Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə34/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   30   31   32   33   34   35   36   37   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Alb m
ərtəbəsi
çöküntül
əri Böyük Qafqazın Xızı 
zonasının mərkəzi hissəsində, Dübrar-Yaşma və Qovdağ-
Sumqayıt sinklinoriumlarında üç yarımmərtəbə ilə təmsil 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
141 
olunub. Alt yarımmərtəbə qumdaşı laycıqlarına malik boz, 
qırmızı, sarımtıl-yaşıl, qonuru-boz əhəngli gillərdən ibarət-
dir [12, 30
]. Sinklinoriumların bəzi yerlərində çöküntülərin 
qalınlıqları və qumdaşı laycıqlarının miqdarı dəyişir. Orta 
yarımmərtəbə alt yarımmərtəbədən litoloji tərkibin 
d
əyişməsi və qumdaşı laycıqlarının sayının artması ilə 
f
ərqlənir. Bu çöküntülərin tərkibi boz, tünd və sarımtıl-boz 
gil, boz, orta v
ə iri dənəli əhəngli qumdaşılarından ibarətdir. 
Üst yarımmərtəbə boz, sarımtıl-boz, yaşıl, sıx gil, yaşıl, 
yaşımtıl-boz mergel, argillit, boz, qonuru-boz şistli qumdaşı 
v
ə qumlu əhəngdaşılarından təşkil olunub. Alb 
çöküntül
ərinin qalınlıqları 10 m-dən 250 m-ə qədər dəyişir.
T
əngi-Beşbarmaq antiklinoriumunun cənub-şərq his-
s
əsində Alb çöküntüləri yaşılımtıl, qonuru-boz gil və bəzən 
qırmızı əhəngli qumdaşılardan ibarətdir. Çöküntülərin 
qalınlığı 60 m-ə çatır. 
Şahdağ-Sudur zonasında Alb mərtəbəsi çöküntüləri 
Üst 
Tabaşir qarşısı transqressiya zamanı yuyulmaya məruz 
qaldığından iştirak etmir. Bu çöküntülər Qusar-Dəvəçi 
tör
əmə çökəkliyində Yalama və Xudat sahələrində qazılan 
quyularla açılıb. Çöküntülərin tərkibi mergel, qumdaşı və 
alevrolit aralaycıqlarına malik boz, tünd-boz gillərin fliş 
növb
ələşməsindən ibarət olub, qalınlığı 65 m-ə çatır. 
Böyük Qafqazın cənub yamacı, Vəndam antiklinori-
umu v
ə Girdimançay hövzəsi ətrafında Alb mərtəbəsi 
k
əsilişinin çox hissəsini tufogen çöküntülər təşkil edir. 
Burada k
əsilişin alt və orta hissəsi qonuru-qırmızı tufogen 
gil, açıq-boz tuflu qumdaşı, tuffit, üst hissəsi isə boz, tünd-


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
142
boz xırdadənəli tuflu qumdaşı, qonuru-boz, qumlu gil və 
mergell
ərlə təmsil olunub.
Girdimançay hövz
əsindən qərb və şərqə getdikcə 
tufogen süxurlar çökm
ə süxurlarla qarışır. Çöküntülərin 
qalınlıqları qərbdən şərqə 100-110 m-dən 450-475 m-ə 
q
ədər artır. 
Kiçik Qafqazda Alb m
ərtəbəsi çöküntüləri Alt 
Tabaşirin ondan altda yatan digər mərtəbələrinə nisbətən 
daha geniş ərazidə yayılıb və üç yarımmərtəbə ilə təmsil 
olunur [12]. 
Alt yarımmərtəbə çöküntüləri Göyçə-Qarabağ zonası-
nın cənub-şərq hissəsində yer səthinə çıxır. Tərkibi tünd-
boz, b
əzən sarımtıl-boz naziklaylı mergel, qonuru-boz, 
şistli, iri və kobuddənəli qumdaşı, sarımtıl-boz gilli, qumlu 
əhəngdaşı və göyümtül-boz əhəngli gillərdən ibarətdir. 
Nadir hallarda k
əsilişdə tuf-qumdaşılarına təsadüf edilir. 
Yarımmərtəbənin qalınlığı 90 m-ə çatır. 
Orta v
ə üst yarımmərtəbə çöküntüləri Göyçə-Qarabağ 
zonasında tünd-boz, qumlu, əhəngli argillit, kobud, ortadə-
n
əli qumdaşı aralaylarına malik qara, tünd-boz, boz laylı 
mergel, sarımtıl-boz, incə-kobuddənəli, yaşılımtıl-boz tuflu 
qumdaşı və nadir hallarda əhəngdaşı və gillərdən təşkil 
olunub. K
əsilişdə argillit və mergellər üstünlük təşkil edir. 
Alb çöküntül
ərinin qalınlığı 850 m-ə çatır. 
Ağcakənd və Ağstafa çökəkliklərində Alb çöküntüləri 
müxt
əlif rəngli tuflu qumdaşı, tuflu konqlomerat və tuflu 
brekçiyaların tünd-boz mergel, gil və qumdaşıları ilə 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
143 
növb
ələşməsindən ibarətdir. Çökəkliklərdə Alb mərtəbəsi-
nin qalınlığı 330 m-ə çatır. 
Naxçıvan ərazisində Alb çöküntüləri porfirit, tuf brek-
çiyası, tuf, bəzi yerlərdə isə gil, qumdaşı və tufogen 
süxurların qarışığından ibarətdir. Qalınlıq 210 m-ə çatır.
Apt m
ərtəbəsinin neft-qazlılığı kəsilişində qumdaşı və 
alevrit t
əbəqəciklərinin gil və mergellərlə növbələşmə-
sind
ən əmələ gələn qumlu-gilli dəstələrlə əlaqədardır. 
Çöküntül
ərə ən çox Böyük Qafqazın cənub-şərq batımın-
dakı qalxımlarda təsadüf edilir. Alb mərtəbəsinin neft-
qazlılığı onun üst yarımmərtəbəsinə aid olan “Küllülü” 
qumdaşıları horizontu ilə əlaqədardır. Bu horizontun 
neftliliyi Şurabad sahəsində təsdiq olunub. 
Şurabad sahəsində 2 saylı quyuda Alb mərtəbəsinin 
yuxarı hissəsinin sınağı zamanı 172000 m
3
/gün, 
4 saylı 
quyuda 743 m d
ərinlikdə 25000 m
3
/gün, 8 saylı quyuda 917-
916 m intervallında sınaq zamanı 40000 m
3
/gün, 19 saylı 
quyuda 767-760 m intervaldan 200 m
3
/gün, 20 saylı quyuda 
700 m
3
/gün debitl
ə qaz axını alınmışdır.
5, 9, 11, 24 saylı quyularda isə qaz təzahürləri qeyd 
olunmuşdur. 39 saylı quyuda 860-865 m intervalından Üst 
Albın Küllülü qumdaşılarından hasilatı 100000 m
3
/gün 
olan 
qaz fontanı alınmışdır. Bu qumdaşılarından burada 
qazılmış bir sıra struktur quyularda da sənaye əhəmiyyətli 
yüngül neft (3-24 t/gün) v
ə qaz (40000 m
3
/gün
ə qədər) 
alınmışdır. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
144
G
ədisu sahəsində Alb çöküntülərindən 18, 19, 21, say-
lı struktur-axtarış quyularında və 1 saylı kəşfiyyat quyusun-
da 
qazıma zamanı qaz təzahürü müşahidə edilmişdir.

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə