i.e.n. Namiq ABUZƏROV
92
Əsbabi-vürud adlanan bu bilgi və dəlilləri bəzi hədis mətnlərinin özü
əhatə etdiyi kimi
14
, bunlara mətn xaricində də rastlamaq mümkündür. Mətn
xaricindəki dəlillərin təsbitində tarixi faktlar (sosial və siyasi), cahiliyyət
dövrünün adət və ənənələri, Ərəb ədəbiyyatı, hz. Peyğəmbərin yaşadığı
dövrdəki hadisələrin xronologiyası, ravi səhabələrin müsəlman olma
ardıcıllığı (xüsusilə ibadət ilə əlaqədar olan mübahisəli hədislərin təhlilində)
və Qur`an ayələrinin nazil olma səbəbləri (əsbabi-nüzul) və s. kimi
mənbələrdən faydalanmaq mümkündür.
Yuxarıda qeyd edilən mənbələrdən tarix kitabları xüsusi əhəmiyyət
daşıyır. Belə ki, bu mövzuya işıq salacağı ümidi ilə tarixi mənbələrə
əsaslanaraq isnadı mübahisəli olan iki fərqli hədisin mətn təhlilinə dair
nümunə vermək mümkündür. Bu hədislərdən biri inək əti digəri isə fəluzəc
adlı şirniyyat növü ilə əlaqədardır.
Hakim ən-Nisaburi “əl-Müstədrək” adlı əsərində Abdullah b. Məs`uddan
belə bir rəvayət nəql edir: “Rəsulullah (s.a.s.) buyurdu ki, inəyin südündən
və yağından istifadə edin, bunlarda şəfa vardır.
15
Onun ətini isə yeməyin
çünki ətində xəstəlik vardır.”
16
Hakim bu hədisin səhih olduğunu qeyd
etdikdən sonra Buxari və Müslimin şərtlərinə uyğun olduğunu, lakin onların
bu hədisi almadığını əlavə etmişdir. Bu hədisi yalnız Hakim deyil, ondan
əvvəl yaşamış Tabərani də rəvayət etmişdir. Tabəraninin “əl-Mu`cəmul-
Kəbir” adlı əsərindəki bu rəvayət Muleykə binti Amr tərəfindən nəql edilir.
17
Hər iki rəvayət inək ətində xəstəlik olduğunu vurğulayır. Bu rəvayətləri
isnad baxımından təhlil edən müasir hədis alimi Nəsruddin Albani bu
rəvayətlərin bir birini şahid kimi dəstəklədiyini və səhih olduğunu qeyd
edir.
18
Digər bir hədis alimi Məhəmməd Qəzzali isə “əs-Sünnə ən-nəbəviyyə”
adlı əsərində “inək ətində xəstəlik vardır” hədisi haqqında belə deyir:
“Məhəmməd Nəsruddin Albani böyük bir hədis alimi olmasına baxmayaraq
14
Ətraflı məlumat üçün baxın: “İbn Həmzə, əl-Bəyan vət-Tarif fi əsbabi vürudil-hadisiş-şərif,
Qahirə 1973”
15
Bu hədisin ilk yarısı yəni inəyin südünün faydalı və bir çox bitkidən hazırlandığı üçün şəfalı
olduğu xüsusunu Hakimdən başqa hədis alimləri də öz əsərlərində qeyd etmişlər. Tabərani,
Müsnəduş-Şamiyyin, II, 293, Beyrut 1989; əl-Mu`cəmul-Kəbir, VIII, 167, Beyrut 1984.
16
Hakim ən-Nisaburi, əl-Müstədrək aləs-Sahiheyn, hədis no: 8341, Haydarabad 1915,
17
Tabərani, əl-Mu`cəmul-Kəbir, XVIII, 218.
18
Albani, “əs-Silsilətus-Sahiha” IV, 107 (hədis no: 1533)
Hədislərin mətn baxımından təhlili məsələsi
93
“İnək ətində xəstəlik vardır” hədisinin səhih olduğunu qeyd edir”. Halbuki,
Qur`ani-Kərimi oxuyan və anlayan hər kəs bilir ki, bu hədisin heç bir dəyəri
yoxdur. Çünki Allah Təala Ən`am və Həcc (Ən`am 6/142-144, Həcc 22/36)
surələrində inək ətinin mübah / halal olduğunu və onu bir nemət kimi
insanlara bağışladığını ifadə edir. Bu təqdirdə hansı xəstəlikdən bəhs edilə
bilər?”
19
“İnək ətində xəstəlik vardır” hədisi bəzi İslam alimləri tərəfindən tənqid
edilmişdir. Halimi (v. 403/1012), Zərkeşi (v. 794/1392) və Səxavi (v.
902/1496) kimi alimlərin “İnək ətində xəstəlik vardır” hədisi ilə əlaqadar
verdiyi bilgiyə görə quraqlıq olan bir fəsildə Hicaz bölgəsindəki bəzi
inəklərin ətləri yoluxucu xəstəliklərin mənbəyi olmuşdur. Elə bu səbəbə görə
də fövqəladə bir hal kimi inək ətlərinin yeyilməsi müvəqqəti olaraq
Rəsulullah (s.a.s.) tərəfindən qadağan edilmişdir.
20
Nəticə etibarilə “İnək
ətində xəstəlik vardır” hədisi müəyyən bir vaxta aid olmuş və iddia edildiyi
kimi Qur`anın hökmlərinə zidd olmamaqla yanaşı xalq təbabəti baxımından
əhəmiyyət kəsb edir. Digər tərəfdən yuxarıdakı hədis ilə əlaqədar dəlil kimi
istifadə edilən Ən`am və Həcc (Ən`am 6/142-144, Həcc 22/36) surələrinin
yerinə insanın öz-özünü təhlükəyə atmaması, təmiz və sağlam qidaların
yeyilməsi ilə əlaqədar ayələrin vurğulanması məqsədəuyğun olardı.
21
“İnək ətində xəstəlik vardır” hədisi mətn baxımından Qur`an ayələrinə
zidd olmaqla yanaşı hz. Peyğəmbərin bu mövzudakı tətbiqatına da ziddir.
Belə ki, Rəsulullahın (s.a.s.) öz xanımları adına inəyi qurban kimi kəsdiyini
ifadə edən rəvayətlər hədis mənbələrinin əksəriyyətində mövcuddur.
22
Nəticə
etibarilə Hakim ən-Nisaburi və Nəsruddin Albani kimi alimlərin bu hədisin
isnadına əsaslanaraq “səhih” olduğunu ifadə etməsinə baxmayaraq həm
Qur`an və hz. Peyğəmbərin tətbiqatı, həm də tarixi hadisələr və bəşəri
təcrübə, onun mətn nökteyi nəzərindən zəif olduğunu və ya mütləq bir hökm
ifadə etməyib, tarixin müəyyən bir vaxtına aid olduğunu sübut edir.
Mövzu ilə əlaqədar ikinci hədis isə “fəluzəc” adlı şirniyyat növü
haqqındadır. İbn Macənin Sünən`inin “Ət`imə” kitabında yer alan bu hədisin
mətni İbn Abbasa istinad edilir. Belə ki, İbn Abbas bu şirniyyat növünü ilk
19
Qəzzali “əs-Sünnə ən-nəbəviyyə”, s. 20
20
Suyuti, “Durərul-Muntəsira fil-əhadisil-muştəhira” Qahirə 1960s. 23
21
Zəkəriyya Gülər, “Hədis Problemləri” s. 102.
22
Buxari, “Ğasl” 29; Müslim, “Həcc” 17; Nəsai, “Təharət” 185.
i.e.n. Namiq ABUZƏROV
94
dəfə hz. Peyğəmbərdən eşitdiyi, onun da Cəbrailden (a.s) eşitdiyi nəql edilir.
Hədisin mətni belədir: “Cəbrail (a.s) hz. Peyğəmbərə (s.a.s.) dedi: “Sənin
ümmətin üçün torpaqlar fəth ediləcək, onlar bolluq və çox sərvət əldə
edəcəklər və fəluzəc yeyəcəklər. Rəsulullah (s.a.s.): “Fəluzəc nədir?” deyə
soruşmuş. Cəbrail də: “Yağ və balın qarışığından əldə edilir” demiş. Hz.
Peyğəmbər (ümmətinin bu halına) ağlamış””
23
Bu rəvayət yalnız İbn Macənin “Sünən”ində deyil, İbn Əbu Asimin “əl-
Əvali” adlı əsərində də mövcutdur.
24
İbn Macənin məhz bu hədis üçün ayrı
bir bab ayıraraq onu “Fəluzəc” adlandırması, müəllifin bu şirniyyat növü
haqqında məlümat vermək istədiyi təsəvvürünü yaradır. Lakin bu rəvayət
İbnul-Cəvzi tərəfindən bir neçə əsasla uydurma hesab edilmişdir. İbnul-
Cəvzinin sadaladığı bütün əsaslar rəvayətin isnadı ilə əlaqadardır. Bu
rəvayətin isnadını aşağıdakı kimi qeyd edərək İbnul-Cəvzinin dəlillərini
sadalamaq mümkündür: (hədisin isnadı belədir:)
İsmâil b. Əyyâş→Muhəmməd b. Talhâ→Osman b. Yəhyâ→İbn
Abbâs→Hz. Peyğəmbər.
1. İsmail b. Əyyâş zəif ravidir. Onun haqqında Əhməd b. Hənbəl belə
deyir: “İsmail eşitdiyi hər şeyi nəql edir”. İbn Hibban isə onun qocalığında
hafizəsinin zəiflədiyini və çox səhvə yol verdiyini qeyd edir.
25
2.
Muhəmməd b. Talhâ, Yahyâ b. Maîn tərəfindən zəif hesab
edilmişdir.
3.
Əvul-Fəth əl-Əzdi isə: “Osman b. Yəhyânın İbn Abbasdan nəql
etdiyi rəvayətlər etibarə edilməməlidir” demişdir.
26
İbnul-Cəvzi, uydurma hesab etdiyi bu hədisin hz. Abbasdan sonrakı ilk
üç ravisini cərh və tadil alimlərinin rəylərinə əsaslanaraq zəif və batil hesab
etdiyi halda onun mətni haqqında hər hansı fikri ifadə etməmişdir.
İbnul-Cəvzinin “əl-Məvzuat” adlı əsərinə əsaslanaraq “əl-Ləalil-məsnua”
adlı bir kitab yazan Suyuti, yuxarıdakı hədisin əslində uydurma olmadığını
qeyd etmişdir.
27
Bu rəvayətin uydurma olmadığını sübut etməyə çalışan
23
İbn Macə, Ət`imə 46.
24
İbn Əbu Asim, “əl-Əvali” Beyrut 1987, s. 44-45.
25
İbnul-Cəvzi, “əl-Məvzuat”, Riyad 1997, III, 166-167.
26
İbnul-Cəvzi, “əl-Məvzuat”, III, 166-167.
27
Suyuti, “əl-Ləalil-Məsnua”, Misir, (t.y.) II, 240.
Dostları ilə paylaş: |