103
keçirilmişdir. Bu səbəbdən də X.Rza yazmışdır:
Qərbi də, Şərqi də tutan İsgəndər
Özünü bu yerdə salmış çətinə.
Götürüb başından tacı mükəddər
Baş əymiş şəhərin dəyanətinə.
( “Səmərqəndim”)
X.Rzanın Özbəkistanın maddi mədəniyyət nümunələri ilə bağlı
işlətdiyi maraqlı misraları çoxdur. XVI əsrin ən məşhur memarı
özbək-Sinan Xoca olmuşdur. O, 1540-cı ildə Osmanlı
imperatorluğunda baş memar vəzifəsinə təyin edilmişdi. Onun inşa
etdiyi Şahzadə, Süleymaniyyə və Səlimiyyə camesi kimi memarlıq
abidələrinə onun müəllifinə işarə edərək belə yazmışdır:
Kimindir bu sözlər, hansı memarın?
Xəyallar içində addımlayıram.
Mən kiməm?Bir yarpaq, ya qar dənəsi.
Xeyir Mən özümü yer-göy sayıram.
Çünki Səmərqənddə addımlayıram.
( “Səmərqəndim”).
Teymuri hökmdarı böyük alim Uluqbəy Tarakay Səmərqənd,
Buxara və Giduvanda mədrəsələr tikdirmişdir. X.Rza bunları
ümumiləşdirərək yazmışdır:
Yanaşıb Uluqboy mədrəsəsinə
Onu seyr edirəm, qışda yaz kimi.
(“Səmərqəndim”).
Şair Rumi məqbərəsi, Şirdar, Registan məqbələrini yada
salaraq demişdir:
Rumi məqbərəsi, Şirdaar, Registan
Bəşər dürdanəsi, dünya gövhəri
(“Səmərqəndim”).
Muzeyləri haqqında:
Muzey salonları hələ biryana,
Qəbristanlıq özü ən qədim muzey
Ucalan hər gümbəz kiçik bir səma
104
Sənət şöləsinə qərq olub hər şey
( “Səmərqəndim”).
Vaxtilə Teymurləng öz qadını Bibixanımın şərəfinə məscid
tikdirmişdi. X.Rza həmin məscidə işarə etmişdir:
Budur Bibixanım - səma çırağı,
Doyarmı göz-könül bu yadigardan.
( “Səmərqəndim” ).
Sənətkar şeirlərdə Özbəkistanın məşhur şəxsiyyətlərinin
adlarını: Biruni, İbn Sina, Ferabi, M.Kaşqari, Ə.Nəvai,
M.Uluqbəy, Ə.Cabbarlı, H.Tufan, Q.Qulam və başqalarını
hörmətlə xatırlamışdır:
Bu yolun hər şaxəsi mənə aşkar görünür,
Ulduz bağı Səmərqənd, ulu Kaşğar görünür.
Bu yol hardasa tozlu karvanlarla birləşir,
Füzulihi gözləyir orda ustad Əlişir.
(“Bakı Daşkənd səma yolu”)
“Çətindir ayrılmaq” şeirində oxucu Özbəkistanın nəbatat aləmi
ilə yaxından tanış olur. Şair öz məhəbbətini təsirli ifadə etmək
üçün S.Vurğun formasından, sintaktik təkrirlərdən geniş istifadə
etmişdir:
Bağlar meyvə dolu: ərik, badam, nar,
Almadan, meyvədən nuş elə bir-bir.
Bağlara sığmayan nemətlər ki, var,
Özbək varlığının bərəkətidir.
Almadan, heyvadan nuş elə bir-bir.
(“Çətindir ayrılmaq”)
X.Rza Osman Sarıvəlli kimi özbək nemətlərindən olan üzümün bir
çox növünü şeirdə canlandırır:
Özbək şeiri kimi üzümlər növ-növ,
Hüseyni, buki, çiləki, pişraz.
Saxlasan, qırmızgə qışa qalarmış
Xatın barmağından göz-könül doymaz.
Yaqut parçasıdır hər gilə pişraz.
(“Çətindir ayrılmaq”)
Şair Özbəkistan təbiətinin ağacları haqqında yazanda
105
təsvirin ümumiləşmə keyfiyyətini qabardır, intonasiya
çalarlarından kontekst daxilində məharətlə istifadə edir:
Hava ətirlənib, su gülablaşıb,
Atəş müqəddəsdir, torpaq təbərrik
Yasəmən gözəllər Çəpərdən aşıb,
Dilbər sərvlərin önündə diz çök.
(“Səmərqəndim”)
Oxucu Özbəkistan şeirlərinde bu qədim türk məkanının
oykonim, hidronim və oronimleri ilə də tanış olur:
Çay adı:
Şaxtanın şiddəti yandırır suyu
Ənhar dumanlanır - Bozsu buğlanır.
(“Daşkəndin qışı”)
Dağ adı:
O Urqut, bu Kuhək, bu ulu dağlar
Yarandı mərdlərin sümüklərindən
(“Səmərqəndim” )
Yer adı:
Dinlə mənə nələr deyir canımdakı şəlalə qan:
Qızılqala, Canbaz qala, Kiçik təpə, Sarı kurqan.
X.Rza türk, özbək, qırğız, türkmən dil birliyinə də poetik nümunələr
həsr etmişdir.
“İncəsənət sarayında” şeiri X.Rzanın Qazaxıstan mövzusunda yazdığı
tərənnüm şeiridir. Əsərdə Qazax dili, türk dil qohumluğu, Qazax həyatı,
vətənçilik təfəkkürü emosionallıqla ifadə olunmuşdur:
Dedi: - Dillərimiz necə yaxınmış
Dedim: - Qəlblərimiz ondan da yaxın.
Güldü... gülüşüylə yaza döndü qış,
Qanımda qaynadı od axın-axın.
(“İncəsənət sarayında”)
“Özbək dili” şeiri şairin geniş poetik təfəkküründən həm də
onunla fərdilik tapır ki. Özbəkistan bir məmləkət kimi bütün
dəyərləri ilə mənalandırılır, dil xalqın varlığı,