Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə54/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   50   51   52   53   54   55   56   57   ...   182

 

- 130 - 

 

  İsa  Həbibbəyli  Naxçıvanda  yaşayıb  yaradan  alimlər  içərisində  öz  elmi  məktəbini  yaradan  ilk 

alimdir.  Bu  elmi  məktəbin  özünəməxsus  xüsusiyyətləri  vardır.  İsa  Həbibbəyli  elmi  məktəbinin 

yetirmələri içərisində əsas hissəni ədəbiyyatşünaslar təşkil etsə də, bu məktəbi keçmiş digər elm 

sahələrinə  aid  alimləri,  o  cümlədən,  folklorçuları,  dilçiləri,  tarixçiləri,  filosofları,  pedaqoqları, 

iqtisadçıları və s. də unutmaq olmaz. Naxçıvan Dövlət Universitetinin Elmi Şurasında və digər elmi 

müəssisələrdə təsdiq olunan doktorluq və namizədlik dissertasiya mövzularının müəyyən olunma-

sında,  onların  planlarının  hazırlanmasında,  yerinə  yetiril-məsində  akademik  İsa  Həbibbəyli 

aspirant  və  dissertantların  ən  yaxın  məsləhətçisi  olmuşdur.  Bəzən  onun  verdiyi,  heç  kimin  görə 

bilmədiyi bir məsləhət, istiqamət böyük bir fəslin, əsərin yazılmasına gətirib çıxarmışdır. 

Hacı Fəxrəddin Səfərli 

tarix  elmləri doktoru, professor 

 

Bizim əməkdaşlığımız  ilk dəfə Mark Tven,  Cek London və Ernest Heminqueyə həsr olunmuş 

Mərkəzi Asiya Amerika Ədəbiyyatı konfransının təşkil olunması ilə nəticələndi. Heminqueyə olan 

böyük marağa görə bir il sonra biz ilk dəfə Mərkəzi Asiya Ernest Heminquey konfransı təşkil etdik.  

Mən hədiyyə olaraq öz şəxsi ədəbiyyat kolleksiyamdan  kitablar və tədqiqat materialları gətirdim 

və bu  coğrafi regionda NDU-da kampus proqramı üzrə ilk dəfə Ernest Heminquey Kitabxanası və 

Muzeyi  yaratdıq...Sizin    Azərbaycan,  Naxçıvan  Dövlət  Universiteti  və    Heminquey  barədəki 

çıxışlarınızı  hələ  də  xatırlayır  və  yüksək    dəyərləndiririk...  Sizinlə  bigə  qurduğumuz    Amerika-

Naxçıvan elmi körpüsü çox etibarlıdır.  

Harri Lepinski 

ABŞ, Mərkəzi Asiya Tədqiqat Mərkəzinin sədri, professor 

 

 



 

- 131 - 

 

 

 

 



Akademik İsa Həbibbəylidən bir dəfə eşitdiyim söz həmişə məni düşündürür, 

bu  mülahizənin mahiyyətini dərk  etməyə sövq edirdi.  Bir neçə il əvvəl hansısa 

ədəbi tədbirlərin birində  akademik İsa Həbibbəyli dedi ki,  o sənətkar , o yazıçı 

xoşbəxtdir  ki,    ya  onun  öz  övladlarında  biri  onun  irsini  dərindən  araşdırır,  

öyrənir  və  təbliği  ilə  məşğul  olub  gələcək  nəsillərə  çatdırır,  ya  da    onun 

yorulmaz, fədakar, sədaqətli bir tədqiqatçısı olur, həmin varislik missiyasını o 

yerinə yetirir. Azərbaycanın böyük yazıçısı Cəlil Məmmədquluzadə akademik 

İsa Həbibbəylinin irəli sürdüyü təsnifat baxımından ikinci qrupa düşənlərdəndir.  Yəni, övladları 

tərəfindən yox,  övlad qədər sədaqətli olan böyük  tədqiqatçı sayəsində  araşdırılıb təbliğ olunan 

xoşbəxt sənətkarlardandır.  Və bir də Mirzə Cəlil ona görə xoşbəxt yazıçıdır ki,  onun ədəbi irsinin 

tədqiqi ilə 3 il, 5 il yox,  bir ömür boyu məşğul olan akademik İsa Həbibbəyli kimi işıqlı, cəfakeş 

tədqiqatçısı var. 

Vaqif Məmmədov 

 tarix elmləri üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi 

 

 


 

- 132 - 

 

 

 

 

 

 

 

AKADEMİK İSA HƏBİBBƏYLİNİN  

FİKİRLƏRİNDƏN SEÇMƏLƏR 

 

 

SELECTED THOUGHT ACADEMICIAN  

ISA HABIBBEYLI 

 

 

ИЗБРАННЫЕ ВЫСКАЗЫВАНИЯ АКАДЕМИКА 

 ИСА ГАБИББЕЙЛИ 

 

 



 

- 133 - 



 

 

 

 

Dövlət  müstəqilliyimizin  iyirmi  beşinci  ilinin  böyük  reallıqları  Azərbaycan 

Respublikasının müasir inkişafının mühüm nəticələrini və geniş imkanlarını aydın surətdə 

təsəvvür etməyə, təhlil edib dəyərləndirməyə tam əsas verir. Müstəqil Azərbaycan dövləti qısa müddətdə 

inkişaf etmiş ölkələrin sırasında dayanmağa qadir olduğunu isbat etmişdir. Görkəmli dövlət xadimi Heydər 

Əliyevin müstəqil dövlətçilik təliminin məqsədyönlü şəkildə, ardıcıllıqla və yaradıcılıqla həyata keçirilməsi 

ölkəmizin çoxəsrlik inkişafında yeni tarixi epoxanın formalaşdırılması ilə nəticələnmişdir.  

Heydər  Əliyev  epoxası  -  Azərbaycan  tarixinin  yarım  əsrə  yaxın  davam  etməkdə  olan  bir  dövrünün  yeni 

inkişafının  böyük  reallıqlarının  ümumiləşmiş  yekunu  və  gələcək  uğurlarının  hərəkətverici  qüvvəsi 

deməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqla hakimiyyətin vəhdətinə, ümumxalq 

etimadına əsaslanan düşünülmüş dövlət idarəçiliyi siyasəti ölkəmizin irəliyə doğru və hərtərəfli inkişafında 

xüsusi bir  mərhələnin  yaranmasını təmin etmişdir.  Dövlət  müstəqilliyinin daha da möhkəmləndirilməsi, 

beynəlxalq əlaqələrin genişləndirilməsi, cəmiyyət həyatının müasirləşdirilməsi, çoxcəhətli böyük inkişafın 

gerçəkliyə çevrilməsi, Azərbaycan regionlarının sürətli yüksəlişinə nail olunması bu mərhələnin mühüm 

reallıqlarını özündə əks etdirir. 

«Müasir inkişafın reallıqları və üfüqləri» 

 

Tarix  boyu  böyük  ədəbiyyat  həmişə  dünyanın  qüdrətli  dövlət  xadimlərinin  həyatında  və 

siyasi  fəaliyyətində  mühüm  yer  tutmuşdur.  Dövlət  xadimlərindən  bir  çoxu  dünya 

ədəbiyyatının ən fəal mütaliəçisi kimi fərqlənmişlər. Belə siyasi rəhbərlər hətta bədii ədəbiyyata dair bilik 

və  informasiyaları  ilə  ziyalı  mühitini  heyrətləndirmişlər.  Başqa  qrup  dövlət  başçıları  şeir  həvəskarları 

olmuş, rəğbət  bəslədikləri  şairlərin  əsərlərini  ən ciddi məclislərdə əzbər  söyləmişlər. Hətta tarixdə şeir 

yazan, dramatik əsərlərini teatrlara təqdim edən rəhbərlər də olmuşdur. Az da olsa ədəbiyyatdan, yazıçıdan 

uzaqda dayanan, bu sahəyə rəğbəti olmadığını gizlədə bilməyən ölkə başçıları haqqında da məlumatlar 

mövcuddur.  Bütün  bunlarla  bərabər,  ədəbiyyatı  dövlət  siyasətiin  üzvi  tərkib  hissəsi  səviyyəsində  qəbul 

edən, bu tükənməz xəzinədən milli siyasətin həyata keçirilməsində bacarıqla və yaradıcı şəkildə faydalanan 

dövlət xadimləri də olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində 

ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş anlayış olub, yuxarıda sadalanan prinsiplərin bir 

çoxunu özündə cəmləşdirir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və 

sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindəndir.  

«Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr» 

 

Ədəbiyyatşünaslıq  elmi  Müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatının  və  ictimai  fikrinin 

inkişafına  xidmət  etmək  vəzifələrini  məsuliyyətlə  yerinə  yetirir.    Azərbaycanşünaslıq 

ideyasının formalaşması  və inkişafında milli ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslıq elminin 

də    özünəməxsus  xidmətləri  vardır.  Geniş  mənada  Azərbaycanşünaslıq  elmləri  sisteminin  tərkibində 

Azərbaycan ədəbiyyztşünaslıq elmi xüsusi çəkiyə malikdir. Hazırda  bütövlüklə Azərbaycan Milli Elmlər 

Akademiyasında  olduğu  kimi,  Nizami  adına  Ədəbiyyat  İnstitutu  da  yeni  islahatlar  dövrünü  yaşayır.  Bu 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə