Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə44/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   40   41   42   43   44   45   46   47   ...   182

 

- 102 - 

 

 

 

Akademik İsa Həbibbəylinin çox dərindən araşdırdığı XIX əsrin sonu, XX əsrin 

əvvəlləri Azərbaycan  ədəbi-ictimai-fəlsəfi fikrində belə bir gözəl anlayış var: 

«vətəndust».  Vətəndaşlığın  ana  özəyi  sayılan  bu  keyfiyyət  istisnasız  olaraq  o 

dövrün  ən  böyük  patriot  ziyalılarının  ayrılmaz  sifətlərindən  birini  təşkil 

etmişdir.   Vətəndustluq mərtəbəsinə  yüksələn azərbaycanlılar arasında  xro-

noloji  ardıcıllıqla    götürsək,  Nizami,  Nəsimi,  Xətai,  Füzuli,  Vaqif, 

M.F.Axundzadə, H.B.Zərdabi, Mirzə Cəlil, M.Ə.Sabir,  Ə.B.Hüseynzadə, H.Cavid, M.H.Şəhriyar, 

M.Rəsulzadə, S.Vurğun, R.Rza.... kimi böyük ziyalıların, fenomenal şəxsiyyətlərin adları qızıl hərf-

lərlə  vətən  tariximizə  əbədi  həkk  olunub.  Vətəndust  titulunu  şərəflə  daşıyanların  sırasında 

ümummilli  lider  Heydər  Əliyevin,  Azərbaycan  Respublikasının  Prezidenti  möhtərəm  İlham 

Əliyevin, Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbovun adları zirvədə dayanır və qürurla səslənir. 

Bu  böyük  şəxsiyyətlərin  mühitində  yaşayıb-çalışan  İsa  Həbibbəyli  də  ,  hər  şeydən  öncə  vətən-

dustdur.    Və  bu  baxımdan    onun  da    hər  bir    böyük  azərbaycanlı  kimi  üzünü  ana  vətənə  tutub 

Füzulinin ölməz beytini deməyə haqqı var: 

Dustum, aləm səninçün gər olur düşman mana

Qəm degil, zira yetərsən dust ancaq sən mana! 

 

Teymur Kərimli 

Akademik 

 

 



 

- 103 - 

 

 

 



 

 

 

Yaşımızdakı böyük fərqə baxmayaraq, professor İsa Həbibbəylini təkcə həm-

karım yox, dünənki və bugünkü ağsaqqal nəsillərin fəal və layiqli davamçısı 

sayır,  onu  ürəkdən,  candan  salamlayıb  alqışlayıram...  Professor  İsa 

Həbibbəylinin  tədqiqatlarının  əsas  məziyyəti  o  vaxta  qədərki  ədəbiyyatşü-

naslıqda  az  öyrənilmiş  və  demək  olar  ki,  diqqəti  cəlb  etməmiş  elmi-nəzəri 

məsələlər, hadisələr, şəxsiyyətlər, əsərlər haqqında təhlil və qiymətlərdədir, 

bunlardan  bir  çoxunun  yeniliyindədir.  O,  ədəbiyyat  nəzəriyyəsi  ilə  ədəbiyyat  tarixçiliyinin  im-

kanlarından  birgə,  sintez  halında  istifadə  etməyi  bacarır.  Namizədlik  əsərində  İsa  Həbibbəyli 

görkəmli  sənətkarlardan  H.Cavid,  Ə.Hüseynzadə,  M.Hadi,  A.Səhhət,  A.Şaiq  və  başqalarının 

romantizm üslubunda  olan əsərlərinin spesifikasını, müştərək və fərqləndirici cəhətlərini açmışdır. 

Disseratsiyasında  müəllif  romantizm  üçün  səciyyəli  ideya-mövzularla  bərabər    bədii  ifadə, 

məcazlar sistemi haqqında  da elmimiz üçün yeni, əhəmiyyətli fikirlər ortaya atır... «Cəlil Məm-

mədquluzadə: mühiti və müasirləri» kimi sanballı monoqrafik tədqiqatında  müəllifin  problemlər, 

məsələlər,  mövzular  dairəsi  daha  da  genişdir....  Onun  monoqrafiyası  həmin  mövzudakı  əvvəlki 

kitablardan  ən yaxşılarının cərgəsinə daxildir.  

İsa Həbibbəyli dövrün ən fədakar  məmmədquluzadəşünasıdır... İsa müəllim bizim bir çox  

namizəd  və  doktorlardan  fərqlənərək,  öz  axırıncı    işini  nəzərə  alıb  dayanmır  və  zəhmətkeş 

«rejimini» dəyişib sakitləşmir... Arxivlərə, əlyazmalara, mənbələrə, dövrü mətbuat materiallarına 

bələdçilik  onun  əsərlərinin  sanbalını  və  səviyyəsini    daha  da  artırır...  Hiss  olunur  ki,  artıq  İsa 

Həbibbəyli dövr və problem çərçivəsinin sədlərini aşmaqdadaır...   

  Əziz Mirəhmədov 

Azərbaycan MEA-nın müxbir  üzvü 

 

 


 

- 104 - 

 

 

 

 

 

Həm  tənqid,  həm  də  ədəbiyyatşünaslıqla    paralel  məşğul  olmaq    yetmişinci 

illərin gəncliyi üçün sanki fəaliyyət prinsipinə çevrilib. Bu qoşalığı, vəhdəti biz  

Vilayət Quliyevin, İsa Həbibbəylinin də nümunəsində  görürük.  Belə qoşalıq  

ünsiyyətə və vəhdətə  köklə  zirvənin, keçmişlə indinin, ənənə ilə novatorluğun 

arasında nail olmağa imkan yaradır... İsa Həbibbəylinin Azərbaycan romantik 

şerinin,  realist  ədəbi  hərəkatının,  müasir  ədəbi  prosesin  müxtəlif  problemlərindən  bəhs  edən 

əsərləri onun səmərəli axtarışlarının nəticəsi kimi nəzərə çarpır... İsa Həbibbəyli milli  romantik 

şerin ideya-məzmun, poetik forma və üslub keyfiyyətlərini araşdırarkən ənənə və  novatorluq möv-

qeyindən  çıxış  edir.    Onun  «XX  əsrin  əvvəlləri  Azərbaycan  şerində  Füzuli  ənənləri»,  «Poetik 

formalarla novatorluq», «Cavid dramlarında lirik ünsürlər», «Peyzaj lirikası» məqalələri  ədəbiy-

yatımızın  zəngin  bir  mərhələsinin  meyllərini  çoxəsrlik  bədii  irsimizin  davamlı  ənənələri  və 

müasirlik meyarları işığında qiymətləndirilməsi ilə seçilir.  

Yaşar Qarayev 

filologiya elmləri doktoru,  professor 

 

 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə