Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə199/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   195   196   197   198   199   200   201   202   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
301 
Məmmədov,  Nailə  Vəlixanlı,  Sara  Aşurbəyli,  Teymur  Bünyadov,  Tofiq  Köçərli,  Qaraş  Mədətov,  Mahmud 
Ismayılov,  Karim  Şükürov,  Oktay  Sultanov,  Qasım  Hacıyev,  Şahin  Fərzəliyev,  Havva  Məmmədova,  Nazim 
Məmmədov,  Anar  İsgəndərov,  Hacı  Həsənov,  Tofiq  Mustafazadə,  Cəbi  Bəhramov  və  başqalarının  Azərbaycan 
tarixinə,  Məmmədağa  Şirəliyev,  Zərifə  Budaqova,  Əziz  Əfəndizadə,  Ağamusa  Axundov,  Əlövsət  Abdullayev  və 
Yusif  Seyidovun  Azərbaycan  dilinə,  Əziz  Şərif,  Məmməd  Cəfər,  Mir  Cəlal,  Həmid  Araslı,  Abbas  Zamanov,  [səh. 
55-56]  Məmmədhüseyn  Təhmasib,  Mirzə  İbrahimov,  Kamal  Talıbzadə,  Əziz  Mirəhmədov,  Bəkir  Nəbiyev,  Yaşar 
Qarayev,  Azada  Rüstəmova  və  başqalarının  Azərbaycan  ədəbiyyatına,  Aslan  Aslanov,  Firudin  Köçərli,  Fuad 
Qasımzadənin  fəlsəfəyə,  Əhməd  Mahmudov,  Asəf  Nadirov,  Ziyad  Səmədzadə,  Bəhmən  Axundov,  Ağasəlim 
Ələsgərov, Teymur Vəliyev və digərlərinin iqtisadiyyata dair tədqiqat işləri xalqın mənəvi sərvətlərinə çevrilmişdir. 
Bəhs  olunan  illərdə  nəşr  olunmuş  üç-cildlik  “Müasir  Azərbaycan  dili”  (1978-  1981),  üçcildlik  “Cənubi 
Azərbaycan  ədəbiyyatı  antologiyası”  (80-ci  illərdə),  üç-cildlik  “Rusca-Azərbaycanca  lüğət”  (1970-80-ci  illərdə), 
dördcildlik  “Azərbaycan  dilinin  izahlı  lüğəti”  (1964-1987),  “Azərbaycan  dilinin  orfoqrafiya  lüğəti”  (1975), 
“Azərbaycan dilinin etimologiya və onomastikası məsələləri” (1990), “Sovet Azərbaycanın heykəltəraşlığı” (1973), 
“Azərbaycan  etnoqrafiyası”  (I  cild,  1988),  “Azərbaycan  Dram  Teatrı”  (1974),  ikicildlik  “Azərbaycan  teatrı 
salnaməsi”  (1975-  1983),  üçcildlik  “Azərbaycan  xalçaları  (1961,  1983,  1987)”,  “Sovet  Azərbaycanı  musiqi 
incəsənətinin  oçerkləri”  (1974,  1976),  “Azərbaycan  tarixi”,  “Azərbaycan  dekorativ-tətbiqi  sənətləri”,  “Cənubi 
Azərbaycan  tarixinin  oçerkləri”  (1985),  “Cənubi  Azərbaycan  tarixinin  məsələləri”  (1991)  və  başqa  ümumiləşdirici 
əsərlər nəşr olunaraq yayılmışdır. 
XX yüzilliyin 70-ci illərində respublika ərazisindəki maddi mədəniyyət abidələri yenidən qeydə alındı, onların 
tədqiqinə, mühafizəsinə və səmərəli istifadə olunmasına diqqət artırıldı. 
Bütün bunlara baxmayaraq ictimai elmlərin inkişafına “hakim ideologiya”-nın güclü təzyiqi ciddi mənfi təsir 
göstərirdi. Xüsusən Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin sovet dövrü birtərəfli öyrənilir, mövcud darin 
ziddiyyətlər  və  onların  kökü,  ictimai  quruluşun,  təsərrüfatçılıq  sisteminin  qüsurları  ilə  bağlı  səbəblər  açıqlanmırdi. 
Məsələn, 70-ci illərdə müttəfiq respublikaların elmlər akademiyalarının tarix institutlarının əksəriyyəti öz xalqlarının 
çoxcildlik  tarixini  hazırlamağı  planlaşdırmışdılar,  о  cümlədən  Azərbaycan  E  A  Rəyasət  Heyəti  da  “Azərbaycan 
tarixi”nin  yazılması  qərarı  ilə  Baş  redaksiya  şurası  yaratmışdı,  cildlərin  redaksiyaları,  müəllifləri  artıq  fəaliyyətə 
başlamışdılar.  Bu  təşəbbüs  Moskvanı  çox  narahat  etmişdi.  Hətta  Sov.  İKP  Mərkəzi  Komitəsində  bu  məsələ 
respublika rəhbərlərinin və tarixçilərinin iştirakı ilə müzakirə olunmuşdu. Müzakirədə hər respublikanın fərdi “çox- 
cildlik”  tarixinin  avazina  regionlar  üzrə  birgə  kitabın  yazılması  məsləhət  görülmüşdü.  Bu  səbəbdən  bir  müddət 
respublikalar üzrə çoxcildlik tarixin yazılması ləngidildi. Ancaq Azərbaycan KP MK-nın birinci katibi H.Ə. Əliyevin 
Moskvaya göndərdiyi məktublardan sonra işə yenidən başlanıldı. Bu sahədə çox böyük işlər görüldü. 
SSRİ dövründə Azərbaycanda elmin maddi-texniki bazasının inkişafına lazımi qədər vəsait ayrılmırdı. Elmə, 
milli  gəlirin  0,4  faizindən  də  az  (SSRİ-də  6  faiz  idi)  vəsait  sərf  olunurdu.  Alimlarin  əməyi  kifayət  qədər 
qiymətləndirilmirdi.  Tədqiqat  aparmaq  üçün  müasir  avadanlıq,  hesablama  texnikası,  cihazlar  çatmırdı.  Alimlara 
xarici ədəbiyyatdan, arxivdən istifadə etmək, beynəlxalq alama çıxmaq çatin idi. Əsərlər mərkəzin diktəsilə yazılırdı. 
[səh. 56-57] 
Azərbaycan  dövləti  öz  müstəqilliyini  yenidən  bərpa  etdikdən  sonra  ictimai  və  humanitar  elmlər  “sovet 
dövrünün  hakim”  ideologiyası  təzyiqindən  xilas  olaraq  yeni,  özü  da  çətin,  ancaq  çox  mühüm,  azad  yaradıcılıq 
dövrünə başladı. Bu sahəyə diqqət artırıldı. 
Keçən əsrin 90-cı illərində Azərbaycan tarixinin an mürəkkəb və mübahisəli problemlərini şərh edən əsərlər 
yazıldı. Bu əsərlər tarix sahəsində elmi fikri daha da zənginləşdirdi. 
Azərbaycan  arxeoloqları  ilk  dəfə  “Azərbaycan  arxeoloji  abidələr  Bankı”nı  yaratdılar.  Qobustan  qayaüstü 
təsvirləri  UNESCO  xətti  ilə  Ümumdünya  Qayaüstü  İncəsənət  Arxivinə  daxil  edildi.  1999-cu  ildə  Elmlər 
Akademiyası  Rəyasət  Heyəti  nəzdində  “Naxçivan  Ensiklopediyası”  redaksiya  heyəti  təşkil  olundu.  2002-ci  ildə 
“Naxçivan Ensiklopediyası” çap edildi. Hamin ildə Tarix Institutunda “Azərbaycanın tarixi coğrafiyası”, “Müstəqil 
Azərbaycan Respublikasinın tarixi”, “Qarabağ tarixi” və digər şöbələr təşkil olundu. Tarix İnstitutunun əməkdaşları 
xarici  dövlətlərin  arxivlərindəki  əhəmiyyətli  tarixi  mənbələri  Azərbaycana  gətirərək,  onu  təhlil  edib  dünya 
ictimaiyyətinə çatdırdılar. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
302 
Ümummilli  liderimiz  Heydər  Əliyev  tarixçi  alimlar  qarşısında  fundamental  “Azərbaycan  tarixi”nin 
yaradılması kimi mühüm vəzifə qoymuşdu. Azərbaycanın siyasi, iqtisadi və mədəni tarixində çox mühüm dövr olan 
XIX və XX əsrlərin tarixinin əhatəli tədqiqi və nəşri üçün xüsusi qrant ayrılmışdı. Respublikanın an görkəmli tarixçi 
alimləri  bu  işə  cəlb  olunmuşdu.  Şərqdə  ilk  demokratik  respublika  olmuş  Azərbaycan  Cümhuriyyətinin  tarixi  geniş 
şəkildə  öyrənilməyə  başlandı.  Tarix  İnstitutunda  “Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixi”  şöbəsi  təşkil  edildi. 
Azərbaycanın siyasət və dövlət xadimləri, generalları, siyasi partiyaları haqqında yeni əsərlər meydana gəldi. 1997-ci 
ildə Azərbaycan EA Rəyasət Heyətin, nəzdində yaradılmış “Azərbaycan tarixi” Baş Redaksiya Şurasının rəhbərliyi 
altında 7 cildlik “Azərbaycan tarixi” hazırlanmış və nəşr olunmağa başlanmışdı. Tarix institutunda “Azərbaycan XX 
əsrin  əvvəllərində.  Müstəqilliyə  aparan  yollar”,  “Azərbaycan  Cümhuriyyəti,  1918-1920”,  “İkinci  Azərbaycan 
Respublikasinın təşkili tarixinə dair”, “Azərbaycan tarixi. 1920-1991” və “Azərbaycan Respublikası: əsrə bərabər on 
il  -  1991-2001”,  “XVIII  yüzillikdə  -  XIX  yüzilliyin  əvvəllərində  Osmanlı  Azərbaycan  münasibətləri”,  Azərbaycan 
Tarixi  Muzeyində  “Azərbaycanda  dövlətçilik  və  onun  rəmzləri”  kitab-albomu,  Arxeologiya  və  Etnoqrafiya 
institutunda  “Azərbaycan  epiqrafik  abidələrinin  korpusu”  və  digər  əsərlər  hazırlanmış,  nəşr  olunaraq  dünya 
ictimaiyyətinə çatdırılmışdır. 
Bəhs  olunan  dövrdə  Ermənistan  azərbaycanlılarının  soyqırımı  və  etnik  tarixi,  ərazilərdən  deportasiyası 
haqqında  çoxsaylı  tədqiqat  işləri  aparılmış,  “Ermənistan  azərbaycanlılarının  tarixi  coğrafiyası”,  “Türklər, 
azərbaycanlılar,  ermənilər:  tarixi  həqiqətin  soyqırımı”  kimi  dəyərli  kitablar  çap  etdirilmişdir.  Dünya  siyasətçisi 
Heydər Əliyevin “Müstəqilliyimiz  əbədidir” adlı çoxcildlik monumental külliyyatı müasir tarixin öyrənilməsi üçün 
çox qiymətli mənbədir. Heydər Əliyev Azərbaycan tarixçilərinin əməyini qiymətləndirərək yazırdı: “Keçid dövrünün 
çətinliklərinə, ağır proseslərə baxmayaraq, biz öz tarixi keçmişimizin çox [səh. 57-58] dəyərli səhifələrini qısa bir 
müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq”. 
Keçən  əsrin  90-cı  illərindən  tarixi  mənbələrin  toplanması  və  araşdırılmasına  diqqət  daha  da  artırıldı. 
Azərbaycanda 7 respublika dövlət arxivi, onların 15 filialı, Naxçivan MR arxivi və 56 rayon dövlət arxivi fəaliyyət 
göstərirdi.  Bu  arxivlərdə  elmin,  mədəniyyətin,  iqtisadiyyatın  və  ictimai  həyatın  ən  müxtəlif  sahələrini  əks  etdirən 
sənədlər  mühafizə  olunurdu.  1999-cu  ilin  iyun  ayında  “Milli  arxiv  fondu  haqqında”  qanun  qəbul  edildi.  2002-ci  il 
dekabrın  2-də  Prezident  Heydər  Əliyev  “Azərbaycan  Respublikasında  arxiv  işinin  təkmilləşdirilməsi  haqqında” 
fərman  verdi.  Baş  Arxiv  İdarəsinin  bazasında  Azərbaycan  Respublikası  Milli  Arxiv  İdarəsi  yaradıldı.  Arxivlərin 
maddi-texniki  bazası  möhkəmləndirildi  və  arxiv  işçilərinin  sosial  vəziyyəti  yaxşılaşdırıldı.  “Azərbaycan  tarixi:  İlk 
mənbələr”, “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı (sənədlər toplusu)” III cilddə, “Naxçivan”; “Gəncə- 
Qarabağ  əyalətinin  icmal dəftəri”,  “Yeni  siyasi  xətt”,  “Azərbaycan  nefti  dünya  siyasətində”,  “Qaçqınlar”  və  digər 
əsərləri,  “Qayıdış  1990-1993”,  “Qəsd”,  “Azərbaycan  milli  Dövlət  quruculuğu  yollarında”,  “Azərbaycan  -  93”  və 
digər qiymətli sənəd və material topluları hazırlanıb nəşr olunmuşdur. 
Tarixçi  alimlər  “Ümumi  türk  tarixinə  giriş”,  “Cənubi  Azərbaycan  tarixinin  qısa  oçerkləri”,  “Güney 
Azərbaycan”  kitablarını  hazırlamış  və  çap  etdirmişlər.  Azərbaycan  tarixçiləri  1999-cu  ildə  Ankarada nəşr olunmuş 
12  cildlik  “Osmanlı”,  2002-ci  ildə  nəşr  olunmuş  21  cildlik  “Türklər”,  10  cildlik  “Genel  Türk  tarihi”  kimi 
fundamental əsərlərin hazırlanmasında iştirak etmişlər. 
Bütün  bunlarla  yanaşı,  “Üzeyir  Hacıbəyov  Ensiklopediyası”,  “Kitabi-Dada  Qorqud  Ensiklopediyası”,  M. 
Füzuli  əsərlərinin  6  cildliyi,  “Azərbaycan  ədəbi  dili  tarixi”  nəşr  edilmişdi.  “Füzuli  Ensiklopediyası”  hazırlanmağa 
başlamışdı.  “XIX  əsr  türk  ədəbiyyatı  oçerkləri”  kitabı  nəşr  olunmuşdu.  Tarix  institutunda  “İrəvan  xanlığı  (Rusiya 
işğalı  və  ermənilərin  Şimali  Azərbaycana  köçürülməsi”;)  “İrəvan  əyalətinin  müvəssər  dəftəri”;  “İrəvan  əyalətinin 
icmal  dəftəri”;  “Qarabağ”  (real  tarix,  sənədlər  və  faktlar)”,  Dilçilik  institutunda  “Azərbaycan  dilinin  orfoqrafik 
lüğəti”,  “Azərbaycan  dilinin  izahlı  lüğəti”,  “Azərbaycan  dilinin  işgüzar  üslubu”  kitabları  hazırlanmışdı. 
Akademiyanın  Dilçilik,  Telekommunikasiya  və  İnformasiya  institutları  birlikdə  “İngiliscə-Azərbaycanca, 
Azərbaycanca-İngiliscə maşın tərcüməsi sistemi” və digər əsərlər nəşr olunmuşdur. 
Görkəmli  Azərbaycan  filosofları,  hüquqşünasları  Azərbaycan  fəlsəfi  fikrinin  və  hüquq  elminin  inkişafında 
mühüm  rol  oynamışlar.  “Azərbaycan  fəlsəfə  tarixi”nin  birinci  cildi  çapdan  çıxmışdır.  “Azərbaycanın  inkişaf 
dinamikası”, “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” və s. əsərlərdə müasir cəmiyyətdə baş verən mürəkkəb 
proseslər  dərindən  təhlil  olunur,  fəlsəfi  baxımdan  mənalandırılır.  Azərbaycan  memarlıq  və  sənətşünaslıq  elminin 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə