Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə59/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   55   56   57   58   59   60   61   62   ...   182

 

- 142 - 

 

 

 



 

 

 

 

 

 

 

AKADEMİK İSA HƏBİBBƏYLİ:  

NƏSİL ŞƏCƏRƏSİ 

 

 

 

ACADEMICIAN HABIBBEYLI:  

GENEALOGY 

 

 

 

АКАДЕМИК ИСА ГАБИББЕЙЛИ:   

ГЕНЕАЛОГИЯ 

 

 




 

- 143 - 

 

 

 




 

- 144 - 

 

Həbibbəyli İsa Əkbər oğlunun mənsub olduğu nəsil  qədim zamanlardan etibarən indiki Şərur 



rayonunun Danzik kəndində yaşamışdır. Keçmiş Danzik kəndindəki orta əsr qəbiristanlığında bu 

nəslə  aid  qəbirlər  mövcud  idi.  Danzik  sözünün  etimoloji  mənası  «Kitabi-Dədə  Qorqud» 

dastanlarındakı «dansux» sözündən olub, erkən dan çıxan yer mənasını ifadə edir. 

Səfəvi hökmdarı Şah İsmayıl Xətainin hökmü ilə XVI əsrin əvvəllərində Şərur mahalından 

bir çox kəndlərin əhalisinin bir hissəsi Türkiyə ərazisinə  köçürülmüşdür. Bu kəndlərdən hər birinin 

adında  Türkiyə  ərazisində  eyni  adlı  kəndlər  salınmışdır.  Həmin  kəndlərdən  biri  olan  Danzik 

kəndindən  köçürülənlər  Türkiyənin  XVI  əsrdə  Ərzincan  vilayətində  məskunlaşdırılmışdır.  İsa 

Həbibbəylinin mənsub olduğu nəsil də Ərzincana köçürülmüş,  digər həmyerliləri ilə birlikdə bu-

rada Danzik adlı kənd salmışlar. Həmin kəndin adı XX əsrin altmışıncı illərindən sonra yeniləş-

dirilərək etimoloji mənasına uyğun şəkildə Tanyeri adlandırılmışdır. 

XVI – XVII əsrlərdə regionda gedən ictimai-siyasi hadisələrlə, hərbi münaqişələrlə  əlaqədar 

olaraq  nəslin taleyində müvəqqəti yerdəyişmələr  olsa da  bu şəcərə  bütövlükdə  dərin kökləri ilə 

Naxçıvana bağlıdır. Elmi ədəbiyyatda Şərur Vəkilovları Naxçıvan Kəngərlilərinin  bir qolu hesab 

olunur.  VIII əsrin ortalarından etibarən bu nəsil Naxçıvan  şəhərində məskunlaşmışdır.  Nəslin o 

zamankı tarixi  siması olan Əlixan  Naxçıvan şəhərindəki  Əlixan məhəlləsini salmışdır.  Naxçıvan 

şəhərindəli Əlixan məhəlləsi və  şəhərin ətrafındakı Əliabad kəndi  onun adı ilə bağlıdır. Əlixan 

məhəlləsinin  baş  tərəfində  -  Bazarçayın  üstündə  vaxtilə  qurulmuş  qoşa  dəyirmanlar  da  Əlixana 

məxsus olmuşdur. Qoşa dəyirmanlar XX əsrin yetmişinci illərinə qədər fəaliyyət göstərmişdir. . 

Əlixanın  xahişi  ilə  Naxçıvan  mahalının  hakimi  Kalbalıxan  Naxçıvanski  şəhərdəki  Əlixan 

məhəlləsini  və  şəhərətrafı  torpaqları  alıb,  əvəzində  dədə-baba  yurdlarını,  yəni  Şərur  rayonunun 

indiki  Dizə  kəndindən  yuxarıda  Arpaçay  boyunca  və  dağətəyi  ərazidə  yerləşən  kəndləri  ona 

qaytarmışdır. Beləliklə, nəslin yenidən ata yurduna qayıdışı baş tutmuşdur. Bundan sonra Əlixan 

ailə üzvləri ilə birlikdə Danzik kəndində yerləşmişdir. Onun ixtiyarında aşağıdakı kəndlər omuşdur: 

Danzik, Çivə, Cağazir, Dəvəölən, Yaycı,  Bulaqbaşı və Axura. Hətta Şərurdan Dərələyəzə gedən 

yolun  üzərindəki  Alıxan  pəyəsi  adlanan  oba  yeri  də  Əlixana  mənsub  olmuşdur.  Bundan  başqa, 

Dərələyəzdən Göyçə mahalına ayrılan yoldakı Selimin gədiyi deyilən yüksəkliyin qurtaracağındakı 

qədim karvansaradan sağ tərəfdə yerləşən Bəyalı yaylağı da Əlixanlı nəslinə aid idi. Məşhur Əyricə 

yaylağının girəcəyində olan Bəyalı yaylağının əhatə etdiyi torpaqları bu nəslin nümayəndələri satın 

alaraq yay mövsümündə heyvandarlıq üçün yaylaq məqsədilə istifadə etmişlər. 

Əlixanın oğlu İbrahim Sultan bəy torpaqlarının və yaşayış məntəqələrinin idarə olunmasında 

xüsusi qabiliyyət nümayiş etdirmişdir. Taleyin  hökmü ilə Gülüstan müqaviləsindən sonra İranda  

Maku vilayətində yaşamağa məcbur olmuş Əlixanı Şərur mahalında onun bacarıqlı oğlu İbrahim 

Sultan  layiqli  şəkildə  əvəz  etmişdir.  Bu  mərhələdən  sonra  nəsil  həm  də  İbrahimsultanlılar 

adlandırılmışdır. İbrahim Sultanın yeddi oğlu var idi: Həsənalı Sultan, Qasıməli Sultan, Abbasəli 

Sultan,  Hüseynqulu  Sultan,  Əhmədalı  Sultan,  Hüseynalı  Sultan  və  Vəkil  Sultan.  Hazırda  bu 

şəxsiyyətlərin hər birinin adı ilə nəslin ayrı-ayrılıqda inkişaf etmiş müxtəlif qolları formalaşmışdır. 

İsa  Həbibbəylinin  mənsub  olduğu  qol  İbrahim  Sultanın  oğlu  Qasıməli  Sultanın  adı  ilə  bağlıdır. 

Beləliklə, nəslin hələlik məlum olan tarixi şəcərəsini aşağıdakı kimi yazmaq olar: 

 

 

Əlixan - XIX əsrin 30-cu illərində İranda–Maku şəhərində vəfat etmişdir. 



 

İbrahim Sultan ağa - XIX əsrin ortalarınadək yaşamış, Şərur bölgəsinin Danzik kəndində 

dünyasını dəyişmişdir. 

 

Qasıməli Sultan - İbrahim Sultanın oğlu, XIX əsrin 70-ci illərində Danzikdə ömrünü başa 



vurmuşdur. 


 

- 145 - 

 

 

Məhəmməd  bəy  Qasıməli  Sultan  oğlu  -  Əlixanlı  nəslinə  aid  olan  ərazidə  yerləşən  Yaycı 



kəndini və bu kəndi əhatə edən torpaqları idarə etmiş, XIX əsrin sonlarında həmin kənddə 

vəfat etmişdir. 

 

Həbibbəy Məhəmməd bəy oğlu - Danzik kəndinin Arpaçayın axarı boyunca sol tərəfindəki 



torpaqlara sahiblik etmişdir. Mehrə dərəsi adlanan yerdə heyvandarlıqla da məşğul olmuş, 

qoyun sürüləri və at ilxısı saxlamışdır. 

 

Danzik kəndində dükanı, dəyirmanı, pambıq ayıran sexi olmuşdur. Sovet hökuməti illərində 



də  fəaliyyət  göstərən  həmin  dəyirman  rejimin  qadağalarına  baxmayaraq  el  arasında 

«Həbibbəyin dəyirmanı» adlandırılmışdır. 

 

XX  əsrin  əvvəllərində  övladları  Əli  və  Bəhmanı  oxutmaq  məqsədilə  müvəqqəti  olaraq 



İrəvan  yaxnlığındakı  Qəmərliyə  köçmüşdür.  Birinci  Dünya  Müharibəsi  zamanı  yenidən 

doğma kəndinə qayıtmışdır. Həbib bəy 1915-ci ildə qəflətən vəba xəstəliyinə tutulmuş və 

Danzik kəndində dünyasını dəyişmişdir. 

 

Əli  bəy  Həbib  bəy  oğlu  (1889-1957)  əkinçiliklə  məşğul  olmuş,  yaxşı  rəncbər  kimi 



tanınmışdır.  Sovet  dövründə  bəy  ifadəsini  işlətməyin  çətinlikləri  olmasına  və  əkinçilik 

etməsinə baxmayaraq, ona həmişə Əli bəy deyə müraciət olunmuşdur. Danzik kəndində və 

ətraf kəndlərdə Əli bəy və qardaşı Bəhman bəyi Həbibbəyin uşaqları kimi tanımışlar. 

 

Əli  bəy  Həbib  bəy  oğlu  22  fevral  1957-ci  ildə  Danzik  kəndində  vəfat  etmişdir.  Arpaçay 



dəryaçasının  tikilməsilə  əlaqədar  olaraq  onun  və  arvadı  Sara  xanımın  məzarları  Şərur 

rayonunun Dan yeri kəndinin qəbiristanlığına köçürülmüşdür. 

 

Əkbər  Əlibəy  oğlu  Həbibbəyli  (1906-1992)  -Danzik  kənd  məktəbində  50  ildən  çox 



müəllimlik  etmişdir.  İsa  Həbibbəylinin  atasıdır.  Anası  Qəndab  Məhəmməd  qızı 

Həbibbəylidir (1929). 

 

Həbibbəyli  İsa  Əkbər  oğlu  (1949)  –  AMEA-nın  vitse-prezidenti,  AMEA  Nizami  adına 



Ədəbiyyat  İnstitutunun  direktoru,  Əməkdar  elm  xadimi,  akademik,  Azərbaycan 

Respublikası Milli Məclisinin deputatıdır. 

 

İsa Həbibbəyli 1996-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində 



çalışmışdır.  

 

Həyat yoldaşı Abdullayeva Həqiqət Həsənqulu qızı (1951-1998) - Naxçıvan Dövlət Univer-



sitetinin dosenti idi. Pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdı.  

 

Oğlu Səhət Həbibbəyli (1979) - Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədr müavinidir. 



Nəvələri: İsa və Aydan. 

 

Oğlu  Ərəstu Həbibbəyli (1980) – Azərbaycan Prezidenti Administrasiyası yanında  Xarici 



əlaqələr  şöbəsi müdirinin müavini, iqtisadiyyat üzrə  fəlsəfə doktorudur. Nəvələri: Həqiqət, 

Banu, Sani. 

 

Həbibbəyli Musa Əkbər oğlu (1951-1990) – Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət 



Pedaqoji İnstitutunun riyaziyyat ixtisasını bitirmişdir. İndiki Dan yeri kənd orta məktəbinin 

direktoru vəzifəsində çalışmışdır. Metodist müəllim idi. 

 

Həyat yoldaşı Allahverdiyeva Məxmər Allahverdi qızı. Övladları:  qızı Türkan Həbibbəyli 



(1981). Oğlanları:Orxan Həbibbəyli (1982) və Ürfan Həbibbəyli (1989). Nəvələri: Nəvələri: 

Firuzə, Məhəmməd, Musa.  




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə