Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   79   80   81   82   83   84   85   86   ...   102

178 
 
təkəbbürlü və məğrurdurlar, zövqlə geyinməyi sevirlər. Onların yeməkləri, içkiləri, 
paltar  və  ayaqqqabıları  çox  nəfisdir:  dirhəmin  adı  çəkiləndə  onlar  burunlarını 
qırıĢdırıb  çevirirlər  və  ticari  əməliyyatlarını  təkcə  dinarla  aparırlar.
28
  Onların 
dinarlarının  miqdarı  haqda  isə  inĢaAllah  bu  məmləkətin  ticarətindən  danıĢarkən 
söz  açacağıq.  Hal-hazırda  o,  (Təbriz  –  E.A.)  bütün  Ġranın  əsas  Ģəhəridir,  çünki 
bütün yollar hər tərəfdən buraya yönəlir. 
Əlavə  1.  Əs-Səm`ani.  Kitab  əl-Ənsab  (v.  103a)  Ət-Tibrizi.  `  kəsrəli, 
`  sukunlu,  sonra    və  axırda  zə  (hərfləri).  Bu  nəsəb  Azərbaycan  Ģəhərlərindən 
olan Tibrizə aiddir. Qazi Əbu Salih ġuab ət-Tibrizi oradandır.  
Əlavə  2. Ġbn  əl-Əsir.  Əl-Lübab (l, 68).  kəsrəli,  sukunlu, ra kəsrəli, 
sonra    və  sonda  zey  (gəlir).  Bu  nəsəb  Azərbaycanın  ən  məĢhur  Ģəhərinə  aiddir. 
Çoxlu  sayda  məĢhur,  görkəmli  adamlar  buradandır,  o  cümlədən  qazi  Əbu  Salih 
ġueyb ibn ġueyb  ət-Tibrizi hədisləri Əbu Ümran Musa  ibn Ümran ibn Hiləl`dən, 
rəvayətləri  Xuzadad  ibn  Asim  ibn  Burkan  ən-Nəsəvi`dən  və  (ərəb)  dilini  onun 
öndərlərindən biri sayılan Əbu Zəkəriyyə Yahya ibn Əli ət-Tibrizidən öyrənmiĢdir. 
Əlavə 3. Əbu-l-Fida. Təqvim əl-buldən (s. 400)  Təbriz (və ya Təvriz). Əl-
Qanunda:  uzunluq  dairəsi-  73
0
  8`,  en  dairəsi    -  39
0
  2`  dir.  BeĢinci  iqlimdə, 
Azərbaycandadır.  Əl-Lübab`də  -nin  kəsrəsi,  -nin  sukunu,  ra-nın  kəsrəsi  var. 
Axırda  isə  zey  hərfi  gəlir.  (s.  401)  Əl-Lübab`də  deyilir:  Təbriz  Azərbaycanın  ən 
məĢhur  Ģəhərlərindən  biridir  və  adətən  ona  Təvriz  deyirlər.  Ġbn  Hövqəl  isə  hesab 
edir  ki,  əzəmətinə  görə  o  (Təbriz  –  E.A.)  Xoy  Ģəhərinə  bənzəyir,  tatar  mənĢəli 
Hülakular evinin taxtı orada yerləĢirdi. Sonralar onu (yəni taxtı – E.A.) Xərbənd`in 
tikdiyi  yeni  Ģəhərə  köçürdülər.
29
  Ġbn  Səidə  əsasən  Təbriz  bizim  dövrdə  (hal-
hazırda-?)  Azərbaycanın  paytaxtıdır.  Onun  binaları  kaĢı  ilə  bəzədilmiĢdir.  Orada 
yaxĢı  mədrəsələr  var.  /ġəhəri/  yaraĢıqlı,  rahat  bir  bağ-bağat  əhatə  edir.  Tatarlarla 
birlikdə  onu,  özlərindən  olan  baĢçıları  idarə  edir  və  bu  /səbəbdən/  Təbriz  Marağa 
və digər yerlərin aqibətinə düçar olmayıb.  
 
(səh. 358.) Üçüncü paytaxt 
(əs-Sultaniyyə)
30 
 
Sultana aiddir, (əsl) adı isə Qundurlan-dır. Təqvim əl-buldən`də deyilir: Qaf 
dammalı,  nun  sukunlu,  ğayn  dammalı,  ra  sukunlu,  ləm  əlifli  və  nun.  Yeddi 
iqlimdən beĢincisində yerləĢir. Təqvim əl-buldən`də deyilir: “Uzunluq dairəsi 76
0

en  dairəsi  38
0
-dir.  Deyilir:  “O,  (yəni  əs-Sultaniyyə  -  E.A.) Təvrizdən  bir  mil  Ģərq 
səmtində olan  yerdən cənuba  doğru səkkizgünlük  məsafədədir. Xudabəndə buranı 
məmləkətin  paytaxtı  etmiĢdir.  ġəhər  dübbədüz  yerdə  salınmıĢdır,  onun  suları 
(kənardan)  gətirildiyinə  görə,  bağ-bağçası  və  meyvəsi  azdır.  Ona  görə  də  buraya 
meyvələr  yaxın  ərazilərdən  gətirilir”.  Məsalik  əl-əbsar`da  deyilir:  “O,  elə  bir 
Ģəhərdir  ki,  binaları  uca,  həyətləri  geniĢdir;  (Ģəhərin)  məhəllələri  və  bazarları 
xüsusi  məharətlə  salınmıĢdır.  Onun  tikilməsinə  məmləkətin  bütün  yerlərindən 


179 
 
bənnalar  cəlb  edilmiĢdi.  Onları  buraya  cəlb  edən  (Ģəhər)  əhalisinin  ədalətliliyi  və 
səxavəti  olmuĢdur.  Ġndi  o  (Sultaniyyə),  sanki  üzərindən  yüzilliklər  ötmüĢ  həyat 
dolu  (canlı)  bir  yerdir,  çünki  çoxları  burada  məskən  salmıĢ,  əhilləĢmiĢ  və  nəsl 
(qoymuĢdur). Müddət ötdükcə onun övladları artıq boya-baĢa çatmıĢdır”. 
Əlavə  3.  Əbu-l-Fida.  Təqvim  əl-buldən  (səh.  306).  Əs-Sultaniyyə.  O, 
(əslində)  Qunğurlandır.  Qiyas  və  Qanunda  (adı)  qeyd  olunur.  Uzunluq  dairəsi  – 
76
0
  08`,  en  dairəsi  39
0
  08`-dir.  BeĢinci  iqlimin  əvvəlində  Azərbaycanda  yerləĢir. 
Qaf`ın damması, nun`un sukunu, ğayn`ın damması,  ra'nın sukunu  var. Sonra  ləm, 
əlif və nun (hərfləri) gəlir. (səh. 307) Əs-Sultaniyyə Təvrizdən bir mil cənub-Ģərq 
istiqamətində  yerləĢir.  Onların  arası  səkkiz  günlük  yoldur.  Əs-Sultaniyyə  yeni 
Ģəhərdir.  Onu  Xorbəndə  ibn  Ərğun  tikdirmiĢ  və  paytaxt  Ģəhər  etmiĢdir.  ġəhər 
düzənlikdə yerləĢir və o, kənardan gətirilən su ilə təmin olunur. O, Keylan (Gilan) 
dağlarına  yaxındır,  aralarında  bir  günlük  yol  var.  Bağ-bağçası  az  olduğundan, 
meyvə  oraya  yaxın  Ģəhər  və  kəndlərdən  gətirilir
30 
(səh.  358)  Burada  (yəni 
Azərbaycanda - E.A.) digər Ģəhərlər də var. 
S ə I ə m a s uƏl-Lübabda deyilir: "Fəthəli sin, ləm və mim, sonra isə qısa 
saitli  sin  -  mövqeyinə  görə  yeddi  iqlimdən  dördüncüsündə  yerləĢir.  Əl-Qanun`da 
deyilir: "uzunluq dairəsi 73
0
, en dairəsi -38
0
 25 '-dir. Əl-Muhəlləbi isə qeyd edir ki, 
o,  qərbdən  Azərbaycanın  ən  uzaq  (son)  hüdudlarında  (yerləĢir)  və  ən  mühüm 
əmsarlardan və ticarət məntəqələrindən biridir.
31 
Əlavə 1. əs-Səm`ani. Kitəb əl-ənsəb. (v 302a) Fəthəli sin və ləm, mim(dən) 
sonra  əlif  və  axırda  -  bir  daha  sin  gəlir.  Bu  nəsəb  Azərbaycanda,  Xuveydən  bir 
mərhələlik  məsafədə  yerləĢən  Sələmas'ə  aiddir.  Ləyaqətli,  möhtərəm  imamlardan 
biri,  hüsn-etiqad  və  fəsahət  sahibi  sayılan  Əbu-l-Qasim  Hüreyr  ibn  Əhməd  ibn 
Cərir ibn əs-Sələmasi, 349/960-cı ildə Ġsfahana köçən Əbu-l-Həsən əl-Muzəffər ibn 
əl-Həsən  əs-Sələmasi.  Əbu  Muhəmməd  əl-Həsən  ibn  Muhəmməd  ibn  Cəfər  ibn 
Davud əs-Sələmasi oralıdırlar. 
Əlavə 2. Ġbn əl-Əsir. ƏI-Lübab. ( c.l. səh.552). Əs-Sələmasi. Fəthəli sin və 
ləm,  mim-(dən  sonra)  əlif 
32
,  axırda  isə  yenə  sin  gəlir.  Bu  nəsəb  Azərbaycan 
ölkəsindəki  Sələmas  Ģəhərinə  aiddir.  Bir  çox  üləma,  o  cümlədən,  məĢhur 
əimmələrdən  biri,  fəzilət  sahibi  Əbu-l-Qasim  Hureyr  ibn  Əhməd  ibn  Hureyz  əs-
Sələmasi  oradandır.  O,  hədisləri  Müzhir  ibn  Muhəmməd  ibn  Muhəmməd  əl-
Ġsfahanidən öyrənmiĢdir. Əbu-l-Bərəkat Hibətallah ibn əl-Mübarək və digərləri isə 
ondan  (əs-Sələmasidən)  rəvayətləri  öyrənmiĢlər.  Əbu  Tahir  əl-Mühsin  ibn  Cəfər 
ibn  Muhəmməd  ibn  Cəfər  ibn  Davud  ibn  əl-Həsən  əs-Sələmasi  əl-Bəğdədi  Hifz 
ibn ġahini, Əbu Tahir əl-Müxlisi və baĢqalarının mühazirələrini dinləmiĢdir. Onun 
tələbəsi  olan  Əbu  Bəkr  əl-Xətibin  dediyinə  görə,  (əs-Sələmasi)  bir  müddət  Ģəfii 
məzhəbindən olan faqih Hamid əl-Ġsfərayinidən fiqhi öyrənmiĢdir.
33
 (Əs-Sələmasi) 
436-cı ilin Ģəvval ayında (/21.IV-20.V1 1045) vəfat etmiĢdir. 
Əlavə 3. Əbu-l-Fida. Təqvim əl-buldən. (səh.396). Uzunluq və en dairələri: 
Ətvalda – 69
0
45' və 37
0
 47 '; Qanun-da – 73
0
 8' və 38
0
 25'; Ġbn Səiddə isə - 71
0
 8' 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə