Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə25/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   21   22   23   24   25   26   27   28   ...   114

 i.e.n. Adilə TAHİROVA  
74 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Ethem Ruhi Fığlalı,  Çağımızda itikadi İslam mezhepleri,  İstanbul, 
Şa-to ilahiyat, 2001. 
2.
 
Əbu Mənsur  Əbdülkərim  əl-Bağdadi,  əl-Fərq beynə-l firaq 
(Mezhepler arasındakı farklar), tərcümə edən: Ethem Ruhi Fığlalı, Ankara, 
TDV yayınları, 1991. 
3.
 
Əbu-l Həsən  əl-Əşəri,  Məqalatu-l  İslamiyyin və-xtilafu-l musallin 
(İlk dönem İslam mezhepleri), tərcümə edənlər: Mehmet Dalkılıç və Ömer 
Aydın, İstanbul, Kabalcı yayınevi, 2005. 
4.
 
http://www.sonmezkutlu.com 
5.
 
Qummi, Növbəxti,  Kitabu-l maqalat və-l firaq, Firaqu-ş  Şia (Şii 
fırkalar), Ankara, Ankara okulu yayınları, 2004. 
6.
 
Muhəmməd  Əbdülkərim  əş-Şəhristani,  əl-Miləl və-n nihal (İslam 
mezhepleri), tərcümə edən: Mustafa Öz, İstanbul, Ənsar nəşriyyat, 2005. 
7.
 
Mustafa Öz, İlyas Üzüm, İslam məzhəbləri tarixi, tərcümə edənlər: 
Adilə Tahirova və Mehriban Qasımova, Bakı, Nurlar, 2008. 
8.
 
Adilə Tahirova, Klassik  İslam düşüncəsində  təkfir// BDU-nun 
İlahiyyat fakultəsinin «Elmi məcmuəsi» № 11, Bakı: Nurlar, 2009 (aprel), s. 
121-134. 


İslam məzhəbləri tarixi sahəsində mənbə və metodla bağlı bəzi problemlər və həlli yolları 
75 
 
 
РЕЗЮМЕ 
 
В статье исследуются некоторые проблемы в методе и источниках в 
области истории Исламских мазхабов. В первой части статьи имеются 
терминологические  объяснения,  информация  об  источниках  этой 
области.  В  статье  также  исследуются  основные  проблемы  в  этих 
источниках.  Во второй части статьи исследуются некоторые проблемы 
в  методе.  Метод  в  этой  области  должен  быть  дескриптивным,  чтобы 
избежать  субъективности.  В  статье  автор  старается  найти  ответы  и 
решения этих вопросов и проблем. 
Ключевые  слова:  История  Исламских  мазхабов,  дескриптивный 
метод, источники, объективность. 
 
 
 
 
SUMMARY 
 
This article discusses the questions about the method and sources of the 
history of Islamic Sects (Mazhab) . The part one begins with a rewiew of the 
terminology and information about sources on  this branch. The article also 
elucidates the basic questions to reach the objective information on any sect 
(mazhab). The part two analyses the methodical problems of the history of 
Islamic Sects. As a branch of history this branch uses the descriptive 
method. This article tries to find the answers to these questions. 
Keywords: The history of Islamic Sects (mazhabs), descriptive method, 
sources, objectivity. 
 


 i.e.n. Adilə TAHİROVA  
76 
 


Hz. Ömər Dövründə Azərbaycan 
77 
 
 
HZ. ÖMƏR DÖVRÜNDƏ AZƏRBAYCAN 
 
i.e.n. Qoşqar SƏLİMLİ 
 
 
Giriş 
Dünyada baş verən İslami fəth hərəkətlərinin əsasında, regionların içində 
olduğu siyasi və ictimai vəziyyətlə bərabər, Hz. Peyğəmbərin bu xüsusdakı 
bəyanları da əhəmiyyətli rol oynamışdır. Bizans və Sasani İmperatorluqla-
rıyla əlaqədar olanlar isə bunların başında gəlməkdədir. Müsəlmanların hə-
yata keçirdikləri ilk fətih hərəkətləri dövründə, Azərbaycandakı siyasi-dini 
hakimiyyət yuxarıda da söylədiyimiz kimi, əsasən Sasanilərin əlində olmaqla 
bərabər, bu iki ölkənin əlində idi. 
Miladi VI. əsrin sonları  və VII. əsrin  əvvəllərində baş vermiş Sasani-
Bizans müharibələri, bu ölkələri zəiflədərək,  İslami fəthlərə  zəmin 
hazırlamışdır. Bu dövrdə  Ərəbistan Yarımadasının  şimal-şərqində yaşayan 
Bəkr  İbn Vail qəbiləsi ilə Sasanilər arasında baş verən müharibə, istər 
ərəblər, istərsə bütün müsəlmanların gələcəyi yönündən  əhəmiyyətli bir 
hadisə idi. Bu müharibə, Hz. Əbu Bəkir tərəfindən başladılacaq  İraq, daha 
sonra Hz. Ömər dövründə davam edəcək  İran və  Xəzər  ətrafı  fəthlərlə 
yaxından bağlı idi.
1
  
Bütün bunlardan əldə ediləcək müştərək nöqtə,  İran, Xəzər və Araz 
hövzələriylə, Qafqaz yollarının Müsəlmanlara açılacağı, buralarda həyata 
keçiriləcək fəthlərlə  İslamın yayılacağı  və bu dinin bütün dinlərə qalib 
gələcəyinə, Hz. Peyğəmbərin işarə etməsidir.  İslam idarə sistemi hələ dörd 
xəlifə  və  Əməvilər dövründə bir dünya dövləti halına gəlmişdir. Bu dövlət 
şərqdə Sind və Mavəraünnəhrdən, qərbdə Əndəlüsə qədər yayılan bir sahəni 
əhatə edirdi. Bütün bunlar nəzərə alındıqda, bir ovuc olan İslam ordularının, 
saysız düşman qarşısına çıxmağa necə  cəsarət etdiyi daha yaxşı anlaşılır. 
Bununla bərabər, xüsusilə Sasani dövlətində meydana gələn siyasi qarışıqlıq, 
                                                 
1
 əl-Hindi, Əlauddin Əli, Kənzul-Ümmal fi sünənil-əqval vəl əfal, Beyrut, 1413, I-XVI, X, s. 
601. 


 i.e.n. Qoşqar SƏLİMLİ 
78 
iqtisadi zəiflik,  əxlaqi və dini həyatdakı pozğunluq fətihləri daha da 
asanlaşdırmışdır.
2
 
İslam orduları  tərəfindən fəth edilən ölkələrin  əhalisi, onların buralara 
gəlməsini Sasani zülmündən xilas kimi qəbul etməkdə idi. Çünki bu 
imperatorluq, onların üzərinə çox ağır vergilər qoymuş  və onları dinləri 
səbəbilə  təqib etmişdir. Müsəlmanlar isə  gəldikləri yerlərdə  məbədlərə 
toxunmur, insanların dini həyatlarına qarışmırdılar. Hələ ilk dövr fəth 
hərəkatları zamanında xəlifə  Əbu Bəkir (r.a.), İslam ordularını  hərbi səfərə 
göndərərkən, onlara belə deyirdi: “Düşmanlarınızı  şikəst etməyin, balaca 
uşaqları, yaşlı qocaları  və qadınları öldürməyin; xurma ağaclarını 
qırmayın; meyvə  ağaclarını  tələf etməyin, yemək ehtiyacı xaricində qoyun, 
inək və  dəvələri kəsməyin. Siz, hücrələrində öz dinləri ilə  məşğul olan 
insanların yanlarından keçəcəksiniz, onları narahat etməyin və ibadətlərinə 
qarışmayın.”
3
 
A. Hz. Ömər dövründəki birinci fəth hərəkatları 
Müsəlmanların Azərbaycanla ilk təmasları Hz. Ömər dövründə 
başlamışdır. Xəlifənin ilk işi Əbu Ubeyd İbn Məsud əs-Səqəfi başçılığındakı 
bir ordunun İraqa göndərilməsi (M. 634-635) oldu. Bu əsnada Qədisiyə 
Müharibəsində  məğlub olan Sasani ordularının hərbi birləşmələrinin 
daxilində Azərbaycanlı döyüşçülər də var idi. Ancaq bu müharibədəki 
məğlubiyyətdən sonra, onlar öz vətənlərinə geri qayıtmışdılar.
4
 
əl-Mədaininin rəvayətinə görə, bu müharibədə azərbaycanlıların 
komandanı olan Mehranın qarşısında məşhur səhabə Cərir İbn Abdullah əl-
Bəcəli (r. a.) var idi.
5
 İran komandanlarından olan Şəhrək, Osman İbn Əbül 
As  əs-Səqəfi, Hörmüzan isə  Əbu Musa əl-Əşəri ilə döyüşmüşdü. Sonrakı 
dövrlərdə Azərbaycanın fəthində  iştirak edən ordu komandanlarının 
içərisində Hüzeyfə İbn Yəman (r. a.) və Əşas İbn Qeys (r. a.) kimi səhabələr 
də var idi.
6
 
                                                 
2
 M. Kmosko, Araplar ve Hazarlar, (trc: Cemal Köprülü), İstanbul, Türkiyat Mecmuası, 1935, 
III, s. 133. 
3
 ət-Təbəri, Əbu Cəfər Muhəmməd İbn Cərir, Tarixul Uməm vəl müluk, Qahirə, tarixsiz, I-
XII, I, s. 1850. 
4
 Себеос, История императора Иракла, (пер: К. Патканова), Санкт-Петербург, 1862, с. 119. 
5
 əl-İsfahani, Həmzə İbn əl-Həsən, Tərixu sini mülukil-ərz vəl Ənbiya, Berlin, 1340, s. 100. 
6
  əs-Səalibi,  Əbu Mansur Əbdülməlik  İbn  Muhəmməd, Qurəru  əxbar müluki Fars və 
siyərihim, (nəşr: H. Zotenberq), Paris, 1900, s. 739-740. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə