Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə53/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   49   50   51   52   53   54   55   56   ...   182

 

- 127 - 

 

(Almaniya) 

 

 



İsa  Hebipbeyli  ile  karşılaşdığımda  ondan  mutlaka  yeni  şeyler  ögreniyorum. 

Hebipbeyli  Azerbaycan  Dili  ve  Edebiyatına  ömrünü  hasr  etmiş  bir  alimdir. 

Kanatimce milli edebiyat sınırlarını da aşmayı başarmış, dünya edebiyatının 

asrımızdakı  inşaasına  bir  tuğla  ilave  edecek  kadar  sanat  yazılarına  da  imza 

atmıştır.  İsa Hebipbeyli böylece evrenseli yakalamıştır.  Onun Tolstoy müzesi 

araştırmaları,  Cengiz  Aytmatovla  görüşmeleri,  «Edebi-tarihi  yaddaş  ve 

müasirlik» adlı eseri, Celil Memedquluzade eserlerinin tüm inceliklerini analiz 

edişi,  dünyadakı  şark  ve  garp  üniversitetlerinin  birçoku  ile  olan  alakaları  bunun  en  bariz 

örnegidir... İsa Habibbeyli ayni zamandaterdir. 1998de Nahçıvan Muhtar Cümhuriyetinin Ali mec-

lisinin milletvekili olmuştur. Bu arada, Azerbaycan Respublikasına  Cümhurbaşbakanı  seçimle-

rinde  merhum  Ümummilli  lider  Haydar  Aliyevin  vekili  olma  gibi  önemli  ve  şerefli  bir  misyonu 

temsil  etmiştir.  İsa  Hebipbeylinin  siyasi  hayatını  ve  dünyanın  önemli  meselelerti  hakkındakı 

görüşlerini ayrı bir konu yapmak gerekir... Aslında İsa Hebipbeylinin hangi yazısını okursak her 

okuyuşumuzda ders alacağımız bir çok bilgiler ile karşılaşırız. Sn. Habibbeyli yarım asırlık hayat 

takvimine,  bilgiyi,  erdemi,  güzel  ahlakı,  kadirşinaslığı,  hazırcevaplığı,  hocalığı  ve  nezaketi 

sığdırabilmiş mümtaz bir şahsiyettir. 

Turqut Ocal 

(Türkiyə, İgdır Universiteti) 

 

 


 

- 128 - 

 

 

 

 

 



Xalqına  xidməti  özünün  həyat  kredosuna  çevirmiş  böyük  şəxsiyyətlər  bunun 

müqabilində hər zaman təmənnasız olmuş, hansısa məqsəd güdməmişlər. Əsl 

ziyalı və şəxsiyyət üçün xalqın sevgi və rəğbətindən uca heç bir mükafat ola 

bilməz.  Fəqət,  belə  nəcib  və  xeyirxah  insanların  mənəvi  yüksəliş  və  ucalığa 

xidmət  edən  çoxşaxəli  məhsuldar  fəaliyyətinin  obyektiv  dəyərləndirilməsi 

bəzən  zəruri  sosial  tələbat  kimi  ortaya  çıxır.  Təsadüfi  deyildir  ki,  İsa 

Həbibbəyli  hələ  1999-cu  ildə  «Əməkdar  elm  xadimi»  fəxri  adına  layiq 

görülmüş, 2007-ci ildə «Şöhrət», 2009-cu ildə isə «Şərəf» ordenləri ilə təltif olunmuşdur. 

İsa  Həbibbəyli  Azərbaycan  hüdudlarını  çoxdan  adlamış  alim  kimi,  xaricdə  də  layiqli 

qiymətini  alır.  O,  2001-ci  ildə  Nyu  York  Elmlər  Akademiyasının,  2008-ci  ildə  BMT  yanında 

Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmişdir. 

Bütün bunlar İsa Həbibbəylini çoxcəhətli fəaliyyəti olan şəxsiyyət kimi xarakterizə  etməyə 

əsas verir, yaradıcılıq potensialının təkcə bir sahə üzrə köklənmədiyini, daha geniş spektrləri əhatə 

etdiyini  göstərir.  Məhz  bu  səbəbdən  İsa  Həbibbəylinin  şəxsiyyət  obrazı  konkret  bir  sahə  üzrə 

məhdudlaşdırıla bilməz. Onun istər elmi, istərsə ictimai-siyasi fəaliyyəti geridə qoyduğu 65 ilin nə 

qədər zəngin və mənalı səhifələrdən ibarət olduğunu əyani olaraq göz önündə sərgiləyir. 

Mənalı ömrünün müdriklik zirvəsində olan İsa Həbibbəyli bütün varlığı və ruhu ilə yaradıcı 

insandır.  O  bu  gün  də  daxildən  gələn  tükənməz  enerji  ilə  çalışır,  qarşıya  qoyduğu  saf  və  ali 

məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti onun 

fitrətindən,  məqsədə  doğru  inamla  irəliləmək,  hədəfə  yetişmək  əzmindən  qaynaqlanır.  Bütün  bu 

keyfiyyətlər  isə  görkəmli  alimin,  layiqli  vətəndaşın,  nüfuzlu  ictimai  xadimin  -  İsa  Həbibbəylinin 

bundan sonra da daha böyük həyat və yaradıcılıq uğurlarına müəlliflik edəcəyinə möhkəm zəmin 

yaradır. 

İxtiyar Hüseynli 

«Azərbaycan» qəzetinin siyasət şöbəsinin redaktoru. 

 

 




 

- 129 - 

 

 

 

      



Akademik  İsa Həbibbəyli söz sənətinin  ən mürəkkəb sahələrindən 

olan    ədəbiyyat  nəzəriyyəsinin    problemləri  ilə  lap  cavan  vaxtlarından 

məşğuldur.    Onun  ədəbiyyatın  elmi  izahına  özünəməxsus  tərifi, 

ədəbiyyatşünaslıq elminin şöbələrinə  yeni baxışı, ayrı-ayrı bədii janrlar 

barədə    maraqlı  məqalələri    çox  ciddi  elmi-nəzəri    və  praktik  əhəmiyyət  

kəsb  edir.    Ədəbiyyatşünaslıqda  bəzən    «böyük»  janrların  ətrafında 

çoxsaylı tədqiqatlar aparılır, «kiçik» janrlar isə kölgədə qalır.  İsa müəllim 

üçün  janrın  böyüyü  kiçiyi  yoxdur,  janrlar    onun  nəzərində  ancaq    praktik  yaradıcılıqdakı 

mahiyyətinə görə  qiymətlidir.   

 

 

Bu  mənada  da  İsa  Həbibbəyli  ədəbiyyatşünaslığımızda    Mir  Cəlal 

məktəbinin  davamçısı  kimi  fəaliyyət  göstərir.  Akademik  İsa 

Həbibbəyli    Azərbaycan  ədəbi  mühitini  dünya  ədəbi  cərəyanları  ilə  

müqayisədə  təhlil  edən  geniş  diapazonlu    alimlərimizdəndir.    Bu 

istiqamətdə  Yaşar  Qarayev,    Cəfər  Cəfərov  üslubuna  bənzər    bir 

şəkildə  ortaya  çıxan  məqalələri  ilə    həm  də  özünün  erudisiyasını, 

məlumatlılıq səviyyəsini  bildirmiş olur.  Onun Azərbaycan maaarifçi 

ədəbiyyatının    A.S.Puşkinə  bağlı    faktları  təhlilə  cəlb  etməsi  ,  Azərbaycan  ədəbi  çevrəsinin  

Heminquey yaradıcılığına marağı , bir sıra ölkələrin ədəbi cərəyanları  və bizim bədii söz dünyamız 

kimi  önəmli məsələlərə  elmi yanaşmaları  günümüz üçün ciddi əhəmiyyət kəsb edən faktlardır.  

Yuxarıda qeyd etdik ki, İsa Həbibbəylinin elmi yaradıcılığı polifanik mahiyyət kəsb edir. O, 

Azərbaycan  elmi  və  bütövlükdə    Azərbaycan  cəmiyyəti  üçün    ictimai  maraq  kəsb  edən    elmi 

hadisələrə biganə qala bilmir. Ümumiyyətlə,  cəmiyyətdə, yaşadığı mühitdə  alim statusunu təkcə 

rəsmi diplomlarla deyil, həm də zamanın  və toplumun  qiymətində qazanmış  hər kəs  ictimai maraq 

deyilən bir fakta etinasız qala bilmir.  Azərbaycan klassik alim mühitindəki  insanların əksəriyyəti  

millətin  ictimai  maraq  dairəsində    olan  hadisələri    təhlil  etmək,  qiymətləndirmək  mövqeyində 

olmuşdur.  Bu məktəbə, bu keyfiyyətə  yaxşı bələd olan İsa  Həbibbəyli  alim adını  həm də ictimai 

maraq  kəsb edən hadisə və şəxsiyyətlərə  diqqəti ilə qazanmışdır.  

Şamil Vəliyev  

filologiya elmləri doktoru, professor  

                  Cahangir Məmmmədli 

                  filologiya elmləri doktoru, professor   

 

 

     

 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə