Hədislərin mətn baxımından təhlili məsələsi
95
Suyutinin izlədiyi metod da mətn baxımından deyil, məhz isnada nökteyi
nəzərindədir. Süyutinin dəlilləri aşağıdakı kimidir:
1. Zəhəbi bu hədisin ravilərindən Osman b. Yəhya haqqında belə deyir:
“Osman b. Yəhya, İbn Abbasdan etdiyi rəvayətlərdə
saduqdur
28
. Onun
hədislərini isə yalnız Muhəmməd b. Talha rəvayət etmişdir.”
29
2.
Muhəmməd b. Talha, Yəhya b. Main tərəfindən zəif sayılmasına
baxmayaraq o
saduqdur. Çünki Şeyxan
30
öz əsərlərində onun rəvayətlərinə
yer vermişdir.
İbnul-Cəvzinin yuxarıdakı hədisin ravisi Osman b. Yəhya haqqındakı
qənaətinə İbn Həcər də belə itiraz edir: “Nəsainin Osman b. Yəhya
haqqındakı rəyi müsbətdir və (Cərh və tadil alimi) İbn Əbu Hatim, onun
haqqında hər hansı bir cərh ifadəsi istifadə etməmişdir” İbn
Həcər öz sözünə
“İbnul-Cəvzi onun hədisinə uydurma deməklə isabətli qərar verməmişdir”
31
deyə davam etmişdir. İbnul-Cəvzi və Suyuti ilə yanaşı İbn Həcər də
“fəluzəc” hədisi barəsindəki öz rəyini isnada əsaslanaraq dilə gətirmişdir.
Yuxarıdakı hədis belə düşünməyə imkan verir: “Fəluzəc” adlı şirniyyat
növünü ilk dəfə səhabələr hz. Peyğəmbərdən eşitmişlər.
32
Hz. Peyğəmbər isə
bunu ilk dəfə Cəbraildən (a.s) eşitmiş”.
Həm Cahiliyyət, həm də hz. Peyğəmbərin
dövrünə aid olan bilgilər
yuxarıdakı nəticəni dəstəkləmir. Belə ki, İbn Macədən əvvəl yaşayan ənsab
alimi İbn Həbib (v.245/860) Qureyş qəbiləsinin tarixinə həsr etdiyi “əl-
Munəmmaq” adlı əsərində “fəluzəc” adlı bu şirniyyat növünü Məkkəyə
gətirən ilk şəxsin Abdullah b. Cud`an olduğunu xəbər verir.
33
Bu bilgini İbn
Macənin müasiri əl-Fakihi (v. 275/888) də “Əxbaru Məkkə” adlı əsərində
qeyd edir.
34
Abdullah b. Cud`an Cahiliyyət dövründə yaşamış və Qureyş
28
Saduq-Dördüncü dərəcəli tadil kəlməsidir. Mənası:“Onun Rəvayətləri
zəbt xüsusiyyətini
daşıyan ravilərin rəvayətinə uyğun olduğu təqdirdə mötəbər sayılır”.
29
Zəhəbi, “Mizan”, Beyrut 1995, V, 75.
30
Muhəmməd b. Talhanın rəvayətlərini yalnız Buxari və Müslim qeyd etmımiş, bununla
yanaşı Tirmizi və Əbu Davudun “Sünən”lərində də onun rəvayətləri mövcuddur. (Baxın:
Mizzi, “Təhzib” Beyrut 1985 XXV, 417)
31
İbn Həcər “Təhzibut-Təhzib”, Beyrut 1991, IV, 103.
32
İbn Abbas yuxarıdakı rəvayətdə eşitdim deyil, eşitdik kəlməsini (
ﺎﻨﻌﲰ) ifadə etmişdir.
33
İbn Həbib, “əl-Munəmmaq”, Beyrut 1985, s. 372.
34
əl-Fakihi, “Əxbaru Məkkə”, Məkkə 1986, V, 196.
i.e.n. Namiq ABUZƏROV
96
qəbiləsinin ən səxavətli şəxslərindən biri olmuş
35
,
Bəlazurinin verdiyi bilgiyə
görə İslam gəlmədən on il əvvəl ölmüşdür.
36
Ərəb tarixçisi və ədibi Əbul-Fərəc əl-İsfahani (v. 356/967) “əl-Əğani”
adlı əsərində nəql etdiyi bilgiyə görə isə Abdullah b. Cud`an, tacir heyyəti ilə
birlikdə Sasani hökmdarının qonağı olmuş və onun yanında
fəluzəc adlı bu
şirniyyat növünü yemiş. Abdullah b. Cud`an Sasani sarayındakı əyanlara bu
şirniyyatın necə hazırlandığı haqqında sual vermiş, onlar da baldan
hazırlandığını söyləmişlər. O, “Mənə bunu hazırlayan köləni gətirin demiş”
və onu özü ilə Məkkəyə gətirmişdir. Abdullah b. Cud`an köləyə fəluzəc
hazırlamağı əmr
etmiş və öz xidmətcilərinə
37
Məkkədə bu şirniyyatı yemək
istəyən hər kəsi dəvət etməsini tapşırmış.
38
Bəzi alimlərin Əbul-Fərəc əl-İsfahaninin “əl-Əğani” adlı əsərinin tarixi
hadisələrə yanaşma tərzi və nəql etdiyi şəxslərin etibarlılığı problemini əsas
alaraq ona tarixi bir mənbə kimi ehtiyatla yanaşmanın daha doğru olacağını
qeyd etməsinə
39
baxmayaraq, onun fəluzəc ilə əlaqədar nəql etdiyi bilgi
başqa mənbələr tərəfindən də dəstəklənir.
Hicri beşinci (miladi on birinci) əsrdə yaşamış dilçi
alimlərdən Səalibi
(v.429/1038) “Fiqhul-Luğa”
40
adlı əsərində “fəluzəc” sözünün etimologiya
baxımından Fars mənşəli
41
olduğunu qeyd edərək İsfaninin nəql etdiyi tarixi
bilgini təsdiq edir. Digər tərəfdən özündən əvvəl yazılmış bir
çox lüğəti
görmə imkanını əldə edən Zəbidi (v. 1205/1790) “Tacul-Ərus” adlı əsərində
“fəluzəc”in ərəbləşmiş fars mənşəli kəlmə olduğunu, Fars dilində “fəluzeh”
(هذولاف), ərəbləşdiyində isə kəlmənin son hərfi “ه”’nin “ج”e çevrildiyini və
(جذولاف) surətində oxunduğunu yazır.
42
35
Cavad Əli, “əl-Mufassal”, Beyrut 1968, IV, 97.
36
Bəlazuri, “Ənsabul-əşraf”, Qahirə 1959, I, 180.
37
İbn Həbibin verdiyi məlumata görə Abdullah b. Cud`anın Əbu Sufyan b.
Abdul-Əsəd və
Əbu Kuhafə adlı Məkkəliləri onun süfrəsinə dəvət etməkdə məsuliyyət daşıyan iki
xidmətcisi var idi. (İbn Həbib, e.ə., s.371)
38
Əbul-Fərəc əl-İsfahani, “əl-Əğani”, Beyrut 1927, VIII, 329-330.
39
Hulûsi Kılıç, “Ebûl-Ferec el-İsfahânî” maddəsi,
DİA, X, 317.
40
Səalibi, bu əsərini özündən əvvəl yaşamış İbn Şümeyl (v.150/820), Sibəveyh (v.161/779),
Xəlil b. Əhməd (v. 174/ 791), Kisai (v.179/806), İbnul-Kəlbi (v.204/820), İbnul-Ərəbi
(v.232/ 848), əl-Mübərrəd (v.285/898) ve İbn Cinî (v.392/1002) kimi dilçi alimlərin
əsərlərindən istifadə edərək meydana gətirmişdir. (Səalibi, “Fiqhul-Luğa”, Beyrut 1985, s.
13-27.)
41
Səalibi, “Fiqhul-Luğa”, s.317.
42
Zəbidi, “Tacul-Ərus”, Beyrut 1975, IX, 454.