Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə194/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   190   191   192   193   194   195   196   197   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
293 
çıxışları və ölkəsinə qayıtdıqdan sonra verdiyi hədyan bəyanatlar Ermənistanın iç üzünü və heç bir halda islah 
olunmamaq istəyini sübut etdi. 
 
Xalq qəzeti”.-2014.-21 avqust.-N 179.-S.5. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
294 
 
Dağlıq Qarabağın tarixinə mükəmməl elmi baxış 
 
Yaqub MAHMUDOV, 
əməkdar elm xadimi, Dövlət mükafatı laureatı,  
AMEA Tarix İnstitutunun direktoru  
 
Akademik Ramiz Mehdiyevin Moskvada "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" (rus dilində) 
kitabı  çapdan  çıxmışdır.  Kitabda  Azərbaycanın  Dağlıq  Qarabağ  regionunun  tarixi,  o  cümlədən 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  tarixi  kökləri  araşdırılır.  Əsərin  müəllifi 
çoxsaylı  ilk  mənbələr  və  elmi  ədəbiyyat  əsasında,  ilk  növbədə  xarici  dillərdə  və  erməni  dilində  nəşr 
olunmuş mənbələrdəki təkzibolunmaz faktik materiala istinad edərək Dağlıq Qarabağin tarixin ən qədim 
dövrlərindən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına 
məxsus  olması  barədə  tarixi  həqiqəti rusdilli  oxuculara  təqdim  edir.  Akademik  Ramiz  Mehdiyevin  yeni 
kitabında  zəngin  tarixi  faktlar  əsasında  mühüm  elmi-nəzəri  ümumiləşdirmələr  aparılmaqla  yanaşı, 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yolunda məqsədyönlü surətdə törədilən süni 
maneələrə də münasibət bildirilir. 
 
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  öz  çıxışlarında,  o  cümlədən  tarixçi  alimlərlə 
görüşlərində  həmişə  Azərbaycanın  son  ikiyüzillik  tarixinin,  yəni  XIX-XX  əsrlər  tarixinin  yenidən  tədqiq 
olunmasını, tarixin olduğu kimi araşdırılması, dərk olunması və gələcək nəsillərə doğru-düzgün çatdırılmasının 
zəruri  olduğunu  xüsusi  olaraq  vurğulayırdı.  Ulu  öndərin  erməni  vandallarının  Azərbaycan  xalqına  qarşı 
törətdikləri  soyqırımları,  deportasiyalar  barədə  imzaladığı  dövlət  sənədləri,  Dədə  Qorqud  dastanının  1300 
illiyinin  qeyd  olunması,  dövlətçilik  tariximizə,  görkəmli  tarixi  şəxsiyyətlərimizə  verdiyi  yüksək  qiymət  tarix 
elmimizi  düzgün  istiqamətə  yönəltdi.  Və  məlum  oldu  ki,  Gülüstanda  (1813)  və  Türkmənçayda  (1828) 
Azərbaycan  ikiyə  bölündükdən  sonra  tariximiz  nə  qədər  amansızcasına  təhrif  olunmuş  və  saxtalaşdırılmışdır. 
Azərbaycan  xalqına  tamamilə  bambaşqa  bir  saxta  tarix  sırınmış,  o  öz  torpaqlarının  aborigen  əhalisi  deyil, 
kənardan gəlmə "köçəri" və "yırtıcı" bir etnos kimi qələmə verilmiş, çar Rusiyasının vur-tut 200 il bundan əvvəl 
Azərbaycan  torpaqlarına  köçürüb  gətirdiyi  ermənilər  isə  bizim  torpaqlarımızın,  o  cümlədən  Qarabağın, 
Naxçıvan, İrəvan ellərinin aborigen - "ən qədim yerli əhalisi" kimi qələmə verilmişdir. 
Azərbaycan  Prezidenti  İlham  Əliyevin  ulu  öndərin  yolu  ilə  gedərək  tarix  elminə  xüsusi  diqqət  və  qayğı 
göstərməsi sayəsində bu istiqamətdə tədqiqatlar daha da genişləndirildi. Ölkə başçısının çağırışları, tövsiyə və 
tapşırıqları  ilə  Tarix  İnstitutunda  Qarabağın,  Naxçıvanın,  İrəvan  xanlığının,  xalqımıza  qarşı  soyqırımlarının, 
itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli əsərlər, ilk mənbələr nəşr olundu, xarici ölkələrdən Vətənə 
minlərlə qiymətli sənədlər gətirildi və arxiv sənədləri topluları işıq üzü gördü. Alimlərimizin əsərləri Prezident 
İlham  Əliyevin  göstərişi ilə  xarici  dillərə  tərcümə  edilərək  dünya  ölkələrində  yayıldı.  Ölkə  başçısının  birbaşa 
göstərişi  ilə  aparılan  elmi  tədqiqat  işlərinin  genişləndirilməsi  nəticəsində  artıq  Azərbaycan  informasiya 
müharibəsində  ermənilərə  qalib  gəlir.  Bu  baxımdan  görkəmli  tarixçi  akademik  Ramiz  Mehdiyevin  elmi 
axtarışları,  tarix  elminin  ayrı-ayrı  problemləri  ilə  bağlı  nəşr  olunaraq  dünyada  yayılan  qiymətli  tədqiqatları 
tariximizi  təhrif  edənlərin,  xüsusilə  erməni  saxtakarlarının  ifşa  olunmasında  mühüm  rol  oynayır.  Alimin  bu 
istiqamətdə apardığı çoxsaylı elmi araşdırmaları içərisində bu yaxınlarda Minsk qrupunu təmsil edən ölkələrdən 
birinin paytaxtında - Moskvada rus dilində nəşr olunmuş "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı 
xüsusilə diqqəti cəlb edir. 
Öncədən qeyd etmək istərdim ki, müəllifin yeni əsəri Dağlıq Qarabağın tarixi ilə bağlı ən qədim dövrlərdən 
başlayaraq bu günə qədər ilk mənbələrdə və elmi ədəbiyyatda olan faktik materiallara əsaslanan və real tarixi 
doğru-düzgün  əks  etdirən  mükəmməl  elmi-nəzəri  araşdırmadır.  Bundan  əvvəlki  əsərlərində  də  olduğu  kimi, 
müəllif  qələmə  aldığı  problemlə  bağlı  indiyədək  nəşr  olunmuş,  demək  olar  ki,  bütün  əsərlərlə,  o  cümlədən 
Azərbaycan alimlərinin tədqiqatları ilə dərindən tanış olsa da, Moskvada nəşr olunmuş yeni monoqrafiyasında 
da əsasən xarici dillərdə, o cümlədən erməni dilində olan ilk mənbələrə və elmi əsərlərə istinad edir, iqtibasları, 
demək  olar  ki,  ancaq  onlardan  gətirir.  Beləliklə,  alim  xarici  ölkələrin  alimlərinə  tarixi  həqiqətin  ünvanını  elə 
onların öz dillərində olan ilk mənbələrdə və elmi ədəbiyyatda olduğunu göstərir. Bu, əlbəttə, sözkəsənlikdir və 
düzgün düşünülmüş addımdır. 
Akademik  Ramiz  Mehdiyev  bəhs  etdiyimiz  monoqrafiyasında  Dağlıq  Qarabağın  tarixini  Ermənistan-
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  kontekstində  araşdırmışdır.  Bununla  da  görkəmli  alim  bir  vətəndaş 
tədqiqatçı  olaraq  müasir  mərhələdə  xalqımızın  taleyüklü  problemi  olan  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı 
tarixi  həqiqəti  bütün  incəlikləri  və  tarixi  kökləri  ilə  araşdırıb  ortalığa  çıxarmağı  qarşısına  məqsəd  qoymuşdur. 
Və məqsədinə yüksək elmi səviyyədə nail olmuşdur. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə