Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə36/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   32   33   34   35   36   37   38   39   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
s
əsinə  aid edir. O, həmin uzanmanın  əsas səbəbinin söz 
kökl
ərində  intervokalda samit səslərin  düşməsi  olduğunu 
göst
ərir (240, 32-36). 
B
əzi türkoloqlar bu problemə  Altay dilləri aspek-
tind
ən yanaşmışlar. A.M.Şerbak “Türk dillərində ilkin uzun 
saitl
ərin mənşəyi” adlı məqaləsində bu hadisəni protodövr-
d
ə  intervokal mövqedə  prosodik heca tipləri  ilə  əlaqələn-
dirir (289,  47). Türkologiyada ilkin uzanma mövzusu il
ə 
bağlı  müxtəlif tədqiqatlar aparılmış, fərqli fərziyyələr irəli 

rülmüş,  yekdil fikir əldə  edilməmişdir.  Biz  digər türko-
loqlardan f
ərqli olaraq bu prosesə sırf fonetik hadisə kimi 
deyil, morfonoloji pro
ses kimi baxırıq. Çünki türk dillərinin 
ilkin m
ərhələsində həmin proses derivatoloji funksiya daşı-
mışdır.  A.M.Şerbak göstərir  ki, bütün  qədim  CV  formalı 
söz kökl
əri ilkin uzanmaya malik olmuşdur (290, 46). 
Ən qədim fonetik hadisələrdən  sayılan  ilkin  uzanma 
hadis
əsi türkmən və  yakut dilləri ilə  yanaşı,  xalac  türkcə-
sind
ə də sistemli şəkildə qorunmuşdur. Təkhecalı söz kök-
l
ərində mühafizə edilən uzanma ulu dilin xüsusiyyətərindən 
biri kimi fonematik mahiyy
ət daşımışdır. Yəni qədim dildə 
lekseml
ərin məhdudluğunu nəzərə  alsaq, bu hadisə  söz 
yaradıcılığı üsulu kimi də çıxış etmişdir. Fikrimizcə, ilkin 
uzanma hadis
əsini qədim türk söz kökündə morfonoloji və 
derivatoloji s
əciyyə  daşıyan  hadisə  kimi dəyərləndirmək 
lazımdır. Türk dillərində anlaut problemini şərh edən N.Ha-
cıyeva da ilkin uzanmanın söz köklərində fonematik dəyiş-
m
ə yaratması ideyasını qəbul edir (136,  86). 
Türkologiyada bu m
əsələ haqqında iki əsas fikir möv-
cuddur: 1) O.Bötlinq ilkin söz kökl
ərində uzanmanın möv-
cudluğunu  təsdiq edir; 2) V.V.Radlov isə  bunu tam inkar 
 
114 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
edir (205,  59).  H
ər iki fikrin  tərəfdarları  var.  O.Bötlinqin 
t
ərəfdarları  qədim türk abidələrindəki və  müasir türk dil-
l
ərindəki  faktlara  əsaslanırlar.  E.D.Polivanovun fikrincə, 
pratürk uzanma
sını  rekonstruksiya etmək üçün türkmən-
yakut uyğunluqlarını nəzərə almaq lazımdır. O, ilkin uzan-
manı tam inkar etməsə də, yakut dilindəki uzanmanın söz 
kökünd
ə sonrakı samitin cingiltiləşməsinin təsiri ilə yaran-
dığını ehtimal edir (290, 124). K.Qrönberqin fikrincə, türk 
dill
ərində uzanma tarixən aksentləşmə, V.V.Radlovun fik-
rinc
ə, bu hadisə  səs birləşmələrinin, səs reflekslərinin vo-
kalizasiyası və sıxılması nəticəsində  sonradan yaranmışdır 
(205,  46). B
əzi türkoloqlar isə qədim  yazılı  abidələrdə bu 
hadis
ənin mövcudluğunu  əlifba məsələsi ilə  izah edir və 
ərəb  əlifbası  ilə  yazılmış  abidələrdə  qrafik xüsusiyyətlərlə 
bağlı  olaraq,  eyni saitlərin ikili  işarələnməsinə  yol veril-
diyini ehtimal edirl
ər. Yakut dilinə yaxın olan dolqan türk-
c
əsində də qədim köklərdə uzanma hadisəsi müşahidə olu-
nur. M
əsələn, ııt- “göndərmək” və s. (CДР, 84). 
Bir çox  türk dill
ərində uzanma fonematik məna kəsb 
edir, y
əni söz köklərində məna fərqi yaradır: Məsələn, xak. 
sıın  “maral”  -  sın  “həqiqət”,  aas  “ağız”  -  as  “taxıl”,  aal 
“k
ənd” - al- “götürmək”, püür “canavar” - pür “ağac yarpa-
ğı”, xaar- “qızartmaq” - xar “qar”. N.A.Baskakov xakas di-
lind
ə  olan bu uzanma  faktlarını  ikinci  uzanma hadisəsinə 
aid edir. Onun fikrinc
ə, xakas dilində  ilkin uzanma ancaq 
bir sözd
ə  qalmışdır:  ööt- “yandırmaq” (141, 19). İlkin  söz 
kökl
ərinin polisintetikliyini nəzərə  alsaq, ilkin uzanmanın 
söz  yaradıcılığı  vasitəsi olması  fikri  realdır.  V.İ.Rassadin 
qeyd edir ki, tofalar dilind
ə uzanma faktı fonematik əhəmiy-
y
ət daşıyır: al- “almaq” - a:l “kənd”, qas “qaz” - qa:s “bə-
 
115 


BABA MƏHƏRRƏMLİ 
 
 
z
ək”, ol “o” - o:l “oğul, oğlan”, hol “göl” - ho:l “ürək”, bar- 
“getm
ək” - ba:r “qaraciyər” (240, 19). Müqayisə üçün qeyd 
ed
ək ki, monqol dilində  də uzanma semantik fərq yaradır: 
ör “borc” - öör 
“başqa, digər”, ul “ayaqaltı, özül, dib” - uul  
“dağ”,  tos “yağ”  -  toos “toz”,  em  “dərman” -  eem  “çiyin” 
(267, 16). Monqol dialekt v
ə şivələrində də bu  proses mü-
şahidə edilir:  der “döşəkçə”  -  dēr “yuxarı”, bol “olmaq”  - 
bool  “qul”,  xol  “uzaq”  -  xool  “qida” (269, 17). Eyni v
ə-
ziyy
ət Altay dillərinə aid olan koreya dilində də mövcuddur: 
nun “göz” - nuun “qar”, kil “yol” - kiil “uzunluq”, mal “at” - 
maal  “söz”,  san 
“dağ” - saan “sağlam” (238, 44). Deməli, 
Altay dill
ərində bu hadisə geniş yayılmışdır. 
Türk dilçiliyind
ə  bir çox kök sözlərin arxetiplərinin 
b
ərpasında  ilkin  forma  kimi  uzun variantlar əsas götürü-
lür. M
əsələn, E.V.Sevortyanın  etimoloji  lüğətində, 
A.M.
Şerbakın  türk  dillərinin  fonetikası  ilə  bağlı  araş-
dırmalarında bu halı  müşahidə  etmək mümkündür. 
A.M.Şerbak  qədim türk dillərində  8 adi, 8 uzun saitin 
olduğunu ehtimal edir (290 ,40-60). 
Q
ədim türk dillərində  ilkin uzanmanın  varlığını 
İ.A.Batmanov da təsdiqləyir. İ.A.Batmanov yakut və türk-
m
ən dillərindəki uzanmanı qədim dil faktı kimi xarakterizə 
edir v
ə göstərir ki, ehtimal ki, yazılı mənbələrdə qeyd olun-
masa da, V-VIII 
əsrlərdə  oğuz  dilinin  bir  qolu  olan  kurı-
kan
ların  dilində  qədim  uzanma  faktı  var  (ДТД,  7). 
O.N.Tuna da q
ədim uyğur yazılarındakı kök sözlərdə ilkin 
uzanmanın müşahidə olunduğunu qeyd etmişdir (249, 37). 
A.N.Kononov ilkin uzan
manın mövcudluğunun Orxon-Ye-
ni
sey  yazılarındakı  qrafikaya  əsasən  sübut edildiyini  gös-
t
ərir (179, 61). G.Dörfer xalac türkcəsindəki ilkin uzanmanı 
 
116 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə