121
mətsiz edənlər, “bu
müti qullar, kənizlər, fər önünə sədd çəkən
fərsizlər, gözü aclar, acizlər, ləin, yava, baş kəsənlərdir” (“Açıq
konuşma”, 1985). “Diz qoyuban ədlin, haqqın boğazına çökənlər”
(“Məzar keşikçisi”, 1985) olsa da, “xalqı azdı-ranlara xalqın
tüpürməyi də var” (“Sağlıq dilərəm sənə”, 1987). Şair qəti bildirir,
“nə qədər ki, diriyəm, canım var hələ canda xalq qarşısına sədd
çəkənləri bütün Azərbaycanda rüsvay edəcəyəm” (“Vəzifə ölüsü”,
1987). Çünki onlar “Vətəni dərdlər, qəmlər kələfinə
döndərənlərdir” (“Qəzəbliyəm”).
Böyük sənətkar xalqı, Vətəni dərdlər, qəmlər kələfi hesab edir.
O, “Şair ömrü” (1985) şeirində dərd fəlsəfi dərkinin siyasi,
mənəvi-psixoloji əsaslarına bədii münasibət bildirir, bütün bunları
orijinal üslub xüsusiyyətləri ilə oxucunun nəzərinə çatdırır. Şairin
baxışlarında vətən dərdlər kələfidir ona görə ki, vətənbazlar
hərisliklə “Azərbaycan” qışqırmağa güc verirlər. Vətən dərdlər
kələfidir ona görə ki, ruhu qısır, qəlbi yoxsul olub, maddi zənginlər
dağ başına qaldırılır, sadəlövhlərin çiçək və alqışlarına qərq edilir.
Vətən dərdlər kələfidir ona görə ki, nur zülmətlə pəncələşdiyi
məqamlarda neçə-neçə mikromühitlər “qorxu” yaşadırlar.
Xəlil Rza fikirlərini, psixoloji düşüncələrini təzadlar üzərində
inkişaf etdirir. Göstərir ki, saysız-hesabsız cib kəsənlər, iş kəsənlər
milyon-milyon manatlarla rüşvət udduqları, caniləri, cinayətkarları
“bəslədikləri”, azadlığa buraxdıqları, xalq mahnı, mülkiyyətini
talan etdikləri halda, özləri “balıq tutan bir kəndçiyə” iş kəsirlər.
Şair sosial təbəqələrin hamısına diqqət yetirir, yalnız idarəetmə
orqanlarında yox, həm də ziyalı, alim mühitində belə özünü
göstərən naqisliklərə də işıq tutur:
Vətən-dərdlər kələfidir,
yarı satqın, yarı nadan
Alimlərə öyüd verir
utanmadan tribunadan
Vətən döyüş meydanıdır,
bacarırsan köksünü gər.
122
Medallanmış bir ağciyər
macal versən igidlikdən
Sənə əxlaq dərsi deyər.
(“Şair ömrü”)
Əsərdə sosial münasibətlər, təzadlar içərisindən sənətkar obrazı
da canlanır, onun sosial-siyasi mövqeyi fərdiləşir. Şair hakim
orqanlar qarşısında bəzən aciz olduğunu, şəxsiyyət və ziyalının
hakimiyyətdən, zordan aşağı dayandığını etiraf edir:
Vətən dərdlər kələfidir,
Şair Vətən dağlarını
Sağ çiynindən sol çiyninə alan qeyrət!
Uçurumdan zirvələrə
dartıb çəkə bilməyəndə
bir azca pərt.
X.R.Ulutürkün 80-ci illərdəki əsərləri içərisində “Xalq qüdrəti”
(1986), “Silahlan” (1988), “Gəlir böyük Azərbaycan” (1986-
90), “Yaşasın Xalq Cəbhəsi” (1989), “Davam edir 37” şeirləri
özünün ideya-məzmun və tərənnüm ladlarına görə diqqəti daha çox
cəlb edir. “Xalq qüdrəti” şeirində sənətkar xalqın mənəvi
tərcümanı kimi görünür. Onun qüdrəti şair qüruru ilə
dəyərləndirilir:
Mən həmin gün inandım qüdrətinə xalqımın,
Xalq qasırğa, önündə çör-çöp dayana bilməz.
Heyran qaldım yenilməz vəhdətinə xalqımın,
Ehkamları kül eylər bu ehtiras, bu nəfəs.
(“Xalq qüdrəti”)
Xələl Rza xalq qüdrətinin bütün təsisatlardan əzmli, dəyanətli
olduğunun psixoloji-mənəvi əsasını siqətli əks etdirir:
Xalq-qasırğa. Önündə heç nə dayana bilməz,
Hökumət də özüdür, partiya da, dövlət də.
İçəridən nurlusa, baş heç kəsə əyilməz,
Ümmanlardan ləngərli qeyrət yaşar fitrətdə.
(“Xalq qüdrəti”)
“Xalq iradəsi” şeirində həmin ideya-məzmunu davam etdi-
123
rən sənətkar həm də xalq, millət varlığının tarixi-psixoloji
kökldərinə qürurlu, təntənəli, intonasiyalı münasibət bildirir.
Əsərdə xalq sonsuz güc, qüdrət mənbəyidir; yer gücü qasırğasa, sel
gücü qaynar ümmansa, el gücü qasırğa və okeandan da güclüdür.
Xalq ağı qaradan, haqqı nahaqdan, həqiqəti yalandan seçə bilir,
“kəsafəti söküb-tökə bilirsə”, gözəlliyi də qurub-yaradır. Hər bir
insan taleyi və arzusunun gətirdiyi ahkədər, əslində xalq əlində bir
qılınc misalıdır. Göz yaşına tab etməyən xalq əslində hakimiyyət
qərarlarına, boş şüarlara, təbliğatbazlara təslim olmur.
Xəlil Rza əsrin 80-ci illərini, bu illərin xalq qüdrətini bəşər
tarixində işıqlı mərhələ hesab edir. O, bədii fikri siyasi baxışlarına
doğru yönəldir. Bu baxışda üç yüz min Azəri türkünü pərən-pərən
salmış kor xəyanətlər - imperiya siyasətləri pislənir və onun
ideoloqları hədələnir. “Satqınların arxasından təpəcəkdir qəzəb seli
coşan millət” - deyib fikirlərinə N.Hikmət ideyalarını dəstək tutur.
Özünü xalq, millət içərisində “köləliyi alt-üst edən bir azadlıq
məşəli” bilən tribun sənətkar yeri gəldikcə xalq və millətə
münasibətdə özünə də işıq tutur; göz yaşlarını boğa-boğa fərəhli,
nəşəli olan sənətkarın lirik ricətli, əzəmətli, müraciətli, münasibətli
nidalarında “xalq” ifadəsi xüsusi, emfatik vurğularda, təsirli və
obrazlı görünür, epiforaların yaratdığı danışıq intonasiyasında xalq
məfhumunun qüdrəti, məna və mahiyyəti məqam və məramlı təsir
bağışlayır:
Yaşa, var ol, ey Kazbekdən, Savalandan uca Xalqım!
Bənövdə tək daim cavan, dağlar qədər qoca Xalqım!
Rəzillərin, qatillərin axırına çıxan Xalqım!
Hətta düsmən balasını ürəyinə sıxan Xalqım!
Yaşa, var ol!
Bəxtiyar ol!
Ehkamlara, meydanlara sığışmayan mənim Xalqım!
Rəzalətə, əsarətə, hər zillətə qənim Xalqım!
(“Xalq iradəsi”)