Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə111/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   105   106   107   108   109   110   111   112   113

581

Qayıtsın Afrikam – varlığım mənim

Mərdliyə, paklığa, insaniyyətə!

Mənim əllərimə hörülü əllər!

Mən sizdə tapmışam yeni rəqsimi.

Qoy tufanlı dəniz aşsın başımdan

Təbilin sanballı sədası kimi.

Oyanan, yüksələn, gülən cahanda

Mən bir təbil səsi, bayram şeypuru.

İnkarın, kədərin, ümidsizliyin

Dibindən qalxıram günəşə doğru.

Qanı dilə gələn od barmaqlarım

Tamtam dərisini az qalır deşə.

Yalnız bu ahənglə, yalnız bu səslə

Yüksəlir vətənim qızıl günəşə.

– Döysün yenə dünya yeni təbili.

Yol yoxdur geriyə. Yalnız irəli!



582

Xəlil  Rzaya  ona  görə  “dəli­dolu”  deyirik  ki,  onun  sənəti

yazmaq  xatirinə  yazmağa  deyil,  boşalmaq  xatirinə  yazmağa

xidmət  edir.  Dolmayan  ürəkdən  süzülən  şeirin  səsi  mənadan

xali, boş səs­küy, dolu ürəkdən çıxan şeirin səsi isə fikir fəryadı,

məna nəğməsi olar. Fikirsiz sənət­dərzi dükanlarındakı ülgüyə

bənzər. Şəkli var, canı yox, nəfəsi yox!

Qədim zamanlardan bu günə qədər bir çox psixoloqlar yara­

dıcılıq  prosesinin  nədən  ibarət  olduğunu  öyrənməyə  çalışırlar.

Sənətkarı yaratmağa vadar edən qüvvə nədir? O, nə üçün yaradır?

Bu yaranma prosesinin özü nədir? Bizə elə gəlir ki, sənətkarın

qəlbinə od, əlinə fırça, ya qələm verən, onun beynində ocaq qa­

layan fikirləri, onu narahat edən duyğuları, onu qanadlandıran,

yaratmağa çağıran diləkləridir. O öz fikrinə, öz duyğusuna və

diləklərinə öz tanrısı kimi tapınır, bu fikrin, bu duyğunun və bu

diləklərin Məcnununa çevrilir, quluna dönür, onlara səcdə edir.

Yalnız bundan sonra o, özü bilmədən fikir və duyğularının, istək

və arzularının danışan dilinə, oxuyan nəğməkarına çevrilir.

Bu  zaman,  o  özünü  yox,  fikrini  görür.  Ətrafını  yox,  amalı­

nı görür, ona deyilənləri yox, qəlbindəkiləri eşidir və qəlbində

hələ lal olan, hələ gözə görünməyən, hələ eşidilməyən səsləri,

sözləri, rəngləri dilləndirməyə, ətə­qana gətirməyə başlayır.

Bizcə, budur yaradıcılıq! Mən yaradıcılığı başqa cür təsəvvür

edə bilmirəm. İlhamla yaranan əsərlər bizi isidir, düşündürür,



POEZİYA ALOVU


583

duydurur.  Oxuduğum  əsərlərin  qüvvəsini,  mən  həm  də  onun

isitmə,  düşündürmə,  duydura  bilmə  dərəcəsilə  ölçmüşəm.  Bu

mənada Xəlil Rza Ulutürkün şeirləri həmişə məni isitmiş və dü­

şündürmüşdür. Xəlil Rza həmişə öz oxucusunu nəyəsə çağırır,

ona nəyisə təlqin edir. O, yaşamağın mənasını nəyəsə can atmaq­

da, nəyəsə sahib olmaqda, nəyinsə uğrunda mübarizə aparmaq­

da görür. Burada “nə” mücərrəd, qeyri­müəyyən məfhum deyil,

ilk növbədə ülviyyət və qəhrəmanlıqla bağlı olan bir anlayışdır.

“Hər şeyin yaxşısı” əsərində şair oğluna sevməyi tövsiyə edir.

Yəni vurğunluğu, aludəliyi, heyranlığı!

Sevsən...

biləcəksən nədir bu cahan.

Dolanmaq, sürünmək, yaşamaq nədir.

Ən gözəl yaşamaq əslinə baxsan

Gözəllik uğrunda mübarizədir!

Yalnız  sevənlər,  nə  isə  böyük  bir  məramın,  eşqin,  yaxud

ülvi bir anlayışın vurğunu, dəlisi olanlar həyatın mənasını dərk

edirlər.  Yalnız  geniş  mənada  sevməyi  bacaranlar  dolanmağı,

yəni sürünə­sürünə yaşamağı əsl yaşayışdan ayırd edə bilirlər.

Bəs əsl yaşamaq nədir? Gözəllik, ucalıq, təmizlik və insan səadəti

uğrunda  mübarizə!  Bunlar  nə  zaman  mümkündür?  Böyük  bir

mərama xidmət edəndə! Əqidəsiz, məsləksiz nə təmizlik var, nə

böyüklük!

Bir bənd şeirə nələr sığdırılmayıb. Sərrast və yığcam yazılmış

bu şeir qaynağını babamız Nəsimidən götürən bir çeşmənin bu­

günkü davamı, müasir deyim şəklidir.

İnsanın mənəvi təkamül yolu­gözəlliyi idrak yoludur. İnsan

bu yolda yüksəlir, nəhayət son zirvəyə ­ təkamülə çatır.



584

Bu  zirvədə  insan  ətrafına  mənəvi  gözlə  baxır.  Hər  şeyin

bəzəyini deyil, qabığını deyil, mahiyyətini görməyə başlayır.

Gözəllik aləmin genişlənəcək,

Almasdan bahalı şeh görəcəksən,

Sevincdən dəyərli insan kədəri,

Qılıncdan kəsərli ah görəcəksən.

Bu  görüş  mənəvi  görüşdür.  Şair  oğluna  deyir  ki,  mənəvi

təkamülün zirvəsində sən mənəvi dünyanı maddi dünyadan üs­

tün görəcək və bu nöqtədə özünü dərk edəcəksən. Almas bahalı

daşdır. Lakin sən dünyaya idrakının gözü ilə baxmağı bacarsan,

onda çiçək ləçəyindəki şeh damlasını üzük qaşından, insan ahı­

nın gücünü qılıncın kəsərindən, nəcib kədəri yüngül sevincdən

üstün tutacaqsan. Şair övladının simasında bu günün gəncliyinə

mənəvi zənginlik, mənəvi böyüklük aşılayır:

İşdir özün üçün bir gül istəsən,

Oğlum ellər üçün gülüstan istə!

Yaxşı  yadımdadır,  neçə  il  əvvəl  Şəkidə  yay  istirahətində

idim, “Ədəbiyyat və incəsənət” qəzetində Xəlil Rzanın “İgidlər,

dahilər”  şeirini  oxudum,  sehrləndim.  Şeirdən  aldığım  böyük

ləzzəti  müəllifinə  çatdırmaq  üçün  dərhal  ona  məktub  yazdım.

Bu şeir müasir poeziyanın ən gözəl incilərindən sayıla bilər.

Şair xalqın yetirdiyi dahilərin və qəhrəmanların şəxsində iki

böyük məsələyə toxunub. Birinci, ölüm – haqdır! Lakin dahilər

və  qəhrəmanlar  öz  əməlləri  ilə  ölümdən  güclü  olduqlarından

ölüm onlardan qorxur, onlara qüdrətini göstərə bilmir:




585

Fikirlər içində çırpınır könlüm

Gedən, yer üzünə bir daha gəlmir.

Həyatdan hamını qoparır ölüm,

Yalnız dahilərə toxuna bilmir,

Yalnız igidlərə toxuna bilmir.

Sübutmu?  Əsrlərlə  bundan  əvvəl  ölmüş  dahilərin  qəbri

dünən  ölmüşlərin  qəbrindən  təzədir,  hörmətlidir.  Bu  qəbirlər

“Torpağın şöhrətidir”. Çünki:

Dahilər torpağa ölü kimi yox,

Bəlkə basdırılır xəzinə kimi.

Bundan sonra şair dahilərin məzarlarını ziyarətə çıxır:

Qədim Şıx düzündə ayaq saxla, dur,

Ölməz sənətkarı yada sal bir an.

Ölüm, elə bil ki, qurd oğlu qurddur,

Qorxur dahilərin göz işığından!

Gözəldir!  Tutarlıdır!  Qurdun  vəhşi  təbiətinə  görə  ölümə

bənzədilməsi  təbiidir.  Qurdun  işıqdan  qorxma  əlamətinin

dahilərin göz işığı ilə qarşılaşdırılması bədii kəşfdir, bu beytin

mənasını açanda düşünürük ki, dahilər dünyaya işıq saçır. Bu

işıq  qurd  təbiətliləri  qorxudur,  mələk  təbiətlilərin  qəlbinə  nur

gətirir, onları yaşamaq üçün qanadlandırır.

Həmin şeirdə toxunulan ikinci məsələ dahilərin və igidlərin

Vətənlə  qarşılaşdırılmasıdır.  Türk  şairlərindən  birinin  “Tor­

paq, əgər uğrunda ölən varsa, vətəndir” misrası bu şeirin ikin­

ci tərəfinə dəstəkdir: torpağın uğrunda ölən varsa, o torpaq adi

torpaqlıqdan çıxıb Vətənə, Vətən torpağına çevrilir. Həm də bir



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə