Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə198/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   194   195   196   197   198   199   200   201   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
299 
Bu  məqsədlə,  qətnamə  tərəflərin  əməkdaşlığa  hazır  olduğunu  vurğulayaraq,  BMT  sisteminin  təşkilat  və 
proqramlarını, xüsusilə də BMT-nin Ətraf Mühit Proqramını ATƏT-lə əməkdaşlıq etməyə çağırdı. ATƏT-in 4-
12  oktyabr  2006-cı  il  tarixlərində  həyata  keçirdiyi  faktaraşdırıcı  missiyası  yanğınların  zərər  çəkmiş  ərazilərin 
ətraf  mühitinə  qısa  və  uzunmüddətli  ziyanını  dəyərləndirdi  və  “yanğınların  ətraf  mühit  və  iqtisadiyyata  zərər 
verdiyini və insan sağlamlığı və təhlükəsizliyinə təhlükə yaratdığını” təsdiq etdi. 
14  mart  2008-ci  il  tarixində  BMT  Baş  Məclisi  özünün  62-ci  sessiyasında  Azərbaycanın  işğal  olunmuş 
ərazilərində  vəziyyətə  dair  A/RES/62/244  saylı  qətnamə  qəbul  etdi.  Azərbaycan  Respublikasının  Dağlıq 
Qarabağ bölgəsi və ətrafındakı silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətdiyindən ciddi 
narahatlıq  keçirən  BMT  Baş  Məclisi  Azərbaycan  Respublikasının  suverenliyini  və  beynəlxalq  səviyyədə 
tanınmış  sərhədlərinin  toxunulmazlığına  güclü  dəstəyini  bir  daha  təsdiq  edərək,  erməni  qoşunlarının 
Azərbaycan  Respublikasının  bütün işğal  olunmuş  ərazilərindən  dərhal, tam  və  qeyd-şərtsiz  çıxarılmasını tələb 
etdi. 
 Baş  Məclis,  eyni  zamanda,  işğal  olunmuş  ərazilərdən  qovulmuş  əhalinin  öz  yurd-yuvalarına  qayıtma 
hüququnu  bir  daha  təsdiq  etdi.  Qətnamə  həmçinin  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  bölgəsinin 
erməni və azərbaycanlı icmalarına Azərbaycan Respublikası tərkibində səmərəli demokratik özünüidarə sistemi 
yaratmağa  imkan  verəcək  normal,  təhlükəsiz  və  bərabər  əsaslarda  yaşama  şəraitinin  təmin  edilməsinin 
zəruriliyini  dilə  gətirdi.  Baş  Məclis  Azərbaycan  Respublikasının  ərazilərinin  işğalı  nəticəsində  yaranmış 
vəziyyəti  heç  bir  dövlətin qanuni  hesab  edə  bilməyəcəyini  və  işğal  olunmuş  ərazilərə  heç  bir  dövlətin  yardım 
göstərə  bilməyəcəyini  də  qeyd  etdi.  Bütün  bunlara  baxmayaraq,  digər  hərbi  işğal  hallarında  olduğu  kimi, 
Ermənistan  işğal  olunmuş  ərazilərdə  “seçkilər”  və  “referendumlar”  keçirərək,  işğal  etdiyi  ərazilərdə  baş 
verənlərlə bağlı öz rolunu ört-basdır etməyə çalışır. Buna misal olaraq 10 dekabr 2006-cı il tarixli “Konstitusiya 
referendumu”nu və 19 iyul 2007-ci il tarixli “prezident seçkiləri”ni və sonrakı illərdə edilmiş qanunsuz seçkiləri 
göstərmək  olar.  Beynəlxalq  ictimaiyyət  bu  kimi  qeyri-qanuni  hallar  və  onların  sülh  prosesinə  mənfi  təsiri  ilə 
bağlı özünün birmənalı və prinsipial mövqeyini ifadə etmiş, eləcə də Azərbaycanın ərazi bütövlüyünə hörmətini 
bir daha təsdiq etmişdir. 
 
Xalq qəzeti”.-2014.-6 noyabr.-N 242.-S.6. 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
300 
 
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi sovet və Rusiya tarixşünaslığında 
 
Havva Məmmədova, 
tarix elmləri doktoru, professor mamedova@mail.ru 
Nazim Məmmədov, 
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun a. e. i., tarix elmləri doktoru n.@yahoo.com 
 
Azərbaycan  tarixi  üçün  həlledici  hadisələr-iqtisadi,  siyasi,  tarixi  cəhətdən  önəmli  hadisələr  düzgün 
araşdırılmalıdır. Bu bizim üçün lazımdır. Bu günümüz üçün önəmlidir, gələcəyimiz üçün vacibdir. 
İlham ƏLİYEV 
 
Açar sözlər: Azərbaycan, Dağlıq Qarabağ, Ermənistan, tarix, münaqişə, arxiv sənədləri. 
Ключевые  слова:  Азербайджан,  Нагорный  Карабах,  Армения,  история,  конфликт,  документы  из 
архива. 
Key words: Azerbaijan, Nagorni Karabakh, Armenia, history, conflict, archives documents. 
 
Azərbaycan  SSR-in  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  (1923-1991-ci  i1lər)  tarixi  -  Vətən  tarixinin  ən 
mürəkkəb  və  ziddiyyətli  bir  dövrünü  əhatə edir.  Bu  dövrün  1920-1930-cu  illərində  Azərbaycanda (həmçinin  onun 
ayrılmaz  bir  hissəsi  olan  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində)  idarəçiliyin  yeni  sistemi  yaranmış,  iqtisadiyyatda, 
cəmiyyətin  ictimai-siyasi  həyatında,  mədəni-mənəvi  aləmində  köklü  dəyişikliklər  baş  vermişdir.  Eyni  zamanda 
hamin  dövrün  xarakterik  xüsusiyyətlərindən  biri  də  1941-1945-ci  illəri  əhatə  edən  Böyük  Vətən  müharibəsi  illəri, 
1946-1991-ci illərdə isə quruculuq, mürəkkəb, ziddiyyətli inkişafla xarakterizə olunmuşdur. Yenidən, hərtərəfli dərin 
təhlil  edilməsinə  və  qiymətləndirilməsinə  ehtiyac  olan  əsas  problemlərə  peşəkar  tarixçilərin  prinsipial  elmi 
münasibətlərinin  müəyyənləşdirilməsi  mə-  [səh.  54-55]  sələsi  bu  gün  daha  kəskin  xarakter  almışdır.  Bəhs  olunan 
dövrdə Dağlıq Qarabağda sovet hakimiyyətinin qurulmasını şərtləndirən amillər - “kollektivləşdirmə, sənayeləşdirmə 
və  mədəni  quruculuq”  azərbaycanlılara  qarşı  repressiyalar,  dini-milli  adət-ənənələrə  qarşı  mübarizə,  süni  surətdə 
azərbaycanlıların  sayının  azaldılması,  Azərbaycanın  qədim  yer  adlarının  erməniləşdirilməsi,  Dağlıq  Qarabağın 
Azərbaycandan  qoparmaq  cəhdləri  və  onun  törətdiyi  ağır  nəticələr,  erməni  və  ruslardan  ibarət  totalitar  rejimin 
bərqərar  olması,  Azərbaycanın  ərazi  bütövlüyünün  pozulması  və  digər  məsələlərin  analitik  təhlili  və  düzgün, 
obyektiv qiymətləndirilməsi mövzunun aktuallığını şərtləndirən amillərdir. 
Azərbaycanın  Dağlıq  „Qarabağ  bölgəsinin  tarixinin  tədqiqi  son  dövrlər  daha  ciddi  xarakter  almışdır.  Dövlət 
başçımızın  bu  sahəyə  diqqət  və  qayğısı  bu  işi  daha  da  sürətləndirmişdir.  Belə  ki,  Azərbaycan  Respublikasının 
Prezidenti Ilham Əliyev 27 aprel 2011-ci ildə AMEA-nın illik ümumi yığıncağındakı çıxışında göstərmişdir ki, “Bu 
gün tarix elmləri ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. 
Man çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı asarlar yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq 
Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin 
tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət 
cavab  verərək  qısa  müddət  ərzində  Dağlıq  Qarabağın  tarixi  ilə  bağlı  Çox  gözəl  və  real  faktlara  əsaslanmış  əsərlər 
yaratmışlar... Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq 
Qarabağ bütövlükdə işğal edilib. Dağlıq Qarabağ azali Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə 
qarşı işə salınıbdır. Biz sübut etməliyik ki, Ermənistan da, Dağlıq Qarabağ da bizim torpaqlardır. Bu sahədə görülən 
işlərlə  kifayətlənmək  olmaz.  Dəyərli  elmi araşdırmalar, elmi  əsərlər,  kitablar  yazilmalıdır  və  mən  deyərdim  ki,  bu 
çox vacibdir. Bu sahədə xeyli işlər görülmüşdür və çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işimizi 
daha da gücləndirilməli, müasirləşdirməliyik. Həlli vacib olan məsələlərə nəinki alimlərimiz, hesab edirəm ki, bütün 
ictimaiyyət fəal qoşulmalıdır” (səh. 5, 6, 18). Əlbəttə, Prezidentimizin yuxarıdakı darin məzmunlu çıxışı bizim üçün 
mühüm məramnamə rolunu oynamaqla, mövzunun aktuallığında şübhə yeri qoymur. 
Qeyd  edək  ki,  XX  yüzilliyin  70-80-ci  illərində  humanitar-ictimai  elmlər  sahəsində  mühüm  nailiyyətlər  əldə 
edilmişdir. Ramiz Mehdiyev, Ziya Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Yaqub Mahmudov, Tofiq Vəliyev, Adil 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə