Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə51/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   47   48   49   50   51   52   53   54   ...   182

 

- 122 - 

 

yazıçı-publisist

 

Müasir  Azərbaycan    filoloji  fikrinin  istiqamətverici  simalarından  olan  

akademik İsa   Həbibbəylinin həm araşdırıcı, həm də  elm təşkilatçısı kimi  

gerçəkləşdirdiyi  irimiqyaslı fəaliyyəti  sözün həqiqi mənasında  fədakar alim 

obrazını  ifadə edir.  Belə elmi simalar özünün  bütün davranış və hərəkətləri 

ilə    örnək  şəxsiyyətlərdir.    Elmi  məktəbləri  də  məhz  bu  yüksək  mənəvi 

keyfiyyətə malik olan  görkəmli alimlər yarada bilir. 

 

Məhərrəm Qasımlı 

filologiya elmləri doktoru, professor 

 

 

 

İsa  Həbibbəyli  çox  geniş  mənada  düşünən  ədəbiyyatşünasdır.  Onun  əsas 



mövzusu – şah problemi Mirzə Cəlil yaradıcılığı olsa da, ədəbiyyat tarixinin 

bütün dövrlərini  və inkişaf mərhələlərini  əhatə edən  tədqiqat əsərləri var-

dır.  Təfsilata varmadan  deyə bilərəm ki,  İsa Həbibbəylinin bütün əsərlərini  

yan-yana  sıraya  düzsək,  «Azərbaycan    ədəbiyyat  tarixi:  klassik  və  müasir 

dövr»  adlı  çox  sanballı  bir  ədəbiyyat  tarixi  dərsliyinin  ərsəyə    gəldiyini 

görərik...    Mən  özünəməxsusluq  deyilən  anlayışı  İsa  Həbibbəyliyə  də  şamil  edə  bilərəm.  O,  bir 

insan kimi də yalnız özünə bənzəyir.   Ancaq bu özünəməxsusluqda  bizim  biyət etdiyimiz, sənəti 

qarşısında baş əydiyimiz  böyük ustadların da  cizgilərini görürəm.  

Vaqif Yusifli 

filologiya elmləri doktoru

    

 

 


 

- 123 - 



 

 

 

Akademik  İsa  Həbibbəyli  bu  gün  ədəbi,  ictimai,  kulturoloji  fikrimizin 

görkəmli nümayəndəsi kimi yalnız adlı-sanlı titul, vəzifə daşımır, həm də bu 

mühiti  hərəkətə  gətirən  və  idarə  edən  bir  rəhbər  olaraq  son  dərəcə 

məsuliyyətli bir missiyanı uğurla həyata keçirir. Ancaq o, buna qədər böyük 

bir  yol  keçib  gəlmişdir;  istənilən  adamın  ona  məxsus  olmasına  ikiəlli 

razılaşdığı  bir  tərcümeyi-hala  sahibdir  və  bu  ömürlüyünün  ən  yaxşı 

səhifələrini mənim fikrimcə, onu bu zirvəyə daşıyan zəhməti, intellekti, daim 

ürəyində  gəzdirdiyi  xalq  və  vətən  sevgisi,  nəzəri  və  praktik  düşüncəni  məharətlə  uzlaşdırması, 

təşkilatçılığı,  sadəliyi,  işgüzarlığı  və  hələ  nə  qədər  oxuya  bilmədiyim  daxili  imkanları,  mənəvi-

əxlaqi  keyfiyyətləri  təşkil  edir.  Belə  ki,  bir  ədəbiyyatşünas  alimin  sadə,  səmimi  və  son  dərəcə 

təvazökarcasına  yaşadığı  bir  ömürdə  reallaşması  çox  çətin  olanları  həyata  keçirməyə  müvəffəq 

olması ondan fövqəladə keyfiyyətlər tələb edir. O, indiki zamanda ədəbiyyatşünaslıqda və ondan 

kənarda qazandığı bütün nüfuzu, vəzifə və yüksəlişi özünü həsr etdiyi ədəbiyyatşünaslıq elmi ilə 

yanaşı, həm də bitib-tükənmək bilməyən enerjisinə, sadəliyinə, elmi, ictimai təfəkkürünə borcludur, 

desək,  qətiyyən  yanılmarıq.  Doğrudan  da,  Firudin  bəy  Köçərlidən  başlayan  peşəkar 

ədəbiyyatşünaslığımızın  hələ  elə  bir  mərhələsi  olmamışdır  ki,  ədəbiyyatşünaslıq  bu  qədər  önə 

çıxmış olsun, nümayəndəsi cəmiyyət sferasında bütün təbəqələrinin tanıdığı və hörmət etdiyi şəxsə 

çevrilsin.... F.Köçərli, H.Araslı, F.Qasımzadə, Ə.Sultanlı, C.Xəndan, Ş.Qurbanov, Ə.Şərif, A.Za-

manov, M.Arif, M.C.Cəfərov, Ə.Mirəhmədov, K.Talıbzadə, Y.Qarayev, B.Nəbiyev kimi ədəbiyyat-

şünaslıq elminin nüfuzu ilə cəmiyyətdə özünü təsdiq etmiş, müxtəlif sahələrdə müəyyən mövqe tut-

muşlar. Lakin heç bir vəchlə hələ indiyə kimi ədəbiyyatşünaslıq elminin hansısa bir nümayəndəsi 

İsa Həbibbəyli kimi ədəbi, elmi, siyasi, mədəni, kulturoloji olimpin zirvəsini mövcud statusda fəth 

edə bilməmişdir. Bu fakt həm də ümumən peşəkar ədəbiyyatşünaslığımızın bir əsrlik keçdiyi yolun 

məntiqi nəticəsi olaraq diqqəti cəlb edir.  

Ədəbiyyatşünaslığımızın  çağdaş  mərhələyə  gəlib  çıxmasında,  onun  yüksəlişində,  heç 

şübhəsiz,  akademik  İsa  Həbibbəylinin  70-ci  illərdən  başlayan    tənqidçi,  ədəbiyyatşünas, 

mətnşünas, nəzəriyyəçi və tənqidçi fəaliyyətinin fasiləsiz hərəkəti, bir məqsədə doğru irəliləməsi 

başlıca  yer  tutur...  O,  hər  şeydən  əvvəl,  bir  ədəbiyyatşünas,  ədəbiyyat  tarixçisi,  nəzəriyyəçi, 

publisist, tənqidçi və komparativistdir... İsa Həbibbəyli yaradıcılığı canlı və mütəhərrik olmaqla 

ədəbiyyatşünaslığın  bir  çox  problemlərini,  nəzəri  istiqamətlərini  bütün  parametrlərilə  özündə 

ehtiva edir... 

Akademik  İsa  Həbibbəyli  fenomenindən  danışarkən  son  il  yarım  ərzində  Nizami  adına 

Ədəbiyyat İnstitutuna rəhbərliyini xüsusi qeyd etmək lazım gəlir. İnstitutun elmi, təşkilati işlərinin 

yeni bir magistral yola salınması,  ədəbiyyatşünaslıq elmimizin yeni bir mərhələyə daxil olması, 

ədəbi  tənqid  və  təhlil,  ədəbiyyat  tarixçiliyinin  təşəkkülü,  yeni  strukturların  və  elmi  nəşrlərin 

yaranması və s. elm təşkilatçısından, hər şeydən əvvəl, aydın proqram, konseptual baxış və güclü 

funksionallıq  tələb  edirdi.  Zaman  göstərdi  ki,  akademik  İsa  Həbibbəyli  ədəbiyyatşünaslığımızın 

bugünü və gələcəyi ilə bağlı aydın bir proqrama malikdir və bəlkə də ürəyində illərdi gəzdirdiyi bu 

proqramın mərhələ-mərhələ həyata keçirilməsi üçün var gücü və intellekti ilə yorulmadan çalışır...  

Bədirxan Əhmədov 

filologiya elmləri doktoru, profesoor 

 

 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə