Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə56/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   52   53   54   55   56   57   58   59   ...   182

 

- 136 - 



 

etməsindən,    hansı  ədəbi-nəzəri  problemdən  söz  açmasından  asılı  olmayaraq    bütün  məqamlarda  o, 

təhlillərində və dəyərləndirilməsində  tam professionaldır. Görkəmli alimin əsərləri elmdə  yüksək profes-

sionallığa  örnəkdir.  Məmməd  Cəfər  Cəfərovun    çoxillik  və  çoxcəhətli    elmi  fəaliyyəti    akademik  elmin 

ciddiliyinə  və  ucalığına  klassik  nümunədir.  Akademik  elmi  rütbəsinin  əsl  ucalığı    da  Məmməd  Cəfər  

Cəfərovun    bütöv  şəxsiyyətinin,  qiymətli  əsərlərinin,  elmdəki  xidmətlərinin  işığında  aydın  və  cəlbedici 

görünür. Bədii yaradıcılıq etibarilə də Məmməd Cəfər müəllim fərqli və bənzərsizdir. «Əntiqə adamlar» 

kitabında  toplanan  nümunələr  göstərir ki,  əgər o,  bədii yaradıcılıqla  ardıcıl məşğul olsaydı, ölkəmizin 

sayılıb-seçilən yazıçılarından biri ola bilərdi.  

«Məmməd Cəfər Cəfərov» 

 

»Dədə  Qorqud»  dünya  miqyasında    bədii  nəsr  təfəkkürünün  möhtəşəm  abidələrindən 

biridir.  Bu,  «Dədə  Qorqud»  dastanlarını  yaradan  xalqın    epos  təfəkkürünün  bədii 

mükəmməlliyinin  klassik nümunəsidir.  Epos təfəkkürü isə  bədii fantaziyadan daha çox  

xalqın özünüdərkinin, sabit milli düşüncəsinin, torpaq və milət qavrayışının  dastan səviyyəsində ifadəsi 

deməkdir.  Bu mənada «Dədə Qorqud» dastanları  oğuz türklərinin,  Azərbaycan xalqının yurd və torpaq 

andının  manifestidir.  Bu,  ölkəsini,  torpağını,  millətini  dərindən    dərk  edən  bir  xalqın    vətən  və  torpaq 

sevgisinin möhtəşəm oğuznaməsidir.  Dədə Qorqud qəhrəmanları  dastanlaşmış obrazlardan çox, həyat və 

düşüncə adamlarıdır.  Dastanda  rütbə, titul etibarilə yüksək mövqeyə malik olan insanlar əsas, real ciz-

giləri ilə əks etdirildiyi halda, cəmiyyət həyatında kiçik yer tutan sadə adamlar  mümkün olduğundan qat-

qat  güclü  şəkildə  təsvir  edilmişdir.    «Dədə  Qorqud»  kiçik  insanları  da    qüdrətli  olan  böyük  xalqın 

mükəmməl dastanıdır. 

«Qorqudşünaslıq elminin genişlənən imkanları» 

 

Professor Kamran Məmmədov XIX əsr və XX əsrin əvvəlləri  yazıb yaradan Azərbaycan 

ədəbiyyatının görkəmli nümayəndələrinin irsini ardıcıllıqla  tədqiq etmişdir.  Onun Qasım 

bəy Zakir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli haqqındakı  sanballı 

monoqrafik  tədqiqatları    ədəbiyyat  tarixi  istiqamətində    meydana  çıxmış  çox  qiymətli  əsərlərdir.  

Azərbaycan  ədəbiyyatının  adları  çəkilən    görkəmli  nümayəndələrinə  həsr  olunmuş  irihəcmli  mono-

qrafiyalar mühüm elmi dəyəri iulə yanaşı, həm də milli ədəbiyyatşünaslıq elmimizin  Qarabağnaməsi kimi 

də  xüsusi    əhəmiyyətə  malikdir.    Kamran  Məmmədovun    qələmindən  çıxmış    «XIX  əsr  Azərbaycan 

ədəbiyyatında  satira»,  «Bir  məclisdə  on  iki  kişinin  söhbəti,  yaxud  XX  əsr  Azərbaycan  gülüşü»  mono-

qrafiyaları  satirik  ədəbiyyatımızın    tarixinə  və  ənənələrinə  həsr  olunmuş    ciddi  nəzəri-tarixi  əsərlərdir.  

Həm tənqidi-realist ədəbiyyatımızın qüdrətli nümayəndələrindən, həm də satirik irsin tarixindən bəhs edən 

bu elmi  əsərlər  aradan  uzun  illər  keçsə  də, ideologiya dəyişsə  də  qətiyyən köhnəlməmiş,  öz  aktuallıq və 

müasirliyini qoruyub saxlamışdır. 

«Kamran Məmmədov» 

 

Cəlil  Məmmədquluzadə  bədii-ictimai  fikirdə  azərbaycançılıq  ideologiyasının  əsas 

yaradıcılarından  biri  hesab  olunur.  Mirzə  Cəlil  özü  isə  böyük  Azərbaycan  idealının 

Məcnunu və mücahididir. Böyük demokrat ədibin yaradıcılığı dərin, mənalı və həyəcanlı bir Azərbaycan-

namədir. Mirzə Cəlilin  publisistikasının şah əsəri sayılmağa layiq olan məşhur «Azərbaycan» məqaləsi 

(1917)  milli  oyanış  və  siyasi  intibah  dövrünün  həqiqi  bədii  manifestidir.    «Azərbaycan»  məqaləsi  

xalqımızın müstəqil və demokratik dövlət quruculuğu prosesindəki ümummilli vəzifələrinin publisist tərcü-

manı,  carçısı,  vətəndaşlıq  harayının  ifadəsidir.  «Azərbaycan»  məqaləsi  –  Azərbaycan  məmləkəti 

coğrafiyasının  vətəndaş  ədib  Cəlil  Məmmədquluzadənin  mahir  qələmi  ilə  çəkilmiş  nadir  publisist 

xəritəsidir...  Vətənçilik,  milli  müstəqillik  və  dirçəliş,  tarixi  ərazilərin  bərpa  edilməsi,  ana  dili,  milli-

demokratik cəmiyyət quruculuğu kimi məsələlər Cəlil Məmmədquluzadənin azərbaycançılıq prinsiplərinin 

əsasını təşkil edir.  

«Cəlil Məmmədquluzadə» (Tanıtma kitabı) 


 

- 137 - 



 



Jalil Mammadguluzadah  entered the Azerbaijan literature as a great democratic writer, 

national-patriotic  master  of  word,  great  master  of  short  stories.  Literary-journalistic 

activity and many-sided work of his was dedicated to the Motherland and to the nation in 

a broader sense of a word. He is the most natioanl writer, at the same time the most  international writer 

of the Azerbaijan literature. National ideas being created and formed according to the century-old literary 

thought developed to its highest level by the creative activity of Lalil Mammadguluzadah and became the 

eternal  literary  wealth  of  the  Azerbaijan  literature.  In  Molla  Nasreddinian  sense  of  nationalism  the 

superiority is the  national-moral self-understanding of the Azerbaijani people, the fate of the poor land, 

the thought of independence and sovereignty awakening and revival of simple, Ordinary and unfortunate 

men, the use the mother language in the broader sense etc. According to writer‘s opinion «Motherland, 

motherland,  motherland!  Language,  language,    language!  Nation,  nation,  nation!  There  is  no  other 

rescuing way for a human being out of these circles».  Jalil Mammadguluzadah‘s creative activity arose 

on these idological columns. As the result, Jalil Mammadguluzadah is the standard-bearer and shief of the 

Azerbaijan natioanl literature of freedom.  

«Jalil Mammadguluzadah» 



Джалил Мамедкулизаде вошел в историю азербайджанской литературы как великий  демократ, 

писатель-гражданин,  большой  мастер  короткого  рассказа.    Его  художественно-

публицистическое  творчество  и  многогранная  деятельность  в  самом  широком 

смысле  слова  были  посвящены  Родине,  народу.  В  азербайджанской  литературе  это  один  из 

наиболее национальных и в то же время самых общечеловеческих писателей. Национальные идеи, 

которые  прошли  многовековой  процесс  формирования  и  становления  в  литературной  мысли, 

Джалил Мамедкулизаде блестяще развил в своем творчестве, превратив их  в незабываемые худо-

жественные  ценности  нашей  литературы.  В  понятие  «молланасреддинство»  входят 

национально-нравственное самопознание Азербайджанского народа, судьба обездоленной родины, 

осознание  свободы  и  независимости,  пробуждение  и  возрождение  простого,  рядового  человека, 

широкое распространение  родного языка и многое другое. «Родина, родина, родина! Язык, язык, 

язык!  Народ,  народ,  народ!  И  нет  другого  пути  спасения  человечества  вне  этого  круга»  –  так  

утверждал  писатель  гражданскую  позицию.  Эти  идеи  являются  краеугольным  камнем    всего 

творчества    Джалила  Мамедкулизаде,  знаменносца  и  лидера  независимой  азербайджанской 

литературы. 

«Джалил Мамедкулизаде» 



Hüseyn  Cavidin  yaradıcılığı  bənzərsiz  sənətkarlıq  xüsusiyyətlərinə  malikdir.    Orijinal 

sənətkarlıq  xüsusiyyətləri  Cavid  sənətinin  təkrarsızlığını  müəyyən  edir.  Bu  orijinallıq 

Cavidin dramaturgiyasında da  qabarıq şəkildə nəzərə çarpır. Onun dram əsərləri mövzusuna və ideyasına, 

süjeti və kompozisiyasına, obrazlar aləminə, hətta dilinə və üslubuna görə yenidir. Bu tipli dram əsərlərinə 

Cavidin nə özündən əvvəl,  nə də ondan sonra  rast gəlinmir.  Hüseyn Сavidin  dram əsərləri Azərbaycan 

dramaturgiyasının inkişafında  yeni və xüsusi bir mərhələ təşkil edir.  Cavidin romantik mənzum faciələri 

ədəbiyyat tariximizdə Mirzə Fətəli Axundovun komediyaları,  Cəlil Məmmədquluzadənin tragikomediyaları 

ilə bir sırada dayanır.  

«Hüseyn Cavid: taleyi və sənəti» 

 

Длительное время в азербайджанском литературоведении в основе исследования и 

представления  важнейших дат жизни и творчества писателей и поэтов лежали 

идеологические принципы.  Более того, на значительном протяжении ХХ века, а именно в советски 

йпериод, приходилось умалчивать, обходить стороной важную информацию из биографий мнигих 

писателей,  предавать  забвению  их  отдельные  произведения.  Лишь  после  обретения 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə