Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə195/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   191   192   193   194   195   196   197   198   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
295 
"Dağlıq  Qarabağ:  məxəzlərdən  oxunmuş  tarix"  monoqrafiyasının  başlıca  məziyyətlərindən  bəhs  edərkən 
diqqəti, ilk növbədə, müəllifin bir sıra ən mühüm elmi uğurlarına cəlb etmək istərdim. 
Hər  şeydən  əvvəl,  akademik  Ramiz  Mehdiyev  müxtəlif dillərdə  olan ilk  mənbələrdəki, o  cümlədən  erməni 
mənbələrindəki  və  erməni  tarixçilərinin  əsərlərindəki  çoxsaylı  faktlara  söykənərək  müasir  erməni 
saxtakarlarının  uydurduqları  əsas  "dəlili"  onların  əlindən  alır,  ermənilərin  guya  Cənubi  Qafqazın  "aborigen 
əhalisi"  olması  barədəki  saxta  erməni  uydurmalarını  alt-üst  edir.  Müəllif  düzgün  olaraq  belə  bir  əsaslı  elmi 
nəticəyə  gəlir  ki,  ermənilər  böyük  dövlətlərin  Cənubi  Qafqazda  möhkəmlənmək  uğrunda  apardıqları  rəqabət 
mübarizəsinin  gedişində  çar  Rusiyası  tərəfindən  Qacarlar  İranı  və  Osmanlı  imperiyasına  qarşı  gələcək 
müharibələrdə  istifadə  olunmaq  üçün  bir  alət  olaraq  Cənubi  Qafqaza,  o  cümlədən  Şimali  Azərbaycan 
torpaqlarına köçürülüb gətirilmişdir. Müəllif Azərbaycanın tarixi müqəddəratı üçün çox ağır nəticələr verən bu 
tarixi  prosesin  məhz  14  may  1805-ci  il  tarixli  Kürəkçay  müqaviləsi  ilə  başlandığını  qeyd  edir.  Bu,  tamamilə 
doğru elmi nəticədir. Tarix İnstitutunda Kürəkçay müqaviləsi ilə bağlı aparılan elmi axtarışlar da sübut edir ki, 
Qarabağ  xanlığının  çar  Rusiyasının  tərkibinə  keçdiyini  təsdiqləyən  bu  müqavilə  Rusiya  imperiyası  ilə 
Azərbaycan dövləti olan Qarabağ xanlığı arasında bağlanmışdı. Bu traktatda bir yerdə də olsa belə nə "erməni" 
sözü işlədilir, nə də "ermənilərdən" bəhs olunur! Akademik Ramiz Mehdiyevin yazdığı kimi, həmin müqavilə 
imzalanarkən  Qarabağ  xanlığının  qədim  yerli  əhalisi  Azərbaycan  türklərindən  ibarət  idi.  Ümumiyyətlə, 
Türkmənçay  müqaviləsinin  bağlanmasına  qədər  Cənubi  Qafqaz  əhalisinin  böyük  əksəriyyəti  müsəlmanlardan 
ibarət  idi  ki,  onların  da  içərisində  Azərbaycan  türkləri  üstünlük  təşkil  edirdi.  Akademik  Ramiz  Mehdiyevin 
gəldiyi bu mühüm elmi nəticə həm tarixi həqiqətdir, həm də bütün dillərdə olan ilk mənbələrin məlumatları ilə 
təsdiq olunur. 
Müəllif  erməni  saxtakarlarını  sonadək  ifşa  etmək  üçün  düzgün  olaraq,  öz  əsərində  ermənilərin  Cənubi 
Qafqaza  köçürülüb  gətirilməsinə  "Ermənilərin  Cənubi  Qafqaza  miqrasiyası"  adlı  ayrıca  başlıq  ayırmışdır. 
Həmin  başlıqda  Rusiya  imperiyasının  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazilərində  yaratdıgı  "Erməni 
vilayəti"ndən  tutmuş  ayrı-ayrı  dövrlərdə  Osmanlı  imperiyası  və  Qacarlar  İranından  Azərbaycan  torpaqlarına 
köçürülmüş  ermənilərin  sayı,  özünə  "vətən"  axtaran  bu  köçəri  etnosun  Şimali  Azərbaycanda,  o  cümlədən 
keçmiş  İrəvan  və  Qarabağ  xanlıqlarının  ərazilərində  oturaqlaşdırılması,  çar  Rusiyası  müstəmləkəçilərinin 
hərtərəfli  yardımı  ilə  aborigen  əhali  olan  Azərbaycan  türklərinin  sıxışdırılıb  doğma  torpaqlarından  didərgin 
salınması,  xalqımıza  qarşı  törədilən  soyqırımları,  deportasiyalar,  min  illərlə  mövcud  olmuş  Azərbaycan 
toponimlərinin  erməniləşdirilməsi,  bu  iyrənc  və  məqsədyönlü  "siyasətin"  bu  gün  Dağlıq  Qarabağda  da  davam 
etdirilməsi  barədə  zəngin  faktik  material  verilir.  Düşünürəm  ki,  Ramiz  Mehdiyevin  bu  elmi  uğuru  erməni 
saxtakarlarına sarsıdıcı zərbədir. 
Yeri gəlmişkən, çox yaxşı haldır ki, müəllif ermənilərin bizim torpaqlarımıza - Şimali Azərbaycana 1828-ci 
ildən  etibarən  köçürülüb  gətirilməsini  sübut  etməklə  kifayətlənmir.  Tarixin  daha  dərin  qatlarına  enir,  "tarixin 
atası" Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis və digər dillərdəki ilk məxəzlərə, elmi 
ədəbiyyata  istinad  edərək  ermənilərin  Asiya  qitəsinin  də  yerli  əhalisi  olmadığını,  onların  Kiçik  Asiyaya 
kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiyini açıqlayır. Və öz kitabının oxucularına belə bir 
tarixi  həqiqəti  yetirir  ki,  erməni  etnosu  və  onun  dili,  əlifbası  ayrı-ayrı  dövrlərdə  frigiya,  yunan,  Suriya,  İran 
mənşəli  etnosların  təsiri  ilə  və  onların  qarışığından  yaranmışdır.  Bu  gün  ermənilərin  özlərinə  aid  etdiyi 
"mədəniyyət", hətta "erməni" adının özü belə onların özlərinə - haylara aid deyil, oğurluqdur. 
Bu da bir inkarolunmaz tarixi həqiqətdir ki, Şimali Azərbaycana köçürüldükdən sonra ermənilər Azərbaycan 
xalqının da güclü mədəni təsirinə məruz qalmış, bu dəfə Azərbaycan mədəniyyətinin ayrı-ayrı nadir incilərini 
oğurlayıb "özəlləşdirməklə" məşğul olmuşlar. Bu iyrənc peşəni indi də davam etdirirlər.  
Akademik  Ramiz  Mehdiyev  ermənilərin  Cənubi  Qafqaza,  o  cümlədən  Şimali  Azərbaycan  torpaqlarına 
köçürülüb  gətirilmə  etnos  olduğunu  sübut  etmək  üçün  antropoloji  və  arxeoloji  tədqiqatların  nəticələrini  öz 
tədqiqatına  geniş  surətdə  cəlb  etmişdir.  Və  bütün  aydınlığı  ilə  aşkara  çıxarmışdır  ki,  müasir  Ermənistanda  - 
keçmiş  İrəvan  xanlığının  ərazisində  aparılan  arxeoloji  qazıntılar  da  təsdiq  edir  ki,  180-200  il  bundan  əvvəl 
həmin  torpaqlarda  ermənilər  yaşamamışlar.  Ermənilər  antropoloji  tip  olaraq  da  bu  torpaqlara  yad  etnosdur. 
Görkəmli  alim  bu  həqiqəti  sübut  etmək  üçün  daha  dərinə  gedərək  zaman-zaman  büruzə  verən  "erməni 
xəstəliyinin"  də  Aralıq  dənizi  boyu  ölkələr  üçün  xarakterik  olduğunu,  ümumiyyətlə,  Qafqaz  üçün  yad  bir 
xəstəlik olduğunu qeyd edir. 
Beləliklə, akademik Ramiz Mehdiyevin çoxsaylı ilk mənbələrə əsaslanaraq apardığı kompleks araşdırmalar 
bir daha sübut edir ki, ermənilərin Cənubi Qafqazın guya "aborigen etnosu olması", "erməni tarixinin" qədim 
Urartu mədəniyyətinə pərçimlənməsi erməni saxtakarlarının heç bir elmi əsası olmayan uydurmasıdır. 
Əlbəttə, bir yazıda haqqında bəhs etdiyimiz qiymətli tədqiqatın bütün məziyyətlərini əhatə etmək mümkün 
deyil.  Lakin  alimin  yeni  monoqrafiyasında  öz  əksini  tapmış  bir  mühüm  elmi  nəticəni  mütləq  oxucuların 
diqqətinə çatdırmaq istərdim. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə