Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə200/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   196   197   198   199   200   201   202   203   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
303 
inkişafında  da  böyük  uğurlar  olmuşdur.  Elm  sahəsində  nailiyyətlər  respublikada  iqtisadiyyatın,  mədəniyyətin 
inkişafını və mənəvi həyatın bütün sahələrini əhatə edərək inkişafa takan vermişdir. 
Başdan-ayağadək silahlanmış erməni cəlladları sovet canişinləri ilə əlbir olaraq əliyalın dinc azəri-türklərinə 
qarşı soyqı- [səh. 58-59] rımı aktını reallaşdıraraq, qəsbkarlıq, işğalçılıq və vəhşilik aktlarmı XX əsrin qısa bir zaman 
kəsiyində  həyata  keçirdilər.  Onlar  növbəti  dəfə  Azərbaycan  xalqına  qarşı  törətdikləri  kütləvi  zorakılıq  və 
vəhşiliklərlə bizi dünyanın müasir inkişafından sapdırmağa, “böyük Ermənistan” yaratmağa çalışdılar. Artıq iki yüz 
ildir  ki,  ermənilər  Qafqazda  türk  və  digər  müsəlman  xalqlarını  məhv  etmək  və  bu  qədim  türk  diyarında  “Xristian 
böyük  Ermənistan”  yaratmaqla  məşğuldurlar.  Ermənilərin  özləri  haqqında  dediklərini  xatırlamaq,  yerinə  düşərdi. 
Akademik Manuk Avaqyan “Erməni xalqının ədəbiyyatı” (Yerevan, 1975) kitabında qeyd edir ki, “Erməni xalqının 
kökləri  hardadır?..  Ermənistana  necə,  haradan,  hansı yolla  gəlib?..  Bizdə  bunun  dəqiq  və  aydın  sübutları yoxdur”. 
Tanınmış erməni tarixçisi Samvel Lexasi “Yol qeydləri”ndə (Moskva, 1975) qeyd edir ki, “Moldaviyadan İstanbula, 
Romeliyadan Böyük Venesiyaya elə bir şəhər, kənd yoxdur ki, orada erməni olmasın. Biz-ermənilər toz kimi bütün 
dünya torpaqlarına səpələnmişik” (s.4). Əlbəttə, bu və ya digər tarixi faktlara müraciət edərək ermənilərin kimliyini 
dünya ictimaiyyatina çatdırmalıyıq. 
Azərbaycanın  Qarabağ  bölgəsinin  Ermənistan  tərəfindən  işğalı,  bölgənin  erməni  müəllifləri  tərəfindən 
saxtalaşdırma  obyektinə  çevrilməsi,  erməni  terrorunun  dünyada  təhlükəli  qüvvəyə  çevrilməsi  DQMV-nin  tarixinin 
tarixşünaslığını tədqiq etməyi zəruriləşdirdi. 
Təəssüf hissi ilə qeyd etməliyik ki, DQMV-nin iqtisadi, siyasi və mədəni həyatına həsr olunmuş elmi-tədqiqat 
əsərlərini  nəzərdən  keçirərkən  məlum  olur  ki,  həmin  tədqiqat  əsərlərinin  demək  olar  ki,  əksəriyyəti  erməni 
müəlliflərinə  “qismət”  olmuşdur.  DQMV-nin  sosializm  quruculuğu  dövrünü  tədqiq  edən  erməni  “alimləri”  -  Q.B. 
Abramyan,  Q.A.  İonesiyan,  Q.  Koçəryan,  Q.  Seyriyan,  S.  Avaqyan,  Ş.M.  Mkrtıçyan  (3)  və  digərləri  Azərbaycan 
SSR-in  DQMV-nin  tarixini  tamamilə  təhrif  etmiş,  öz  əsərlərində  “böyük  Ermənistan”  xülyasını  əsaslandırmağa 
çalışmışlar. Yuxarıda adıçəkilən erməni müəlliflərinin əsərlərini nəzərdən keçirərkən məlum olur ki, həmin tədqiqat 
işlərindəki  tədqiq  olunan  məsələlərə  saxta  erməni  riyakarlığı  mövqeyindən  yanaşılmışdır.  Erməni  tədqiqatçı 
alimlarinin  əsərlərində  Dağlıq  Qarabağda  iqtisadi  və  mədəni  inkişaf  inkar  edilmir,  lakin  bu  inkişafda  Azərbaycan 
hökumətinin,  bölgədə  yaşayan  əli-qabarlı,  zəhmətkeş  azərbaycanlıların  adi  çəkilmir,  əksinə  inkişafın  başlıca  amili 
kimi  Ermənistanın  və  ermənilərin rolu  yüksəklərə qaldirılir.  Sosializm  quruculuğu  dövrünə  həsr  edilmiş  erməni 
müəlliflərinin tədqiqat işləri birtərəfli, obyektivlikdən kənar aparılmışdır. Məsələn, S. Avaqyanın 1962-ci ildə 
“Dağlıq  Qarabağda  mətbuat”  mövzusunda  yazdığı  namizədlik  elmi  tədqiqat  işində,  vilayətin  ayrı-ayrı 
rayonlarında  nəşr  olunan  qəzetlər  haqqında  geniş  məlumat  verilir,  lakin  qədim  tarixə  malik  Şuşada  nəşr 
olunmuş qəzetlərin adı belə çəkilmir. Dağlıq Qarabağda sosializm quruculuğu dövrünün tadqiqatçılarından sayılan 
Q.A.  İonesiyan  isə  bir  daha  hadisələrə  riyakar  mövqedən  yanaşaraq  öz  dissertasiyasında  qabaqcıl  kolxoz  və 
kolxozçuların sırasında heç bir azərbaycanlılar yaşayan kənd və azərbaycanlı adı çəkilməmişdir. 
Bəzi erməni tarixçiləri isə öz tədqiqat- [səh. 59-60] larında Dağlıq Qarabağın tarixinə dair yazdığı əsərlərində 
DQMV-nin  tarixini  Azərbaycan  tarixi  kimi  yox,  Ermənistan tarixinin  bir hissəsi kimi  yanaşmışlar.  Belə tarixçilərə 
misal  olaraq  A.  Akopyanı,  İ.  Aqayanı,  Q.  Qolayanı  (4)  və  başqalarını  göstərmək  olar.  Onlar  faktları  təhrif  etmiş, 
Azərbaycanın  tarixi  həqiqətlərini  saxtalaşdırmışlar.  Bu  tarixçilər  Dağlıq  Qarabağda  və  Azərbaycanın  digər 
ərazilərində azərbaycanlılara qarşı qırğınlar törədən Dro, Njde və Andranikin çirkin əməllərini ört-basdır edir və ya 
admı belə çəkmir, Nuru Paşanın, S. Sultanovun adlarını isə cəfəng uydurmalarla vurğulamışlar. 
Ş.  Mnatsakanyan  1969-cu  ildə  Yerevanda  nəşr  etdirdiyi  200  səhifəlik  “Qafqaz  Albaniyasının  ədəbiyyatı 
haqqında”  əsə-  rində  saxtakarlığın  yüksək  zirvəsinə  çataraq  “böyük  Ermənistan”dan  ağızdolusu  danışır,  Dağlıq 
Qarabağı da Ermənistanın bir hissəsi kimi qələmə verir və azərbaycanlıların “gəlmə” olması vurğulanır. Müəllif qeyd 
edir ki, “böyük Ermənistan” Sasani və Bizans arasında bölüşdürülmüşdür. Bütün bu uydurma fikirlər Yeremyanın 
“Ermənistan SSR” əsərində də öz əksini tapmışdır. 
S.P.  Aqayanın  1978-ci  ildə  nəşr  etdirdiyi  “Erməni  xalqının  tarixi  taleyində  Rusiyanın  rolu”  kitabı  sırf 
Azərbaycan əleyhinə yazılmış cəfəng bir uydurmadır. Əsərdə “böyük Ermənistan” təbliğ olunur və belə bir bədxah 
ideya vurğulanır ki, “1812-ci ildən Lori, Qafan, Qarabağ, Zəngəzur kimi erməni torpaqları Rusiyaya keçmişdir”. Bu, 
azğın düşmənin növbəti namərdliyindən başqa bir şey deyildir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
304 
Ş.M. Mkrtıçyan 1960-cı ildə yazdığı “Dağlıq Qarabağın tarixi memarlıq abidələri” adlı əsərində Qarabağdakı 
bütün abidələri erməni abidələri kimi vermişdir. Təəccüb doğuran məsələ ondan ibarətdir ki, yazıçı S. Xanzadyan 
böhtanla  dolu  olan  bu  “əsərə”  “dahiyanə”  bir  rəy  də  yazmışdır.  “Rəy”də  Mkrtıçyana  məsləhət  verilir  ki,  belə 
əsərlərinin  həcmi  və  əhatə  dairəsi  genişləndirilsin.  Ş.M.  Mkrtıçyanın  1970-ci  ildə  yazdığı  “DQMV-i”  adlı 
monoqrafiya- sı da saxtalığına görə yuxarıda adıçəkilən əsərindən geri qalmır. Əsərdə DQMV-nin iqtisadi və mədəni 
inkişafı  tədqiq  edilir.  Lakin  müəllif  çox  böyük  ustalıqla  DQMV-nin  iqtisadi  və  mədəni  inkişafını  Azərbaycandan 
ayırır. Bu sahədə Ermənistanın rolunu yüksəklərə qaldırır. Halbuki, qərəzsiz elmi araşdırmalar nəticəsində DQMV-i 
ilə Ermənistan arasında iqtisadi əlaqə 0,2 faiz olduğu aşkar edilmişdir. Lakin onu da etiraf edək ki, DQMV-nin təbii 
sərvətləri gizli yollarla Ermənistana daşınırdı. 
1988-ci  ildə  Ermənistan  EA-nın  19  akademik  və  professor-müəllim  heyətinin  iştirakı  ilə  yazılmış  “Dağlıq 
Qarabağ tarixi arayış” kitabında Şuşanın əsasının ermənilər tərəfindən qoyulması bir ovuc “gəlmə” köçərilərin” isə 
(Pənahəli  xan  və  İbrahim  xan  nəzərdə  tutulur)  həmin  ermənilərə  kömək  etməsi”  iddiaları  “tarixçi”  adını  daşıyan 
erməni  ziyalılarının  ən  böyük  yalanlarından  biridir.  Tədqiqatlar  isə  Şuşanın  Azərbaycanın  qədim  yaşayış  məskəni 
olmasını, Pənahəli xan tərəfindən abadlaşdırılmasını sübut edir. 
S.  Ayvazyan  1976-cı  ildə  yazdığı  “Erməni  taleyi”  əsərində  erməniləri  Qarabağın  qədim  sakini  kimi  təqdim 
etməklə azərbaycanlıları “gəlmə” kimi göstərmişdir. Ayvazyan Ermənistanın sərhədlərini Bakı, Şamaxı ərazilərindən 
keçdiyini  vurğulayır  [səh.  60-61]  və  Azərbaycanın  yer  adlarını  məqsədli  şəkildə  təhrif  edir.  Əsərdə  müsəlmanlar 
ermənilərin “əbədi düşmənləri” kimi verilmişdir. Ayvazyanın təbirincə, “Xristianların sakit və azad  yaşaması üçün 
bütün müsəlmanlar məhv edilməlidir”. 1988-ci illərdən sonra xalqımıza qarşı törədilən soyqırımı hadisələri bir daha 
Ayvazyanların təbliğatının nəticəsi idi. 
Təəssüflər  olsun  ki,  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsinin  tarixini  təkcə  erməni  tarixçi  və  dilçiləri  deyil, 
hətta  şairləri,  publisistləri,  musiqiçiləri,  artistləri  -  bir  sözlə,  bütün  erməni  millətçiləri  Qarabağı  Azərbaycandan 
qoparmaq  məqsədilə  tarixi  faktları  öz  arzularına  uyğun  təhrif  edərək  Dağlıq  Qarabağı  ta  qədimdən  Ermənistan 
ərazisi kimi “təhlil” etmişlər. 
Akopyan,  Q.  Karkaryan,  M.  Şaginyan,  V.  Mirzoyan,  S.  Yeremyan,  M.  Barxudaryan,  Arakelyan,  A.  Ter-
Qvendyan, Q. Svazyan (5) və digərləri Azərbaycanın qədim tarixini saxtalaşdıraraq Kürdən cənubdakı ərazilərimızın 
tarixən Ermənistana məxsus olması konsepsiyasını irəli sürmüş və Ermənistan ərazisini üç böyük dəniz (Qara dəniz, 
Xəzər  dənizi  və  Aralıq  dənizi)  arasında  təsvir  etmişlər.  Təsadüfi  deyil  ki,  erməni  millətçiləri  Azərbaycana  qarşı 
əsassız ərazi iddiaları irəli sürərkən məhz yuxarıda adıçəkilən saxta konsepsiyadan “qidalanmışlar”. 
B. Ulubabayan məhz belə mahir alimlərdəndir. Onun 1989-cu ildə Yerevanda nəşr olunan “Dağlıq Qarabağ: 
tarixin  səhifələri”  əsəri  fitnəkarlıqla  yazılmışdı.  B.  Ulubabayan  göstərir  ki,  Qaraqoyunlu,  Ağqoyunlu  və  Səfəvılər 
dövründə  “böyük  Ermənıstan”  adlı  bır  dövlət  olmuş  “Arsax”  adlandırılan  Dağlıq  Qarabağ  Ermənistanın  şərq 
hissəsini  əhatə  etmişdir.  “Yeni  Amerika”  kəşf  edən  B.  Ulubabayan  yəqin  ki,  M.  Kalankaytuklunun,  Yegişenin, 
Xorenatsinin,  Y.T.  Yeremyanın,  A.Q.  Sukiasyanın  əsərlərindən  bixəbərdir.  Onlar  öz  tədqiqatlarında  Arsaxın 
Azərbaycanın tərkib hissəsi olduğunu göstərmişlər. 
1977-ci  ildə  P.M.  Muradyanın  “Ermənistanın  gürcü  epiqrafikası”  kitabı  nəşr  olunmuşdur.  Guya,  sənədlərə 
obyektiv  yanaşan  Muradyan  gürcü  sənədlərinə  “əsaslanıb”  “böyük  Ermənistan”  xəritəsini  çəkmiş  və  Dağlıq 
Qarabağı da həmin tarixdə mövcud olmayan əraziyə aid etmişdir. Ərköyün Muradyan çox böyük acgözlüklə Tiflisi 
də  Ermənistan  ərazisi  kimi  təqdim  etmişdir.  Bütöv  Qafqazı  ələ  keçirmək  niyyətində  olan  erməni  tədqiqatçıları 
Qarabağı  “böyük  Ermənistan”ın  tərkib  hissəsi  kimi  göstərmişlər.  Halbuki  aparılan  tədqiqatlar  Qarabağın 
Azərbaycanın ayrılmaz tərkib hissəsi olması dönə-dönə təsdiqlənmişdir. 
Y.  Barseqov,  S.  Bors,  S.  Avanesiyan,  N.  Şahnazaryan  (6)  və  digərləri  öz  tədqiqatlarında  Dağlıq  Qarabağın 
iqtisadi  və  siyasi  məsələlərinin  “təhlili”nə  can  ataraq  erməni  millətçilərinə,  erməni  partiyalarına  və  onların 
vilayətdəki  şovinist  mövqeli  hərəkətlərinə  bəraət  qazandırmaq  mövqeyindən  yanaşmışlar.  Onların  tədqiqatlarında 
Dağlıq  Qarabağın  iqtisadi,  siyasi  və  mədəni  həyatına  dair  tarixi  faktların  və  hadisələrin  saxtalaşdırılması  aydın 
müşahidə edilmişdir. Beləliklə, keçən əsrin 80-ci illərinə qədər Azərbaycanın Dağlıq Qarabağ tarixini tədqiq edən 
erməni  tarixçiləri  DQMV-i  ərazisinin  tarixən  Ermənistan  ərazisi  olması  və  burada  qədımdən  yalnız  ermənılərın 
yaşaması kımı saxta əsərlər yazmışlar kı, bütün bunlar ağ yalandır və heç bır elmı əsası yoxdur. [səh. 61-62] 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə