  ibn  əl-
Haris əl-Maraği və baĢqalarını (göstərmək olar). 
Əlavə 3. Əbu-l-Fida. Təqvim əl-buldən (səh. 398). Marağa. Uzunluq və en 
dairələri  Ətval'da  –  71
0
  20'  və  37
0
  40',  Qanun'da  –  78
0
  02'  və  37
0
  20'  -dir.  O, 
dördüncü iqlimdə, Azərbaycandadır. Əl-MüĢtərikə əsasən mim, ra, ğayn hərflərinin 
hər  birisinin  fəthəsi  var.  Sonunda  isə  hə  gəlir.  (səh.  399)  Ġbn  Hövqəl`  deyilir: 
Marağa Azərbaycanın paytaxt Ģəhərlərindən biridir. O, münbit torpağı, çoxlu bağ-
bağçası olan bir yerdir. Əl-Mühəlləbi'yə görə, Marağa Təbrizdən qərbdə yerləĢir və 
onların  arası  17  fərsəx  təĢkil  edir.  Əvvəllər  Marağa  Mərvan  ibn  Muhəmmədin 
yerləĢdiyi  kənd  idi.  Kəndin  ətrafında  çoxlu  peyin  olduğundan  və  minik  və  yük 
heyvanları  peyinə  batdığından  (marrağa)  yerin  adı  Marağa  kimi  tanınır.  Sonralar 
Mərvan  ibn  Muhəmməd  orada  Ģəhər  salır  və  adını  da  Marağa  qoyur.  Xoca  Nəsir 
əd-Din isə Ģəhərdən kənar bir təpədə ulduzları seyr etməkdən ötrü Hülakü xan üçün 
rəsədxana bina edir. Həmin rəsədxanada Müəyyid əd-din əl Ərudi və Muhi əd-din 
əl-Məğribi onun köməkçiləri olurlar.
41 
(səh.360)  M  ə  y  ə  n  i  c  u.  Əl-MüĢtərək'  deyilir:  "Fəthəli  mim    ya 
(hərfləri),  sonra  sukunlu  əlif  və  kəsrəli  nun,  axırda  isə  cim.  O,  yeddi    iqlimdən 
dördüncüsündə  yerləĢir".  Əl-Qanun'da: "Onun  yerləĢdiyi  yer: uzunluq dairəsi 73
0
 
və  en  dairəsi  37
0
-  dir".  Əl-MüĢtərək':  "O,  Marağadan  ikigünlük  məsafədə 
yerləĢən böyük bir Ģəhərdir". Əl-Lübab' da o, M ə y a n ə adlandırılır: fəthəli mim 
və yə, sukunlu əlif, (ardınca) nun və hə (hərfləri). O, bir sıra üləma ilə məĢhurdur. 
Əlavə  1.  Əs-Səm`ani.  Ənsab  (v.547a).  Əl-Məyənəci.  Fəthəli  mim,  yə  və 
nun hərfləri, sonda da cim gəlir. Bu nəsəb iki yerə aid edilir: Əl-Müqəddəsiyə görə, 
birincisi  ġamdakı  yerə,  ikincisi  -  Azərbaycanın  Miyanə  Ģəhərinə,  Həmədanın 
qazisi,  məĢhur  Əbu-1-Həsən  Əli  ibn  əl-Həsən  ibn  Əli  əl-Məyənəci  oradandır.  Əl-
Müqəddəsinin  söylədiyinə  görə  adı çəkilən  qazinin  oğlu  Əbu  Bəkr  Mühəmmədlə 
birlikdə  fiqh  elmi  ilə  məĢğul  olmuĢlar.  O  ki  qaldı  qazi  Əbu-1-Həsən  Əli  ibn  əl-
Həsən ibn Əli əl-Məyəniciyə, o, Ġraqda məĢhur fəzilət sahiblərindən biri olmuĢ və 
Bağdadda qazi Əbu Teyyub ət-Təbərinin fiqh elmi üzrə müəllimi olmuĢdur. Onun 
haqqında bizə Əbu Nəsr Muhəmməd söyləmiĢdi. 
Əlavə 2. Ġbn əl-Əsir. Əl-Lübab, III, s. 197. Əl-Məyənici. Azərbaycandakı 
Miyanə  Ģəhərinə  mənsubdur.  Buradan  çoxlu  məĢhur  Ģəxslər  yetiĢib  çıxmıĢdır,  o 
cümlədən,  fəzilətli,  Ģəfiyi  məzhəbindən olan  və  faqihlər arasında  tanınmıĢ Əbu-l-
Həsən Əli ibn əl-Həsən ibn Əli əl-Məyənici. O, qazi Ġbn ət-Teyyub ət-Təbəriyə fiqh 
elmindən dərs demiĢ, Ģeyx Ġbn Ġshaq əĢ-ġirazinin dostu olmuĢdur. Əbu-l-Həsən əl-
Qəzvini, Əbu Muhəmməd əl-Hilal və baĢqaları onun (mühazirələrini) dinləmiĢlər. 
Əbu Nəsr Muhəmməd ibn əl-Hüseyn əs-Səiğ, onun qardaĢı Əbu Bəkr Muhəmməd 
ibn Əli və digərləri onun öz dili ilə nağıl etdiyi rəvayətləri dinləmiĢlər. Onun 198 
gözəl Ģeiri  var, bunların birində  o, Həmədan  yaxınlığında  yerləĢən ağac  və  suları 
bol olan MavəĢan adlı yeri mədh edir. 


183 
 
Əlavə  3.  Əbu-Fida.  Təqvim  əl-buldən,  (s.  400).  Məyanə  və  ya  Məyanic. 
Uzunluq dərəcəsi: əl-Ətval`da – 72
0
 35', Ġbn Səidə görə - 77
0
 35', Qanunda isə - 73
0
 
08':  en  dairəsi:  əl-Ətval  və  Ġbn  Səiddə  -  37
0
  08'.  Qanun'da  isə  -  37
0
  30'-dir. 
Dördüncü  iqlimdə,    Azərbaycanda  yerləĢir.    Əl-MüĢtərək':    fəthəli    mim  və   
(hərflərindən  sonra)  əlif,  kəsrəli  nun,  axırda  isə  cim(vardır)  Əl-Lübab'  deyilir: 
Məyan(də)  fəthəli  mim  və  `dən  (  sonra)  əlif,  kəsrəli  nun  və  axırda  -hə  gəlir. 
(səh.401) Əl-MüĢtərək`də deyilir: Məyanic Azərbaycan əyalətlərindən biridir və o, 
Marağadan  ikigünlük  məsafədə  yerləĢir.  Azərbaycanın  əhalisi  onu  Məyanə 
(Miyanə)  adlandırır,  o,  böyük  bir  Ģəhərdir.  Əl-Lübab'də  deyilir:  Məyanə 
Azərbaycanda bir Ģəhərdir. Bir sıra alimlər, o cümlədən, məĢhur qazi Əbu-1-Həsən 
əl-Məyənici oradandır. 
(səh.360)  M  ə  r  ə  n  d.  Əl-Lübab'də:  fəthəli  mim  və  ra,  sukunlu  nun  və 
axırda  dəl  (hərfi  gəlir).  Yeddi  iqlimdən  dördüncüsündə  yerləĢir.  Əl-Qanun'da 
deyilir: "Onun yerləĢdiyi yer: uzunluq dairəsi 73
0
, en dairəsi-37
0
-dir". Əl-Lübab' 
deyilir:  "O,  Tibrizdən  Ģimal-Ģərqdə,  bir  mil  məsafədə  yerləĢən  kənddir".  Əl-
Mühəlləbi qeyd edir ki, o, Tədmur'dan 14 fərsəx uzaqdadır.
42
 Təqvim əl-buldən'də: 
"Onu görənlər qeyd edirlər ki, o, axar sularlı və ağacları bol olan kiçik bir Ģəhərdir 
(yerdir- bəldə)". 
Əlavə  2.  Ġbn  əl-Əsir.  Əl-Lübab.  (III.126).  Əl-Mərəndi.  Bu  nəsəb 
Azərbaycandakı  Ģəhərə  aiddir.  Oradan  bütün  fənlər  üzrə  çoxlu  alim  çıxmıĢdır. 
Hədisləri öyrənmək məqsədi ilə çox yerləri gəzmiĢ hafiz Əbu Ġshaq Ġbrahim ibn əl-
Əzhər  əl-Mərəndi  buradandır.  O,  hədisləri  Əli  ibn  Cabir  əl-Mavsili  əl-Əzdi  və 
Ġshaq  ibn  Səyyar  ən-Nəsibi  kimi  alimlərdən  öyrənmiĢ,  Əbu-l-Fadl  əĢ-ġeybani  isə 
onun tələbəsi olmuĢdur. ġəfii məzhəbindən olan Əbu-l-Vəfa əl-Xəlil ibn əl-Muhsin 
ibn  Muhəmməd  əl-Mərəndi  Bağdadda  imam  Əbu  Ġshaq  əĢ-ġirazidən  fiqhi 
öyrənmiĢ,  Əbu-l-Hüseyn  ibn  ən-Nuqur,  Əbu  Nəsr  əz-Zeynəbi  və  baĢqalarının 
mühazirələrini dinləmiĢdir. O, 512/1118-ci ildə Bağdadda vəfat etmiĢdir. 
Əlavə  3.  Əbu-l-Fida,  Təqvim  əl-buldən  (s.400).  Mərənd.  Uzunluq  və  en 
dairələri  Qanun'a  görə, 73
0
  8'  və  37
0
  30'-di:  Ətval'-a  görə  isə  uzunluq  dairəsi  72
0
 
45', en dairəsi – 37
0
 50'-dir. Dördüncü iqlimdə, Azərbaycanda yerləĢir. Əl-Lübabə 
(əsasən)  mim  və  ra  hərflərinin  fəthəsi,  nun'un  da  sukunu  var,  axırda  isə  dəl  hərfi 
gəlir (səh.401) 
Əl-Lübab'  deyilir:  Mərənd  Azərbaycanda  bir  Ģəhərdir.  Təbrizdən  Ģimal-
Ģərqə  doğru  bir  mil  məsafədə  yerləĢir.  Onu  görənlər  söyləyirlər  ki,  o,  suları  və 
ağacları bol olan bir Ģəhərdir. Əl-Muhəlləbi` görə o, Təbrizdən 14 fərsəx uzaqda 
yerləĢir. Mərənddən  Xan Karkar'a 5 fərsəxlik  yoldur, oradan isə NəĢava  Ģəhərinə 
12 fərsəxdir, onların arasından ər-Ras (Araz - E.A.) çayı axır. 
 
(səh.360) Üçüncü   iqlim 
(A r r a n ) 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə