Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 14,5 Mb.
Pdf görüntüsü
səhifə32/114
tarix19.07.2018
ölçüsü14,5 Mb.
#57270
1   ...   28   29   30   31   32   33   34   35   ...   114

madağm etmiş, Xarəzmdə qalanları  isə  sonralar Orta Asiya 
xalqlarının  (özbək,  qazax,  qaraqalpaq,  eləcə  də  başqırdla- 
nn) tərkibinə daxil olmuşlar.1 Kanlılar isə VII-VIII əsrlərdə 
Sırdərya çayının orta axını  hövzələrində yaşamış türk tayfa 
birləşməsinin adı kimi qeyd olunur.
Oğuz  və  karluklarm  VIII  əsrin  70-ci  illərində  iki  his­
səyə  parçalanmış  bir hissəsi  Aral  dənizindən  şimal-qərbin- 
dəki  çöllərə  çəkilmiş,  sonra  peçeneq  və  qıpçaqlara  qarış­
mış,  digər  hissəsi  Qazaxıstanda  Talas  və  Ç u  çaylarının  sa­
hillərində  məskunlaşmış,  sonralar  başqırd,  qazax  və  qara- 
qalpaqların tərkibinə daxil olmuşlar.
Kanlıların  oğuz  və  monqolların  tərkibində  Cənubi 
Qafqaza  yürüşlərində  də  iştirak  etdikləri  yazılır.  Azərbay­
canda  Kəlbəcərin  Qarılıkənd,  Tovuzun  Bozalqanlı  topo­
nimlərinin kanlılarla əlaqədar yaranması haqqında məlumat 
vardır.1
 2
T.Əhmədov  kəngər/kanqar  və  qanlı/kanqlı  etnonim­
lərini  eyni  adların  m üxtəlif dil  və  ya  dialekt  paralelləri  sa­
yır.  O  yazır:  “ ...  bunu ekstralinqvistik faktlarla yanaşı,  adın 
linqvistik  təhlili  də  təsdiq  edir.  Hər  iki  etnonimin  əsasını 
kanq/kəng  sözü  təşkil  edir.  Əsas  fərq  onlardan  birinin  et­
nonim düzəldən “adam,  ər,  kişi”  mənalı  ar/ər vahidi,  ikin­
cisinin  isə  təxminən  eyni  funksiyanı  yerinə  yetirən  -lı/-li 
şəkilçisi  ilə yaranmalarmdadır”.3  Göründüyü kimi, o, Azər­
baycan  dili  üçün  incələşmənin  xarakterik  olması,  sağır 
mm-un(q)  ədəbi  dilimiz  və  əksər  dialekt  və  şivələrimiz 
üçün  səciyyəvi  olmaması  və  ya  rıq-nin  ng-yə  keçməsi  ilə 
əlaqədar  kanq  +  ar-ın  kəng+ər  formasına düşdüyünü  gös­
1 D ü n y a  x alqları.  E n sik lo p ed ik  m əlu m at kitabı.  B akı,  1998,  s.149.
2  Y enə orada,  s.150.
3  T .Ə h m əd o v .  A zərb ay can  to p o n im ik asın ın   əsasları,  B akı,  1991,  s,159._________
Ş akər O R U C O V A .Q ıpçaq qru pu  tü rk d illərin d ə etn on im lər
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 126
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri,  III cild, Bakı,  2012
tərir.  Digər  tərəfdən,  kayı/qayı  -   qaytaq/xaytaq  da  bu  cür 
izah oluna bilər.
Qumuq  və  Qaytaq  adlı  ərazilərin  mövcudluğu  haq­
qında  məlumat  XV  əsr  tarixi  mənbələrində  verilir  (Əb- 
dülhüseyn Nəvai).  1479-cu  ildə Dərbəndə səyahət edən ita­
liyalı  İosfat Barbaro burada (caitacci) -  kaytaq!qaytaqların 
yaşadığını  söyləmişdi.  Qaytaqları  ağ  və  qara  olmaqla  iki 
hissəyə  ayıran  Y.Pototski  yazırdı  ki,  dəniz  sahilində  yaşa­
yan ağ qaytaqlar türk dialektində danışanlar, dağlarda məs­
kunlaşaraq  yaşayan  qara  qaytaqlar  isə  ləzgi  və  akuşinlər- 
dir.  Rus dilçisi  S.Vronevski də qaytaqların Kadaka şəhərin­
də  yaşayan  qədim  türk  xalqlarından  olduğu  fikrinin  tərəf­
darıdır.1  Qaytaq!/xaytaq  etnonimini  ilk  dəfə  A.Bakıxanov 
Qaptaq  (qap+ taq) -  «böyük dağ» kimi izah etmişdir.
V.F.Minorski  bu  etnonimi  Altay xalqları  arasında ge­
niş  yayılan Kay  antroponiminə bağlayır ki,  bu  da  fikrimiz- 
cə,  əsassızdır.  Çünki  kaytaq  -   «iribuynuzlu  mal-qara  sax­
layan»  mənasında  bir  sıra  türkdilli  xalqlarda  işlənir.  Bura­
dan  belə  bir  nəticə  də  hasil  olur  ki,  qaytaqlar  həm  də  iri­
buynuzlu mal-qara saxlamaqla da məşğul olurmuşlar.
Okoçan  -   okoçir  etnonimi  rus  mənbələrində  qumuq- 
lara  yaxın  olan  qəbilə  adı  kimi  (okoki,  okox,  okoçan,  ako- 
çari)  qeyd  edilir.  Bu  etnonimin  formalaşmasında  hələ  VI- 
VII  əsrlərdə  tarixi  mənbələrdə  qeyd  olunan  akuk və  akaçir 
etnonimləri əsas baza rolu oynamışlar.
Qumuqlar  o  zamanlarda  aykblar  kimi  tanınırdılar. 
Akaçir  variantına  gəlincə,  aq+kassir,  qazar>aq  qazar  (xə­
zər və hunların qəbilə adı) kimi izah edilir.
www.rainbler.ru.  Племена кумыков.  Тайны кумыкской этнонимии.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  127


A.Bemştam  onları  xəzərlərin  sələfləri  (akuq-okuq  -  
oq ox «oq+uq\ann qəbiləsi») olduğu fikrindədir.1 Bu fikirlə 
tam razılaşmaq olmur.  Tədqiqatlar onu göstərir ki,  akaçirlər 
Sasani  mənbələrində akatzir  kimi verilmişdir.  Bu  etnonimə 
okoçan  formasında qumuq mənbələrində  də təsadüf edilir.1
 2 
Kizlyarda  məskunlaşaraq  yaşayan  Okonçen  tatarları  ilə 
akaçirlər  arasında  genetik  qohumluq  bağlarının  olduğu 
şübhəsizdir.
B A ŞQ IR D  etnonimləri.
Müasir  dövrdə  etnik  proseslərin  ənənəvi  inkişaf  və­
ziyyətinin  dərindən  öyrənilməsi  çox  zəruridir  və  hər  bir 
tədqiqatçıdan  dəqiqlik  və  böyük  bacarıq tələb  edir.  Müxtə­
lif  millətlərin  və  onların  mədəniyyətlərinin  bir-birinə  ya­
xınlaşması  bu  xalqların  etno-mədəni  proseslərinin  keçmiş­
dəki  vəziyyətləri:  müəyyən  etnik  toplumun  mənşəyi,  bu 
toplumları  formalaşdıran  m üxtəlif  komponentlərin  araş­
dırılaraq  üzə çıxarılması,  bunların həyatında baş verən assi­
milyasiya,  inteqrasiya  və  onları  mövcud  olduqları  ana  qə­
dər  müşaiyət  edən  bütün  proseslərin(siyasi-ictimai  və  iqti­
sadi)  öyrənilməsi  düşündüyümüzdən  də  böyük  əhəmiyyət 
kəsb  edir.  Etnogenetik  araşdırmalar,  tarixin  qədim,  orta  və 
daha  qədim  dövrlərinin  rekonstruksiyası  (bərpası)  bu  qə­
naətə  gəlməyə  imkan  verir  ki,  bütün  müasir  xalqlar qarışıq 
etnik  tərkibə  malikdir  və  onların  mədəniyyəti  də  mürəkkəb 
qanunauyğunluqların  nəticəsinin  bəhrəsidir.  Bu  baxımdan, 
başqırd  etnogenezi  də  az  öyrənilən  və  mənşəyi  200  ildən 
bəri  m üxtəlif  fikir  və  mülahizələrə  məruz  qalan  problem­
lərdəndir.
_____
Şakər ORUCOVA.Qıpçgq qrupu türk dillərində etnonimlər
1 А.Бернштам.  Очерки истории  гуннов. Л.,  1951,  с.264.
2 www.turkoloq.narod.ru,www.Google.refine.kam.ru.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 128
AMEA  Nəsimi adına Dilçilik institutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,  III cild, Bakı, 2012
Əcdadlarının  sarmat  və  Voljsk  bulqarları,  noqaylara 
qohum  olan  qəbilələr,  fin-uqor,  hun  və  uyğurlar  olduqları 
söylənilir.1  Bu  barədəki  fikirlər  (türk  və  ya  uqro-madyar 
hipotezi)  indi  də  haçalanır  və  mübahisəli  olaraq  da  qalır. 
Başqırdlar haqqında ilk yazılı məlumata 922-ci  ildə Əhməd 
ibn  Fədlanın  əsərində  rast  gəlinmişdir.  M üəllif burada  baş- 
qırdların  türk  mənşəli  olduqlarının  üzərindən  ehtiyatla  ke­
çərək  onları  Voljsk bulqarlarına aid  edir.2  Başqırdların  türk 
mənşəli  olduqlarına  aid  ilk  məlumata  Mahmud  Kaşğarinin 
“Divani luğat-it-türk” əsərində rast gəlinir.3
Əhməd-ibn  Fədlanın  verdiyi  məlumatın  X  əsrə,  ma­
car  xalqının  mənşəyinin  IX  əsrə  aid  olduğu  haqqında  olan 
bilgilər  başqırdların  macar  mənşəli  olduqlarını  iddia  edən 
alimlərə  ipucu  verir.  Belə  ki,  orta  əsr  səyahətçilərinin  əl­
yazmalarına əsasən I minilliyin orta və ikinci  yarısında Av­
ropanın şərqindən  Urala qədər uqor və qədim macar qəbilə­
lərinin məskunlaşdıqları yerlər kimi qeyd olunur.4
Bəlkə elə buna görədir ki,  bəzi  tədqiqatçılar macarları 
başqırd adlandıraraq başqırdların özünü unutmuşlar?!
Başqırd  xalqının  tarixin  müxtəlif zaman  süzgəcindən 
keçməklə  formalaşdığı  tayfa,  qəbilə,  nəsil  adları  aşağı­
dakılardır:
Cənub-Şərq  başqırdları  qrupu  -   burzyan,  userqan, 
yurmal,  lamyanmanqaur,  kıpsak\
1 Кузесв  Р.Г.  Происхождение  башкирского народа.  Уфа.  1974, с. 16.
2  Ковалевский  А.П.  Книга  Фхмеда  ибн-Фадлана о  его  путешествии 
на Волгу в  1921-1922  гг., Харьков,  1954, с. 130.
3  МК.,  1960, с.66.
4Аннинский  С.А.  Известия  венгерских  миссионеров  XI1I-X1V  вв.,  о 
татарах  и Восточной  Европе.  M.-JL,  1940, т.З._____ ====_ _ _ _ _ _
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  129


Yüklə 14,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə