Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
tar d qra 22 06 18

“Gömrük hüquqpozmaları, 
qaçaqmalçılıq və narkotik maddələrin qeyri-leqal daşınmasına qarşı 
gömrük xidmətinin hüquq-mühafizə fəaliyyəti”
adlanır və burada 
gömrük orqanlarının gömrük sərhədində baş verə biləcək qaçaqmalçılıq 
hallarına və narkotik maddələrin qeyri-qanuni daşınmasının qarşısının 
alınması sahəsində fəaliyyəti araşdırılır. Bu sahədə beynəlxalq təşkilatlarla 
əməkdaşlığın reallaşdırılması başlıca məsələlərdən idi. 1997-ci ildən başla-
yaraq, BMT-nin “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” adlı regional yar-
dım Proqramı (SCAD) çərçivəsində gömrük əməkdaşlarının bu sahə üzrə 
peşəkarlıq və ixtisas səviyyəsinin yüksəldilməsi, maddi-texniki resursların 
gücləndirilməsi istiqamətində çoxmərhələli layihələr həyata keçirilirdi.
2
BMT, Avropa Birliyi, İƏT, MDB və GUAM üzv dövlətləri
TRASEKA və DGT kimi beynəlxalq təşkilatlar, eyni zamanda çərçivəsində 
və dünyanın bir çox gömrük təşkilatları ilə imzalanan çoxtərəfli və ikitərəfli 
müqavilə, saziş və memorandumlar beynəlxalq təcrübədən və qabaqcıl 
texnologiyalardan faydalanmağa imkan verirdi. Gömrük statistikasına görə, 
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 
qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə
mübarizə üzrə Proq-
ramı (2007-2012-ci illər)” üzrə tədbirlər öz səmərəsini verirdi: aşkar edilən 
küllü miqdarda narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılırdı. İstintaq 
materialları ilə bağlı sənədlər
qaçaqmalçıların ən çox İran - Azərbaycan - 
Rusiya marşrutundan istifadəyə cəhd etdiyini təsdiq edirdi. Xarici iqtisadi 
fəaliyyətin əmtəə nomenklaturasının tətbiqi, kvota və lisenziyalaşdırma, 
hüquq-mühafizə fəaliyyəti və valyuta nəzarətinin həyata keçirilməsi ilə 
1
Mehdiyev S. Azərbaycanın gömrük xidməti fəaliyyətini ölkənin inkişaf 
strategiyasına uyğun qurur. “Azərbaycan” qəz. Bakı, 25 yanvar, 2012
2
SCAD proqramı çərçivəsində əlaqələr genişlənir / Gömrükçü, Azərbaycan 
Respublikası DGK, 2007, №2, s.71


38 
bağlı məsələlər, gömrük xidmətinin funksiyalarının daha geniş xarakter 
almasının göstəricisi idi. Bu faktlar üzrə daşınma marşrutlarının təhlili, 
tutulan şəxslərin vətəndaşlığı cinayətlərin bir neçə dövlətin ərazisini əhatə 
etməklə transmilli xarakterə malik olduğunu və onlara qarşı mübarizədə 
beynəlxalq səylərin birləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını 
göstərirdi.
1
Bu illər ərzində qaçaqmalçılıq hallarına və gömrük qaydalarının 
pozulmasına qarşı keçirilən profilaktik tədbirlər nəticəsində milyonlarla 
manat həcmində vəsaitin dövlət büdcəsinə keçirilməsi təmin edilmişdi. 
Dördüncü fəslin 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə