Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə48/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   44   45   46   47   48   49   50   51   ...   182

 

- 113 - 

 

 

 

 



 

Biz bu gün  müstəqil siyasi məkanda  yaşayırıq Dünən həyata keçirilməsinə 

nail ola bilmədiklərimizi bu gün yerinə yetirməliyik.  Bu tarixin bizə verdiyi 

şansdır.  Biz  indiyə  qədər  oxuduqlarımızı  yenidən  oxumalıyıq.  Onları    bu 

günün ab-havasında, siyasi iqlimində    təzədən gözdən keçirib dəyərləndir-

məliyik.  Onların  indiyə  qədər  görə  bilmədiyimiz,    yaxud  görmək 

istəmədiyimiz    cəhətlərini  ortaya  çıxarmalıyıq.  Bu  yolla    nəhayət, 

Azərbaycanın  həqiqi  ədəbiyyat  tarixini  ortaya  yaratmalıyıq.  Kommunist 

rejiminin  nəşrini  və  tədqiqini    qadağa  etdiyi  bir  qrup  yazıçı  haqqında    son  illərdə  tələm-tələsik 

yazılmış  məqalə,  dissertasiya  və  monoqrafiyalar  nəzərə  alınmazsa,  dediyimiz  istiqamətdə    İsa 

Əkbər oğlu Həbibbəyli ilk ləpirçidir.  O, özünün geniş ictimai fəaliyyəti və qüdrətli bədii yaradı-

cılığı  ilə  inqilabi-demokratik  ideyaların  həyata  keçməsinə  və  xalq  hakimiyyətinin  qurulmasına 

böyük xidmətlər göstərən və həmişə sovet ədəbiyyatşünaslıq elminin diqqət mərkəzində duran və 

yüksək qiymətləndirilən  Cəlil Məmmədquluzadə yaradıcılığına müraciət etmiş, böyük demokratın 

son dərəcə şərəfli, qəhrəmanlıq və məhrumiyyətlərlə dolu həyat və yaradıcılıq yolunu yeni ahəngdə 

araşdırmışdır.  Bi mənada İsa Həbibbəylinin müdafiəyə təqdim etdiyi «Cəlil Məmmədquluzadə: 

mühiti  və  müasirləri»  mövzusunda  dissertasiya  işi  ədəbiyyatşünaslığımızda  yeni  mərhələnin 

təməlini qoyur və təzə ab-havada araşdırmaların istiqamətini müəyyənləşdirmək üçün hər cəhətdən 

rəqabətli görünən  nümunə verir.  

Xeyrulla Məmmədov 

filologiya elmləri doktoru, professor 

 

 


 

- 114 - 

 

 

 

 Çəkinmədən  deyə  bilərik  ki,  tədqiqatçının  səyi  və  fədakarlığı 

sayəsində  ədibin  həyat  və  yaradıcılığında  qaranlıq  nöqtələr  qalmamışdır. 

Onu  da    deyək  ki,  İsa  müəllim  qazanılan  uğurlarla  kifayətlənməmişdir. 

Akademikin yaradıcılığını izləyənlər yaxşı bilirlər ki, alim dövr və problem 

çərçivəsinin sərhədlərini çoxdan aşmışdır. Son on illikdə ədəbiyyatşünaslıq 

elmimizdə, bu elmin görkəmli nümayəndələrindən söz düşəndə göz önünə ilk 

gələnlərdən biri də akademik İsa Həbibbəyli olur. Bir qayda olaraq onun adı 

ədəbiyyatşünaslıq elmimizin patriarxı, akademik Bəkir Nəbiyevlə qoşa çəkilir. Həqiqətən də, İsa 

müəllimin əsərləri istər kəmiyyət, istərsə də keyfiyyətcə fərqlənir. 

             

Qəzənfər Paşayev 

filologiya elmləri doktoru, professor 

 

 



 

- 115 - 

 

 

 

İsa Həbibbəyli universitetin bütün sahələrinin inkişafına ayrıca diqqət yetirir. 

O,  geniş  dünyagörüşü,  hərtərəfli  hazırlığı,  təşkilatçılıq  qabiliyyəti,  özünün 

istedadı ilə yoldaşları və əməkdaşları arasında, əlbəttə, Naxçıvanda, həm də 

Bakıda  olduğu  kimi,  xarici  ölkələrdə  də  diqqəti  çəkir.  Cəlbedici  həyati 

baxışlara,  müasir  düşüncə  tərzinə  və  səfərbərlik  bacarığına  malik  olan 

professor İsa Həbibbəyli öz azərbaycanlı əməkdaşlarını olduğu kimi, eyni za-

manda  yaxın və hətta Amerika, Fransa, Türkiyə, Rusiya, Polşa kimi uzaq ölkələrdə də dostlarını 

və həmkarlarını bir yerə toplaya bilir. Bu beynəlxalq əlaqələr öz növbəsində əməli nəticəsini tapır. 

Bu həmin əlaqələrin təcəssümüdür ki, Parisdə türk şairi Nazim Hikmətlə bağlı cildin azərbaycanlı 

yazıçı  dostlarının  şəkilləri  ilə  nəşr  etdirilməsində  biz  onun  yaxından  köməyindən  istifadə  etdik. 

Akademik  İsa  Həbibbəylinin  görkəmli  Azərbaycan  yazıçısı  Cəlil  Məmmədquluzadə  haqqında 

Parisdə çap etdirdiyi irihəcmli və məzmunlu məqaləsi fransız alimlərinin böyük marağına səbəb 

oldu. Bir çox fransız alimləri belə bənzərsiz bir Azərbaycan yazıçısını indiyədək tanımadıqlarına 

təəssüf etdiklərini mənə bildirirlər.  

Mişel Bozdemir 

Fransa Şərq Dilləri və Mədəniyyəti İnstitutunun Türk dili və mədəniyyəti üzrə professoru (Paris) 

 

 



 

- 116 - 

 

 

 

İsa Həbibbəyli dünyagörüş etibarilə Azərbaycançıdır. Onun «Azərbaycançı-

lıq  məfkurəsi  yollarında»  adlı  məqaləsi  həm  yeni  axtarışlar  və  tapıntılar 

baxımından, həm də müəllifin mövqeyini əks etdirmək baxımından olduqca 

əhəmiyyətlidir. Böyük Mirzə Cəlilin ədəbiyyatda Azərbaycançılığın möhkəm 

bünövrəsini təşkil edən əsərləri İsa Həbibbəyli üçün bütün üstün keyfiyyətləri 

ilə  bir  sırada  həm  də  Azərbaycançılıq  ruhunun  manifesti  olduğu  üçün 

qiymətli və doğmadır. İsa Həbibbəyli elmdə və ictimai fəaliyyətdə Azərbay-

cançılıq düşüncəsinin daha da dərinləşdirilməsinə və inkişaf etdirilməsinə xidmət etmək yollarında 

çalışmaqda davam edir. Ümumiyyətlə, akademik İsa Həbibbəyli ədəbiyyat-şünaslıq elminin məlum 

şöbələri, hətta özünün müəyyən etdiyi iki yeni şöbələr də daxil olmaqla bütün istiqamətlərdə ciddi 

elmi söz deməyi bacarır. Bu, Əməkdar elm xadimi və akademik İsa Həbibbəylinin böyük uğuru və 

özünə-məxsusluğunun   konkret elmi  ifadəsidir. O,  ədəbiyyat tarixçiləri sırasında da,  ədəbiyyat 

nəzəriyyəçiləri arasında da ön cəbhəni təmsil edir. Ədəbi tənqid, folklorşünaslıq, ədəbi əlaqələr 

kimi istiqamətlərdə də onun qələmindən qiymətli elmi əsərlər çıxmışdır. İnanırıq ki, İsa Həbibbəyli 

bundan sonra da həmin ənənəyə sadiq qalacaq, ədəbiyyatşünaslığın bütün şöbələri üzrə elmimizin 

zənginləşdirilməsinə öz töhfələrini verəcəkdir.  

Yavuz Axundlu 

filologiya elmləri doktoru,  professor 

 

 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə