7.4.2.1 Nümunələrin hazırlanması
Nümunələr aşağıdan və yuxarıdan minimum ½ ölçülü lövhələrlə/lentlərlə örtülmüş tam ölçülü minimum bir ədəd nümunədən ibarət olmalıdır. 0.9 m-ə bərabər və ya daha az uzunluqlu lövhələr üçün on iki nümunə və ya daha uzun panellər üçün doqquz nümunə tələb olunur.
7.4.2.2 Ölçmə vasitələri
Ən azı bir tam ölçülü lövhəni götürməyə qabil olan ölçülərə malik, bağlayan lentlərdən ibarət, (25±5)◦ temperaturda mailləndirilmiş və ventilyasiya olunan sahədə yerləşdirilmiş Çərçivə.
Sınaqdan keçirilən elementlərin səthində müəyyən olunmuş temperaturu saxlamağa qadir Qızdırıcı cihaz.
Qızdırıcı cihaz sınaq qurğusunun maksimum temperaturun gözlənildiyi mərkəz yerində, başqa sözlə, qızdırıcı cihazın aşağısına ən yaxın məsafədə yerləşdirilmiş temperatur sensoru tərəfindən tənzimlənən gücə malikdir.
Bu hissədəki temperatur (70 ± 5) °C dərəcəsində tənzimlənməli və qızdırıldıqdan sonra 15 dəqiqə ərzində əldə olunmalıdır.
İstənilən zaman sınaq qurğusunun tam uducu hissəsinin mərkəzdə olan temperaturu və künclərə yaxın hissələrdə olan temperaturu, eləcə də qızdırıcı qurğuların altında və qofrların yuxarı hissələrində ölçülmüş temperatur 15 °C-ni keçməməlidir.
7.4.2.2.3 Uyğun temperaturda (> 5 °C) olan suyu təmin edən təqribən 2,5 l/(m2.min) hasilata malik Su çiləyici aparat.
QEYD: Bu sınaq üçün 1 mm qalınlığa malik, matt qara boya ilə örtülmüş alüminimum lövhə tam uducu səth (absorber) kimi istifadə olunur, ölçmə cihazı isə alüminium lövhənin üzərinə bərkidilmiş termoelement və ya digər oxşar cihazdır.
Dostları ilə paylaş: |