Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə34/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   30   31   32   33   34   35   36   37   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
edilir. B.M.Yunus
əliyev belə  kökləri ilkin omonimlik ad-
lan
dırır  və  bu hadisəni daha çox leksik-qrammatik omo-
nimlik kimi s
əciyyələndirir (295, 69). Qədim dil faktı kimi 
sinkretik kökl
ərin öyrənilməsi  çox  əhəmiyyətlidir. Türko-
logiyada bu mövzuda bir çox t
ədqiqatlar aparılmış, dəyərli 
fikirl
ər irəli sürülmüşdür. Ancaq sinkretik köklər  prob-
leminin  öyr
ənilməsinə həsr edilmiş tədqiqatlarda bəzi zid-
diyy
ətli məqamlar var.  
Sinkretiklik problemi 
yazıyaqədərki dövrlə  bağlı  ol-
duğuna  görə  fərqli fərziyyələrin  irəli sürülməsi tamamilə 
qanunauy
ğun haldır. Türk dilləri vahid bir protodildən törə-
mişdir.  Həmin protodilin söz köklərinin böyük bir qismi 
müxt
əlifsistemli  dillərdə  qorunan nostratik mənşəli leksik 
laydır. Nəzərə alaq ki, dilin ilkin mərhələsində söz ehtiyatı 
çox m
əhdud olmuşdur. Vaxtilə dil kateqoriyaları daha kon-
kret anla
yışlar bildirmiş  və  dilin qrammatik  funksiyaları 
söz s
əviyyəsində ifadə edilmişdir (180, 20-21). Sinkretiklik 
hadis
əsi bilavasitə pratürk dilinin ilkin söz köklərinin təşək-
kül dövrü il
ə bağlıdır. Bəzi təkhecalı köklərdə cüzi fonetik 
d
əyişmə  qədim sinkretikliyin  əlamətlərini  əks  etdirir. Nü-
mun
ə: od  // ot “od, ocaq”. Həm Azərbaycan dilində, həm 
d
ə digər türk dillərində öt- // üt- “yanmaq” feili mövcuddur. 
M
əsələn, dolq. ööt- “yanmaq” (ДРС, 11). 
A.T.Kaydarov v
ə E.Z.Kajibəyov qa-~qa sinkretik kö-
künün leksik-semantik v
ə  fonomorfoloji təhlilini verərək 
bu n
əticəyə gəlmişlər ki, qədim türk sözlərinin ilkin kom-
pleksl
ərində  rəngarəng, çeşidli və  müxtəlifistiqamətli söz 
yara
dıcılığı prosesi getmişdir. Praformaların sinkretizmliyi 
etimoloji c
əhətdən düzəltmə  köklərdə  də  mühafizə  edil-
mişdir  (169,  23). Türkologiyda bu hadisənin yaranmasını 
 
108 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
konversiya hadis
əsi ilə  bağlamaq cəhdləri var.  Türkologi-
yada 
ən çox A.N.Kononov bu ideyanın tərəfdarı kimi çıxış 
etmişdir (169, 17-23). E.V.Sevortyan da sinkretikliyi kon-
versiya il
ə  əlaqələndirir. Türkoloq türk söz kökləri ilə 
ingilis söz kökl
ərini müqayisə  edərək bu qənaətə  gəlir ki, 
h
əmin dildə  konversiya fleksiyanın  azalması,  analitizmin 
çoxalması  ilə  izah edilir. O, türk dillərində  konversiyanın 
daha q
ədim tarixə malik olduğunu, yazıyaqədərki dövrlərdə 
yaran
dığını qeyd edir (246, 426). Sinkretikliyin konversiya 
kimi  izahı  yanlışlıqlara  yol  açır,  çünki  sinkretiklik kon-
versiya mahiyy
ətli hadisədirsə, bu, o deməkdir ki, sinkre-
tizm za
manı ya feil, ya da isim kökləri birinci yaranmışdır. 
Bizim q
ənaətimizə görə, ad-feil sinkretikliyinin yaranışı ey-
ni za
manda baş vermişdir və bu dil hadisəsinin konversiya 
il
ə  heç bir əlaqəsi yoxdur. Həmin qədim dil hadisəsinin 
mahiyy
ətində, kökündə  dilin  ilkin  çağında  sözlərin məh-
dudluğu, şəkilçilərin yoxluğu ilə əlaqədar kök sözlərin poli-
funksional xarak
ter daşıması dayanır. Polifunksionallıq kök 
sözl
ərin pradildəki ilkin əlamətlərindən biridir. Çağdaş türk 
dill
ərində, həm də yazılı qaynaqlarda sinkretikliyi olan tək-
he
calı söz köklərinin kəmiyyəti fərqlidir. Məsələn, M.Kaş-
ğarinin  lüğətində  50-ə  qədər ad-feil quruluşlu  omonim  iş-
l
ənmişdir. Müasir qırğız dilində isə 22 ad-feil cütlüyü qo-
runmuşdur (295, 80). 
Müasir türk dill
ərində təkhecalı sinkretik köklərin heca 
modell
ərinin kəmiyyəti də fərqlidir. Bu tipli köklər daha çox 
CV (samit+sait),  VC (sait+samit)  v
ə  CVC  (samit+ 
sait+samit) heca modell
ərinə  mənsubdur. E.V.Sevortyan 
çağdaş türk dillərində VC (sait+samit) quruluşlu 85 sinkretik 
kökün  işləndiyini  qeyd edir (246,  94). Ümumiyyətlə,  tür-
 
109 


BABA MƏHƏRRƏMLİ 
 
 
kologiyada sinkretik kökl
ərin fərqli  statistikaları  aparılmış-
dır.  Ancaq  bu  statistikalar  şərti xarakter  daşıyır,  çünki  sin-
kretik kökl
ərin sayını çağdaş türk dillərindəki faktlarla məh-
dud
laşdırmaq olmaz. Qədim dövrdə, çox ehtimal ki, bu tipli 
kökl
ərin  sayı  daha  çox  idi. Tədricən  şəkilçiləşmə  artdıqca 
ad-feil sinkretikliyi dild
ə  öz  əhəmiyyətini itirməyə  və  zə-
ifl
əməyə  başlamışdır.  F.Cəlilov  yazır  ki,  təkhecalı  sözlər 
pratürkd
ə iltisaqi quruluşaqədərki dövrdə tonlarla fərqləndiyi 
üçün dild
ə xeyli omonim olmuşdur. Sonralar iltisaqi quruluş 
forma
laşdıqca  tonların  mənafərqləndirici rolu zəifləyib öz 
funksiya
larını itirmişdir, lakin bir çox monosillabemdə eyni 
fonem t
ərkibi mühafizə  olunmuşdur ki, bu da artıq  dildə 
sinkretik kökl
ər  şəklini  almışdır.  Deməli, ad-feil oppozi-
siyasını  əks etdirən sinkretizm pratürkdə  iltisaqi quruluşla 
b
ərabər yaranmışdır. Ona görə də etimoloji təhlillərdə qədim 
dövr
ə  getdikcə  daha çox sinkretik köklə  rastlaşmış  oluruq 
(19,  87).  Sinkretiklik hadis
əsini Altay dilləri arealında 
yayılmış hadisə kimi səciyyələndirən K.M.Musayev bu cür 
kökl
ərin bir neçə xüsusiyyətini qeyd edir: 1) Altay dillərində 
fonetik v
ə semantik cəhətdən tam uyğun gələn sinkretik kök-
l
ər; 2) fonetik cəhətdən  uyğun  gələn, ancaq mənaları  bir 
q
ədər fərqlənən sinkretik köklər; 3) fonetik cəhətdən fərq-
l
ənən, mənaları ümumi olan sinkretik köklər (221, 9). 
Sinkretik v
ə ya korrelyativ kök morfemlərin yaranma-
sı,  ilk  növbədə, omonimləşmə  hadisəsi ilə  əlaqədardır. 
E.Z.Kajib
əyov sinkretik köklərin Altay dil arealında araşdı-
rılmasının vacibliyini vurğulayır. Türkoloq bu nəticəyə gəlir 
ki, türk dill
ərində köklərin polifunksionallığı şəkilçiləşməyə 
q
ədər olan mərhələdə pratürk söz yaradıcılığı refleksi kimi 
çıxış  etmişdir  (165,  209,  243).  İ.A.Batmanov  bu  hadisəni 
 
110 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə