Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   72   73   74   75   76   77   78   79   ...   102

163 
 
Артамонов, с. 220). Bu yunan termini ġərqi Avropanın muzdlu ordu kimi istifadə 
olunan  barbar  xalqlarına  aid  olunurdu  (bax:  С.Сулейманова.  Сириус  -  Шиpa  в 
Исламе и в поверьях народов Азии и Кавказа, - Елми арашдырмалар, 2004, 2-
4. с.313 ) 
32.
 
 əl-Fuzariya - Frakiya 
33.
 
 Bu  hissəni  düzgün  tərcümə  etmir  və  Qara  dəniz  sahilindəki  Lazikanı 
Suriya  limanı  Ladikiya  (müasir  Latakiya)  ilə  səhv  salırlar.  Buna  görə  də  mətndə 
anlaĢılmazlıq  yaranır.  (bax:  Бартольд.  с.  514).  VII  əsrin  sonlarında  Lazikada 
ərəblərin hakim olması haqqında Velhauzen, Feofan məlumat verirlər. (Бартольд. 
с. 579). 
34.
 
 Burada  «Dəmir  qapı»,  görünür,  «Bab  əl-hadid»,  «Temir  kapı» 
adlandırılan  Dərbənddir.  Ġbn  Taqriberdidə  Məsləmənin  95-ci  ildə  (715/714) 
Dərbəndi fəth etməsi göstərilir. 
35.
 
 Görünür,  Lazika  nəzərdə  tutulur.  Mənbələr  «batı  qadınlar  krallığını» 
Bosforda, Kolxidada, daha sonra Alazanın sahilində yerləĢdirirdilər. 
36.
 
 Bu  hissə  xəlifə  Süleymanın  dövrünün  yekunudur  (hər  fəslin  sonunda 
olduğu kimi). 
37.
 
 Xəlifə  Ömər  ibn  Əbdü-l-Əziz  (717-720),  Əbdü-l-Malikin  qardaĢı 
Əbdü-l-Əzizin (Misir valisi) oğlu. 
38.
 
 Yeni xəlifə (Ömər ibn Əbdü-l-Əziz) Bizansla müharibəyə son qoymaq 
qərarına  gəlir.  Mənbələr  Məsləmənin  qələbə  əzmində  olması  və  bir  qədər  də 
möhlət  istəməsi  haqda  məlumat  verirlər.  Lakin  xəlifənin  səfiri  təlimata  görə  bir 
saat  belə  gözləməyəcəyini  bildirir.  Bartold  Bizans  mənbələrinə  görə  Məsləmənin 
geri  çəkilməyinin  718-ci  ilin  avqustunda  -  hələ  xəlifə  Süleymanın  dövründə 
baĢlamasını qeyd edir. (Бартольд. с. 516-517). Lakin ərəb mənbələrinə görə 99-cu 
ilin  səfər  ayında  (717-ci  ilin  sentyabrı)  xəlifə  Süleyman  vəfat  etmiĢ  və  onun 
vəsiyyətinə  görə  Ömər  hakimiyyətə  gəlmiĢdir  (Yaqubi,  11.  s.299,  301).  Mömin 
xəlifə  kimi  ad  qazanmıĢ  Ömərin  bu  addımını  onun  dindarlığı  və  «cihada»  qarĢı 
olması  (bax:  q.  22)  ilə  izah  edirlər.  (Е.А.Беляев.  Арабы.  Ислам  и  Арабский  ха-
лифат в раннем средневековье. М.. 1966. с. 196-197) 
39.  Mənbələrdə  bu  dövrdə  adətən  Xorasan  türklərinə  qarĢı  yürüĢlər  haqda 
söhbət  gedir  və  bu  məlumat  da  belə  qarĢılanır.  (bax:  Бартольд),  с.  517).  Lakin 
həmin  məlumata  Ġbn  əl-Əsirdə  rast  gəlirik  və  burada  türklərə  qarĢı  yürüĢ  onların 
Azərbaycana  hücumu ilə izah olunur.  Z.Bünyadov bunu xəzərlərin  müsəlmanlara 
qarĢı  ilk  çıxıĢı  adlandırır.  O,  xəzərlərdən  əsir  alınma  məsələsinin  mənbələrdə  ilk 
dəfə  burada  qeyd  olunmasını  göstərir.  (Ġbn  əl-Əsir,  s.  164).  Göründüyü  kimi,  bu 
məlumat  Yaqubidə  də  verilmiĢdir,  lakin  Jüze  də  bu  məlumatların  Azərbaycan  ilə 
əlaqəsini  ayırd  etməmiĢdir.  Ümumiyyətlə,  Valid  ibn  Əbdü-l-Malikin  dövründən 
Yəzid 
ibn 
Əbd 
əl- 
Malikin dövrünədək olan bu hissə (Yaqubi, II, s.292-313) Jüze tərəfindən tərcümə 
olunmayıb. 


164 
 
40.
 
 Xəlifə II Yəzid (720-724). 
41.
 
 Dəbil - Dvin. Orta əsrlərdə Azərbaycanda Ģəhər. 
42.
 
 Bu  hadisələr  Ġbn  əl-Əsirdə  ətraflı  Ģəkildə  verilib.    Ola  bilsin,  Ərdəbil 
yerinə  Dəbil  yazılıb.  Kufi  Cərrahın  yürüĢünü  daha  geniĢ  təsvir  edərək  onun  qıĢı 
ġəkidə  keçirməsini,  bu  vaxt  ona  kömək  vəd  edən  Yə'zid  ibn  Əbdü-l-Malikin 
ölməsini  və  yeni  xəlifə  HiĢamın  köməyini  gözləyən  Cərrahın  Bərdədən, 
Beyləqandan,  Bacarvandan  (Varsan  və  Barzənd  arasında)  keçərək,  Ərdəbildə 
yerləĢməsini,  burada  Xaqanın  oğlu  Barsbəyin  baĢçılığı  ilə  Xəzər  ordusunun 
hücumuna  məruz  qalaraq  qətlə  yetirildiyini  göstərir.  Cərrahın  xəzərlərə  qarĢı 
birinci  yürüĢü  105-106-cı  illəri  (722-725),  ikinci  yürüĢü  və  Ərdəbil    vuruĢu  h.   
111-112-ci      illəri    (729-731)  əhatə  edir.    Arada  (725-729)  Məsləmənin  və  onun 
qoĢun baĢçılarının yürüĢləri olmuĢdur (bax: qeyd). 
43.
 
 Gələcək xəlifə II Valid 
44.
 
 Saray - bulqarların ölkəsində Ģəhər. 
45.
 
 «Asabə» - əsir aldı 
46.
 
 Xəzər  Ģahı  Ġosif  (X  əsr)  ölkəsinin  hüdudlarını  göstərərkən  qərbdə  13 
Ģəhərin adını çəkmiĢdi. Bunların arasında Kut Ģəhəri qeyd olunur (Артамонов, с. 
385).  Ola  bilsin,  bu,  Yaqubidəki  «qasru  Q.t.n.»  ilə  əlaqəlidir.  «Q.t.n.»  qalasını 
Kufidə,  Ġbn  əl-Əsirdə  xəzər  xaqanının  Səlman  ibn  Rabianın  təzyiqi  altında 
Dərbənddən çəkildiyi «Xasin» qalası ilə də eyniləĢdirmək olar. A.Alikberov bunu 
«Reyhan  al-haka'ik»  əsərindəki  «Bab  X.s.n.k»  və  «Dərbənd-namə»də  Xamri 
(Xamrin) yaxınlığındakı «Xusayn qalası» ilə eyiləĢdirərək Dərbənd yaxınlığındakı 
Bilxadi və Xumaydiyə arasında lokalizə edir. Q.M. Orazayev «Xasin»i Kayakənd 
hesab edir. (Alikberov s. 55-57, 62; Dərbənd-namə, 1992, 144) Kufiyə görə Cərrah 
Xasin camaatını Xaydak  (Kaytaq)  torpaqlarına  köçürtdü.   Kaytaq-Dərbənddən   
Ģimalda darqin qrupuna aid kaytaqların yaĢadığı ərazidir. 
47.
 
 Jüze bu hissəni ixtisar etmiĢ, yalnız II və sonuncu məlumatı vermiĢdir. 
Axırıncı  cümləni  o,  «əl-Əbvabdan  (Dərbənd)  keçərək»  kimi  tərcümə  edir.  Lakin, 
görünür,  Bələncər  hakimindən  xəbərdarlıq  alan  Cərrah  Vəbəndərdən  (Varaçan) 
geri  dönərkən  xəzərlərdən  ehtiyat  edərək  qərb  yolu  ilə  getmiĢ  və  Dəryal 
aĢırımından, yəni Bab-Alandan keçərək, ġəkiyə  gəlmiĢdir. Bu, Cərrahın xəzərlərə 
qarĢı birinci yürüĢüdür (bax: qeyd 41) 
48.
 
 Xəlifə HiĢam ibn Əbdü-l-Malik (724-743) 
49.
 
 Ġbn  əl-Əsirə  görə,  h.107-ci  ildə  (725/726)  Xəlifə  HiĢam  Cərrahı 
vəzifəsindən  azad  edərək,  onun  yerinə  qardaĢı  Məsləməni  qoyur.  111-ci  ildə  isə 
(729/730)  HiĢam  qardaĢı  Məsləməni  Azərbaycan  valiliyindən  kənar  edib,  yerinə 
yenə Cərrahı təyin edir. (Ġbn əl-Əsir, s.18-19). 
50.
 
 Tabarsaran - Rubas çayı hövzəsində, Dərbəndin yanında. Yakut yazır 
ki, Lakz ölkəsi və Bal əl-Əbvab arasında Tabasaran Ģahın ölkəsi yerləĢır. (Yakut, 1, 
438; Шыхсаидов. с. 33.
51.
 
 Varsan  -  Araz  çayının  aĢağı  axarlarında,  sağ  sahildə  (hal-hazırdakı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə