Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə43/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   39   40   41   42   43   44   45   46   ...   182

 

- 98 - 

 

 

 

 

Görkəmli  alim,  akademik,  professor  İsa  Həbibbəyli  Azərbaycanda  milli 

ədəbiyyatın və ictimai fikrin tədqiqi və təbliğində yorulmadan çalışan bir 

şəxsiyyətdir.  Mən  uzun  illərdən  bəri  onu  tanıyıram  və  onun  mədəni 

fəaliyyəti və əsərləriylə tanışam. O, atası kimi peşəkar bir müəllimdir və 

həyatını  öyrənməyə  və  öyrətməyə  vəqf  etmişdir,  ancaq  türkcə  bir  məsəl  (atalar  sözü)  vardır, 

deyərlər: Atamdan irəli, oğlumdan geri. İsa bəy bu atalar sözünün tam misalı və nümunəsidir. İsa 

bəy  bir  müəllim  və  rektor  kimi  Naxçıvan  Dövlət  Universitetində  bir  çox  elmi  kadrlar  və 

mütəxəssislər yetişdirmişdir. İsa müəllimin Tehranda Cəlil Məmmədquluzadənin nəvə-nəticələrini 

tapıb onlarla görüşlər keçirməsi ədəbiyyat tariximizin unudulmaz səhifələrinə çevrilmişdir. Alim 

dostumuz... Mirzə Cəlilin bir neçə təbrizli müasiri barədə ilk dəfə məlumat vermişdir. 

Cavad Heyət 

Akademik 

 

 



 

- 99 - 

 



Akademik İsa Həbibbəyli müasir, qlobal elmi təfəkkürə malik, informasiya cə-



miyyəti  ideyalarının  daşıyıcısı  olan  bir  alimdir.  «Elektron  Naxçıvan» 

ideyasının  reallaşdırılmasında  xüsusi 

rolu,  bölgədə  informasiya-

kommunikasiya  texnologiya-larının  inkişaf  etdirilməsində,  informasiya 

cəmiyyətinin  qurulmasında  onun  mühüm  əməyi  vardır.  Akademik  İsa 

Həbibbəyli bu istiqamətdə səmərəli elmi-təşkilati fəaliyyətinə görə, 2006-cı ildə 

Birləşmiş  Millətlər  Təşkilatı  yanında  fəaliyyət  göstərən  Beynəlxalq  İnformasiyalaşdırma  Aka-

demiyasının həqiqi üzvü seçilmişdir. Belə ki, alim bu yüksək elmi ada informasiya cəmiyyətinin 

yaradılması və humanitar informatikanın inkişafı sahəsindəki səmərəli xidmətlərinə, habelə tədris 

prosesində və universitetlərarası əlaqələrdə yeni texnologiyaların tətbiqi üzrə əldə etdiyi mühüm 

nailiyyətlərə görə layiq görülmüşdür. Beynəlxalq İnforma-siyalaşdırma Akademiyasına həqiqi üzv 

seçilməsində onun rəhbərlik etdiyi Naxçıvan Dövlət Universitetində Azərbaycan ali məktəbləri ilə 

yanaşı,  Avropa  ölkələrinin  və  Türkiyənin  universitetləri  ilə  birgə  həyata  keçirilən  «Elektron 

Naxçıvan» proqramının geniş əks-sədasının da özünəməxsus rolu olmuşdur. 

Rasim Əliquliyev 

AMEA İnformasiya Texnologiyaları   İnstitutunun  

direktoru, AMEA-nın  müxbir üzvü, professor 

 

 


 

- 100 - 

 

 

İsa  müəllimin  tərcümeyi-halında  «ilk»  kəlməsinin  tez-tez  işlədilməsi  lazım 



gəlir.  O,  Naxçıvan  Dövlət  Universitetinin  ilk  tələbələrindən,  ilk 

məzunlarından biri və bu ilk məzunlar içərisində ilk professor, ilk rektor və 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  ilk  müxbir  üzvüdür.  Əslində  İsa 

müəllimin  bütün  həyatı  Naxçıvan  Dövlət  Universiteti  ilə  çox  sıx  bağlıdır. 

Bunlar  üzvi  bir  vəhdət  təşkil  edirlər.  Professor  İsa  Həbibbəyli  həyatdakı 

bütün uğurları üçün universitetə borclu olduğu kimi, bu elm-təhsil ocağı da, 

hazırki  çiçəklənməsi  və  inkişafı  üçün  öz  böyük  yetirməsinə  minnətdardır...  Tələbə  vaxtlarından  

elmə fanatik münasibət bəsləyən, bütün həyatını elmi axtarışlara həsr edən İsa Həbibbəyli respub-

likamızda və onun hüdudlarından kənarda məhsuldar bir ədəbiyyatşünas  alim kimi tanınır.  Geniş 

elmi  biliyi  və  dünyagörüşü,  zəngin  məlumatlılığı,  güclü  məntiqi  və  təhlil  etmək  qabiliyyəti  bir 

ədəbiyyatşünas kimi onu şöhrətləndirmişdir.  Hansı sahədə, hansı vəzifədə işləməsindən asılı olma-

yaraq  o,  elmi  fəaliyyətdən  özünü  kənarda    hiss  etməmiş,    daim  səmərəli  elmi    araşdırmalar 

aparmışdır...  Görkəmli  alim  ədəbiyyat  tariximizin  zəhmətkeş  və  yorulmaz  tədqiqatçısıdır.  Onun 

uzun illər ərzində Moskva, Sankt-Peterburq, kiyev, Tiflis, Ankara, Təbriz, İrəvan, Odessa, Yasnaya 

Polyana,  Qori,  habelə  Bakı,  Naxçıvan  arxivlərində,  muzey  və  kitabxanalarında  apardığı 

araşdırmalar, topladığı materiallar, nadir sənədlər tariximizin və mədəniyyətimizin daha dərindən 

öyrənilməsinə sanballı töhfədir. İsa müəllim özünün görkəmli elm adamı olduğunu çoxdan sübut 

etmişdir. 

İsmayıl Hacıyev 

AMEA Naxcıvan Bölməsinin sədri, akademik 

 

 


 

- 101 - 

 

 

 

Иса  Габиббейли    -  ректор  с  миллионом    обязонностей,  депутат 

Милли  Меджлиса  Азербайджанской  Республики,  член  Союза 

Писателей  и  Журналистов  Азербайджана,  член  многочисленных 

редколлегий,  действительный  член  Международной  Академии 

Информатизации, член-корреспондент  Турецкого Общества Языка 

и  еще  долго    можно  перечислять  разные  титулы,  обязонности   и 

функции  этого  педагога,  ученого,  общественного  и  государственного  деятеля,  просто  

человечного Человека, которого с трепетом  ожидает  Мама … В то же время, счастливая 

Мама  сознает величие своего сына… Академик Габиббейли – увлеченный журналист и пи-

сатель... Нельзя пройти мимо важной особенности творений писателя И.Габиббейли. Он 

возрождает  из  пепла  знаменитых  людей,  по  достоинству  восстанавливает  их  имена  в 

истории.  Забытая  легендарная  личность  -  Мамед  Ага  Шахтахтинский,  благодаря 

писательскому  подвигу  профессора  И.Габиббейли,  несколько  лет  назад  начала  вторую  и 

уже долгую жизнь. Потомки благодарны М.А.Шахтахтинскому за его благородную дея-

тельность,  нынешнее  и  грядущие  поколения  глубоко  признательны  Исе  Габиббейли  за 

возвращение людям затаененного великого нахчыванца из селения Шахтахты.   

Среди  многочисленных  итогов  плодотворной    деятельности  ректора  НГУ  –  его 

научная школа. Она постоянно пополняется докторами и кандидатами наук. Академик Иса 

Габиббейли  щедро передает своим питомцам проверенные методы научных изысканий и 

нарвственное богатство.. Состоять  в научной школе Иса Габиббейли  - счастливый случай  

в жизни молодых ученых и большая честь. 

 

Rudolf İvanov  -Qafqazşünas alim, yazıçı 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə