88
baycanlılara, Malorossiya ukraynalılara, Sibir yakut, buryat və
digər başqa xalqların nümayəndələrinə verilir. Volqanın o tayında
olan Rusiya - Orenburqdan Sibirə və Türküstandan Pamirə qədər
bütün ərazi - pantürkçülərə, yəni Qafqaz tatarları ilə kamalçıların
ittifaqına verilir” [154, s.107]. Kerenski dünya müharibələrini,
imperiyaların dağılmasını, rus çarizminin məğlubiyyətini sanki
görməmişdir. Buna görə də milli hərəkatları xariclə əlaqələndirən
“separatçılıq” hesab etmişdir. Onun işlətdiyi “panturanizm” termini
də həmin siyasəti əsaslandırmaq zərurətindən irəli gəlmişdir.
Müəllifə görə xalqın müasir mədəni idealı - xalqların öz
müqəddəratını teyin etmək hüququdur. Həmin səbəbdən də
ölkəsini yadelli işğaldan azad etməyə və müstəqilliyini bərpa
etməyə yönəldilmiş hərəkatı “separatçılıq” adlandırmaq doğru
deyildir. Rus işğalının əleyhinə yönəldilmiş Azərbaycan, gürcü,
yaxud Ukrayna hərəkatlarını da “separatçılıq” adlandırmaq olmaz.
Müəllif davam edir: “Biz başa düşə bilmirik ki, nə üçün bu
xalqların öz təbii hüquqlarını əldə etməyə can atmaları, öz əraziləri
üzərində tam hüquqlu sahib olmağa və müstəqillik əldə etməyə
çalışmaları Rusiyanın parçalanmasına təşəbbüs kimi qiy-
mətləndirilir” [154, s.113]. Rəsulzadə qeyd edir ki, “bizim
bugünkü idealımız yalnız oğuzların mədəni birliyi ilə kifayətlənir,
Türkçülüyün ən yaxın vəzifəsi bu ərazidə (yəni, Oğuzustan
ərazisində) yalnız bir mədəniyyətin hakim olmasına nail olmaqdır”
[154, s.114].
M.Ə.Rəsulzadə panturanizmin hazırkı mənzərəsinə də diqqəti
cəlb etmişdir. O, Zarevandın fikirlərinə münasibət bildirdikdən
sonra “Türkçülük” nədir sualına türkçülüyün məşhur ideoloqu Ziya
bəy Göyalpın 1925-ci ildə Ankarada çap olunmuş “Türkçülüyün
əsasları” kitabından sitat gətirərək cavab verir: “Türkçülük siyasi
hərəkat deyil. Bu, elmi-fəlsəfi-estetik məktəbdir. Başqa sözlə,
mədəni birlik uğrunda mübarizə üsuludur... Bu səbəbdən də
89
türkçülük indiyə qədər təşkilati cəhətdən siyasi partiya şəklini
almamışdır. Şübhəsiz, gələcəkdə də bu yolu tutacaq. Bununla belə,
türkçülük siyasi ideallara da yad deyil. O, onlardan (bu ideallardan
- M.Ə.Rəsulzadə) yayına bilməz. Mədəni ideallarla yanaşı, onun
həm də siyasi idealları da var. Məsələn, türkçülük heç vaxt və heç
vəchlə klerikalizm, teokratiya və irtica ilə banşa bilməz. Türkçülük
müasir hərəkatdır. O, yalnız müasir ideya cərəyanları ilə barışa və
harmonik şəkildə uyğunlaşa bilər. Biz siyasətdə xalqçı,
mədəniyyətdə türkçüyük” [154, s.97].
Ziya bəy Göyalp “Turan” dedikdə Türkiyəni nəzərdə
tutmamışdur. Deməli, “Turan” həm də “türk Azərbaycanı”, türk
Türküstanı deməkdir.
Rəsulzadə: “Hətta bütün dünyanın türklərini əhatə etməli olan
bir dövlətin yaradılması ideyası da boş bir xülyadır”. Xalqımızın
güclü olması, xoşbəxt və firavan yaşaması üçün dövlətin tamamilə
milli siyasət yürütməsi lazımdır”, - deyə yazmışdır [154].
Aydındır ki, türkçülüyü ümmətçilikdən, müsəlmançılıqdan,
islamçılıqdan ayrı təsəvvür etmək olmaz. İslamçılıq türkçülük və
azərbaycançılıq məfkurəsi, tarixi-estetik təfəkkür üçün müəyyənlik
mənbəyidir.
Böyük öndər panturanizmin keçmişindən danışanda təbii olaraq
panislamizm probleminə də toxunmuşdur. Fakta söykənək: “Orta
əsrlər mühitində doğulan milli ideya klerikalizm ideyası ilə
aşılanmaya bilməzdi. Müsəlman aləmində panislamçılıq
ideologiyasını meydana gətirən Şərqdə millətçiliyin ilk dövrlərdə
dini xarakter daşıması da bununla izah olunur”. “Türk xalqları bir
dövr panislamçılıqdan ilham almışlar. İslam mütəfəkkirləri nəinki
dinin ehkamlarını möhkəmlətmək, habelə, bütün müsəlmanları
birləşdirmək istəmişlər. Liberal-islahatçıların tərəfdarı olan
Cəmaləddin Əfqani ilk dəfə milli özünüdərkə üstünlük verərək
yazmışdır: “Azad, müstəqil və mədəni həyat sürmək üçün bütün
müsəlman xalqları milli-özünü-
90
dərk şəraitində yaşamalıdırlar” [154, s.97].
Panislamist baxışlara etiraz edən Ziya bəy Göyalp
əsaslandırmışdır ki, əslində panislamçılar xalqlarda milli
özünüdərkin oyanmasının qarşısını alır, onların tərəqqisini
yubandırır, bununla da müstəqil millətlər olmasına mane olurlar.
“Milli özünüdərkin oyanmasının qarşısını almaq, elə xalqlara
müstəqil dövlətlər yaratmaqda mane olmaq deməkdir”. Buna görə
də “bütün müsəlman ölkələrində milli özünüdərk prosesini
gücləndirmək lazımdır, çünki hər hansı bir tərəqqinin, həmçinin
milli müstəqilliyin əsası yalnız dərk olunmuş milli “Mən”in
mövcudluğudur”.
XIX əsrin birinci yarısında Türkiyə vətəndaşlarının hüquq
bərabərliyi elan olunmuşdur. Bütün bunlar Sultan Əbdüləzizin
“Gülxana Xətti Hümayuni” fərmanında əks olunmuşdu. Məqsəd
xristian xalqlarının bir sıra meyllərini türk dövləti quruluşu ilə
uzlaşdırmaqdan ibarət idi. Lakin 1848-ci il inqilabının
ideyalarından ruhlanan xristian xalqları fərmanla kifayətlənməmiş
və milli hərəkatlara başlamışlar. Sultan Əbdülhəmidin başçıhğı
altında “osmançılıq” məğlub olmuş, islamçılıq öz yerini millətçilik
ideyalarına, ilk növbədə türkçülüyə vermişdi.
Azərbaycanda İslamçılıq, əsasən, XX əsrin əvvəllərində
formalaşmağa başlamışdır. Dinlə bağlı siyasi partiya və təsisatlar
isə Demokratik Respublika yarandığı ərəfəyə təsadüf edir. Bu
baxımdan “İttihadi-islam” və “Əhrar” partiyalarını qeyd etmək
olar. Bunlar əslində islamın birliyini, ittihadçılığı təbliğ edirdilər.
Lakin həm də onların fəaliyyətində Azərbaycanın müstəqilliyi,
milli dövlətçilik ideyaları mühüm yer tutmuşdu. Təsadüfi deyildir
ki, həmin partiyalar “Müsavat” Partiyası ilə eyni mövqedən çıxış
etmişlər. S.M.Qənizadə, M.Y.Mehdiyev, M.Şahtaxtinski,
Ş.Pişnamazzadə və başqaları islamı milli yox, dünyəvi zəmində
qəbul etmişlər.
1905-1906 və 1918-ci illərin siyasi-ictimai hadisələri,
Dostları ilə paylaş: |