Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə196/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   192   193   194   195   196   197   198   199   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
296 
Akademik Ramiz Mehdiyev ilk  mənbələrdə deyil, müxtəlif tədqiqatçıların əsərlərində "Qafqaz Albaniyası" 
adlandırılan Azərbaycan Albaniya dövlətinin tarixinə də aydınlıq gətirir. Bu müasir mərhələdə tarixşünaslığımız 
üçün çox mühüm məqamdır. Məsələ burasındadır ki, erməni saxtakarlarının təhriki ilə antiazərbaycan qüvvələri 
vaxtaşırı qonşu ölkələrin paytaxtlarına və ayrı-ayrı şəhərlərinə toplaşaraq "Albaniya", "Arran" və "Azərbaycan" 
tarixinə  həsr  olunmuş  "elmi"  konfranslar  keçirir  və  Şimali  Azərbaycan  ərazisini  əhatə  edən  Albaniyanı 
Azərbaycan  tarixindən  ayırmağa  çalışır,  Albaniyanı  tarixən  Qafqaz  xalqlarının,  daha  doğrusu,  Dağıstan-Nax 
qrupuna  daxil  olan  xalqların,  həmçinin  ermənilərin  yaşadığı  ölkə  kimi  təqdim  edir,  Albaniya  ərazisinin  guya 
tarixi Azərbaycan torpaqlarına aid olmadığını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. 
Beləliklə,  vaxtı  ilə,  xüsusilə  sovet  dövründə  Qafqaz  xalqları  arasına  nifaq  salmaq  üçün  xüsusi  niyyətlə 
"Albaniya" termininin  əvvəlinə  əlavə  olunmuş  coğrafi  məkan  mənasını  bildirən "Qafqaz"  terminindən istifadə 
edərək belə bir iddia irəli sürürlər ki, guya Albaniya Azərbaycan dövləti deyil və bunun Azərbaycan xalqına heç 
bir  aidiyyəti  yoxdur.  Bu  baxımdan  Ramiz  Mehdiyevin  öz  əsərində  Qafqaz  Albaniyasını  əsasən  Şimali 
Azərbaycan  (müasir  Azərbaycan)  ərazisi  ilə  eyniləşdirməsi  və  buna  dair  ilk  mənbələrdən  çoxsaylı  faktlar 
gətirməsi təqdirəlayiq haldır. 
Alim  yuxarıda  qeyd  etdiyimiz  və  tarixşünaslığımız  üçün  olduqca  prinsipial  əhəmiyyət  kəsb  edən  bu 
məsələyə öz əsərində iki başlıq ayırmışdır. Həmin başlıqlarda Ramiz Mehdiyev ilk mənbələrin, o cümlədən ərəb 
məxəzlərinin zəngin faktik materialına istinad edərək dərin elmi əsaslarla saxtakarların daşını daş üstə qoymur. 
Alim Azərbaycanın, o cümlədən Şimali Azərbaycanın (Albaniyanın)  ən qədim  zamanlardan türklərin yaşadığı 
ölkə olduğunu oxucuların diqqətinə çatdırır, ilk mənbələrdən çoxlu iqtibaslar gətirir və gəldiyi elmi nəticənin 
doğruluğuna  şübhə  yeri  qoymur.  Bununla  da  Ramiz  Mehdiyev  tariximizdən,  o cümlədən  Albaniya  tarixindən 
kimmerlərin,  iskitlərin,  sakların,  hunların,  xəzərlərin,  oğuz  və  qıpçaq  türklərinin  rolunu  "silib  atmağa"  çalışan 
saxtakarlara öz kəskin və əsaslı elmi iradını bildirir və bununla da 1300 il bundan əvvəl "Dədə Qorqud" dastanı 
kimi  qəhrəmanlıq  eposu  yaradan  doğma  xalqının  zəngin  tarixinin  müdafiəsinə  qalxır,  prinsipial  vətəndaşlıq 
mövqeyindən çıxış edir. Azərbaycanlıların tarixən öz qonşularına nisbətən daha çox və uzunmüddətli dövlətçilik 
ənənələrinə, özü də mərkəzləşdirilmiş dövlətlərə malik olduğunu göstərir. Akademik Ramiz Mehdiyev rusdilli 
oxucuların  diqqətinə  onu  da  yetirməyi  unutmur  ki,  uzun  tarixi  dövr  ərzində  öz  tarixi  türk  adını  daşıyan 
Azərbaycan  türkləri  Stalin  diktaturası  illərində  "azərbaycanlılar"  adlandırıldı.  Müəllif  tamamilə  haqlı  olaraq 
qeyd edir ki, bu çirkin addım Azərbaycan xalqını biryolluq öz türk kökündən ayrı salmaq məqsədi ilə həyata 
keçirilən "uzaqgörən" siyasətin nəticəsi idi. 
Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı, eyni zamanda, alimin 
elmi-nəzəri  və  fəlsəfi  ümumiləşdirmələri  baxımından  da  Azərbaycan  elminin  böyük  nailiyyətidir.  Əsərin 
müəllifi  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsini  müxtəlif  "sivilizasiyaların,  dinlərin 
qarşıdurması" kimi təqdim etməyə çalışan başabəla siyasətçilərə də öz nəzəriyyəçi-filosof sözünü deyir, fikrini 
sübut etmək üçün xalqımızın qədim tolerantlıq tarixindən çox maraqlı faktlar gətirir, bədxahlarımızın diqqətinə 
çatdırır  ki,  vaxtilə  Azərbaycan  torpağı  olan  və  azərbaycanlıların  mütləq  əksəriyyət  təşkil  etdiyi  müasir 
Ermənistan  ərazisində  hazırda  bir  nəfər  də  olsun  azərbaycanlı  və  qeyri-erməni  xalqlarının  nümayəndəsi 
qalmamışdır. Bəs buna necə qiymət vermək lazımdır?! 
Şübhə etmirəm ki, görkəmli Azərbaycan alimi akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən 
oxunmuş  tarix"  kitabı  tarixşünaslığımızın  tarixində  mühüm  hadisədir.  Bu  əsər  Azərbaycan  Prezidenti  İlham 
Əliyevin  tarix  elmimizin  inkişafı  ilə  bağlı  qarşıya  qoyduğu  vəzifələrin  yerinə  yetirilməsində  də  irəliyə  doğru 
atılmış mühüm addımdır. Bu qiymətli əsər bir daha sübut edir ki, müasir mərhələdə Azərbaycanda tarix elmi 
doğru yoldadır. Tarixi keçmişimiz müstəqillik dövrünün tələblərinə uyğun olaraq yeni ruhda yazılır, uydurma 
konsepsiyaların zərərli nəticələrindən, saxtakarlıqlardan və təhriflərdən uğurla təmizlənir. 
Elmi  ictimaiyyətimizi  akademik  Ramiz  Mehdiyevin  bu  qiymətli  əsərinin  işıq  üzü  görməsi  münasibətilə 
təbrik edir, uzaq tələbəlik illərindən yaxından tanıdığım görkəmli alimimizə tarix elminin inkişafı naminə bu cür 
yüksək və prinsipial vətəndaşlıq mövqeyindən yazılmış yeni-yeni əsərlər arzulayıram. 
 
Azərbaycan”.-2014.-5 sentyabr.-N 192.-S.4. 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
297 
 
Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanın işğal altındakı digər rayonlarında apardığı 
“erməniləşdirmə” siyasəti 
 
“Erməniləşdirmə”nin tarixi kökləri 
Qafar ÇAXMAQLI
 Müstəqil Araşdırmaçı Jurnalistər Liqasının rəhbəri,  
siyasi elmlər üzrə fəlsəfə doktoru 
 
“Dağlıq  Qarabağ  haradadır?”  sualına  çağdaş  coğrafiya  elminin  birmənalı  cavabı  belədir”:  “Bu  bölgə 
Azərbaycanın mərkəzində yerləşir və digər Azərbaycan bölgələri, ilk növbədə isə Aran Qarabağla minbir tellə 
bağlıdır”. Bəs tarix nə deyir? 
Rus  işğalından  az  sonra  Qarabağ  xanlığı  1822-ci  ildə  ləğv  edilib  əyalətə  çevrilmişdi.  1836-cı  ildə  Sankt-
Peterburqda  nəşr  edilmiş  “Obozreniye”də  Qarabağ  əyalətinin  sərhədləri  və  sahəsi  (13  min  kvadratverst) 
verilmiş, onun xeyli hissəsinin dağlarla örtüldüyü qeyd olunmuşdu. 
Çarizmin  apardığı  işğalçı  müharibələr  nəticəsində  XIX  əsrin  20-30-cu  illərindən  etibarən  Cənubi  Qafqaza 
köçürülərək  yerləşdirilmiş  ermənilər  bir  müddət  sonra  silahlı  dəstələrini  yaradaraq  azərbaycanlıları  təhdid 
etməyə,  böhranlı  anlarda  onlara  qarşı  kütləvi  qırğınlar  həyata  keçirməyə  başladılar.  1918-ci  ildə  Cənubi 
Qafqazda  heç  bir  zaman  olmayan  Ermənistan  adlı  bir  dövlət  elan  edildi.  Azərbaycanlılara  qarşı  terror  və 
soyqırımı Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırıldı. 1920-ci ildə Azərbaycan və Ermənistan bolşevik 
Rusiyası  tərəfindən  işğal  edilib  sovetləşdirildikdən  sonra  da  ermənilərin  azərbaycanlılara  məxsus  torpaqlara 
yerləşdirilməsi, onların sıxışdırılması, Azərbaycan ərazilərinin Ermənistana verilməsi siyasəti davam etdirildi. 
Bununla əlaqədar olaraq Azərbaycan SSR xalq ədliyyə komissarı Behbud ağa Şahtaxtlı Rusiya Kommunist 
(bolşevik)  Partiyası  Mərkəzi  Komitəsinə  (RK(b)P  MK)  yazırdı  ki,  Zəngəzurda  123  min  95  nəfər 
azərbaycanlının,  99  min  257  nəfər  erməninin  yaşamasına  baxmayaraq,  1920-ci  il  noyabrın  30-da  Zəngəzur 
qəzasının qərb hissəsi Ermənistana verilmişdir. Bununla da Azərbaycanın Naxçıvan bölgəsi ilə, Türkiyənin isə 
türk  dünyası  ilə  quru  əlaqəsi  kəsildi.  Sovet  Ermənistanında  yaşayan  azərbaycanlılara  qarşı  yürüdülən  siyasət 
Daşnaksütyunun hakimiyyəti illərindəkindən o qədər də fərqlənmirdi. 
Sayca  Azərbaycandakı  ermənilərdən  çox  olmalarına  baxmayaraq,  Ermənistanda  tarixi  ərazilərdə  yaşayan 
azərbaycanlılara  muxtariyyət  verilmədi.  Azərbaycanda  isə  ermənilər  üçün  muxtariyyət  yaradıldı.  RK(b)P  MK 
Qafqaz bürosu plenumunun 1921-ci il iyulun 5-də keçirilən iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edildi. 
Azərbaycanlılarla ermənilər arasında milli sülhün zəruriliyi, Yuxarı və Aran Qarabağın Azərbaycan ilə iqtisadi 
əlaqəsi nəzərə alınaraq Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı. 
Azərbaycan SSR 1922-ci ildə ZSFSR-ə qəbul olunanadək Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi Rusiya 
imperiyasının müəyyənləşdirdiyi sərhədlərində və Şərur-Dərələyəz qəzasının üçdə iki hissəsi artıq Ermənistana 
verilmişdi.  ZSFSR-ə  qəbul  edildikdən  sonra  isə  Qazax  qəzasının  bir  hissəsi,  Cəbrayıl  qəzasının  və  Naxçıvan 
Muxtar  Sovet  Sosialist  Respublikasının  bəzi  kəndləri  Ermənistanın  tərkibinə  qatıldı.  Beləliklə,  1918-1920-ci 
illərdə  Azərbaycanın  113895,  97  kvadratkilometr  ərazisindən  sovet  dövründə  yalnız  86,6  min  kvadratkilometr 
qaldı.  “Dağlıq  Qarabağ”  ifadəsi  Birinci  dünya  müharibəsinin  sonlarında  terminləşməyə,  yəni  konkret  siyasi 
məna kəsb etməyə başlayıb. Muxtar vilayətin ərazisi 4,4 min   kvadratkilometrdir. 1970-ci ildə DQMV-də 150 
mindən bir qədər artıq əhali yaşayırdı. Vilayətin tərkibinə Xankəndi şəhəri, Əsgəran, Hadrut, Ağdərə, Martuni, 
Şuşa rayonları daxil idi. 
Öz saxtakarlıqlarından əl çəkməyən ermənilərin və Ermənistanın bu və ya digər formada Azərbaycana qarşı 
təcavüzü  bu  gün  də  davam  edir.  Azərbaycanın  işğal  edilmiş  ərazilərindəki  qondarma  rejim  Ermənistan 
Respublikası  tərəfindən  bölgənin  azərbaycanlı  icmasına  qarşı  etnik  təmizləmə  siyasəti  nəticəsində  yaradılmış 
qanunsuz strukturdur. Müasir dövrdə özünü “sivil” dövlət kimi qələmə verən Ermənistanın Azərbaycana qarşı 
təcavüzü,  soyqırımı,  öz  mənfur  niyyətlərinə  çatmaq  üçün  həyata  keçirdikləri,  törətdikləri  hər  bir  əməl  təkcə 
Azərbaycana  deyil,  bütün  bunlara  göz  yuman  dünya  ictimaiyyətinə  meydan  oxumaq  deməkdir.  Bu  işğal 
nəticəsində Azərbaycanın 20 mindən artıq insanı həlak olmuşdur, 20 faiz ərazisi işğal edilmişdir. 
Dağlıq Qarabağa və çevrəsindəki 7 Azərbaycan rayonuna ermənilərin yerləşdirilməsi fəaliyyətinə ötən əsrin 
90-cı  illərinin  ortalarından  başlanılmışdır.  Münaqişə  zamanı  keçmiş  muxtar  vilayətin  rayon  və  kəndlərindən 
çıxarılan  50  mindən  artıq  azərbaycanlının  evi  talan  edilmiş,  yağmalanmışdı.  Şuşa  kimi  mədəni  səviyyəsi  çox 
yüksək  olan  bir  şəhərə  ermənilər  divan  tutdular.  Burada  Azərbaycan  adına  hər  şeyin  məhv  edilməsinə,  türk 
izinin itirilməsinə başlandı . Böyük bir mədəniyyət mərkəzi məhv edildi. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə