Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə52/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   48   49   50   51   52   53   54   55   ...   182

 

- 124 - 



 

                      

 

 

İsa  Həbibbəyli  özü  də  elmdə  təzə,  cavandır,  –  desəm,  qəbahət  olmaz; 

bugünlərdə 65 yaşının tamam olduğunu bildim, 65 yaş qocaman elm üçün 

nədir ki?! Daim təzəlik-tərlik, olmayan yerdən Söz ehtirası-eşqi-ovu da elə 

cavanlıq  iksirindən  doğmurmu?!  İsa  Həbibbəylinin  səs-səda  doğurmuş 

«Cəlil Məmmədquluzadə. Mühiti və müasirləri» monoqrafiyasının nəşrindən 

(Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1997) nə keçibdi ki?! Filoloji elmlər 

doktoru,  professor,  Naxçıvan  Dövlət  Universitetinin  rektoru,  AMEA-nın  müxbir  və  daha  sonra 

həqiqi üzvü, millət vəkili, AMEA vitse-prezidenti və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru! 

– cəmisi həmin bu monoqrafiyanın intəhasız kölgəsinə sığmırmı?!... 

İsa  Həbibbəylini  yazdıqlarında  həmişə  təzəlik  axtarışlarına  təşnə  görürük.  Mən  onun  iri 

formatda  696  səhifəlik  «Ədəbi-tarixi  yaddaş  və  müasirlik»  adlı  məqalələr  toplusuna  (Bakı, 

«Nurlan»,  2007)  dərindən  baxmışam;  hər  səhifəsi  açıq  problemlərin  açılmamış  düyünlərinə 

aşina...  «Kitabi-Dədəm  Qorqud»un  «yeni  tədqiq  mərhələsi»ndən  «Ələsgər  sorağı»na 

(Folklorşünaslıq),  «Azərbaycandan  dünyaya»:  Nizami  Gəncəvidən  Ustad  M.Şəhriyara  (Klassik 

ədəbiyyat), «Ədəbiyyatımızda Anar zirvəsi»ndən Vaqif Yusifliyə (Çağdaş ədəbiyyat), «Ədəbiyyatın 

tərifi»ndən  «Dialoq  haqqında  monoloq»  acan...  (Ədəbiyyat  nəzəriyyəsi);  «Ustad  Mirzə  Cəlil 

Məmmədquluzadə», «Mirzə Ələkbər Sabirimiz», «Böyük ədib və mütəfəkkir Əlibəy Hüseynzadə», 

«Hüseyn Cavid və sənəti»... – hər yerdə bir vurğu və rakurs aşkar-barizdir: təzə fakt axtarıcılığı 

və ideoloji təzəlik!... 

Misallar  üçün  heç  də  uzaq  getməyəcəm.  Ədəbiyyat  İnstitutunda  fəaliyyətə  başlayalı,  hər 

kəsdən hərəkət tələb edən akademikin özünün son ildə, son aylarda neçə məqaləsi dərc olunmuş... 

…  İsa  Həbibbəylinin  qosqocaman  Mirzə  Fətəlidən  ədəbiyyatımızın  ən  cavan  yetirməsi 

Rəşad Məcid yaradıcılığına transfer edən növbəti, «Roman» və poetikası» məqaləsi də («Kredo» 

qəzeti, 6 dekabr 2014) məhz müasirliyi aktualizə etmədə. Bugünə müncər olanda «klassik romantik 

şeir» ənənəsi (eşq, sevgi fəlsəfəsi) necə «realist ədəbiyyat»da həzm və «nəzm» olunur...  akademik 

burda  mahiranə  ustadlıqla  isbat  eləyir:  «Ümumiyyətlə,  «Roman»  liro-epik    poeması  insanın 

mənəvi bütövlüyünə inam haqqında dəyərli bir epitafiyadır. «Roman» – şeirlə yazılmış macəravari 

serialdır.  Poema  janrında  yazılmış  «Roman»  mövzu  və  mahiyyət  etibarilə  insanın  mənəvi 

bütövlüyünün və ucalığının romanıdır...» 

Akademik  Isa  Həbibbəyli  ədəbi  prosesin  genişliyinə  açıq  və  maraqlıdır.  Deyilənə  görə, 

onunla hardan  istəsən, necə istəsən, ədəbiyyatın müşkülləri barədə təklif vermək, fikir yürütmək 

olur. Sağ olsun, elmi tədbirlərin birində: habelə mənim Tənqid.net jurnalımı da bəyəndiyini bəyan 

etmiş… 

Tehran Əlişanoğlu 

filologiya elmləri doktoru, professor 

 

 


 

- 125 - 

 

 

 

Müasir Azərbaycan ədəbiyyatşünaslığında  həm əsərləri, həm də tuduğu vəzifə 

ilə   aparıcı  mövqe sahibi olan akademik İsa Həbibbəylinin yaradıcılığı bir çox 

yönü ilə cəlbedici və əhəmiyyətlidir. O, Azərbaycan ədəbiyyatşünaslıq tarixində 

özünəməxsus elmi məktəbi olan böyük ədəbiyyatşünasdır. Ona görə elmi məktəb 

yaradıcısıdır  ki,  ədəbi-nəzəri  fikrimizdə  bir  çox  yeniliklər,  ilklər,  görüb 

dəyərləndirmələr,  açılan  yeni  səhifələr,  elmi  proseslər  məhz  akademik  İsa 

Həbibbəylinin  adı  ilə  bağlıdır;  onun  yolunu  seçən    bir  çox  mütəxəssislərə  birbaşa  universitet 

adutoriyasında,  kafedrada  və  ya  dolayısı  yolla  kitabları,    açdığı  perspektivlər  ilə    müəllimlik 

etmişdir.  İsa  Həbibbəyli  ədəbiyyatşünaslıq  məktəbinin  əsas  xüsusiyyəti  zəngin  faktlara  –  arxiv 

materiallarına, bədii mətnlərə, əlyazmalara və elmi bazaya əsaslanan nəzəri fikirlərin irəli sürü-

lərək  əsaslandırılmasıdır.  Az-az  ədəbiyyatşünası  yeni  fikirlərinin,  irəli  sürdüyü  ideyaların 

zənginliyi və əsaslandığı faktların bolluğu ilə İsa müəllimlə müqayisə etmək olar... Akademik İsa 

Həbibbəyli müasir  mətnlərdə və nəzəriyyələrdə yaşanan hərəkətliliyi görərək nəzəriyyə sahəsində 

ayrıca jurnal nəşri istiqamətində də tədbirlər görmüşdür. Artıq onun baş redaktor olduğu «Poeti-

ka.izm» jurnalının birinci sayı hazırdır.  Bu isə o deməkdir ki, Azərbaycan ədəbi-nəzəri fikrinin 

inkişafı üçün daha bir meydan açılmış və yeni mərhələ və milli nəzəriyyə məktəbinin formalaşması 

yolunda addımlar atılmışdır.  

Tahirə Məmməd 

filologiya elmləri doktoru, professor 

 

 



 

- 126 - 

 

 

 

Azerbaycan`da gerçekten iş yapan birkaç insandan biri de İsa Habibbeyli`dir. 



Onun yüreginde öyle bir vatan ateşi yanıyor ki bir dakika olsun vaktini boşa 

harcamadan ülkesini tanıtma adına şehirden şehire, ülkeden ülkeye elinde bir 

sevgi  meşalesi  gibi  Azerbaycan`ın  adını  yükseklere  kaldırarak  durmadan 

koşuyor ve çalışıyor. Onu bazen Elazığ`da Türk dünyasının ileri gelenleriyle 

birlikte  Nevruz  ateşi  yakarken,  bazen  Konya-Akşehir`de  Molla  Nesreddin`i 

anlatırken, bazen Nahçıvan`da talebelerini de yanına alarak ebru sanatını tanıtırken görüyoruz. 

Her yerde gözlerinde parlayan aynı heyecan, aynı ateş, aynı sevgi var. 

Dünyanın  çeşitli  dillerine  çevrilmiş  çok  önemli  kitapları  var.  Ama  o,  «Artık  kitaplarımı 

yazdım,işim bitti» demeden, aynen genç bir talebe hevesiyle kah Türk Dil Kurumunun dergilerinde 

Ali Bey Hüseyinzade`yi kah Türkiye Kültür Bakanlığı`nın yayınlarında Celil Memmedkuluzade`yi 

kah  yine  Türkiye`de  çıkan  çok  okunan  Kardeş  Kalemler  dergisinde  Samed  Vurgun  mektebinin 

önemini olgun bir kalemle dünyanın her yerindeki okuyuculara ulaştırıyor. 

İsa  Hebibbeyli`nin  kaleminden  Azerbaycan`ın  ünlü  mütefekkirlerinden  bir  Celil  Mem-

medkuluzade`yi, bir Samed Vurgunu, bir Memmed Ağa Şahtağıtı`yı, bir Memmed Araz`ı okurken 

onların ülkemizde nasıl bir değere, nasıl bir mektebe, nasıl bir edebi zenginliğe sahib olduklarını 

da öğrenmiş oluyoruz. Doğrusu ben, bir Celil Memmedkuluzade ve onun realist mektebinin top-

lumumuz, halkımız  ve  İslam  dünyası için hala  günümüzde de  çok  gerekli  olduğu  inancındayım. 

Bugün eğer, Afganistan, Irak, Pakistan`da yüz yıl önceki eski ders usulleri ve medreseler devam 

ediyorsa,  hala  Celil  Memmedkuluzade,  onun  Molla  Nesreddin`i  de  yaşıyor  demektir.  Geriliğin, 

cehaletin, din adına sürdürülen yalan ve aptallıkların hala yaşadığı ve yaşayacağı yerlerde Molla 

Nesreddinler de yaşamalı ve yaşatılmalıdır. 

İşte burda Ziya Paşa`nın da çok doğru olarak dediği gibi insanın kendisine, sözüne değil, 

yaptığı  işine  bakılmalıdır  ve  bence  İsa  Hebibbeyli  gibiler  işleriyle  kendilerini  ispatlamaya, 

halkımıza,  dünyamıza  yorulmadan,  usanmadan  hizmet  etmeye  devam  ediyorlar.  Ben  klasik 

Azerbaycan  edebiyyatını  biraz  bilmeme  rağmen,  İsa  Bey`in  kaleminden  klasiklerin  edebi  tadını 

yeniden  tattım.  Onun  kaleminden  Azerbaycan  ediplerinin  başka  başka  yanlarını  keşfettim  ve 

onların gerçek kimliklerini daha  yakından öğrendim. 

2009  yılının  mayıs  ayında  Nahçıvan`a  gittiğimde  bana  hediye  ettiği  kitaplar  valizimi 

doldurmuştu ve Türkiye gümrüğünde görevli polis memuru valizimi açarken kitapları alıp baktı ve 

şaşkınlıkla, «Hepsi sadece bir yazarın yazdıkları kitaplar mıdır?» diye sordu. Gururla, «Evet, hepsi 

bir  adamındır  ve  hele  bundan  daha  fazlasını,  tam  56  kitap  yazmıştır.»  Dedim.  Kıskançlıkların, 

yalanların, birbirini karalamaların baş alıp gittiği zamanımızda insanın kendi halkının bir oğluyla 

haklı olarak gururlanması nasıl güzel bir duygudur anlatamam!...  

İsa  Bey  bu  kadar  kitapla  birlikte  yüzlerce  makale  de  yazmıştır.  Birbirinden  ilginç  ve 

birbirinden  ilmi  olan  bu  makalelerin  çoğu  yabancı  ülkelerin  dergilerinde  yayımlanmışlardır. 

Yabancı  ülkelerde  makale  yayınlamanın  nasıl  zor  bir  iş  olduğunu  bilen  biri  olarak  İsa  Bey`in 

yaptıklarının değerini daha iyi anlıyorum...Nahçıvan, Azerbaycan`ımızın yetiştirdiği birbirinden 

değerli insanlarıyla en verimli bir bölgesidir. Oranın dağları, suları, toprağı ülkemize mayası temiz 

insanlar yetiştirdi. Onlar hem Nahçıvan`ın hem de Türk dünyasının adını zirvelere taşıdılar. Ordan 

İsa  Hebibbeyli  gibi  muallimler  çıktıkça  zirvelerde  dalgalanan  bayrakların  sayısı  daha  da 

artacaktır.  

Orxan Aras  


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə