115
Ümid alışanda, tutuşub
yananda şair doğma səsi, dili deyil,
“ruhu candan aparan yad dilli bir marş dinləyir: “...Ey şəhid, ey
şəhid. Xuni tu iftixar...”; öz dərdləri ilə Təbrizi danışdırır.
Sənətkarın üsyankar ruhu, Vətəni bütöv görmək təşnəliyi qəlbi
riqqətə gətirir və damarda qanı coşdurur:
Fəxr edim ki, o tayda həm güclüyəm, həm mətin,
Mən də bir övladıyam üzü ağ bir millətin!
Səsin gəlsin, Təbrizim, öz avazın, öz səsin!
Yandırsın daş qəfəsi, söksün beton məhbəsi.
Haqq, ədalət uğrunda alov - tutan nəfəsin!
Bərkdən danış, əzizim, səsinin möhtacıyam.
Yurdu vahid görməyin, yurdu xoşbəxt görməyin
təşnəsiyəm, acıyam!
(“Səsin gəlsin, Təbrizim”)
“Xudafərin körpüsü” (1980) əsərinin mövzusu iki sahili
birləşdirən tarixi körpünün rəmzi mənası ilə bağlıdır. Əslində
Xudafərin şeirdə bütövlüyün təcəssümü, şair ideyasını əks etdirən
vasitədir. Körpü xəyalları uzaq zamanlara, tarixi keçmişlərə
uçurmuşdur. Sənətkar xatırlayır ki, “bu körpü Naxçıvanı Təbrizə
bağlayıb”. Xatırlayır ki:
Bu körpünün üstündən dövranlar gəlib keçib,
Su axtaran marallar, ceyranlar gəlib keçib.
Zınqırovlu, ovsarlı karvanlar gəlib keçib.
(“Xudafərin körpüsü”)
Şair ona görə qəzəblidir ki, “Qıfıllanmış qapısı, körpünün yolu
bağlıdır”. Müəllif ideyanı, ümid və inamını ifadə etmək üçün
eyhama, mənaya əl atır və məramını vurğulayır:
Cahanda hər abidə gözəl bir iş üçündür.
Körpülər çay üstündə gediş-gəliş üçündür.
(“Xudafərin körpüsü”)
X.R.Ulutürk Azərbaycanın milli birliyini, ərazi bütövlüyünü
yorulmadan, usanmadan təbliğ etmişdir. Həmin
116
təbliğat və səfərbərlik lirik təsvirdə, lirik-epik təhkiyədə görünür.
Şair adi lirik mövzulara yanaşanda belə xalq taleyini, milli idealı
əsas tutur, nikbin tərənnümlə oxucuya həyat eşqi, mübarizə ruhu,
gələcəyə inam aşılayır, inam təlqin edir:
Böyük vəhdətdədir şairin canı,
Şad günə xəstəhal gəlməyəcəyəm.
Birləşdirməyincə Azərbaycanı,
Yüz il yaşasam da ölməyəcəyəm!
(“Yaşasın həyat”)
Xəlil Rza Ulutürkün Cənub (Güney) şeirləri, milli ideallarla,
Vətən taleyi ilə aşılanmış alovlu nəğmələrdir. Həmin əsərlərin
qanı, vicdanı, oyadış ruhu çox güclüdür. Bu ruh vətəndaş qəlbini
həmişə narahat etmiş və onu milli mübarizələrə səfərbərliyə doğru
daha çox səsləmişdir.
Xalqçılıq da X.Rzanın yaradıcılıq məfkurəsidir. X.R.Ulutürkün
xalqçılıq baxışlarından danışmaq XIX əsr rus inqilabçı-
xalqçılığından və ya Avropada mövcud olmuş xalqçılıq tipindən
danışmaq demək deyil.
Rus xalqçılıq tipi Azərbaycanda bilavasitə olmamışdır. Qərb və
Şərq mədəniyyətlərinin sintezi olan xalq maarifçiliyi olmuşdur ki,
bu da XIX əsrin 30-cu illəri və sonrakı dövrə aiddir. A.Bakıxanov,
M.Ş.Vazeh, İ.Qutqaşınlı, H.Zərdabi, N.Vəzirov, M.F.Axundzadə,
S.Ə.Şirvani, N.Nərimanov və başqaları xalq içərisinə inqilabçılığı
yox, maarifçiliyi aparmışlar.
Xəlil Rzanın xalqçılığı azərbaycançılığın, vətənçiliyin tərkib
hissəsidir. Yəni Azərbaycan Vətəni yalnız azərbaycanlıların yox,
həm də onlarla birgə qeyri-azərbaycanlılarındır.
Sənətkarın ideya və baxışlarında Azərbaycan ərazisində
yaşayan başqa etnik qruplara, azsaylı xalqlara hörmətlə yanaşılmış,
xalqın bütövlüyünə zərbə vuran sadvalçılıq, talışçılıq, ləzgiçilik
kimi “xətti-hərəkatlar” ciddi surətdə pislənmişdir. Şairin
vətənçiliyində yalnız Azərbaycanın mənəvi birliyi ifadə
olunmuşdur. Respublikada rus-erməni şovinizminin təsiri ilə
117
"Ləzgistan" problemi qaldırılanda onun əleyhinə səsini ilkin
qaldıranlardan biri X.R.Ulutürk idi. Talış-Muğan Respublikasının
yaradılması - 1918-ci ildə əsası qoyulmuş bu mənfur ideyanın
(siyasətin) 1988-ci ildə yenidən dirçəldilməsi əleyhinə səsini ilkin
qaldıranlardan biri yenə də Xəlil Rza olmuşdur.
X.R.Ulutürk separatizm, şovinizm və nihilizmin amansız
düşməni idi. Böyük sənətkar əsərlərində tarixi xidmətlərinə görə
M.Ə.Rəsulzadənin, müasir zəmanəmizdə isə cənab H.Ə.Əliyevin
ideya-nəzəri baxışlarını poetik surətdə təcəssüm etdirmişdir. Onun
zəngin bədii yaradıcılığında xalqlar, millətlər arasında iqtisadi-
mədəni birlik, qarşılıqlı əlaqə və münasibətlər zəminində xalqçılıq,
azərbaycançılıq, türkçülük və vətənçilik ideyaları canlı ifadə
olunmuşdur. Ölməz sənətkarın əsərlərində xalq obrazının canlı
inikası vardır.
XX əsrin 80-90-cı illərinə aid olan əsərlərdə prototipə, fərdi
obraza qarşı tənqid, ifşa pafosu gücləndikcə onların ideya-məfkurə
mərkəzində xalq obrazı getdikcə konkret şəkil almışdır. Şairin
“Göylərdən gələn kişi” (1980), “Bizim Zeynal” (1980), “Şeirim”
(1980), “Şeirimizin Babəki” “Mənə bənzə” (1981), “Məmməd
Araza” (1982), “Sənin cavabın” (1984), “Məndən başlanır Vətən”
(1983), “Şair ömrü” (1985), “Məzar keşikçisi” (1985), “Hər şey
gəldi-gedərdi” (1986), “Sağlıq dilərəm sənə” (1987), “Zürafə
ölümü” (1987), “Məddah” (1987), “Haçan, hansı yerdə” (1987),
“Qəzəbliyəm” (1987), “Azərbaycan” (1988), “Yaşasın Xalq
Cəbhəsi” (1989), “Milli satqın” (1986-91), “Gəlir böyük
Azərbaycan” (1986-90) əsərlərində Vətənçilik, vətəndaşlıq və
xalqçıldıq baxışları ilə yanaşı, başlıca bədii obraz xalqdır.
Xəlil Rza Ulutürkün xalqı səfərbərlik ruhu və təbliği “Şeirim”
(1980), “Məndən başlanı Vətən” (1983) əsərlərindən başlamışdır.
“Şeirim”, “Bizim Zeynal”, “Göylərdən gələn kişi” əsərlərində
xalqın, millətin ləyaqət və şərəfindən, qeyrət və qüdrətindən,
mənəvi-psioloji və insani keyfiyyətlərdən söz açılır. Mübariz
sənətkar harada cəsarətsizlik və ləyaqətsizlik görürsə, oraya
“döyüş” elan edir. Şair inamı qüdrətli və