Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə23/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   19   20   21   22   23   24   25   26   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
107 
Şorsulu, Şərqi Şorsulu gömülmüş qalxımları, Paleogen-
Miosen çöküntül
əri üzrə isə Məmmədabad, Azadkənd, 
N
əsimikənd strukturları və Muğanlı, Ağçala, Xırmandalı, 
Xanm
əmmədli struktur çıxıntıları bu qravitasiya minimum-
larına uyğun gəlirlər.
Şəkil 59. Uzuntəpə sahəsi. Seysmogeoloji profil. 
Şəkil 60. Orta Muğan sahəsi. Seysmogeoloji profil. 
Saatlı, Orta Muğan və Şorsulu sahələrində aparılmış 
çox d
ərin və axtarış qazması işlərinin nəticələri göstərdi ki
bu sah
ələrdə də qravitasiya maksimumları Mezozoy 
kompleksinin vulkanogen v
ə vulkanogen-çökmə mənşəli 
süxurlarından ibarət lokal qalxımları əks etdirirlər. Burada 
da tektonik zonanın şimal-qərb hissəsində olduğu kimi, 
böyük qalınlıqlı Pliosen-Antropogen kompleksi Mezozoy 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
108
çöküntül
əri üzərinə qeyri-uyğun yatırlar. Tektonik zonanın 
Saatlı-Lənkəran hissəsində yatma dərinlikləri cənub-şərq 
istiqam
ətində 2800 m-dən 7000 m-ə qədər artır.
Kürd
əmir-Saatlı-Lənkəran MNQR–in neft-qazlılıq ba-
xımından maraq kəsb edən Uzuntəpə qırışığının tağında 
Orta Miosen v
ə Maykop çöküntüləri kəsilişdə iştirak etmir-
l
ər, Sarmat çöküntüləri isə Üst Eosen çöküntüləri üzərinə 
qeyri-
uyğun şəkildə yatırlar.
Kürd
əmir-Saatlı-Lənkəran MNQR-də təbii neft-qaz 
çıxışları mövcud deyil. Qaracalı, Sorsor, Carlı, Saatlı, Orta 
Muğan, Məmmədabad, Azadkənd, Nəsimikənd sahələrində 
qazılmış bir sıra axtarış quyularında Üst Tabaşir çöküntü-
l
əri açılmış və lay sınağı zamanı flyüid təzahürləri 
olmuşdur. Məhsuldar Qat çöküntülərilə əlaqədar neft-qaz 
t
əzahürləri isə Saatlı, Carlı və Qaracalı sahələrində qeydə 
alınmışlar. Saatlı 1 saylı, Sor-sor 2 saylı və Qaracalı 1 saylı 
axtarış-kəşfiyyat quyularında Miosen çöküntülərinin 
qazılması prosesi neft-qaz təzahürlərilə müşayiət 
olunmuşdur. Xüsusən Carlı sahəsində qazılmış 1, 3, 5 saylı 
quyularda bu 
əlamət daha kəskin olmuşdur. 
Neftqaztoplanma zonasının CŞ hissəsində yerləşən 
Uzunt
əpə sahəsində qazılmış quyularda Maykop və Sarmat 
çöküntül
ərilə əlaqədar neft-qaz təzahürləri qeydə alınsa da, 
k
əsilişdə diqqəti cəlb edən horizontlar qeydə alınmayıb. 
D
ərin axtarış-qazıma və seysmik kəşfiyyatı nəticələ-
rin
ə görə tədqiqatçılar belə qənaətə gəlmişlər ki, Kürdəmir-
Saatlı-Lənkəran gömülmüş qalxımlar zonasının cənub anti-
kli
nal qurşağında yerləşən qalxımları perspektivli olmalı-
dır. Neft-qazlılığın əsas kriterilərinin kompleks analizi 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
109 
göst
ərir ki, Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar 
zonasının şimal-şərq və cənub-qərb kənarlarının Mezozoy 
dövründ
ə davamlı və uzun müddətli intensiv çökməyə 
m
əruz qalması nəticəsində, tərkibi üzvi maddələrlə zəngin 
karbonatların və gillərin formalaşması üçün əlverişli şərait 
yaranmışdır. Güman olunur ki, hər iki çökəkliyin mərkəzi 
hiss
əsi neft-qaz əmələgəlmə hövzəsi olmuş və buradan 
miqrasiya olunan KH-l
ər gömülmüş qalxımlar zonasının 
strukturlarına toplanmışlar. 
G
ömülmüş qalxımlar zonasında Üst Tabaşirin karbonatlı 
v
ə vulkanogen çöküntüləri qeyri-uyğun yatımla Miosen, bəzi 
yerl
ərdə isə Alt Pliosen çöküntüləri ilə örtülmüşlər. Aparılmış 
analizl
ərə görə (H-M. Əliyev, M.B. Xeyirov, R.Y. Babayev 
v
ə s.) karbonatlı çöküntülərin başqa sahələrdə olduğu kimi 
Üst Santon-
Maastrixt yaşlı, vulkanogen əmələgəlmələr isə 
Turon-Alt 
Santon yaşlıdırlar. Karbonatlı çöküntülərin 
k
əsilişinin qalınlığı 560-600 m-ə çatır ki, bunlar da uzun 
müdd
ətli aşınmaya məruz qaldıqları üçün yüksək çatlı-
m
əsaməli kollektorlara malikdirlər. Carlı sahəsində qazılmış 
3 saylı quyudan yüksək debitli minerallaşmış suyun alınması 
bunu 
əyani sübut edir. Saatlı 1 saylı quyusunda 2890-2903 m 
intervaldan Ü
st Kampan yaşlı açıq və çəhrayı-boz rəngli 
əhəngdaşılarında az miqdarda yağlı bitumların olması, Üst 
Tabaşir çöküntülərinin neftli-qazlı olmasına dəlalət edir.
Kürd
əmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zona-
sının Muğan monoklinalında Azadkənd və Orta Muğan 
strukturlarının çöküntülərinin də KH potensialına malik 
olması ehtimal olunur. Orta Muğan strukturunda 1971-ci 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
110
ild
ə qazılmış 1 və 2 saylı kəşfiyyat quyularında uyğun 
olaraq 570 m v
ə 60 m qalınlıqda, vulkanogen-çökmə 
süxurlarının altında Üst Tabaşirin karbonatlı çöküntüləri 
açılmışdır. 
Şorsulu strukturunda 1 saylı quyu 4500 m-ə qazıl-
mışdır. Tabaşirin üzərinə az qalınlıqla yatan Miosenin
(Sarmatın) tufogen çöküntülərində qazıma zamanı intensiv 
neft t
əzahürləri qeyd olunmuşdur.
Mövcud geoloji-geofiziki v
ə axtarış-kəşfiyyat qazması 
n
əticələrinin analizi və ümumiləşdirilməsi güman etməyə 
əsas verir ki, Kürdəmir-Saatlı-Lənkəran MNQR-ində Üst 
Tabaşir,
Orta Eosen
v
ə Oliqosen-Miosen kollektorlarında 
neft-qaz perspektivliyi litoloji tip t
ələlərlə əlaqədar olması 
ehtimalı daha yüksəkdir, axtarış-qazıma işlərinin əsas 
obyektl
əri Üst Tabaşir tələləri olmalıdır.

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə