Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   74   75   76   77   78   79   80   81   ...   102

167 
 
etnonimi  «Dərbənd-namə»dəki  Kilab  və  Kilbaxla  eyniləĢdirərək  və  Ģimali 
Azərbaycanda  lokalizə  edir  və  AnuĢirvanın  Kiləb  əhlindən  yeni  qalalar,  о 
cümlədən  Qumik  üçün  hərbi  qarnizonlar  təĢkil  etməsini  qeyd  edir  (Alikberov,  s. 
106-107).  Belə  olan  halda,  əl-Kiləblə  yanaĢı  ġakkinin  qeyd  olunmasını  nəzərə 
alsaq, əhalisi Kiləb qalasına qaçmıĢ Beyləqanı da Balakən ilə eyniləĢdirmək olardı. 
Lakin  sonrakı hadisələr bu ehtimalı  təsdiq etmir  (bax qeyd 97 )  N.Vəlixanlı  (Ибп 
Хордадбех, с.69) ġahbuĢun Naxçıvandakı ġahbuzla eyniliyini mümkün hesab edir 
və belə olan təqdirdə, ġakinin də Z.Bünyadovun Qoris r-nu ərazisindəki Sisiyanda 
lokalizə etdiyi ġaki (З.М.Бупиятов. «Доклады...» ) olmasını və Kiləbin Beyləqan 
yaxınlığında  yerləĢməsini  təxmin  edir.  Sasani  imperiyasının  Ģimal,  cənub  və  Ģərq 
sərhədlərində eyni adlı və eyni təyinatlı sərhəd məntəqələrinin olması təsadüfi hal 
deyil. 
76.
 
 əs-Sağr (Suğur), yəni «sərhəd vilayəti», yalnız Dərbənd əyalətini deyil, 
Xilafətin bütün Qafqaz əyalətlərini (Arran, ġirvan, Curzan) nəzərdə tuturdu. 
77.
 
 Xəlifə Əbu Cəfər əl-Mənsur («qalib»). Əbu-l-Abbasın qardaĢı. Bağdad 
Ģəhərinin təməlini о qoymuĢdur (754-775). 
78.
 
 Nariz - Cənubi Azərbaycanda, Urmiya yaxınlığında Ģəhər. 
79.
 
 silinib 
80.
 
 Miyanic  -  Cənubi  Azərbaycanda  Ģəhər.  Ġbn  Xordadbehdə:  «Marağa, 
Miyanic, Ərdəbil, Varsan...» (Ибн Хордадбех, с.107) 
81.
 
 Jüzenin  tərcüməsində  ər-Rəvvad,  Murra  ət-Tai  və  Həmdani 
Ərminiyəyə köçürülənlər kimi verilir. Lakin mətndə «nəzələ» yox, «ənzələ», yəni 
«yerləĢmək» (məskunlaĢmaq) yox, «yerləĢdirmək» gedir. Həm də Təbrizdən Bəzzə 
qədər ərazidə bir nəfərin yerləĢdirilməsi məntiqə uyğun deyil. Bu vəzifəli Ģəxslərin 
təyin  olunduqları  yerə  qohum-əqrabalarını,  öz  tayfasından  və  ya  qrupundan,  yəni 
kəlbitlərdən olanları köçürməsi inandırıcıdır. 
82.
 
 Maraqlıdır  ki,  «Halbas»  qafqaz  mənĢəli  addır  və  mənası  (avarca) 
«pələng», «qəhrəman» deməkdir. 
83.
 
 Yəmənlilər cənub ərəblərinə, bənu nizar (nizarilər) isə Ģimal ərəblərinə 
mənsub  idilər.  Buzovnada  Nəzaranlı  məhəlləsi,  ola  bilsin,  Azərbaycana 
köçürülmüĢ nizarilərlə bağlıdır. 
84.
 
 Təbəri  və  Ġbn  əl-Əsirdə  «As-Tarxan»,  Qevondda  «RaĢ  tarxan». 
Mənbələr  ġərqi  Avropada  və  Xəzər  dənizinin  Ģərq  sahillərində  as  tayfalarının 
yaĢaması haqda  məlumat  verirlər. Tədqiqatlar asları və  alanları  müxtəlif dövrlərə 
aid  sarmat  tayfaları  hesab  edirlər.  Asları  ġərqi  Avropanın  qədim  etnik  plastı-
arsilərlə  və  ya  qeyri-slavyan  roslarla  eyniləĢdirmək  olar  və  türkütlərdən  (göy 
türklər)  əvvəlki  xəzərlərin  mənĢəyi  də,  görünür,  onlarla  bağlı  olmuĢdur.  («Ras 
tarxan» termini haqda bax: Артамонов, История хазар. Л. 1962, с. 244-246) 
85.
 
 Hirs  (Xurs,  Xursan,  XurĢan)  -  Minorski  mənbələrdə  adətən  yanaĢı 
iĢlədilən Xursan və Vardanı ġabaran və Maskatla eyniləĢdirərək lakzların ərazisinə 
aid  edir  və  Quba  rayonunun  cənub  hissəsində,  Maskatdan  (MüĢkür)  cənubda 


168 
 
yerləĢdirir.  Balazuri  Mərvanın  lakzların  müqavimətini  qırdıqdan  sonra  «ġarvan» 
hakiminə  mənsub  dənizin  sahilində  yerləĢən  Hurs  (H.rĢ)  qalasına  getməsini  və 
(qalanın sahibinin) təslim olaraq düzənə düĢməsini qeyd edir. (Минорский. с. 114-
115) A.N.Qenko Xursanı BeĢ-Barmaq dağı yanındakı sahilyanı ərazidə Bakıdan 90 
km Ģimal-qərbdə lokalizə edir («Труды сессии арабистов», 1937. с. 87.) 
86.
 
 Bab  Vaq  («bab»-«keçid»,  «vaq»-«qoruyan»)  -  ərəb  koloniyaları. 
Darvakla  eyniləĢdirilir.  Dərbənd  nahiyəsində,  lakin  Dərbənddən  xeyli  aralı  dağ 
yüksəkliyində lokalizə olunur (Alikberov, s.43; «Derbendname», 1993, s.38). 
87.
 
 Xəzərlərin  hücumundan  sonra  xəlifə  Yəzid  ibn  Uqeylini  Arranın 
idarəsindən  kənar  edərək,  yerinə  Bikar  ibn  Müslüm  əl-Üqeylini  təyin  edir.  1  il  4 
aydan sonra onu da vəzifəsindən kənar edir, yerinə əl-Həsən ibn Qahtabə ət-Taini 
təyin edir. О gələn kimi sanarilər ona qarĢı üsyan edirlər. 
88.
 
 Sanarlar  mənbələrdə  ġakinin  yanında  -  Kaxetiyada  göstərilirlər.  VIII 
əsrin II yarısından etibarən bir əsr müddətində Qafqaz dağlıları və xəzərlərlə birgə 
ġimali  Qafqaza  keçidləri  bağlayaraq,  ərəblərə  Ģiddətli  müqavimət  göstərmiĢlər. 
Minorski  onları  vaynax  mənĢəli  hesab  edir  və  bu  cəsur  dağlıların  Qafqaz 
aĢırımından qərbə tərəf hərəkət edərək, Kaxetiya ərazisində yerləĢmələrini göstərir 
(Muнopcкuй,  c.  210-211).  Balazuri  sanarları  «əl-Lan  (Alan)  əhalisi»  ilə  yanaĢı 
qeyd edir. 
89.
 
 Vadih - müəllifin (Yaqubinin) ulu babası. Bu haqda bax: s. 202 
90.
 
 Xəlifə Mehdi (775-785), xəlifə Mənsurun (Əbu Cəfər) oğlu və sələfi. 
91.  Xəlifə  Hadı  (785-786).  Saray  intriqaları  (fitnə-fəsadları,  çəkiĢmələri) 
nəticəsində  xəlifə  Mehdinin oğlu  Musa  (Hadı) öldürülmüĢ, taxta  onun digər oğlu 
Harun  ər-RəĢid  çıxmıĢdı.  Ġbn  əl-Əsir  yazır  ki,  h.163-cü  ildə  (779-780)  Xəlifə 
Mehdi  oğlu  Harun  ər-RəĢidi  bütün  qərb  ölkələrinə,  Azərbaycana  və  Ərminiyəyə 
vali 
təyin 
etdi. 
(Ġbn 
əl-Əsir, s.27). Yaqubi isə bu dövrdə Harun ər-RəĢidin yalnız Ruma yürüĢünü təsvir 
edir. О göstərir ki, «163-cü ildəki hadisələrlə əlaqədar məlum (məĢhur) sədd («əs-
suğur»)  tikilir  ki,  buradan  düĢmənin  hücumları  dəf  olunsun.  Belə  ki,  rumlular 
Mar'aĢı  tutmuĢ,  çoxlu  adam  qırmıĢdılar.  Mehdi  səddi  tikdikdə  sərhəd  əyalətinin 
əhalisi 
(«əhlu-s-suğur») yenidən daha əzmlə ayağa qalxır. Həmin il Mehdi oğlu Harun ər-
RəĢidi  böyük  ordu  ilə  yürüĢə  göndərir.  O,  Ceyhana  çatır  və  bir  neçə  qalanı  alır. 
Sonra  164-cü  ildə  Kustantiniyəyə  hücum  edir,  rumlular  ondan  sülh  istəyirlər.  O, 
sülh bağlayaraq geri qayıdır» (Yaqubi, II,s.396). 
92.  Xəlifə  Harun  ər-RəĢid  (786-809).  -  Ġbn  əl-Əsir  xəlifə  Mehdinin  hələ 
sağlığında  (h.  163/779-780)  oğlu  Harun  ər-RəĢidi  bütün  qərb  ölkələrinə, 
Azərbaycana  və  Ərminiyəyə  vali  təyin  etdiyini  xəbər  verir  (Ġbn  əl-Əsir,  s.27). 
Yaqubi  isə  bu  dövrdə  Harun  ər-RəĢidin  yalnız  Ruma  yürüĢünü  təsvir  edir.  О 
göstərir ki, «163-cü ildəki hadisələrlə əlaqədar məlum sədd («əs-suğur») tikilir ki, 
buradan düĢmənin hücumları dəf olunsun. Belə ki, rumlular Mar'aĢı tutmuĢ, çoxlu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə