Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə57/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   53   54   55   56   57   58   59   60   ...   182

 

- 138 - 



 

Азербайджаном независимости появилась возможность представлять писателей такими, какими 

они были в действительности… Биография писателя  представляет собой неотъетлемую часть  

эпохи  и  среды  ,  в  которой  он  жил.  Литературоведы,  анализируя  жизненный  путь  какого-либо 

писателя, в большинство случев либо упускали это из внитмания, либо говорили о столь  общих 

чертах  эпохи,  которые  не  могли  оказать  серьезного  влияния  на  формирование  и  развитие 

конкретного  человека.  В  результате  отдельный  писатель  представал  перед    нами  как  зеленое 

дерево в безжизненной пустыне или одиноким островом в бескрайнем океане. Это, естественно 

мешало всестроннему изучению его жизненного пути, творческого мира. 

«Азербайджанская литература начала ХХ века»  

 

İslam Səfərli yaradıcılığında romantik pafosdan, ümumi tərənnümdən lirizmə keçid çox da uzun sürməyən 

qısa  müddət  ərzində  baş  vermişdir.  Doğrudur,  romantik  meyilli  tərənnümçülük  şairin 

yaradıcılığının bütün dövrlərində müşahidə olunur. Fikrimizcə, bu, həm də onun yaşadığı 

epoxanın özünün ideoloji pafosundan doğur. Cəmiyyətin tələbindən gələn sosial sifarişin ifadəsi olaraq 

yazılan şeirlərin pafos olmadan o dövrün ədəbi-ictimai mühiti səviyyəsinə çıxarılması çətin idi. Lakin İslam 

Səfərlinin yaradıcılığında həmin qəbildən olan şeirlər ön mövqedə görünsə də, çoxluq təşkil etməmişdir. 

İctimai məzmunlu romantik pafosla ifadə olunan şeirləri ilə ədəbi mühitdə «sayrışan ulduzlar» kimi zəruri 

məqamlarda  ara-sıra  görünən  İslam  Səfərli  üstünlük  verdiyi  lirik  şeirlərini  yazmağa  rahat  bir  imkan 

formalaşdıra bilmişdir. O, ictimai mühitdə ümumi tərənnümdən doğan romantik pafoslu şeirləri ilə iştirak 

etmiş, ədəbi aləmdə isə nəğmə təsiri bağışlayan yaddaqalan, təbii və təsirli lirika nümunələri ilə dərin izlər 

salmışdır. Xüsusən, şəxsiyyətə pərəstiş dövrünün cəmiyyətdə aradan qalxması, siyasi iqlimin yumşalması 

İslam  Səfərlinin  yaradıcılığındakı  lirizm  meyillərinin  sürətlə  inkişaf  etməsinə  böyük  təkan  vermişdir. 

Beləliklə,  XX  əsrin  əllinci  illərinin  ikinci  yarısından  etibarən  İslam  Səfərlinin  yaradıcılığında  lirizm 

qüvvətlənmiş, lirika üstünlük təşkil etmişdir.  

«Romantik pafosdan lirizmə» 

 

  M.T.Sidqi  milli  uşaq  nəsrinin  də  ilk  nümunələri  sayıla  biləcək  kiçik  hekayələr  yazmışdır.  Lakin  onun 

hekayələrindən  elmi  şəkildə  söz  açılmamışdır.  M.T.Sidqinin  uşaqlar  üçün  hekayələri, 

əsasən,  «Əxlaq  nümunələri»  və  «Qızlara  hədiyyə»  dərsliklərində  toplanmışdır.  «Əxlaq 

nümunələri»  dərsliyindəki  əksər  uşaq  hekayələri  müəllim-yazıçının  pedaqoji  düşüncələrinin  tərkibində 

verilmişdir.  Həmin  hekayələr  müəllifin  maarifçi  baxışlarını  əyani  şəkildə  əsaslandıran  bədii  yazılardır. 

Lakin imla mətni kimi verilmiş nümunələrdən pedaqoji fikir-mülahizə qatını ayırıb, hekayə hissəsini ayrıca 

oxuduqda bunlar bitkin uşaq hekayələri kimi səslənir. «Məktəbə davam», «Gözü tox olan uşağın hekayəti», 

«Yalançı uşaq» və sair hekayələr bu qəbildən olan maraqlı ədəbi nümunələrdir. Dərsliyin tələblərinə uyğun 

olaraq,  həmin  hekayələrdə  əxlaqi  məsələlər  ön  mövqeyə  çəkilmişdir.  «Qızlara  hədiyyə»  dərsliyindəki 

hekayələrin  böyük  əksəriyyətində  isə  hekayəyə  məxsus  xüsusiyyətlər  maarifçi-pedaqoji  mülahizələri 

üstələmişdir.  Bunların  çoxu  indiki  ibtidai  məktəb  dərsliklərinə  salınmış  kiçik  hekayələr  kimi  sadə  dildə 

yazılmış, yığcam, maraqlı hadisələri əks etdirən, əxlaqi-tərbiyəvi qənaətlər aşılayan yaddaqalan müstəqil 

bədii əsərlərdir. Dərslikdəki «Rübabə», «Sitarə ilə xalası», «Ruqiyyənin söhbəti», «Övlad məhəbbəti» və 

sair hekayələr milli uşaq nəsrinin ilk bitkin nümunələridir. İdeya-məzmununa görə bunları «məktəb hekayə-

ləri» kimi də dəyərləndirmək olar. Forma baxımından isə həmin nümunələr miniatür hekayə adlandırıla 

bilər. Təxminən bir əsrə yaxın bundan əvvəl hazırlanmış «Qızlara hədiyyə» dərsliyindəki kiçik hekayələr 

hazırkı  mərhələdə  də  şagirdlər  üçün  faydalı  xüsusiyyətlərə  malikdir.  Məsələn,  «İki  bacının  söhbəti» 

hekayəsində əks etdirilmiş aşağıdakı nəsihətlər bu gün üçün də müasir səslənir: «Balaca bacım, sən hələ 

kiçiksən. Elmin məzyətini və faydasını bilmirsən. Elə bil ki, dünyada heç bir şey elmsiz  əmələ gəlməz... 

İnsanın hər işində və əməlində elmə ehtiyac vardır. İnsanın şərafəti və heyvan ilə insanın təfavütü elm ilə 

bilinir. Sən elm təhsil elə, təki dünya və axirətdə səadətmənd olasan». 


 

- 139 - 



 

 Maarifçi şair və yazıçı olmaqla yanaşı, M.T.Sidqi həm də tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi 

və  görkəmli  məktəbşünasdır.  Bununla  belə,  onun  elmi  fəaliyyətində  ədəbi-fəlsəfi  məsələlər  də  öz  əksini 

tapmışdır. Sidqinin «Heykəli-insana bir nəzər» əsəri nəsrlə yazılmış kiçik ədəbi-fəlsəfi traktatdır. Burada 

müəllifin  həyat  və  cəmiyyət,  ictimai-mədəni  tərəqqi  haqqındakı  fikir  və  düşüncələri  əks  etdirilmişdir. 

Sidqinin insanın formalaşması və bəşər cəmiyyətinin keçdiyi inkişaf mərhələləri barədəki elmi mülahizələri 

öz dövrü üçün yeni və cəlbedici idi. Buna görə də həmin əsər M.T.Sidqinin vəfatından sonra 1912-ci ildə 

Bakıda «Ziya» mətbəəsində kitab halında çap olunmuşdur. 

«Böyük maarifçi ədib və müasirlik» 

 

Türkçülük  məsələsində  «Molla  Nəsrəddin»  və  «Füyuzat»ın  qovuşduğu  məqamlar 

mövcuddur.    Burada  fərq  daha  çox  ümuminin  və  ya  xüsusinin  müdafiə  edilməsində  idi.  

Əlibəy Hüseynzadə ümumi türkçülüyün, turançılığın ideoloqudur... Bakıda nəşr etdiyi «Həyat» və «Füyu-

zat»  kimi mətbuat orqanları  vasitəsilə o, ilk növbədə  Azərbaycanda türkçülük duyğusunu, milli düşüncəni 

oyandırmağa    xidmət  göstərmişdir.  Ədibin  ümumtürk  ədəbi  dili  yaratmaq  səylərini  də    milli  dillərin 

büsbütün  unudulması kimi qəbul etmək doğru olmazdı.  Əlibəy Hüseynzadə İstanbul ağzını əsas götürmək 

və  onu  digər  türk  xalqlarının  dillərindən  alınmış  ümumişlək  sözlər  hüsabına    zənginləşdirməklə    eyni 

kökdən olan qohum millətlərin başa düşəcəyi,  ünsiyyət saxlayacağı normativ bir dil yaratmaq arzusunda 

idi... C.Məmmədquluzadə də  ümumtürk ədəbi dili yaradılmasının faydalı bir iş  olduğunu qəbul edirdi... 

Lakin  Mirzə  Cəlil  əsrin  əvvəllərində    əhalisinin  böyük  əksəriyyəti    yazıb-oxumaq  bacarmayan  

Azərbaycanda  vahid ədəbi dil yaratmağı zamanı qabaqlamış ideya  hesab etmişdir. 

«Cəlil Məmmədquluzadə. Mühiti və müasirləri» 

 

Məmməd  Arazın  «qardaş  qələmi»  ilk  növbədə  öz  ömrünü  yazmışdır.  Şairin  taleyi  kimi  şerləri  də 

bənzərsizdir. M.Arazın şerləri həm də özündən sonrakı ədəbi nəslin bədii yaradıcılığının 

başlanğıcıdır. Daha doğrusu, poetik dəbdəbə, ritorika, təntənə, zahiri əksetdirmə, ideoloji 

xəttə sədaqət kimi sənət xəstəliklərindən xilas olmaq Məmməd Araz və onun mənsub olduğu yaradıcı nəsllə 

əsasən başa çatmışdır. «Ürəyimsiz kəlmə yazan deyiləm» andı tərənnüm poeziyasından düşüncə lirikasına 

qəti keçidinin ifadəsidir. Buna görə də M. Araz sənəti bir tərəfdən yeni tipli yetmişinci illər poeziyasının 

fəal daşıyıcısı, digər tərəfdən isə    20 il bundan əvvəl ədəbiyyat meydanına qədəm qoyan şairlər nəslinin 

əsas  istinadgahlarından,  ilham  qaynaqlarından  biridir.  S.  Rüstəmxanlı, Hidayət,  Ramiz  Rövşən,  Nüsrət 

Kəsəmənli, Çingiz Əlioğlu,  hətta daha sonrakı nəslin nümayəndəsi Rüstəm Bəhrudi öz ilhamını həm də 

M.Araz sənətindən almışdır. Başqa sözlə,   M.Araz şeri S.Vurğun məktəbi ilə hazırki şer üslubu və ənənələri 

arasında çox etibarlı varislik körpüsüdür. Poeziyamızın artıq bir neçə nəsli böyük sənət meydanına həmin 

poetik körpüdən keçib gəlmişdir. Hazırkı mərhələdə M.Araz milli Azərbaycan şerinin görkəmli nümayən-

dəsidir.  İndiki  səviyyədə  onun  şerləri  və  poemaları,  bədii  publisistikası  yalnız  öz  yaradıcısının  deyil, 

mənsub olduğu xalqın da tərcümeyi-halının əsas hissəsidir. İkinci dünya müharibəsindən sonrakı təxminən 

yarım  əsrə  yaxın  tarixi  dövrün  bədii,  mənəvi  tərcümeyi-halı  M.Araz  sənətində  öz  əksini  tapmışdır.  Bu, 

müdrik, ağır siqlətli, uzaqgörən, kövrək və ağıllı poeziya mənalı ədəbi tarixi salnamədir. Yaxın və uzaq 

tariximizlə  yanaşı,  bu  günümüzün  və  hətta  sabahımızın  böyük  ciddi  həqiqətləri  də  «Məmməd  Araz 

karandaşından göyərir». 

http://www.memmedaraz.az/?menu=142 

Çoxəsrlik  inkişaf  yolu  və  zəngin  ənənələri  olan  Azərbaycan  elminin  böyük  simaları 

arasında  görkəmli  alim  və  ictimai  xadim,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 

prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Akif Əlizadənin özünə məxsus mühüm 

xidmətləri  və  xüsusi  yeri  vardır.  Akademik  Akif  Əlizadə  ölkəmizdə  və  beynəlxalq  aləmdə  geologiya 

sahəsində  özünün  elmi  məktəbini  yaratmış,  yaradıcı  fəaliyyəti  yüksək  təşkilatçılıq  işi,  fəal  vətəndaşlıq 

missiyası ilə üzvi surətdə əlaqələndirməyi bacarmış böyük alim-təşkilatçı kimi qəbul olunur. Yarım əsrdən 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə