Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə49/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   45   46   47   48   49   50   51   52   ...   182

 

- 117 - 

 

 

 

Bu gün biz İsa Həbibbəylidən  yalnız filologiya elmləri doktoru, professor, 



Əməkdar  elm  xadimi,  AMEA-nın  həqiqi  üzvü  kimi  yox,    həm  də  neçə 

illərdən  bəri mötəbər universitetlərimizdən birinə  başçılıq edən təşkilatçı 

–  pedaqoq,  Milli  Məclisdə  ziyalıları  yüksək  səviyyədə  təmsil  edən  bir 

millət  vəkili  kimi  danışırıq.    Başqa  sözlə  desək,    bu  gün  biz  İ.Həbib-

bəylidən alim-vətəndaş kimi söhbət açırıq.  Alim İsa Həbibbəylinin yolu, 

söz  yox  ki,    çağdaş  ədəbiyyatşünaslıq  elmimizin  səviyyə  və  simasının 

göstəricisinə  çevrilən  qiymətli  əsərlərin  yazılması  ilə  müəyyənləşir.  Alim-vətəndaş  İsa 

Həbibbəylinin  həyat  tərzi  isə  dörd  divar  arasında  qapanıb  yazı  masası  arxasında    gərgin  zehni 

əmək  və  istedad  sərf etməklə  bitmir. Alim-vətəndaş İsa Həbibbəylinin  yolu elm  və    mədəniyyət 

problemlərinin,  eləcə  də  ictimai-siyasi  məsələlərin  qızğın  müzakirə  edildiyi  auditoriyalardan, 

həmin problem və məsələlərin praktik olaraq həll edildiyi rəsmi dairələrdən keçir.  Əlbəttə, bu çətin 

yoldur.  Amma sələflərin başladığı bu yolu davam etdirmək çətin olduğu qədər də  şərəflidir.... Öz 

sələflərinin  ənənələrini  davam  etdirib,  görkəmli  pedaqoq  və  ictimai  xadim  kimi  tanınan 

İ.Həbibbəylinin sırf ədəbiyyatşünaslıq fəaliyyətindən danışsaq,  hər şeydən əvvəl, qeyd etməliyik 

ki,  bu ədəbiyyatşünaslıq hərtərəfli və  çoxşaxəli olması ilə seçilir... Dövrdən dövrə, şəxsiyyətdən 

şəxsiyyətə, ədəbiyyatın bir sahəsindən  o biri sahəsinə keçərkən mövzunu dəyişməyə, yeni mövzu 

ətrafında  yeni mövzu yaratmağa nail olur. Ona görə ki, o, ilk növbədə nəzəriyyəçi alimdir, ədəbi 

faktın nəzəri mahiyyətini görə, göstərə və nəzəri mübahisələr aça bilir... 

*  *   * 

Tarixi şəxsiyyət, ziyalı nə deməkdir? Ətrafa təsir göstərən, fikri hərəkətə gətirən deməkdir. Isa 

müəllim yerişində də, duruşunda da, danışıq tərzində də, yazı manerasında da, təşkilatçılığında da 

və bütün digər ictimai fəaliyyətlərində də fərqli insan, fərqli şəxsiyyətdir. Mən bu fərqlilikdə bir 

romantika  da  görürəm.  Bəlkə  də  siz  mənimlə  razılaşmazsız.  Çünki  İsa  müəllim  istər  təşkilat-

çılığında,  istər  ictimai  fəaliyyətində,  istər  ədəbiyyatşünaslığında  son  dərəcə  ayıq-sayıq,  realist 

düşünən bir insandır. Bunun müqabilində mənim romantika sözünü işlətməyim bəlkə də yersizdir. 

Amma mən fikrimi izah etmək istəyirəm. İsa müəllimin ustadı, mənim elmi rəhbərim Məmməd Cəfər 

müəllimin romantikaya, romantizmə verdiyi bir tərif var. Neçə-neçə təriflərin içində mən tək onu 

yadımda  saxlamışam.  Məmməd  Cəfər  müəllim  yazırdı,  «romantika,  romantizm  idealı  ön  plana 

çəkməkdir,  idealı  qabartmaqdır».  Mən  belə  başa  düşürəm  ki,  İsa  müəllimin  bayaq  saydığım 

davranışında, danışıq tərzində, fəaliyyətində mənim gördüyüm və sizin də çoxlarınızıin müşahidə 

etdiyiniz  o  romantika  məhz  idealdan  gələn  romantikadır.  Onun  kökü  yalnız  dağ  kəndində 

böyüməklə, o gözəl Arpaçayı sahilində doğulub boya-başa çatmaqla, şeir yazmaqla bağlı deyil. 

Məncə ideallardan gələn romantikadır. O vətən idealıdır, xalq idealıdır, dövlətçilik idealıdır, elm 

idealıdır, elm təşnəsidir, eşqidir.  

Muxtar İmanov 

filologiya elmləri doktoru, professor

  

 

 


 

- 118 - 

 

 

 

 

 



Mən  İsa  müəllimi  təbrik  edirəm!  O  qədər  gözəl  sözlər  deyildi  ki,  mən 

bilmədiyim məqamları da eşitdim. Mən Vəli müəllimin çıxışından da bir 

çox  şeylər  əxz  etdim.  Şübhəsiz  ki,  İsa  müəllimlə  burada  oturanların 

əksəriyyətinin  yaxınlığı, dostluğu ilə müqayisədə mən daha gəncəm. Mən 

də  bir  heyətlə  Naxçıvan  Dövlət  Universitetinə  getmişdim.  İsa  müəllim 

bizə universiteti tanıdırdı və çox həvəslə universitet haqqında danışırdı. İsa müəllimin yazılarını 

həmişə böyük həvəslə çap etmişik. Çünki bu gün burada ən çox səslənən sözlərdən biri «fərqli» 

sözü idi. O, özü fərqli bir insan olduğu kimi yazılarında da həmişə fərqli məqamlar olub. Onun 

içərisində olan enerjini, orijinal baxışı, şövqü və coşqunu yazılarında həmişə hiss etmişik. Mən İsa 

müəllimin  necə  mərd  insan  olduğunu  görmüşəm.  525-ci  qəzetə  əvvəl  münasibətini  görmüşəm. 

Baxmayaraq ki, bir neçə baş redaktoru olub. Redaktorlar, mətbuat işçilərinin içərisində fikrini, 

sözünü  birbaşa  söyləyib.  Qəzetin  üstünlükləri  və  fərqlilikləri  barədə  danışıb.  Mən  düzü 

heyrətlənmişəm ki, o auditoriyanı, başqa bizim redaktor dostlarımızı nəzərə almadan sözü necə 

düz deyir. Bu yaxınlarda elə bir hadisə oldu ki, mən özümü ömrüm boyu ona borclu sayacam. Hələ 

mənim 50 yaşımın tamam olmasından bir iyirmi gün öncə mənə zəng edərək yaxınlarda yubileyim 

olacağını xatırlatdı və kitablarımı aldı. Düzü mən kiçik bir məqalə gozləyirdim. Amma «Ədəbiyyat» 

qəzetində iki səhifəlik bir yazı çap olundu və ondan da iki-üç dəfə  artıq həcmdə başqa bir yazı 

hazırlayıb.  Demək  olar ki, İsa müəllim məzuniyyətini  mənim kitablarıma, şeirlərimə,  publisistik 

yazılarıma sərf etmişdir. Bu mənim çiynimdə çox böyük bir yük oldu. İsa müəllim, mən sizə minnət-

daram. Məqalədə şeirlərim,  yazılarım barədə o qədər dəqiq detallar var ki,  hiss edirdim ki, mənim 

o  şeirləri  yazdığım  vaxtlarda  keçirdiyim  hissləri  və  enerjini  İsa  müəllim  də  şeirlər  haqqında 

yazanda keçirmişdir. Mən hiss edirdim ki, bizim uzaqdan gördüyümüz  təmkinli, sanballı, öz soyuq-

qanlılığını qoruyan İsa müəllimin daxilində çox böyük şövq, çox böyük coşqu və enerji var. Və mən 

belə  hesab  edirəm  ki,  burada  sadalanan  bütün  bu  keyfiyyətlər  hamısı  daxildə  olan  o  ruhun, 

tükənməz enerjinin sayəsindədir. Və bir insanda  nə qədər ki, o ruh, o enerji var o, 65-də də, 75-də 

də, 90-da da gənc qalacaq. Ona görə mən arzu edirəm ki, bu enerji sizdən heç vaxt əskik olmasın. 

Sizi təbrik edirəm! Allah sizi qorusun! 

Rəşad Məcid 

Yazıçı, jurnalist 

 

 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə