Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə31/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   27   28   29   30   31   32   33   34   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Hoteriv m
ərtəbəsi
çöküntül
əri Böyük Qafqaz 
ərazisində geniş yayılaraq, əsasən antiklinal strukturların 
tağ hissəsində və sinklinal çökəkliklərdə yer səthinə çıxır.
Şahdağ və Sudur zonalarında çöküntülər içərisində 
boz, yaşılımtıl-boz gil və qumdaşı laycıqları olan boz, açıq-
boz, b
əzən sarımtıl-boz əhəngdaşılardan təşkil olunub. 
Qalınlıqları 55-160 m arasında dəyişir [12, 30]. 
Xızı zonasında və Dübrar çökəkliyində Hoteriv çökün-
tül
əri əsasən az qalınlıqlı qumlu əhəngdaşı, əhəngli 
qumdaşı və argillit aralayları olan gillərdən ibarətdir. Qərb 
istiqam
ətində çöküntülərinin qalınlıqları gilli şistlərin 
hesabına artır. Xızı tektonik zonasının Bəyimdağ-Təkçay, 
Keşçay, Sitalçay və başqa sahələrində qazılan quyu 
m
əlumatlarına əsasən bu çöküntülərin qalınlığı 300 m-dən 
970 m arasında dəyişir. Təngi-Beşbarmaq antiklinoriumu-


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
136
nun şimal və cənub hissələrində Hoteriv mərtəbəsi çökün-
tül
əri gilli fasiya ilə içərisində brekçiyaşəkilli konqlomerat, 
əhəngli qumdaşı və mergel laycıqları olan boz, tünd və 
göyümtül gill
ərin laylanmasından təşkil olunub. 
Şimali Qobustanda Hoteriv çöküntüləri struktur-axta-
rış və kəşfiyyat quyuları ilə öyrənilib. Bu sahədə də çökün-
tül
ər, Xızı və Dübrar zonalarında olduğu kimi, əsasən az 
qal
ınlıqlı qumlu əhəngdaşı, əhəngli qumdaşı və argillit 
ara
laycıqları olan gillərdən ibarətdir. 
Böyük Qafqazın cənub yamacında Hoteriv çöküntüləri 
əsasən gilli şist və şistli gillərdən ibarətdir. Qərb istiqa-
m
ətdə qumdaşıları laycıqlarının qalınlığı artır. Zaqatala-
Qovdağ zonasında qalınlıq 350-650 m-dir.
V
əndam antiklinoriumunda Hoteriv çöküntülərinin 
k
əsilişində əhəngli tünd-boz qumdaşı, şistli gil və gilli 
şistlər üstünlük təşkil edir. Burada çöküntülərin qalınlığı 
140-
300 m arasında dəyişir. 
Kiçik Qafqazda Hoteriv m
ərtəbəsi çöküntüləri məh-
dud sah
ədə yayılıb. Kəsilişləri öyrənilən sahələrdə çökün-
tül
ərin tərkibi qırıntılı, naziklaylı ağ, qumlu əhəngdaşı, 
ağımtıl-boz, üzvi-qırıntılı, az miqdar qumlu əhəngdaşıları, 
tünd-
boz tuflu qumdaşı, boz, bərk əhəngdaşı laycıqları olan 
tuflu brekçiya v
ə vulkanik-çökmə süxurlardan ibarətdir. 
M
ərtəbənin qalınlığı 30 m-dən 140 m-ə kimi dəyişir. 
Hoteriv m
ərtəbəsinin neft-qazlılığı kəsilişdə iştirak 
ed
ən az qalınlıqlı qumdaşıları ilə əlaqədardır. Xızı tektonik 
zonasının cənub-şərq hissəsində yerləşən qalxımlarda 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
137 
Hoteriv m
ərtəbəsinin qumdaşılarında neft-qaz təzahürlə-
rin
ə rast gəlinib. 
Şurabad sahəsində qazılmış 6, 33, 34 saylı quyularda 
Hoteriv m
ərtəbəsi çöküntülərindən, 26 saylı quyuda Apt-
Hoteriv v
ə 35 saylı quyuda isə Hoteriv-Barrem çöküntü-
l
ərindən qaz təzahürləri qeyd olunmuşdur. 
Sitalçay sah
əsində 1 saylı quyuda qaz təzahürləri 
müşahidə edilmişdir. 
B
əyimdağ-Təkçay sahəsində 1, 5, 7, 16, 18, 20 saylı 
quyularda qaz t
əzahürü qeyd olunmuşdur.

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə