Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə58/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   54   55   56   57   58   59   60   61   ...   182

 

- 140 - 

 

çoxdur ki o, geniş mənada yer elmləri və təbiət elmlərinin, xüsusən də geologiya elminin inkişafı sahəsində 

yorulmadan  ardıcıl  və  səmərəli  şəkildə  fəaliyyətini  davam  etdirməkdədir.  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  prezidenti,  akademik  Akif  Əlizadəni  geniş  elmi  dünyagörüşlə,  zəngin  həyat  təcrübəsi, 

çoxillik idarəetmə bacarığı ilə yanaşı, həm də böyük həyat eşqi, nikbinlik səciyyələndirir. Ölkəmizin əsas 

elmi-təşkilati  qurumuna  uğurla  rəhbərlik  edən  akademik  Akif  Əlizadə  dünya  ədəbiyyatına,  Azərbaycan 

poeziyasına da yaxından bələddir. Akademiya mühitində ictimai və elmi proseslərin təhlili və istiqamətlən-

dirilməsi  proseslərində  nadir  poeziya  incilərindən,  poetik  nümunələrdən  yerli-  yerində  istifadə  etməsi, 

möhkəm yaddaşa, mükəmməl hafizəyə sahib olması akademik Akif Əlizadənin böyük cavabdehlik hissi ilə 

yanaşı,  həm  də  bu  işin  özünəməxsus  romantikasını  da  ürəkdən  və  dərindən  yaşadığını  əyani  surətdə 

nümayiş  etdirir.  Bütün  bunların  zəminində  akademik  Akif  Əlizadənin  simasında  səksən  yaşın  ömrün  və 

fəaliyyətin dərkolunmuş  yeni bir inkişaf mərhələsi olması konkret fakt və  nümunə kimi cəlbedici, düşün-

dürücü və əhəmiyyətli görünür.  

«Mezazoy dərinliyi və müasirlik»  

 

В настоящее время Рудольф Николаевич Иванов является одним из наиболее видных 



представителей  русского  азербайджановедения.  На  наш  взгляд,  профессора 

Рудольфа  Иванова,  являющегося  образцом  самоотверженности  ученого,  можно 

считать  создателем  научной  школы  азербайджановедения  в  России.  Характерными 

особенностями его научной деятельности являются профессионализм и объективность в работе 

с  постоянным  использованием  редких  архивных  источников.  Активность  использования 

Р.Н.Ивановым  архивных  источников  нетрудно  доказать.  В  фондах  Российских  архивов  на 

титульных  страницах  папок,  относящихся  к  крупным  историческим  событиям  и  отдельным 

историческим  личностям  Азербайджана,  зафиксированы  следы  работы  с  этими  материалами 

Рудольфа  Николаевича  Иванова.  Наряду  с  документами,  широко  открытыми  для  научной 

общественности,  Рудольф  Иванов  стремится  ввести  в  научный  оборот  сотни  политических  и 

военно-исторических  документов,  которые  до  последнего  времени  выдавались  исследователям 

лишь на основе специальных разрешений.  

 Монографии  Рудольфа  Иванова,  являясь  признанными  капитальными  трудами  об 

исторических  личностях,  которым  они  посвящены,  вместе  с  тем  считаются  авторитетными 

источниками.  Эти  исследования,  будучи  ценными  историческими  летописями,  имеют  еще  и 

важное  значение  при  использовании  видными  учеными  в  качестве  фактографиического, 

статистического  и  биографического  материала.  Это  -  богатый  архив,  открытый  для  работы 

видным ученым. Без преувеличения можно утверждать, что в результате многолетних поисков в 

архивах России и Азербайджана редкие документы, положенные в основу его трудов, стали досто-

янием  широкой  общественности.  По  масштабам  достигнутых  результатов  Рудольф  Иванов 

проделал работу целого научно-исследовательского института. В этом смысле, труды Рудольфа 

Иванова можно считать надежным мостом между архивами России и учеными Азербайджана. 

Этот прочный мост, сооруженный на результатах многолетней научной деятельности, успешно 

служит  научному  сотрудничеству,  является  хорошей  основой  и  для  изучения  реальной  истории 

отношений между Азербайджаном и Россией. 

«Документальная эпопея «Смертельная схватка» 

 

Azərbaycanda  böyük  uğurla  keçirilən  Birinci  Avropa  oyunları  ölkəmizin  çoxəsrlik 

tarixində nadir və parlaq hadisədir. Bu, müstəqil Azərbaycan dövlətinin yüksək inkişafının 

böyük göstəricisidir. Müstəqil Azərbaycan Respublikası Avropa oyunlarının ilk və mükəmməl standartlarını 

yaratmışdır. Bu, dünya idman hərəkatı tarixində Avropa oyunlarının Azərbaycan standartları kimi daxil 

olur. Fikrimcə, Avropa oyunlarının Azərbaycan standartları Avropa dəyərlərini əks etdirən ölkə ağırlıqlı 

təqdimatların səhnəyə çıxarılması, cəmiyyətə çatdırılması deməkdir. Avropa oyunlarının möhtəşəm açılış 


 

- 141 - 

 

mərasimindəki Azərbaycanın tarixi ənənələri, müasir reallıqlarının Avropa rəmzləri ilə üzvi vəhdətdə ifadə 

olunmasınnın yüksək səviyyədə təşkili dünyaya çoxəsrlik beynəlxalq idman hərəkatının yeni Azərbaycan 

modelinin mahiyyətini bəyan etmişdir. Bu, əslində Azərbaycanın həm Avropa ilə, həm də bütövlükdə dünya 

ilə harmoniyasının böyük təqdimatı idi. Birinci Avropa oyunlarının simvoluna çevrilmiş Nar ilk növbədə 

Azərbaycanın, həm də Yer kürəsinin üzvi əlaqəsini əks etdirirdi. Alova bənzəyən Nar Azərbaycanı, qırmızı 

şar  formasında  olan  iri  həcmə  malik  Nar  isə  planetimizin  rəmzi  idi.  Yəni  Azərbaycan  Yer  kürəsi  adlı 

planetdə  Birinci  Avropa  oyunlarını  dünya  ilə  birlikdə  qeyd  edir.  Avropa  oyunlarındakı  Nizami  Gəncəvi 

motivləri Azərbaycanın Şərq ağırlıqlı, Qərb yönlü ölkə olduğunu dahiyanə şəkildə diqqət mərkəzinə çək-

mişdir. Bu, həm də Azərbaycanın Şərqlə Qərb arasında möhkəm və etibarlı körpü rolu oynadığını da aydın 

surətdə nümayiş etdirmişdir. Qobustan qayaları, Xəzər dənizi, palçıq vulkanları, Səməni, Yallı və Qaytağı 

rəqsləri Azərbaycanın Avropa oyunlarında dünyaya göstərdiyi böyük mədəniyyət və milli sərvətlərdir… 

 Birinci  Avropa  Oyunlarının  Azərbaycanda  təşkili  və  keçirilməsi  ölkəmizin  Prezidenti  İlham 

Əliyevin  dünya miqyaslı  bir  dövlət  xadimi  olduğunu  isbat edir.  Prezident İlham Əliyevin  qlobal siyasi 

təfəkkürü, Qərb dəyərlərinə dərindən bələdliyi, milli düşüncəsi, xalqına və ölkəsinə ürəkdən bağlı olması, 

böyük təşkilatçılıq mədəniyyəti və uzaqgörən gələcəkçi baxışları Avropa Oyunlarının möhtəşəm yekununun 

əsas  faktıdır...  Müstəqil  Azərbaycan  dövlətinin  böyük  sükançısı  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə 

böyük sürətlə inkişaf edən ölkəmiz bu gün istənilən sahədə böyük yürüşə hazır olduğunu nümayiş etdirir. 

«Avropa Oyunlarının Azərbaycan standartı» 

 

 




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə