Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
300
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi sovet və Rusiya tarixşünaslığında
Havva Məmmədova,
tarix
elmləri doktoru, professor mamedova@mail.ru
Nazim Məmmədov,
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun a. e. i., tarix elmləri doktoru n.@yahoo.com
Azərbaycan tarixi üçün həlledici hadisələr-iqtisadi, siyasi, tarixi cəhətdən önəmli hadisələr düzgün
araşdırılmalıdır. Bu bizim üçün lazımdır. Bu günümüz üçün önəmlidir, gələcəyimiz üçün vacibdir.
İlham ƏLİYEV
Açar sözlər: Azərbaycan, Dağlıq Qarabağ,
Ermənistan, tarix,
münaqişə, arxiv sənədləri.
Ключевые слова: Азербайджан, Нагорный Карабах, Армения, история, конфликт, документы из
архива.
Key words: Azerbaijan,
Nagorni Karabakh, Armenia, history,
conflict, archives documents.
Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (1923-1991-ci i1lər) tarixi - Vətən tarixinin ən
mürəkkəb və ziddiyyətli bir dövrünü əhatə edir. Bu dövrün 1920-1930-cu illərində Azərbaycanda (həmçinin onun
ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində) idarəçiliyin yeni sistemi yaranmış, iqtisadiyyatda,
cəmiyyətin ictimai-siyasi həyatında, mədəni-mənəvi aləmində köklü dəyişikliklər baş vermişdir. Eyni zamanda
hamin dövrün xarakterik xüsusiyyətlərindən biri də 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi illəri,
1946-1991-ci illərdə isə quruculuq, mürəkkəb, ziddiyyətli inkişafla xarakterizə olunmuşdur. Yenidən, hərtərəfli dərin
təhlil edilməsinə və qiymətləndirilməsinə ehtiyac olan əsas problemlərə peşəkar tarixçilərin prinsipial elmi
münasibətlərinin müəyyənləşdirilməsi mə- [səh. 54-55] sələsi bu gün daha kəskin xarakter almışdır. Bəhs olunan
dövrdə Dağlıq Qarabağda sovet hakimiyyətinin qurulmasını şərtləndirən amillər - “kollektivləşdirmə, sənayeləşdirmə
və mədəni quruculuq” azərbaycanlılara qarşı repressiyalar, dini-milli adət-ənənələrə qarşı mübarizə, süni surətdə
azərbaycanlıların sayının azaldılması, Azərbaycanın qədim yer adlarının erməniləşdirilməsi, Dağlıq Qarabağın
Azərbaycandan qoparmaq cəhdləri və onun törətdiyi ağır nəticələr, erməni və ruslardan ibarət totalitar rejimin
bərqərar olması, Azərbaycanın ərazi bütövlüyünün pozulması və digər məsələlərin analitik təhlili və düzgün,
obyektiv qiymətləndirilməsi mövzunun aktuallığını şərtləndirən amillərdir.
Azərbaycanın Dağlıq „Qarabağ bölgəsinin tarixinin tədqiqi son dövrlər daha ciddi xarakter almışdır. Dövlət
başçımızın bu sahəyə diqqət və qayğısı bu işi daha da sürətləndirmişdir. Belə ki, Azərbaycan Respublikasının
Prezidenti Ilham Əliyev 27 aprel 2011-ci ildə AMEA-nın illik ümumi yığıncağındakı çıxışında göstərmişdir ki, “Bu
gün tarix elmləri ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət göstəririk.
Man çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı asarlar yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin
tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət
cavab verərək qısa müddət ərzində Dağlıq Qarabağın tarixi ilə bağlı Çox gözəl və real faktlara əsaslanmış əsərlər
yaratmışlar... Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq
Qarabağ bütövlükdə işğal edilib. Dağlıq Qarabağ azali Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə
qarşı işə salınıbdır. Biz sübut etməliyik ki, Ermənistan da, Dağlıq Qarabağ da bizim torpaqlardır. Bu sahədə görülən
işlərlə kifayətlənmək olmaz. Dəyərli elmi araşdırmalar, elmi əsərlər, kitablar yazilmalıdır və mən deyərdim ki, bu
çox vacibdir. Bu sahədə xeyli işlər görülmüşdür və çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işimizi
daha da gücləndirilməli, müasirləşdirməliyik. Həlli vacib olan məsələlərə nəinki alimlərimiz, hesab edirəm ki, bütün
ictimaiyyət fəal qoşulmalıdır” (səh. 5, 6, 18). Əlbəttə, Prezidentimizin yuxarıdakı darin məzmunlu çıxışı bizim üçün
mühüm məramnamə rolunu oynamaqla, mövzunun aktuallığında şübhə yeri qoymur.
Qeyd edək ki, XX yüzilliyin 70-80-ci illərində humanitar-ictimai elmlər sahəsində mühüm nailiyyətlər əldə
edilmişdir. Ramiz Mehdiyev, Ziya Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Yaqub Mahmudov, Tofiq Vəliyev, Adil