Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə29/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   25   26   27   28   29   30   31   32   ...   131

 

91 


 

erməni-müsəlman qırğınları, sünni-şiə münasibətləri xalqın dini 

müsəlmançılıq düşüncəsini türkçülük - Azərbaycançılıq 

düşüncəsinə doğru gücləndirirdi. Xalq başa düşürdü ki, qurtuluş 

yolu islamçılıqda yox, türkçülükdə, Azərbaycançılıqdadır. Bunun 

aydın dərki 1918-ci ildə türk qoşunlarının Azərbaycana daxil 

olması, onları sünnilərlə  bərabər  şiələrin də  qəbul etməsi 

məzhəbçiliyə böyük zərbə idi. Əslində bu, türkçülüyün 

islamçılıqdan ön plana keçməsi demək idi. Bu isə Azərbaycanı 

müəyyən mənada dini dövlət deyil, dünyəvi dövlət quruluşuna 

doğru yönəltmişdi. Keçmişdə olduğu kimi bu gün də din, islam 

Azərbaycanda hakimiyyət forması yox, əqidə müəyyənliyidir. 

Beləliklə, uzun tarixi təcrübədən sonra türkçülük ideologiyası 

siyasi sistem kimi ön plana çıxmışdı. Türkçülüyün mədəni-fəlsəfi 

dünyagörüş kimi ilkin əlamətləri qədim türk mədəniyyətinə gedib 

çıxır. Milli türk sənətkarları  Məhəmməd  Əli Yurdaqulun şeirləri, 

Yaqub Qədri və Orxan Seyfinin hekayələri, Xalidə  Ədibin 

romanları milli özünüdərkin nümunələrindən olmuşdur. 

Türkologiya və ideologiya sahəsində isə M.F.Köprülüzadə  və 

Z.Göyalpı xüsusilə qeyd etmək olar. 

Milli mətbuatda “müsəlman” sözü “türk” sözü ilə  əvəz 

olunmağa başlamışdır. “Açıq söz” qəzeti Rusiya müsəlmanlarını 

türklər adlandırırdı. Qazan və Volqaboyu tatarları da türkçülüyü 

elm və  mətbuat səviyyəsində  təbliğ etmişlər. Hətta Zəki Vəlidi 

“Türklərin tarixi” kimi sanballı elmi kitab da yazmışdı. 

Azərbaycanda milli türk özünüdərki M.F.Axundzadədən, onun 

komediyalarından kök almışdı. H.Zərdabi “Əkinçi” qəzetini təsis 

etməklə  həmin ideyaları yaymışdı.  İsmayıl bəy Qasprinski 

Bağçasarayda (Krım) doğma türk dilində tədris aparmışdır. 

Milli intibahın oyanışı, türkçülüyün, islamçılığın təbliği 

sahəsində böyük xidmətləri olan C.Əfqani, Əhməd 



 

92 


 

bəy Ağaoğlu,  Əli bəy Hüseynzadə Azərbaycanda, Türkiyədə

Qərbi Avropada, Peterburq, Moskva və Tiflisdə bir neçə dildə 

əsərlərini çap etdirmişdilər. 

XX  əsrin  əvvəlindən başlayaraq C.Məmmədquluzadə, 

M.Ə.Sabir, Ü.Hacıbəyli, N.Vəzirov, F.Köçərli,  Ə.Haqverdiyev, 

Ə.Hüseynzadə, Ö.Faiq və Y.V.Çəmənzəminlinin fəaliyyətində 

türkçülüyün təbliği yeni bir vüsət kəsb etmişdir. Xüsusilə “Həyat”, 

“İrşad”,“Tazə  həyat”, “Kaspi” Əlibəy Hüseynzadə,  Əhməd 

Ağayev,  Əlimərdan bəy Topçubaşov tərəfindən nəşr olunan 

millətçi qəzet və jurnallar olmuşdur. (27, s.174). Ümumiyyətlə, 

1910-1918-ci illərdə  “Yeni Füyuzat”, “Şəlalə”, “Açıq söz”, 

“Dirilik” qəzetləri də aydın milli məfkurəli mətbuat kimi fəaliyyət 

göstərmişdilər. 

Romantik poeziya sahəsində M.Hadi, Ə.Cavad, A.Səhhət, 

A.Şaiq, C.Cabbarlı  və başqaları türkçülük ideyalarına üstünlük 

vermişlər. 

Azərbaycanda türkçülüyün və istiqlalçılığın tarixində  Əhməd 

Cavadın xüsusi yeri vardır. O, ADR dövrünün nəğməkarı 

olmuşdur.    Azərbaycançılığın, vətənçiliyin, türkçülüyün 

ənənələrini XX əsrin 80-90- cı illərində həyatda və poeziyada əks 

etdirən isə Xəlil Rza Ulutürkdür. 

Türkçülük Xəlil Rza Ulutürk yaradıcılığında milli özünüdərkin 

mənbəyi, davamlı ideya, fikir qaynağı, ideologiya, məfkurə 

müəyyənliyidir. Aydındır ki, türkçülüyə, turançılığa qayıdış 

imperiya siyasətçilərini, xristianlığı zaman-zaman narahat etmişdir. 

Onlar həmin məfkurəyə görə  Şərqi, Azərbaycanı pantürkist, 

panislamist kimi qələmə verərək, onu xristianlığa, russofilliyə qarşı 

qoymuş, ümumən türkləşmək ideyasının dövlət və millət 

müəyyənliyini inkar etməyə çalışmışlar. 

Keçən 

əsrin axırlarmdan başlayaraq H.Zərdabi,n 



Ə.Hüseynzadə,  Ə.Ağayev, N.Nərimanov, C.Məmmədquluzadə, 

F.Nemanzadə, M.Hadi, H.Cavid, A.Şaiqin M.Ə.Sabir, 

Ü.Hacıbəyov, H.Z.Tağıyev,   Ə.Topçubaşov, 



 

93 


S.Mənsur, M.Hacınski, M.Ə.Rəsulzadə, C.Cabbarlı,  Ə.Cavad 

və başqa tarixi-ədəbi  şəxsiyyətlər “Əkinçi”, “Ziya”, “Kəşkül”, 

“Həyat”, “İrşad”, “Füyuzat”, “Molla Nəsrəddin” kimi mətbuat 

orqanlarında, bu və ya digər münasibətlərdə türkçülüyə: türk 

mənşəyi, türkləşmək, islamlaşmaq, müasirləşmək, millətin adı, dili, 

ərazisi ilə bağlı milli-tarixi məsələlərə toxunmuş, həmin məfkurəni 

təbliğ etmişlər, yaymışlar. 

Oktyabr fütuhatından sonra həmin məfkurə yasaq olunsa da, 

Azərbaycan  şairləri müəyyən məqamlarda ona qayıtmış, sətiraltı, 

mətnarası anlamlarda həmin ideyaları yaşatmışlar. 80-ci illərdə 

milli-demokratik hərəkatın başlanması, Azərbaycan dövlətçiliyinin 

bərpasından (1991-ci il) sonra türkçülük məfkurəsinə yenidən 

qayıdış olmuş və bu Xəlil Rza Ulutürk yaradıcılığında daha poetik 

qüvvətlə üzə çıxmışdır. 

Böyük  şairin yaradıcılığında türkçülük milli məfkurə 

qaynağıdır. “Qalx ayağa, Azərbaycan”, “Yalnız pasportunda”, 

“Sən alçaqsan”, “Boz qurda öygü” şeirlərində türkçülük milli 

müəyyənlik kimi dərk olunur. Şairin milli “mən”i “Qalx ayağa, 

Azərbaycan”  şeirində öz ideyalarını  həm Qərbin burjua 

ideoloqlarının fikirlərinə qarşı qoyur, həm də Rəsulzadənin nəzəri 

fikirlərini bədii şəkildə təcəssüm etdirir: 

Bu sahildə odlar yurdu, 

O sahildə Türküstansan, 

Müsəlmanlıq sədlərinə, 

Sığışmayan müsəlmansan. 

Xaçpərəst də, buddaçı da, 

Uzündəki nura heyran, 

Sevir türkü altı qitə 

Sevməyənlər türkə qurban. 

 Xəlil Rza millilik, dil mənsubiyyəti baxımından “azərbaycanlı” 

sözünə etiraz edir. Şairə görə, “azərbaycanlı” türk dil qrupunun 

tərkib hissəsi, kökdə gövdədir. “Mən 

 günəş ürəkli Xəlil Rzayam” şeirində respublikanın ərazi birliyinə 

toxunan sənətkar lahıc, ləzgi, talış, tat, udin, rutul və kürdü türkə 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə