Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə197/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   193   194   195   196   197   198   199   200   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
298 
Barbar ermənilər Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli 
arxitekturasını  silib,  istədikləri  kimi  yenidən  qurmağa  cəhd  edirlər.  Nadir  tarix-memarlıq  tikililəri,  qədim 
abidələr,  inanc  yerləri,  yaşayış  binaları,  hətta  məzarlıqlar  dağıdılmış,  zəngin  kitabxanalar,  muzeylər  talan 
edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlər xarabazara çevrilmişdir. 
 Şuşa  şəhərində  azərbaycanlıların  tarixi  izlərini  silmək  məqsədilə  vandallar  600-ə  yaxın  tarixi  memarlıq 
abidəsini,  o  cümlədən  Pənahəli  xanın  sarayını,  Cümə  məscidini,  Aşağı  Gövhər  Ağa  məscidini,  Xurşud  Banu 
Natəvanın  evini,  Molla  Pənah  Vaqifin  məqbərəsini  yerlə-yeksan  etmişlər.  Quldurlar  7  məktəbəqədər  uşaq 
müəssisəsini,  22  ümumtəhsil  məktəbini,  mədəni-maarif  və  kənd təsərrüfatı texnikumlarını,  orta  ixtisas  musiqi 
məktəbini,  8  mədəniyyət  evini,  22  klubu,  31  kitabxananı,  2  kinoteatrı,  8  muzeyi,  o  cümlədən  Şuşa  tarix 
muzeyini, Dövlət xalça muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist 
bazasını,  Qafqazda  yeganə  Şərq  musiqi  alətləri  fabrikini  dağıtmış,  buradakı  nadir  sənət  incilərini  talamış  və 
məhv etmişlər. 
İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması 
və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa 
Konvensiyasına,  “Ümumdünya  mədəni  və  təbii  irsin  mühafizəsi  haqqında”  UNESCO-nun  1972-ci  il 
Konvensiyasına ziddir. Şübhəsiz ki, bu üsullarla şəhər və kəndləri işğal altında saxlamağı əsas məqsədi sayan 
Ermənistan burada süni surətdə demoqrafik durumu dəyişdirmək istəmişdir. 
Ermənistan  ya  birbaşa  öz  silahlı  qüvvələri,  ya  da  onun  hərbi,  yaxud  digər  dəstəyi  sayəsində  mövcud  olan 
separatçı  rejim  vasitəsilə  Dağlıq  Qarabağ  və  digər  işğal  etdiyi  ərazilərə  “nəzarəti”  həyata  keçirir.  Ermənistan 
hərbi  təcavüzün    nəticələrindən  yararlanaraq,  hazırkı  status-kvo  vəziyyətini  qoruyub-saxlamağa, 
möhkəmləndirməyə və öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı əhalinin geri qayıtmasının 
qarşısını almağa çalışır. Onlar bu işin irəli getməsi üçün atəşkəsdən dərhal sonra buranı erməniləşdirmək üçün 
müxtəlif  üsullara  baş  vurmuşdular.  İlk  illərdə  erməni  diasporuna  müraciət  olundu  ki,  buraya  əhali 
köçürülməsinə nail olsunlar. Diaspor təbii səbəblər üzündən bunu gerçəkləşdirə bilmədi. Azərbaycanlı əhaliyə 
məxsus  mal-  mülkün  pay-püş  edilməsi  də  işi  irəli  aparmadı  və  apara  da  bilməzdi.  Qarabağa  əhalinin 
yerləşdirilməsindən imtina edilmədi. 
Erməni mənbələri də daxil olmaqla, bir çox informasiya vasitələrinin məlumatına görə, Azərbaycanın Dağlıq 
Qarabağ və digər işğal olunmuş ərazilərinə, o cümlədən Laçın, Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarına on 
minlərlə  sakin  köçürülmüşdür.  Ermənistan işğal  olunmuş  ərazilərdə  erməni  əhalisinin sayını  143  000-dən  300 
000  nəfərədək  artırmaq  niyyətindədir.  Faktlar  sübut  edir  ki,  bütün  bu  fəaliyyət  işğal  olunmuş  ərazilərin  ilhaqı 
məqsədilə  mütəşəkkil  qaydada  həyata  keçirilir.  İşğal  olunmuş  ərazilərindəki  bu  fəaliyyətin  uzağı  hədəfə  alan 
nəticələrindən ehtiyatlanaraq həyəcan təbili çalan Azərbaycan məsələnin BMT-nin Baş Məclisində müzakirəsini 
xahiş etdi. 
Bu  təşəbbüs  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  ədalətli,  tam  və  hərtərəfli 
nizamlanmasına  yalnız  beynəlxalq  hüququn  forma  və  məzmununa  tam  və  birmənalı  hörmət  əsasında  nail 
olunmasına güclü inamdan irəli gəlirdi. 29 oktyabr 2004-cü il tarixində BMT Baş Məclisi “Azərbaycanın işğal 
olunmuş ərazilərində vəziyyət” adlı bəndi özünün 59-cu sessiyasının gündəliyinə salmağı qərara aldı. 11 noyabr 
2004-cü  il  tarixində  Azərbaycanın  işğal  olunmuş  ərazilərinə  əhalinin  köçürülməsi  barədə  məruzə  (A/59/568) 
BMT  Baş  Məclisinə  təqdim  olundu.  Gündəlikdəki  bu  bəndin  BMT  Baş  Məclisində  müzakirə  olunması 
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma məsələsinə diqqətin cəlb edilməsi, eləcə də 
bu təhlükəli təcrübəyə son qoyulması üçün təcili tədbirlərin görülməsinə başlanmasında mühüm rol oynadı. 
ATƏT-in  faktaraşdırıcı  missiyasının  30  yanvar  –  5  fevral  2005-ci  il  tarixlərində  işğal  olunmuş  ərazilərə 
səfəri  Azərbaycanın  BMT  Baş  Məclisinin  59-cu  sessiyasının  gündəliyinə  işğal  olunmuş  ərazilərdəki  vəziyyət 
barədə məsələ daxil etməsinin məntiqi nəticəsi idi. Missiyanın fəaliyyətinin əsas nəticəsi Azərbaycan tərəfinin 
təqdim  etdiyi  və  bölgədə  vəziyyətin  araşdırılmasından  əldə  olunan  ətraflı  faktlara  söykənən  məruzə  oldu. 
Missiya  işğal  olunmuş  ərazilərdə  yeni  yaşayış  məntəqələri  salınması  faktını  təsdiqləyərək,  Azərbaycanın 
narahatlığına  şərik  oldu.  ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  öz  növbəsində  faktaraşdırıcı  missiyanın 
məruzəsinə  əsaslanaraq,  bölgənin  demoqrafik  tərkibində  dəyişiklik  edilməsinin  yolverilməzliyini  vurğuladı  və 
müvafiq  beynəlxalq  təşkilatları  işğal  olunmuş  ərazilərdə  yerləşdirilmiş  əhalinin  köçürülməsi  və  öz  yurd-
yuvalarından didərgin salınmış insanların doğma yurdlarına qayıtmaları üçün lazımi tədbirləri görməyə çağırdı. 
Faktaraşdırıcı  missiyanın  məruzəsi  və  ATƏT-in  Minsk  qrupu  həmsədrlərinin  ona  əsaslanan  tövsiyələri 
problemin sonrakı müzakirəsi və həlli üçün əsas oldu. Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət BMT 
Baş Məclisinin sonrakı iclaslarında da gündəlikdə olmuşdur. 7 sentyabr 2006-cı il tarixində BMT Baş Məclisi 
işğal olunmuş ərazilərdə baş vermiş kütləvi yanğın halları ilə əlaqədar Azərbaycanın təklif etdiyi “Azərbaycanın 
işğal olunmuş ərazilərində vəziyyət” adlı (A/RES/60/285) qətnaməni qəbul etdi. BMT Baş Məclisinin qətnaməsi 
ətraf  mühitlə  bağlı  təcili  əməliyyatların  həyata  keçirilməsinin  zəruriliyini  qeyd  edərək,  yanğınların  bölgənin 
ətraf mühitinə qısa və uzunmüddətli təsirinin qiymətləndirilməsinə və aradan qaldırılmasına çağırdı. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə