Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


“Azərbaycan Respublikasının davamlı iqtisadi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
tar d qra 22 06 18

“Azərbaycan Respublikasının davamlı iqtisadi 
inkişafı və gömrük işinin təkmilləşdirilməsi”
adlanır və dörd yarımfəsli 
əhatə edir. Bu fəslin 
“Sosial-iqtisadi inkişaf, xarici ticarət və nəqliyyat-
kommunikasiya sahələri üzrə dövlət proqramlarının həyata keçirilmə-
sində gömrük orqanlarının iştirakı” 
adlı birinci yarımfəslində göstərilir 
ki, xarici ticarətin müasir tipli infrastrukturun (nəqliyyat, sığorta, anbarlar, 
informasiya sistemi və s.) və ixracın həvəsləndirilməsi mexanizminin yara-
dılması kimi tədbirlərin həyata keçirilməsində gömrük orqanlarının rolu 
əhəmiyyətlə dərəcədə artmış oldu. Belə ki, “Əsrin müqaviləsi” əsasında 
beynəlxalq neft şirkətləri tərəfindən neft ehtiyatlarının istismarı üçün 
ölkəmizə gətirilən avadanlıqların gömrük rəsmiləşdirilməsinin operativ 
surətdə həyata keçirilməsi məqsədilə yeni gömrük nəzarəti məntəqələrinin 
açılması zərurəti yaranması buna misal ola bilər. “1999-2002-ci illərdə 
Azərbaycan Respublikasında ticarətin inkişafı üzrə Dövlət Proqramı”nın 
mühüm istiqamətlərindən birini də ixrac potensialının artırılması, ixracın 
strukturunun təkmilləşdirilməsi və ölkənin iqtisadi təhlükəsizliyinin təmin 
edilməsi təşkil edirdi.
1
“2003-2005-ci illər üçün Azərbaycan Respublika-
sında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nda 
gömrük xidmətinə bir sıra məsələlərin həll edilməsi tapşırıldı. Gömrük 
orqanları: a) gömrük proseduralarının sadələşdirilməsinə aid təkliflərin 
hazırlanması; b) gömrük rüsumları səviyyəsinin və tarif güzəştlərinin 
sayının azaldılması və təkmilləşdirilməsi məsələlərini təhlil etməli; c) 
gömrük sahəsində çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması kimi 
vəzifələri yerinə yetirməli idi.
2
Azərbaycan Respublikasının gömrük siste-
1
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu: 31 iyul 1999-cu il, № 7, 
maddə 42
2
Yenə orada, 3 mart 2003-cü il, № 2, maddə 86


35 
minin 2007-2011-ci illərdə inkişafına dair “Dövlət Proqramı”nda gömrük 
sərhədindən malların daşınmasının sürətləndirilməsi və sahibkarlıq sub-
yektlərinə əlverişli şəraitin yaradılmasının təmin edilməsi; inhisarçılıq fəa-
liyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması sahə-
sində tədbirlərin gücləndirilməsi; ixracın təşviqi və genişləndirilməsi, həm-
çinin daxili bazarın qorunması məqsədilə gömrük tənzimləmə mexaniz-
minin və infrastrukturun daha da inkişaf etdirilməsi qarşıya qoyulmuşdu.
1
Dördüncü fəslin 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə