Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə35/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   31   32   33   34   35   36   37   38   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
“t
əfəkkürün diffuz mərhələsi” (209, 115), E.V.Sevortyan isə 
“sözyaratma sistemi” (246, 418-423) adlan
dırır. Korrelyativ 
kökl
ərin  yaranışı  türk  dillərinin zəngin sözyaratma üsulla-
rına malik olmasının bir göstəricisidir. Əlbəttə, bütün ad-feil 
m
ənalı  kökləri omonimlərlə  qarışdırmaq olmaz, çünki sin-
kretik kökl
ərdə  məna  yaxınlığı  mühafizə  edilirsə,  əksinə, 
omoniml
ərdə semantik yaxınlıq müşahidə edilmir. 
 B
əzi sinkretik köklərin sonradan yaranmasını qədim 
dil  faktları  təsdiq edir. Məsələn, qədim türk dillərində  iş-
l
ənən  ög  “ağıl”  -  ög-  “fikirləşmək” sözləri  V  (sait) quru-
luşlu - “fikirləşmək” kökündən yaranmışdır. N.A.Baska-
kov morfo
loji  inkişaf  nəticəsində  həmin sinkretik kökün 
daha son
ralar  çağdaş  türk  dillərində  yalnız  ad  formasının 
mühafiz
ə  edildiyini, feil formasının  isə  ög-üt  “öyüt, nəsi-
h
ət”, ög-rən- “öyrənmək” tipli feil əsaslarında qorunduğu-
nu qeyd edir (113, 150).  
Bel
əliklə, bu nəticəyə  gəlirik ki, təkhecalı  söz kök-
l
ərində  sinkretiklik hadisəsi  ilkin sözyaratma üsullarından 
biri  olmuşdur.  Çoxhecalı  sözlərdə  isə  korrelyativlik  son-
radan yaranmadır.  
Prototürk dövründ
ə  söz köklərini yeni leksemə  çe-
vir
ən hadisələrdən biri də  ilkin uzanma hadisəsidir.  İlkin 
uzanma n
əticəsində bəzi qədim söz köklərində omonimlik 
ya
ranmış və bu hadisə yeni sözlərin yaranmasına gətirib çı-
xar
mışdır. Türkologiyada O.Bötlinq, V.V.Radlov, K.Qrön-
berq, E.D.Polivanov, L.Liqeti, M.R
əsənen, K.Menqes, 
A.fon Qaben, N.K.Dmitriyev, L.S.Levitskaya, G.J.Rams-
tedt, 
A.M.Şerbak, O.N.Tuna, A.S.Emre, Z.Qorxmaz, K.İs-
hakov, Y.Ne
met,  A.Biişev,  A.Palmbax,  P.M.Biryukoviç, 
A.M
əmmədov, V.L.Kotviç, T.Təkin,  Ə.Rəcəbli və  A.Və-
 
111 


BABA MƏHƏRRƏMLİ 
 
 
liyevin  araşdırmalarında  ilkin  uzanma  mövzusundan bəhs 
olunmuşdur.  
Türk dilçiliyind
ə  mübahisəli hesab edilən  əsas prob-
leml
ərdən  biri  də  qədim türk söz köklərində  uzanma fak-
tının olub-olmaması məsələsidir. Həmin problem haqqında 
bir 
əsrdən artıqdır ki, mübahisələr gedir, konkret fikir yox-
dur. Türkoloqlar bu m
əsələ ilə bağlı yekdil rəyə gələ bilmə-
mişlər. Əski türk abidələrində uzun hecalı kök sözlərə rast 
g
əlinir. Xüsusilə qədim uyğur yazılarında həmin hadisənin 
izl
əri müşahidə edilir. Buna görə də bu hadisə türkologiya-
da ilkin uzanma adlan
dırılır.  
O.Bötlinq yakut dilind
ə  ilkin  uzanma  faktını  öyrən-
miş, digər türk dillərində həmin uzun saitlərin qısa saitlərə 
uyğun  gəldiyini müəyyənləşdirmiş,  türkologiyada ilk dəfə 
olaraq  kök morfeml
ərdə  ilkin uzanma hadisəsinin  varlığı 
ideya
sını  irəli  sürmüşdür. T.Təkin qədim türk dilində  475 
kök v
ə gövdənin uzun variantda işləndiyini təsbit etmişdir 
(92, 18, 171-186).  
İlkin uzanma hadisəsinin qədim dövrdə 
möv
cudluğunu  inkar  edən dilçilər də  var. V.V.Radlov və 
K.Qrönberq  q
ədim türk dillərində uzanma hadisəsinin var-
lığını qəbul etmirlər (205,59).  
Müasir yakut, türkm
ən, qaqauz, qırğız dillərində, xa-
kas, şor dillərinin bəzi dialektlərində ilkin uzanma hadisəsi 
mühafiz
ə edilmişdir. Məlumdur ki, ikinci uzanma adlanan 
fonetik hadis
ə türk dillərində sonradan yaranmışdır və söz 
kökünd
ə səsdüşümü ilə bağlıdır. Türkologiyada ilkin uzan-
ma
nın  mənşəyi hələ  də  dəqiq müəyyənləşdirilməmişdir. 
Fakt is
ə  ondan ibarətdir ki, qədim dövrdə  kök sözlərdə 
uzanma hadis
əsi söz yaradıcılığı üsulu kimi də çıxış etmiş-
dir. Bu hadis
ə  omonimliyin yaranmasına  səbəb olmuşdur. 
 
112 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
M.R
əsənen konkret  dil  faktları  ilə  sübut edir  ki, türk 
dill
ərinin ilkin köklərində  uzanma olub və  bu  əksər halda 
sıxılma hadisəsinin və  yaxud monqol dillərinin təsiri nəti-
c
əsində yaranmışdır (242, 66).  
A.M.Şerbakın  fikrincə, ilkin uzanma hadisəsi proto-
dil
ə aid olduğuna görə ümumtürk hadisəsidir. O, bu hadi-
s
əni hecaların daxili strukturunun inkişafı ilə əlaqələndirir 
(289,  48).  Türkologiyada bu hadis
ənin səbəbini  bəziləri 
hecanın ixtisarı, bəziləri qədim dilin aksent xüsusiyyətləri, 
b
əziləri reduksiya, bəziləri isə omonimliyin  yaranması ilə 
izah edirl
ər. 
İlkin  uzanmanın  söz  yaradıcılığı  vasitəsi  kimi  çıxış 
etm
əsi türk dillərinin qədim dövrdə  amorf quruluşa  malik 
olması ehtimalını bir daha təsdiqləyir. Müasir qaqauz, ya-
kut v
ə  türkmən dillərindəki  ilkin uzanma  faktları  məhz 
prototürk dövrünün 
əlamətləridir. İndi də həmin dillərdə bu 
hadis
ə  bəzi hallarda sözləri fərqləndirir.  Faktları  nəzərdən 
keçir
ək: qaq. ara “məsafə” - aara- “axtar”, aaz- “azmaq” - 
az 
“az bir şey”, kaar “qar” - kar- “palçıq qarışdırmaq”, tof. 
sarı “yuxarı” - saarı “çay qalığı”. Əlbəttə, bu tipli nümu-
n
ələrdə ilkin uzanmanın məna fərqləri yaratması söz yara-
dıcılığı kimi düşünülə bilməz. İlkin uzanma o sözlərdə söz 
yaradıcılığı  üsulu  kimi  çıxış  edir  ki,  həmin sözlərin mən-
şəyi eynidir. Məsələn,  tuv.  kat  “qayınana”  -  kāt  “arvad”, 
yak. bay 
“varlı” - baay- “varlanmaq” (291, 18). 
 L.A.Pokrovskaya qeyd edir ki, müasir qaqauz dilind
ə 
saitl
ərdə  ilkin uzanma bir neçə  kök sözdə  qorunmuşdur 
(234,  29-30). Müasir türk dill
ərinin dialektlərində də ilkin 
uzanma hadis
əsinin əlamətləri müşahidə olunur. V.İ.Rassa-
din tofalar dilind
əki uzanma hadisəsini ikinci uzanma hadi-
 
113 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə