Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə42/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   38   39   40   41   42   43   44   45   ...   182

 

- 94 - 

 

 

 



Mən İsa Həbibbəylinin bir «cəlilşünas» kimi hansı ehtiras, şövq, həvəslə, 

hansı  enerji  ilə  işləməsinin  bilavasitə  şahidi  olmuşam:  80-ci  illərin 

sonlarında  İsa  məhz  həmin  tədqiqatçı  ehtirası  və  enerjisi  sayəsində 

«Vətən» Cəmiyyətinin köməyi və iştirakı ilə  Mirzə  Cəlilin dünyanın bir 

çox ölkələrinə səpələnmiş nəvə-nəticələrini tapdı, onlarla əlaqə yaratdı, 

görüşdü və bu işi sonralar da böyük bir təşəbbüskarlıqla davam etdirdi. Bu kitab rəhmətlik Əziz 

Mirəhmədovun bu sahədəki xidmətlərindən sonra, əlamətdar hadisədir və elə bilirəm ki, həm də 

bu,  yalnız  «cəlilşünas»lığımızın  yox,  ümumiyyətlə,  ədəbiyyatşünaslığımızın  nail  olduğu  bir 

hadisədir.  İsa  Həbibbəyli  Cəlil  Məmmədquluzadənin  10  yeni  məktubunu,  Həmidə  xanımın  və 

onların övladları Münəvvər, Midhət və Ənvər Məmmədquluzadələrin bir çox məktublarını tapıb-

toplamış  və  ilk  dəfə  olaraq  böyük  Məmmədquluzadələr  ailəsinin  məktublarından  ibarət  kitab 

hazırlamışdır. 

Elçin Əfəndiyev 

 Xalq yazıçısı 

 

 


 

- 95 - 

 

 

 

 



İsa Həbibbəylinin araşdırmaları yüksək elmi dəyərə malikdir. Böyük demokrat 

yazıçının  tərcümeyi-halının  yenidən  öyrənilməsi,  ədibin  nəsil  şəcərəsinin 

müəyyən  edilməsi,  nəvə-nəticələrinin  aşkara  çıxarılması  İsa  müəllimin  adı  ilə 

bağlıdır. İsa Həbibbəyli həmçinin Mirzə Cəlilin üç naməlum səhnə əsərini aşkara 

çıxarmış, təhlil edib dəyərləndirmişdir. Beləliklə, o, fədakar mirzəcəlilşünas alim olduğunu sübuta 

çatdırmışdır. 

Anar 

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Sədri 

 

 

 

 


 

- 96 - 

 

 

 



Akademik İsa Həbibbəyli  hər şeydən əvvəl  ölkənin məhsuldar alimlərindən 

biri  kimi  xarakterizə  olunur...  Azərbaycan  ədəbiyyatşünaslıq  elminin  XIX–

XXI  əsrlər  üzrə  problemlərinin  öyrənilməsində  və  həllində    akademik  İsa 

Həbibbəylinin  elmi əsrlərinin xüsusi  yeri və əhəmiyyəti vardır. İsa Həbib-

bəyli  Azərbaycan  mirzəcəlilşünaslıq    elminin  inkişafında    yeni  mərhələ 

yaratmışdır.  O,  yeni  dövr  Azərbaycan  mirzəcəlilşünaslıq  elminin  fədakar  yaradıcısıdır.  İsa 

Həbibbəylinin Azərbaycan  ədəbiyyatının çoxəsrlik tarixinə və ədəbiyyat nəzəriyyəsi məsələlərinə  

həsr etdiyi əsərlər müstəqillik  dövrü Azərbaycan elminin  qiymətli səhifələrini təşkil edir. 

Geniş  elmi  dünyagörüşə  malik  olmaq  akademik  İsa  Həbibbəyli  üçün  səciyyəvidir.  O, 

Azərbaycan  ədəbiyyatı  və  ictimai  fikri  ilə  yanaşı  Amerika,  Avropa,  Rusiya  və  Şərq    ədəbiyyatı, 

ədəbi-mədəni əlaqələr haqqında da  professional səviyyəyə malik elmi əsərlərin müəllifidir. Eyni 

zamanda,  İsa  Həbibbəylinin    tarix,  siyasət,  incəsənət,  folklor  və  mətbuat  səhifələrində    yazdığı 

əsərlər  də    həmin  elmi  istiqamətin  müəllifləri  tərəfindən  qəbul  olunur.  İsa  Həbibbəyli  ideyalı 

adamdır. İsa Həbibbəyli ideyalı alimdir. Tarixilik, millilik, ideyalılıq və müasirlik akademik İsa 

Həbibbəylinin  elmi  fəaliyyətinin  əsas  səciyyəsini  müəyyən  edir.  Xüsusən  onun  müstəqillik  dövrü 

Azərbaycanının gerçəklikləri, ölkəmizdə gedən ictimai-siyasi proseslər barəsində yazdığı əsərlər 

İsa  Həbibbəylinin  ədəbiyyatşünaslıqla  yanaşı,  siyasətşünaslıq  sahəsində  də  professionallıq 

nümayiş etdirdiyini aydın şəkildə göstərir. 

Mahmud Kərimov 

Akademik 


 

- 97 - 

 

  

 

AMEA-nın  həqiqi  üzvü,  Milli  Məclisin  deputatı,  Naxçıvan  Dövlət 

Universitetinin rektoru, Əməkdar elm xadimi, ölkəmizdə, yaxın-uzaq xaricdə 

yaxşı  tanınan  və  əsərləri  təqdir  olunan  İsa  Həbibbəyli  görkəmli 

ədəbiyyatşünas  alim,  təcrübəli  təhsil  təşkilatçısı  və  yorulmaz  ictimai 

xadimdir,  qeyrətli, cəfakeş Azərbaycan  ziyalısıdır. O,  müstəqil Azərbaycan 

dövlətinin  memarı,  ulu  öndər  Heydər  Əliyevin  yetişdirdiyi,  etimad  və  etibar  edib  irəli  çəkdiyi 

peşəkar rəhbər xadimlərdən biridir... İftixar  hissilə etiraf  edirəm ki, akademiyamız  onu vaxtında 

«gördü». 2001-ci ildə İsa müəllim müxbir üzv seçildi.  2003-cü ildə isə elmimizi öz sanballı tədqi-

qatları  ilə    zənginləşdirdiyi  üçün  biz  onu  Azərbaycan  Milli  elmlər  Akademiyasının  həqiqi  üzvü 

seçdik. İsa müəllim əvvəlcə Naxçıvan MR Ali Məclisinin, 2005-ci ildə isə Azərbaycan Respublikası 

Milli Məclisinin deputatı seçilmişdir.  Onun fəxri adlarını, Naxçıvanda, Bakıda, Türkiyədə, Avropa 

ölkələrində aldığı təltifləri, fəxri adları saymaqla qurtarmaz.  İsa Həbibbəyli akademik Məmməd 

Cəfər  Cəfərovun  məşhur  «Ədəbiyyat  nəzəriyyəsi»  şöbəsinin  yetirməsi  və  hamımızın  müəllimi, 

mənəvi atamız olmuş Məmməd Cəfərin ən layiqli davamçısıdır. 

Bəkir Nəbiyev 

Akademik 

 

 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə