Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə60/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   56   57   58   59   60   61   62   63   ...   182

 

- 146 - 

 

 

Həbibbəyli  Yaqub  Əkbər  oğlu  (1954)  -  Yusif  Məmmədəliyev  adına  Naxçıvan  Dövlət 



Pedaqoji  İnstitutunun  riyaziyyat  ixtisasını  bitirmişdir.  Bakı  şəhərində  yaşayır.  Övladları: 

Üzeyir Həbibbəyli (1980), Toğrul Həbibbəyli (1981). Sidqi Həbibbəyli (1985). Nəvələri: 

Leyla, İradə, Sabutay, Oğuz, Uğur. 

 

Həbibbəyli Tofiq Əkbər oğlu (1956-2001) - Azərbaycan Politexnik İnstitutunun «Sənayenin 



elektronikası»  ixtisasını  və  həmin  institutun  aspiranturasını  bitirmişdir.  Övladları:  Könül 

(1987) və Qəndab (1988) Həbibbəylilər. 

 

Həbibbəyli Əli Əkbər oğlu (1959) - Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji 



İnstitutunun riyaziyyat ixtisasını bitirmişdir. Övladları: Ayaz (1987), Nuranə (1988) Əkbər 

(1992) və Qorxmaz (1998) Həbibbəylilər. Nəvələri: Atabəy.Murad, Nəzrin, Nəsrin.  . 

 

Həbibbəyli  Həbib  Əkbər  oğlu  (1961)  -  Yusif  Məmmədəliyev  adına  Naxçıvan  Dövlət 



Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitir-

mişdir. Şərur rayonu indiki Dan yeri kənd orta məktəbinin direktoru işləmişdir. Övladları: 

Tuncay (1996) və Gəray (1997) Həbibbəylilər.  

 

Həbibbəyli  Səməd  Əkbər  oğlu  (1963)  -  Azərbaycan  Politexnik  İnstitutunun  məzunudur.  



Azərbaycan  Diplomatik  Akademiyasının  tələbəsidir.    Ailəsi  ilə  birlikdə  Bakı  şəhərində 

yaşayır. Övladları Qumral (1998) və Vüsal (2001) Həbibbəylilərdir. 

 

Həbibbəyli  Tovuz  Əkbər  qızı  (1965)  -  Yusif  Məmmədəliyev  adına  Naxçıvan  Dövlət 



Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdir. Övladları: Pərviz 

(1988) və Gündüz (1992) Mehdiyevlərdir. 

 

Hazırda  Həbibbəyli  şəcərəsinin  nümayəndələri  Bakı  və  Naxçıvan  şəhərlərində,  Şərur 



rayonunun Dan yeri kəndində yaşayırlar. 

Əkbər Həbibbəyli ilə Qəndab Həbibbəylinin indi Həbibbəyli soyadı daşıyan 20 nəvəsi və 9 

nəticəsi vardır

 

 



 


 

- 147 - 

 

 

 



 

 

 




 

- 148 - 

 

 

 

1968-ci il  

 

Pedaqoji  ali  məktəb  tələbələrinin  Bakıda  keçirilən    Ümumittifaq    konfransının  diplomu  ilə  təltif 



olunmuşdur. 

1974-cü il  

 

Arpaçayın dünəni və bu günü haqqında yazdığı «Arpaçayı daşa bilməz» lirik-epik poeması «Kom-



munist» qəzetinin «Beş illik yollarında» devizi altında keçirdiyi müsabiqədə birinci mükafata layiq 

görülmüşdür. 



1986-cı il  

 

 «Tələbələrin  elmi-tədqiqat  işi  sahəsindəki müvəffəqiyyətlərinə görə» Ümumittifaq döş nişanı ilə 



təltif olunmuşdur. 

1993-cü il  

 

 Məmməd Araza həsr olunmuş albom –monoqrafiyaya görə «Məmməd Araz mükafatı» laureatı adı 



almışdır. 

1999-cu il 

 

Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür. 



 

Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 

 

«Ankara universitetinin fəxri dostu»  seçilmişdir.  



2001-ci il   

 

ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən «İlin adamı» adına layiq görülmüşdür. 



2004-cü il  

 

 Türkiyə  Dil  Qurumu  Türk  dünyasında  dil  və  ədəbiyyat  sahəsindəki  xidmətlərini  nəzərə  alaraq 



«Üstün Hizmət Baratı» mükafatına layiq  görmüşdür. 

 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidentinin  16  oktyabr  2007-ci  il  tarixli  sərəncamına  əsasən 



Azərbaycan  elminin    və  təhsilin  inkişafındakı  xidmətlərinə  görə  «Şöhrət»  ordeni  ilə  təltif 

olunmuşdur. 



2009-cu il 


 

- 149 - 

 

 

Moskvada ali məktəblərə beynəlxalq mükafatların təqdimetmə mərasimində iştirak etmiş, Naxçıvan 



Dövlət Universitetinin layiq görüldüyü «Minilliyin universiteti» adlı beynəlxalq mükafat  ona təq-

dim olunmuşdur. 

 

BMT-nin  nəzdində  fəaliyyət  göstərən  Beynəlxalq  İnformasiyalaşdırma  Akademiyası  tərəfindən 



Beynəlxalq  «İnformasiya aləminin elitası» mükafatının diplomuna və  «Elmi istiqamətin rəhbəri» 

medalına layiq görülmüşdür.   

 

Naxçıvan MR Ali Məclisinin sərəncamı ilə anadan olmasının 60 illiyi münasibətilə Fəxri Fərmanla 



təltif edilmişdir. 

 

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 avqust 2009-cu il tarixli sərəncamına əsasən  



Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətlərinə görə «Şərəf» ordeni 

ilə təltif olunmuşdur.  

 

Türkiyə Cümhuriyyəti Avrasiya Kültür  və Sənət Qurumunun rəmzi mükafatı. 



 

Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatına layiq görülmüşdür.  

 

Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur. 



 

Beynəlxalq  İnformasiyalaşdırma  Akademiyasının  «XIX-XX  əsrlər Azərbaycan  ədəbiyyatının  və 

Azərbaycanda  müasir  elmi-bədii  fikrin  inkişafı  elmi  istiqamətinin  rəhbəri»  mükafatı  ilə  təltif 

olunmuşdur. 



2013-cü il 

 

Elm, texnologiya, təhsil sahəsində Beynəlxalq Sokrat Komitəsi, Avropa Biznes Assambleyası, 



Avropa Rektorları Klubu və dünyanın 16 aparıcı dövlətinin ən mötəbər elmi-yaradıcı birliklərinin 

təsis etdiyi «The Name in Science Award» («Elmdə ad») mükafatına layiq görülmüşdür. 



2015-ci il 

 

Təhsil 2015 Nailiyyətlər Ordeni. Beynəlxalq  Bioqrafiya Mərkəzi, avqust, 2015-ci il. Böyük 



Britaniya. 

 

Məmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni. 15 sentyabr, 2015-ci il, İran.  



 

Beynəlxalq Türk Akademiyasının gümüş medalı, 23 dekabr 2015, Qazaxıstan 

 

Birləşmiş Millətlərin ictimai təltiflər üzrə Şurası Beynəlxalq Təltiflər İttifaqının Elm və təhsil 



sahəsində böyük xidmətlərinə görə «Vəzifə və Şərəf» ordeni, 10 dekabr 2015-ci il, Rusiya. 

 

2016-cı il 



 

Mahmud Kaşğari Fondunun «Mahmud Kaşğari» medalına layiq görülmüşdür. 7 iyun, 2016-cı il. 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Dövlətçilik  siyasətini  uğurla  həyata 



keçirdiyinə görə «Parlamentin səsi.tv internet televiziyasının» rəy sorğusuna əsasən  «Şərəfli ömür» 

fəxri diplomu ilə təltif edilmişdir.(iyul , 2016-cı il 

 

Mətbuata  göstərdiyi  diqqət  və  dəstəyinə  görə  pressxeber.info  və  xəzər.info  tərəfindən  «El 



ağsaqqalı»  Fəxri Media Mükafatı ilə təltif edilmişdir. Iyul, 2016-cı il 

 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə