97
fərdiləşdirilmir: belə olsaydı bu dil türk dillərinə qarşı qoyulardı.
Şair türk dilləri birliyindən eyni ehtirasla danışır: Türk, özbək,
qırğız dillərinə də poetik nümunələr hesr edir.
X.R.Ulutürk türkçülüyün güclü təbliğatçısı olmuşdur. O, türk
xalqlarını iqtisadi-mənəvi birliyə çağırmışdır. Onun türk
qövmlərinə aid şeirləri, onlardan poetik tərcümələri vardır. Şair
elmi-tarixi memuarlarında da türk özümlüyündən bəhs etmişdir.
X.R.Ulutürk yaradıcılığında Özbəkistan mövzusu geniş yer tutur.
Məlumdur ki, həmin respublika ilə onun həm poetik, həm də elmi
əlaqələri daha dərin olmuşdur.
X.R.Ulutürk “Məqsud Şeyxzadənin bədii yaradıcılığı və
Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri”
mövzusunda doktorluq dissertasiyası yazmışdır [203]. Onun
M.Şeyxzadə haqqında “Məqsud Şeyxzadə” (B., Elm, 1978),
“Məqsud Şeyxzadənin bədii yaradıcılığı” (B., Elm, 1982) adlı
monoqrafiyaları vardır. X.Rzanın arxivində “Türküstan divanı”,
“Özbəkistan poeziyası”, “Şeyxzadə dəftəri” adlı əlyazma
qovluqları saxlanılmaqdadır. O, özbək şeiri antologiyasını tərtib
etmiş, lakin çapını mümkün edə bilməmişdir. X.Rza 50-dən çox
özbək şeirini, eləcə də M.Şeyxzadənin şeirlərini, “Mirzə Uluğ-bəy”
və “Cəlaləddin Mənquberdi” pyeslərini dilimizə çevirib çap
etdirmişdi. Həmin əsərlər 1 992-ci ildə “Turan çələngi” kitabında,
latın qrafikası ilə eyni adla redaktorluğumuzla 2005-ci ildə çap
olunmuşdur (Bax: B., Çinar-Çap, 2005). Kitabda Yusif Xas Hacib,
Səkkakı, Əlişir Nəvai, Babarəhim Məşrəb, Həmzə Həkimzadə
Niyazi, Çolpan, Osman Nasir, Qafur Qulam, Aybək Həmid
Alımcan, Zülfiyyə, Mirmöhsün, Həmid Qulam, Əsqəd Muxtar,
Şükrulla, Cüməniyaz Cabarlı, Erkin Vahid, Abdulla Arif, Yusif
Şahmənsur, Həlimə Xudayberdi, Gülçöhrə Çurayeva, Abdulla Şır,
Rəzzaq Əbdürrəşid, Feyzi Şahismayıl, Rəhim Bəyiryaz, Məqsud
Şeyxzadə, Cəmal Kəmal, Tahir Qəhhar, Dilək Cürə və başqalarının
əsərlə-
98
ri dilimizə uyğunlaşdırılaraq təqdim edilmişdir. X.R.Ulutürk özbək
ədəbiyyatına dair “Sənət və istedadın qələbəsi” (26 dekabr, 1974),
“Sənətkar şöhrətinin sirri”, “Böyük sənət xəzinəsi” (11 sentyabr,
1978), “Özbək qadın şairləri”, “Dostluq nədən başlanır” (23
sentyabr, 1975), “Cəmal Kəmal poeziyası” (19 ocaq, 1986), “İlk
möhtəşəm abidəmiz” (22 mayıs, 1994), “Poeziya - ən böyük milli
sərvət”, “Mədəniyyət iftixarı”, “Poeziya xalqın nəfəsidir”, “İki
xalqın oğlu” və başqa məqalələrin müəllifidir. O, 1969-cu ildən
başlayaraq, Özbəkistanla, özbək poeziyası ilə bağlı olmuşdur.
Akademiyanın müxbir üzvü, professor Yaşar Qarayev doğru
səciyyələndirir ki, X.R.Ulutürkün “Qardaş özbək xalqına, özbək
təbiətinə, onun tarixinin zənginliklərinə həsr olunmuş şeirlər
silsiləsi poeziyamızda yeni hadisədir. “Bakı-Daşkənd səma yolu”,
“Özbəklər”, “Səmərqənddən keçərkən” və s. şeirlərində Xəlil Rza
sadəcə olaraq dostluğu, qardaşlığı tərənnüm etməklə kifayətlənmir,
bu dostluğun dərinliklərini üzə çıxarır, şair ürəyinin alovu ilə
qızınmış isti, canlı, unudulmaz lövhələr yaradır” [115, s.28-29].
Azərbaycan-özbək ədəbi əlaqələrınin tarixi qədimdir. X.Rza
özü “Poeziya - ən böyük milli sərvət” məqaləsində həmin
əlaqələrin ədəbi mənzərəsini canlandırmışdır. X.R.Ulutürk belə
əlaqələrin ümumiliyinə Turan müəyyənliyindən, ortaq məkan və
ədəbi zəmin birliyindən baxmışdır. Etnik qohumluq, dil yaxınlığı,
tarixi-mədəni inkişaf eyniliyi, oxşar ənənələr, janr, forma
bənzərliyi, obrazlı təfəkkür birliyi doğurmuşdur. İbn Sina, Əbu
Reyhan Biruni, Kaşqarlı Mahmud, Balasaqunlu Yusifin əsərləri
bəşər mədəni fikrinin xəzinəsinə daxil olmaqla bərabər,
Azərbaycan və Özbəkistanın mənəvi yüksəlişi üçün zəmin
olmuşdur.
Özbək şairi Qütbi Nizaminin “Xosrov və Şirin” poemasını
dilimizə uyğunlaşdırmış, özbək ədəbi dilini zənginləşdirmişdir.
Nəvai və Füzuli ənənələri iki şair arasında
99
ideya-məzmun, forma, rədif, qafiyə, vəzn, bəhr bənzeyişləri
doğurmuşdur.
Milli
ədəbiyyatda realizmin güclənməsi baxımından
M.F.Axundzadə, Mirzə Cəlil, Ələkbər Sabirlə Babarəhim Məşrəb,
Durdu, Müqimi, Zövqi, Nadirə, Fürqət yaradıcılığı arasında fikir,
qayə, xəlqilik, milli şüur, məfkurə, antihumanizmin tənqidi, dil və
üslub baxımından paralellər aparmaq da mümkündür.
XX əsrin əvvəllərinə qədər (1924) əski Türkmənistanın,
Turanın ümumi bədii sözü olmuş cığatay ədəbiyyatı milli
özümlüyə parçalanmış, sovet siyasi rejimi ayırmalar doğurmuş, bu
səbəbdən də Türküstan məfkurəsini qoruyub saxlamaq üçün
Əbdülrauf Fitrət “Cığatay gürüngü” (söhbətləri) adlı ədəbi mərkəz
təşkil etmiş və Münəvvər Qarı, Əbdülhəmid Süleyman, Çolpan,
Qazi Yusif, Elbək, Batu, Abdulla Əvlani, Zərif Bəşiri, Rafiq
Mömin, Ziya Səid, Abdulla Qədiri və başqaları həmin təşkilat
ətrafında birləşmişdilər. Lakin onlar Stalin rejiminin qurbanı
olaraq, millətçi kimi öldürülmüşlər. Azərbaycana aid olan
repressiya eyni qaydada Özbəkistanda, Türkmənistanda da tətbiq
olunmuşdur.
20-30-cu illərdə Türkmənistanda hürriyyət tərəfdə durmuş
H.H.Niyazi, Sədrəddin Ayni, Saken Seyfullin, Sufizadə, Aybək,
Qafur Qulam kimi sənətkarlar (bizdə olduğu kimi) milli
qaynaqlardan uzaqlaşaraq “qırmızı axına” qoşulmağa məcbur
olmuşlar. Aybək, Mirtemur, Abdulla Qəhhar, Məqsud Şeyxzadə,
Qafur Qulam, Həmid Alımcan, əsasən, sovet quruluşu mövzusunda
əsərlər yazmışlar. S.Rüstəm, O.Sarıvəlli, M.Rahim, S.Vurğun,
M.Dilbazi kimi, əlbəttə, onların da tarixi mövzuda əsərlər yazması
istisna deyildi (Aybək “Nəvai”, Səməd Vurğun “Vaqif”,
M.Şeyxzadə “Cəlaləddin Mənquberdi”, “Mirzə Uluğbəy”,
H.Alımcan “Muğanna”...).
İkinci Dünya müharibəsindən 60-cı illərə qədərki dövr
ümumsovet ədəbiyyatında hərbi, kolxoz və sovxoz, vul-
Dostları ilə paylaş: |