Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə45/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   41   42   43   44   45   46   47   48   ...   182

 

- 105 - 



 

 

İsa müəllim mənim haqqımda nə yazıbsa yaxşı yazıb. Həmişə ondan ləzzət 

almışam.  Bir  məqalə  yazıb  6-7  yerdə  çap  etdirmişəm,  yəqin  hələ  də 

dünyanın müxtəlif dillərində çap etdirəcəm. Mən ən azı 6, ən çox da 7 İsa 

Həbibbəyli  tanıyıram...  Deməli  bu  gün  İsa  müəllimin  və  bizim  indiki 

səviyyəmizdə ən azı altı yarım İsa Həbibbəyli var. Onun birincisi Allahın 

yetişdirdiyi istedaddır. Yəni bu nə oxumaqla, nə ora-bura qaçmaqla, nə daş daşımaqla mümkün 

olan bir şey deyil. Onu Allah adama verir və ondan sonra ged kef elə. Əgər qabiliyyətin olarsa 

daha yaxşı olar. .. İkinci bir İsa Həbibbəyli var ki, heç nədən yorulmayan, daim çalışan. Mən bilən 

o da Allahın işidir... Yəni o enerji, o fiziki olaraq çalışmaq onda var. Səhv etmirəmsə rəhmətlik 

Əziz Mirəhmədov getdiyi arxivlərdə də İsa Həbibbəylinin adına rast gəldiyini deyirdi. O, arxivlərə 

çox  gedirdi.  Arxivlərdə  bir  qayda  olaraq  adını  və  oxuduğun  əlyazmanın  adını  yazırsan.... 

Həbibbəylinin ikinci cəhəti onun işgüzarlığıdır. O, bütün sahələrlə məşğul ola bilərdi. Fərq etməz 

fəsəfə, tarix, coğrafiya və ya riyaziyyat. Bu insanda o zəhmətkeşlik, o bacarıq var. O, istedaddır. 

Üçüncü  cəhəti  odur  ki,  İsa  müəllim  yaxşı  şagirddir,  yaxşı  tələbədir.  Yəni  onun  şagirdliyi, 

tələbəliyi çox yüksək səviyyədə olub... İsa müəllimdə o cəhət var ki, o, müəllimlərinə qarşı ata-

anasına bəslədiyi məhəbbət qədər məhəbbət bəsləyib və bunu hətta yazıb. İsa müəllimə istənilən 

müəllimi  haqqında  söylənsə  ki,  sənin  müəllimin  filan  ədəbiyyat  məsələsini,  filan  metodoloji 

məsələni və sairəni  düzgün etməmişdir o, sübut edəcək ki, sən səhv başa düşmüsən o, çox dəqiq 

həll  etmişdir.  Yaxşı  şagird  olduqda  isə,  bu  artıq  dördüncü  cəhətdir,  İsa  müəllim  çox  yaxşı 

müəllimdir.  Mən  hələ  görməmişəm  ki,  İsa  müəllim  tələbələri  haqqında  mənfi  söz  söyləsin. 

Tanıyırsa, qəbul edirsə, sevirsə zəif cəhətlərini də bağışlayır. Amma bilir ki, o, onun tələbəsidir. 

Yəni tələbələrinə məhəbbət çox mühüm şeydir. 

İsa müəllim bizim hər birimiz haqda məqalə yazıb. Bu günlərdə bizim çox istedadlı yazıçımız, 

jurnalistimiz Rəşad haqqında uzun bir yazı yazmışdır. O yazıda bir dənə o tərəf bu tərəf yoxdur. 

Çox gözəl, çox məhəbbətlə yazılmışdır. Mənim haqqımda da çox gözəl bir yazı yazıb... Biz hamımız 

onu  müəllim  kimi  qəbul  edirik.  Çünki  müəllim  o  deyil  ki,  ancaq  dərs  desin.  Kitab  yazırsa, 

oxuyuruqsa,  öyrəniriksə  və  bizi  müdafiə  edirsə  bizim  də  müəllimimizdir.  Çünki  indiki  zamanda 

insan insanı çox az hallarda müdafiə edir. İsa müəllimdə təmənna yoxdur. Mənim yadımdadır mən 

akademiyanın müxbir üzvü keçəndə o, gecə saat 12-də mənə zəng edərək keçdiyimi bildirdi. Çünki 

mənim ümüdüm yox idi. Başqa kimlərin keçdiyini soruşsamda söyləmədi. Onu demək olmazdı. 

Və  İsa  müəllimin  beşinci  cəhəti.  İsa  müəllim  ailə  adamıdır.  Elmira  xanım  onun 

təvazökarlığını və sairəni söylədi. İsa müəllim ailə, nəsil, şəcərə məsələsinə çox həssas adamdır. 

O,  dədə-babalarına  da  çox  həssasdır.  İsa  müəllim  bizim  ədəbiyyatçılar  içərisində  öz  nəslini, 

şəcərəsini çox yaxşı bilən 5-6 adamdan biridir. İlk vaxtlar öz kitablarında, əsərlərində buna çox 

yer verirdi. Bu da belə bir məsələdir ki, nəslinə, kökünə bağlı olmayan insanın, onların qarşısında 

məsuliyyət  daşımayan  insanın  gələcək  nəslin  qarşısında  məsuliyyəti  yoxdur.  Bu  mənada    kökə, 

nəslə, əcdadlara bağlılıq cox ciddi və böyük məsələdir. 

İsa  müəllimin  altıncı  cəhəti  onun  bütün  intellekti,  səviyyəsi  ilə  milli,  dövlət  və  bunları 

birləşdirmək istəyidir. Bizim taleyimiz, tariximiz belə olubdur ki, ədəbiyyatımızın tarixi də belədir. 

Kim milli olubsa onun dövlətçilik təfəkkürü olmayıb, kim dövlət adamı olubsa onun milli təfəkkürü 

olmayıb.  Yəni  tarix  belə  gəlib,  bizim  belə  ağrılarımız  var.  Və  bir  az  bunu  belə  yönəldiblər  ki, 

ədəbiyyat adamı dövlət əleyhinə danışmalıdır. O qədər danışmışıq ki, dövlət təfəkkürü yadımızdan 

çıxıb. Heydər Əliyevin böyüklüyü ədəbiyyat adamlarını başına yığmasıdır... Ədəbiyyat, tarix, milli 

yaddaş dövlətin enerjisi olmasa o dövləti yaşatmaq olmaz. Və bu mənada İsa müəllim həqiqətən o 


 

- 106 - 

 

xüsusiyyətləri özündə cəmləşdirir, özü də üzvü şəkildə. Yəni ədəbiyyata, elmə bu qədər sədaqətli 

olasan və bu qədər dövlətçilik təfəkkürün ola. Bu İsa müəllimin altıncı cəhətidir. O ki, qaldı altı 

yarım orda da çox şeylər var. O da İsa müəllimin insanlığıdır. İsa müəllimin dostluğudur. Mən 

hələ İsa müəllimin ağzından kimə qarşısa ağır bir söz eşitməmişəm. Deyə də bilər. Buna hüququ 

da çatır, səviyyəsi də çatır və deyilməli adamlar da var. Deyə bilər, amma demir. Demir və bu da 

onun hövsələsidir. Allah sizin bu hövsələnizi möhkəm etsin! Sag olun! 

.  



Nizami Cəfərov 

AMEA-nın  müxbir üzvü, filologiya elmləri doktoru, professor 

 

 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə