Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   77   78   79   80   81   82   83   84   ...   102

174 
 
Bu  da  onu  göstərir  ki,  əl-QəlqəĢəndi  həm  özündən  əvvəlki  müəlliflərin,  həm  də 
müasirlərinin  əsərlərindən  geniĢ  surətdə  istifadə  etmiĢ  və  həmin  mənbələrdəki 
məlumatları  bəzən  olduğu  kimi,  bəzən  də  öz  düzəliĢləri  və  Ģərhləri  ilə  kitabına 
daxil etmiĢdir.

Sübh əl-ə`Ģa fi sinaat əl-inĢa istər müsəlman aləmində, istərsə də Avropada 
(XIX əsrdə) geniĢ Ģöhrət tapmıĢdır. Misir alimi Əhməd Zəki paĢanın (1866-1934) 
səyləri  nəticəsində  bu  əsər  tam  Ģəkildə  çapa  hazırlanmıĢ  və  1913-1920-ci  illər 
ərzində  14  cilddə  nəĢr  olunmuĢdur.
6
  Mənbənin  nəĢri  öz  növbəsində  əl-
QəlqəĢəndinin əsəri haqqında xüsusi monoqrafiyanın yazılmasına zəmin yaratdi.

On hissədən (məqalələr-dənibarət olan Sübh əl-ə'Ģa-nın ikinci bölməsi (IV 
cild) tarix və coğrafiya fənlərini əhatə edir və Azərbaycanla bağlı əsas materiallar - 
onun coğrafi mövqeyi, yolları, irili xırdalı Ģəhərləri, əhalisi, Kür və Araz çayları və 
s. haqqında yığcam məlumat - məhz bu hissədə yerləĢir. Forma baxımından bütün 
məlumatlar  ensiklopediyalara  xas  olan  səpkidə,  yəni  müəyyən  baĢlıqlar  altında 
kiçik  məqalələr  Ģəklində  verilir.  Təsvir  olunan  hər  bir  yerin  adından  sonra  əl-
QəlqəĢəndi  istinad  etdiyi  müəlliflərin  əsərlərindən  müvafiq  parçaları  sitat  gətirir. 
Biz  həmin  parçaları  mənbələrdən  araĢdırıb  seçərək,  izafi  məlumat  və  müqayisə 
məqsədilə  əsas  tərcümədən  sonra  əlavələr  Ģəklində  verməyi  lazım  bildik  (  məs. 
əlavə 1. əlavə 2 və s.).
8
  Lakin bu  mətnlərin  mənbəyini göstərərkən, əl-QəlqəĢəndi 
eyni müəllifi  və  ya eyni əsərin adını bəzən müxtəlif baĢlıqlar    altında dərc edir.
9
 
Bu da onunla izah olunur ki, həmin müəlliflər və onların əsərləri əl-QəlqəĢəndinin 
dövründə  onun  müasirlərinə  yaxĢı  tanıĢ  idi  və  əlavə  Ģərhlərə  ehtiyac  yox  idi.  Bu 
səbəbdən  müəllifin  ən  çox  müraciət  etdiyi  qaynaqlar  haqqında  qısa  açıqlamalar   
xronoloji ardıcıllıqla təqdim edilir. 
Əl-Qanun  Mahmud  Ğəznəvinin  (997-1030)  xələfi  sultan  Məsudun  (1030-
1041)
10
  sifariĢi  ilə  tərtib  edilmiĢ  ulduzlar  cədvəli  tam  Ģəkildə  əl-Qanun  əl-Məsudi 
fi-l-heyət  va-n-nucum  adlanır.  Onun  müəllifi  orta  əsrlərin  görkəmli  alimi, 
riyaziyyat,  fizika,  astronomiya,  mineralogiya,  nəbati  coğrafiya  (bitkilər  aləmi), 
əczaçılıq,  tarix  və  s.  fənlərə  aid  sanballı  kitabları  olan  Əbu  Reyhan  əl-Birunidir 
(973-1048). 
Əl-Əzizi.  Fatimilər  dövründə  (909-1171)  Misirdə  yaĢayan  Həsən  ibn 
Əhməd  əl-Muhəlləbi  (X)  həmin  sülalənin  hakimlərindən  biri  olan  əl-Əziz  (975-
996) üçün Kitəb əl-məsəlik va-l-məmalik adlı əsər yazmıĢdır. Həmin kitab əl-Əzizi 
kimi  də  məlumdur.  Adından  göründüyü  kimi,  həmin  əsərdə  müxtəlif  ölkələrarası 
və  daxili  marĢrutlar təsvir olunur.  Əl-Əzizi  sonrakı  müəlliflər üçün  mühüm  yazılı 
mənbə olmuĢdur. Bunlardan Yaqut əl-Həməvi (o hətta əsərin hər iki adını çəkir), 
əl-Muqəddəsi və Əbu-l-Fidanı qeyd etmək olar. Əsərin ayrı-ayrı hissələri XV əsrdə 
yaĢamıĢ  Hafizi  Əbrunun  Coğrafiyası  vasitəsi  ilə  bizə  gəlib  çatmıĢdır  (bax: 
Kraçkovski, iv. 515)
11 
Əl-Müərrab. Bağdadın ən tanınmıĢ dilçi alimlərindən biri olan Əbu Mənsur 
əl-Cəvaliqinin  (1073-1144)  tərtib  etdiyi  əl-Müərrab  fimə  təkəlləmət  bihi  əl-arab 


175 
 
min  əl-kəlam  əl-əcəm  əsəri  ərəblərin  leksikasında  mövcud  olan  geyri  -  ərəb 
sözlərindən ibarət lüğətdir.
12
 
Əl-Ənsab.  Əbu  Sə'd  Əbd  əl-Kərim  əs-Səm`aninin  (1113-1167)  Kitəb  əl-
ənsab  əsəridir.  Orta  Asiyanın  Mərv  Ģəhərində  ərəb  mənĢəli    ailədə    dünyaya  
gəlmiĢ    əs-Səm'ani    hədis    və    təfsirləri  mükəmməl  bilən  alim  idi.  Adı  çəkilən 
əsərin  əlyazması  1912-ci  ildə  D.S.Marqolius  tərəfindən  çapa  hazırlanmıĢ  və  nəĢr 
olunmuĢdur.  Əlifba  sırası  ilə  tərtib  edilmiĢ    Kitəb  əl-ənsabda  tanınmıĢ  Ģəxslərin 
nəsəbləri onların əsərləri haqqında ətraflı məlumat verilir. Əs-Səm`aninin bu kitabı 
ondan  əvvəlki  müəlliflərin  əsərlərindən  çox  cəhətdən  həm  həcminə,  həm  də 
məlumatların  zənginliyinə  görə  seçilir.  Əs-Səm`anidən  sonrakı  müəlliflər  bu 
qaynaqdan istifadə edib faydalanmıĢlar. Əsərdən bir parça tərcüməyə  əlavə 1 kimi 
daxil edilib. 
13
 
Əl-MüĢtərik.  Kitəb  əl-müĢtərik  vad`an  va-l-müftərik  suq`an.  Yaqut  əl-
Həməvinin  (1179-1229)  coğrafi  omonimlər  (formaca  oxĢar,  mənaca  fərqlənən 
adlar) lüğəti belə adlanır. Çox yığcam Ģəkildə tərtib edilmiĢ bu əsərdə 4261 coğrafi 
obyekti əhatə edən 1091 adda baĢlıq var. Müəllifin etirafına görə, o bu kitabı əlaltı 
vəsait kimi istifadə etmək üçün özünün məĢhur çoxcildli Mücəm əl-buldən (Əlifba 
sırası ilə düzülmüĢ ölkələrin məcmusu) coğrafi lüğətindən etdiyi iqtibaslar əsasında 
yazmıĢdır.
14
 (bax: Kraçkovski, iv, 340-341). 
Əl-Lübab.  Daha  çox  Əl-Kamil  fi-t-tərix  salnaməsi  ilə  tanınan  Ġzzəddin 
Əbu-l-Həsən  Əli  ibn  Muhəmməd  ibn  Muhəmməd  ibn  Əl-Əsir  (1160-1234)  əs-
Səm`aninin  əl-Ənsəb  əsərini  ixtisar  edib  öz  düzəliĢ  və  qeydləri  ilə  əl-Lübab  fi 
təhzib  əl-ənsəb  kitabını  tərtib  etmiĢdir.  Bu  mənbədən  tərcümələr  əlavə  2-də 
verilir.
15
 
İbn  Səid  (Əl-Məğribi).  Əbu-l-Həsən  Əli  əl-Ğarnati  (1208  və  ya  1214-
1286):
16
 MəĢhur səyyah və bizə gəlib çatmayan bir çox əsərin müəllifi. Onun yeddi 
iqlim  haqqında  Coğrafiya  adı  ilə  tanınan  kitabı  yalnız  XIV  əsr  müəlliflərinin 
əlyazmalarından  iqtibas  yolu  ilə  hasil  edilmiĢdir.  Ġbn  Səidin  eyni  yolla  əldə 
olunmuĢ digər  əsəri (Kitəb bəst əl-ərz fi  tulihə  va-l-ard)  ərazilərin  uzunluq və  en 
dairələrinə  müvafiq  yayılmasını  təsvir  edir.  Həmin  əsərin  Parisdə  saxlanılan 
əlyazmasının  haĢiyələrində  Əbu-l-Fidanın  öz  xətti  ilə  yazılmıĢ    qeydlər  vardır 
(Kraçkovski. iv, 356-57). 
Təqvim  əl-buldən.  Əyyubilər  nəslinin  nümayəndəsi  və  yüksək  mənsəblərə 
malik  Təqvim  əl-buldən-in  müəllifi  (1273-1331)  ayrı-ayrı  mənbə  və  elmi 
ədəbiyyatda adətən müxtəlif adlar altında göstərilir. Məsələn, avropalılar onu Əbu-
l-Fida,  Ģərq  aləmi  isə  Ġmam-əd-din  və  ya  əmir  olduğundan  –  Əl-Məlik  əl-
Müəyyəd,  bəzən  də  Sahib  Həma  (Hama  Ģəhərinin  hakimi)  kimi  tanıyırdı.  Onun 
əsl adı isə Ġsmayıl ibn əli əl-əyyubi idi. Ġ. Kraçkovskinin rəyinə  görə Əbu-l-Fida-
nın  adı  çəkilən  coğrafi  əsərinin  böyük  bir  hissəsinin  baĢqa  mənbələr  əsasında 
yazılmasına  baxmayaraq,  öz  əhəmiyyətinə  görə  o,  Yaqut  əl-Həməvinin  məĢhur 
Mu`cəm  əl-Buldən  coğrafi  lüğətindən  heç  də  geri  qalmır.  (Kraçkovski.  iv.  389) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə